!["Bizi paxıl və ya kiməsə qarşı qərəzli hesab edirlər" "Bizi paxıl və ya kiməsə qarşı qərəzli hesab edirlər"](https://dia-az.info/uploads/posts/2025-02/thumbs/1739749197_287873_s1wnnqlxh4.jpeg)
"Başqalarının uğuruna sevinmək lazımdır, çünki sevinməyən insan öz uğurunu da qazana bilməz. Lakin bəzən başqalarının yalan üzərində qurulmuş, saxta piar və bədbəxtlik üzərində formalaşmış uğur görüntüsünü görürük".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı, prodüser Tarix Əliyev (Tolik) instaqramda yazıb.
Tolik "Bu səbəbdən də onlara irad bildirəndə, bizi paxıl və ya kiməsə qarşı qərəzli hesab edirlər. Biz olduğumuz kimi görünməliyik, çünki tək qaldığımızda və ya televiziya ekranında göstərdiyimiz obrazdan fərqli biri olduğumuzda, daxili narahatlıq hiss edirik. İstər müğənnilər, istər aparıcılar, istər aktrisalar, istərsə də bütün tanınmış insanlar üçün bu həyat bir dəfə verilir. Biz onu başqalarının fikirlərinə görə yox, özümüz üçün gözəl yaşamalıyıq" deyə, sözlərinə davam edib.