Qəzaya uğramış təyyarənin məsuliyyətini üzərinə götürmək Rusiyanın vicdan borcudur .....                     Pensiyaya çıxmadan vəfat edən şəxsin pulu varislərinə niyə verilmir? .....                     "Rusiya ilə sərhədi olan ölkələr Ukraynaya hərbçi göndərməməlidir" .....                     Novruz bayramında bölgələrdəki otellərin qiyməti "kəllə-çarxa" çıxacaq .....                     Palma yağı... YEMƏYİN! .....                     Rusiya Ukraynada vəziyyətin həllinə çox böyük əhəmiyyət verir .....                     Qazaxın 3 kəndinin və Kərkinin taleyi belə olacaq .....                     Dövlət ittihamçısı Tofiq Yaqubluya cəza istəyib .....                     "Əvvəllər bizim cəmiyyətdə kişinin zorakılığa məruz qalması heyrətamiz hadisə idi" .....                     Putin sülhdə maraqlı deyil və bütün Ukraynanı fəth etmək niyyətindədir .....                     "İki gündür oxuyana da "sənətkar" deyirlər" .....                     Elnur Rzayev Həcc ziyarətindən qayıdan şəhid anasını evində ziyarət edib .....                     Kənddən şəhərə axın: Qarşısı necə alınmalıdır? .....                     Qayınana kürəkənini DÖYDÜ: Qəndqabı ilə alnından vurub .....                     Diplomatlarımıza qarşı terror aktları törədilə bilər .....                     Ermənistan milli təhlükəsizlik strategiyasını nəzərdən keçirmək üçün komissiya yaradır .....                     Daşınmaz əmlak bazarında baş verən süni qiymət artımının qarşısı alınacaq? .....                     Azərbaycanda təhlükəsiz tullantıların idarə olunmasında aşkarlanmış nöqsanlar açıqlanıb .....                     GDU rektoru hədəfdə: QARDAŞINI DA İŞƏ SALACAQ... .....                     "Yelo Bank"la vətəndaş arasında məhkəmə çəkişməsi: .....                     Azərbaycan və İsrail əlaqələrinin xüsusi çəkisi var .....                     Kredit təşkilatının rəhbərliyində dəyişiklər davam edir .....                     Çaya “pesok” qarışdırıb içmək ilk dəfə harada ortaya çıxıb? .....                     “Ev verdiyimiz yazıçıların bir qismi indi onları satır” .....                     Azərbaycan müdafiə nazirinin müavini .....                     Füzulinin məzarı üzərində onun Azərbaycan şairi olması öz əksini tapıb .....                     “Dəstə bu üç qadından ibarət deyil, arxalarında duranlar var” .....                     “O müğənni restorana gəlib gedəndən sonra oranın müdiri bizimlə işləmək istəmir” .....                     “Avropanın Ukrayna üzrə planı yoxdur” .....                     İdxaldan asılılıq problemi .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     "General" MİDA-nın evlərini satmaq adı ilə vətəndaşları aldatdı .....                     “ASAN xidmət”in 7 tenderini 1 şirkət uddu .....                     CAN AY NEFTÇİ: Dalğanın hündürlüyü 7 metrə çatacaq... .....                     Ukrayna Trampı aldatdı .....                     Kürəkəninin cinayətini gizlətmək üçün onu şantaj etdi, ÖZÜ TUTULDU .....                     Moskva mesaj verdi: Avropada yeni təşkilat yaradır .....                     İllərdir bu postlar da işğal olunub... .....                     Ayxan ölən dostunun adına bankdan 25 min krediti necə götürüb? .....                     Dəmir yolunun mayın 1-dən açılmasına .....                 

Tramp Ukraynanın gələcəyini Zelenski ilə təsəvvür etmir - GÖRÜNƏNİ BUDUR...
Tarix: 16-02-2025, 02:17 | Çap et
Tramp Ukraynanın gələcəyini Zelenski ilə təsəvvür etmir
Ukrayna Kiyevin iştirakı olmadan münaqişənin həlli üçün Moskva və Vaşinqton arasında aparılan ikitərəfli danışıqların heç bir nəticəsini qəbul etməyəcək. Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O bildirib ki, bunu tərəfdaşlarına çox açıq şəkildə bildirib: "Bizsiz Ukrayna ilə bağlı hər hansı ikitərəfli danışıqları qəbul etməyəcəyik". Zelenski əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın ona zəng etməzdən əvvəl Rusiya lideri Vladimir Putinlə telefonda danışması onun üçün olduqca xoşagəlməz faktdır:

"Zəng zəngdir, mən hər şeyi başa düşürəm, lakin görüşlər bizim üçün prioritetdir: Ukrayna - Amerika". Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı apardıqdan sonra Zelenskiyə zəng etmişdi. Rusiya prezidentinin köməkçisi D.Peskov bildirib ki, Kiyev danışıqlarda bu və ya digər formada iştirak edəcək, lakin Rusiya Ukrayna üzrə danışıqlarda ABŞ-ni əsas həmsöhbət hesab edir. Görünən odur ki, Vaşinqton rəsmi Kiyevin mövqeyini nəzərə almadan Ukraynada Rusiyaya güzəştə gedir. Ukraynanın NATO-ya üzvlük məsələsi gündəmdən çıxarılır. Həmçinin, Tramp və Putinin Səudiyyə Ərəbistanında keçirilməsi razılaşdırılan görüşündə də Ukrayna yer almır.
"Voll Strit Jurnal" yazıb ki, Donald Trampın Rusiya ilə danışıqlar barədə açıqlaması Rusiya Prezidenti Vladimir Putinə çoxdan tələb etdiyi şeyi, yəni Ukrayna üzrə ABŞ ilə birbaşa danışıqları verdi. Bildirilib ki, Kreml uzun müddətdir Ukraynanı və onun avropalı müttəfiqlərini bu cür danışıqlardan kənarlaşdırmağa çalışır. Moskva eyham vurub ki, Vaşinqton müharibənin uzadılmasına görə məsuliyyət daşıyır və buna görə də yalnız o, Rusiya Federasiyası ilə müharibəni dayandırmaq üçün danışıqlar apara bilər: “Amma əgər biz Putinin Ukrayna ilə bağlı bəyan etdiyi mövqeləri rəhbər tutsaq, o zaman Trampın vəd etdiyi danışıqlar uzunmüddətli olacaq. Rusiya atəşkəsə o halda razılaşacaq ki, ABŞ Ukraynaya dəstəyi dayandırsın və onun ərazisini müdafiə etmək imkanlarına məhdudiyyətlər qoyulsun”. Hərbi ekspertlər əlavə ediblər ki, Rusiya əlində olan canlı qüvvə və silahlarla Ukraynaya qarşı ən azı il yarım mübarizəni davam etdirə bilər. Nəşr qeyd edib ki, əslində, Putin üçün Trampın danışıqlar aparmaq vədi üç illik amansız döyüşlərdən sonra Rusiyanın şərtləri ilə müharibəyə son qoymaq yolunda ilk addımdır.

Politoloq Elxan Şükürlü vurğulayıb ki, Trampın Putin və Zelenski ilə telefon danışığı, Putini tərifləyərək “yaxşı insan” adlandırması və onunla görüşə hazırlaşdığını bildirməsi 3 ildir Ukrayna savaşı üzərində aparılan Qərb təbliğatının rüsvayçı çöküşü və iflası deməkdir. Ekspertin sözlərinə görə, indi hətta 3 ildir özlərini Ukraynanın, Prezident Zelenskinin qələbəsinə inandırmış kəslər də yaxşı görür və anlayırlar ki, bu proses ən yaxşı halda Ukraynanın bölünməsi, Rusiyanın Ukrayna ərazilərinin bir hissəsini işğalının legitimləşdirilməsiylə nəticələnəcək:
"Biz bu müharibənin ilk günlərindən elə ABŞ-nin ən nüfuzlu strateqlərinin yazdıqlarına istinadla Ukraynanı belə bir aqibətin gözlədiyini deyəndə, Qərb təbliğatının muzdluları bizi Rusiyaya işləməkdə suçlayaraq, sosial şəbəkələrdə təhqir etdirirdilər. İndi Trampın məlum açıqlamalarından sonra həmin şəbəkə arqument axtarışındadır. Hazırda təsəlli üçün ABŞ rəsmilərinin Trampın söylədiklərinə düzəliş və Avropa təmsilçilərinin Ukraynaya dəstək bəyanatlarına istinad edilsə də, necə deyərlər, ox artıq yaydan çıxıb. Trampın Ukraynanı Zelenskisiz Rusiya ilə sövdələşmə masasına yatırdığı və onu hər an qurban etməyə hazır olduğu faktdır. Şübhəsiz ki, Trampın açıqlamaları, ilk növbədə, Rusiya əleyhinə formalaşmış yorğun Qərb koalisiyasında fikir ayrılığı və dərin çatlar yaradacaq. Ukrayna məsələsində vahid strategiyanın qəbulunu çətinləşdirəcək. Kremllə Avropa ölkələri arasında separat sövdələşmə meyillərini artıracaq. Digər tərəfdən, ABŞ prezidentinin açıqlamaları daha çox Ukrayna cəmiyyətinin, siyasi elitasının və ordusunun əhvalına təsir edərək, onların müqavimət əzmini aşağı salacaq. Rusiya ilə danışıq tərəfdarlarının mövqeyini gücləndirməklə Ukrayna hakimiyyəti daxilində uzun müddətdir gedən ziddiyətləri daha da dərinləşdirəcək".

Siyasi şərhçinin fikrincə, Tramp Ukraynanın gələcəyini Zelenski ilə təsəvvür etmir:

"Çünki Zelenski ABŞ-dəki 2020-ci il seçkilərində açıq şəkildə Trampı satmış, onun rəqibi Baydeni dəstəkləmişdi. Trampın 2019-cu ildə Baydenin oğlu Hanterin Ukraynadakı cinayət işini yeniləmək xahişini geri çevirərək, telefon danışıqlarını mətbuata sızdırmış və Baydenin əlinə oynamışdı. İndi isə qisas almaq - Zelenskini cəzalandırmaq növbəsi Trampdadır. Tramp da hər fürsətdə Zelenskini cəzalandıracağının mesajını verir. O, artıq bir neçə dəfə xatırladıb ki, özü prezident olsaydı, bu müharibə baş verməzdi və müharibənin də əsas səbəbi Ukraynanın NATO-ya üzv olmaq istəyidir. Bununla da, Tramp, faktiki olaraq, Ukrayna müharibəsinin əsas təqsirkarının Rusiya yox, Bayden komandası və onların əlinə oynayan Zelenski olduğuna eyham vurmuş olur. Çox güman ki, yaxın vaxtlarda Ukraynada hərbi çevrilişə cəhd ssenariləri işə düşəcək. Çünki Zelenski özü Putinlə danışığı qadağan edən fərman imzalayıb. Avropa isə Zelenskinin iştirakı olmadan aparılacaq danışıqları qəbul etməyəcəklərini bildiriblər. İndi ya Zelenski Putinlə danışığı qadağan edən fərmanını ləğv etməlidir, ya Ukraynanın iştirakı olmadan ABŞ-Rusiya danışıqlarına razılaşmalıdır. Ya da Ukraynada yeni hakimiyyət formalaşacaq. Hər üç ssenaridə də əsas zərbə məhz Zelenskiyə dəyəcək".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qəzaya uğramış təyyarənin məsuliyyətini üzərinə götürmək Rusiyanın vicdan borcudur - ƏGƏR VARSA...
Bu gün, 19:00
Pensiyaya çıxmadan vəfat edən şəxsin pulu varislərinə niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58
"Rusiya ilə sərhədi olan ölkələr Ukraynaya hərbçi göndərməməlidir" - Polşa müdafıə naziri
Bu gün, 18:07
Novruz bayramında bölgələrdəki otellərin qiyməti "kəllə-çarxa" çıxacaq - İNDİDƏN GÖRÜNÜR...
Bu gün, 18:01
Palma yağı... YEMƏYİN! - XƏSTƏLİK YAYIR...
Bu gün, 18:00
Rusiya Ukraynada vəziyyətin həllinə çox böyük əhəmiyyət verir - Putin BELƏ DEYİR...
Bu gün, 17:53
Qazaxın 3 kəndinin və Kərkinin taleyi belə olacaq - AÇIQLAMA
Bu gün, 17:47
Dövlət ittihamçısı Tofiq Yaqubluya cəza istəyib - 10 İL...
Bu gün, 17:40
"Əvvəllər bizim cəmiyyətdə kişinin zorakılığa məruz qalması heyrətamiz hadisə idi" - AMMA İNDİ...
Bu gün, 17:33
Putin sülhdə maraqlı deyil və bütün Ukraynanı fəth etmək niyyətindədir - ABŞ kəşfiyyatı
Bu gün, 17:29
"İki gündür oxuyana da "sənətkar" deyirlər" - Mətanətdən aparıcılara irad
Bu gün, 17:25
Elnur Rzayev Həcc ziyarətindən qayıdan şəhid anasını evində ziyarət edib - FOTO
Bu gün, 17:19
Kənddən şəhərə axın: Qarşısı necə alınmalıdır? - AKTUAL
Bu gün, 17:16
Qayınana kürəkənini DÖYDÜ: Qəndqabı ilə alnından vurub - TƏFƏRRÜAT
Bu gün, 17:08
Diplomatlarımıza qarşı terror aktları törədilə bilər - Rusiya kəşfiyyatı
Bu gün, 17:06
Ermənistan milli təhlükəsizlik strategiyasını nəzərdən keçirmək üçün komissiya yaradır - erməni KİV
Bu gün, 17:04
Daşınmaz əmlak bazarında baş verən süni qiymət artımının qarşısı alınacaq? - AÇIQLAMA
Bu gün, 17:00
Azərbaycanda təhlükəsiz tullantıların idarə olunmasında aşkarlanmış nöqsanlar açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:57
GDU rektoru hədəfdə: QARDAŞINI DA İŞƏ SALACAQ... - Sahil Babayev KÖHNƏ PAXIRLARI açır...
Bu gün, 16:56
"Yelo Bank"la vətəndaş arasında məhkəmə çəkişməsi: - İş təkrar ekspertizaya göndərildi
Bu gün, 16:43
Azərbaycan və İsrail əlaqələrinin xüsusi çəkisi var -ŞƏRH
Bu gün, 16:40
Kredit təşkilatının rəhbərliyində dəyişiklər davam edir – Yeni sədr təyin edildi
Bu gün, 16:37
Çaya “pesok” qarışdırıb içmək ilk dəfə harada ortaya çıxıb? – Çox zərərli imiş
Bu gün, 16:33
“Ev verdiyimiz yazıçıların bir qismi indi onları satır” - Anar
Bu gün, 16:30
Azərbaycan müdafiə nazirinin müavini IDEX sərgisində iştirak edir
Bu gün, 16:25
Füzulinin məzarı üzərində onun Azərbaycan şairi olması öz əksini tapıb - FOTO
Bu gün, 16:23
“Dəstə bu üç qadından ibarət deyil, arxalarında duranlar var” - MƏHKƏMƏ
Bu gün, 16:20
“O müğənni restorana gəlib gedəndən sonra oranın müdiri bizimlə işləmək istəmir”
Bu gün, 16:17
“Avropanın Ukrayna üzrə planı yoxdur” - UnHerd
Bu gün, 15:44
İdxaldan asılılıq problemi – Arzuolunmaz senari
Bu gün, 15:43
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 15:37
"General" MİDA-nın evlərini satmaq adı ilə vətəndaşları aldatdı - Yeni faktlar açıqlandı
Bu gün, 15:35
“ASAN xidmət”in 7 tenderini 1 şirkət uddu – Təmizlik işləri görüb 5,6 milyon alacaq
Bu gün, 15:33
CAN AY NEFTÇİ: Dalğanın hündürlüyü 7 metrə çatacaq... - Növbə dəyişimi qaldı...
Bu gün, 15:30
Ukrayna Trampı aldatdı - “Bloomberg”
Bu gün, 15:20
Kürəkəninin cinayətini gizlətmək üçün onu şantaj etdi, ÖZÜ TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 15:14
Moskva mesaj verdi: Avropada yeni təşkilat yaradır - Məqsədi nədir?
Bu gün, 15:13
İllərdir bu postlar da işğal olunub... - "Haqlı imişlər, amm təəssüflənmirəm"
Bu gün, 15:07
Ayxan ölən dostunun adına bankdan 25 min krediti necə götürüb? - İLGİNC CİNAYƏT İŞİ
Bu gün, 15:02
Dəmir yolunun mayın 1-dən açılmasına nazirlikdən RƏSMİ CAVAB
Bu gün, 14:02
Paşinyan Münhen Konfransında sadəcə boy göstərə bilərdi... BUNU DA ETDİ...
Bu gün, 14:00
Bakı metrosu serverlərə 1 milyon manata yaxın pul - SƏRF EDƏCƏK
Bu gün, 13:58
Macarıstan Aİ-nin Rusiyanın 27 fiziki şəxs və təşkilatına qarşı sanksiya tətbiqinin qarşısını alıb - TASS
Bu gün, 13:11
Ramiz Mehdiyevin kürəkəninin “sürtülmüş” iddiası yenidən məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 13:07
Fuad Nağıyev özünə daha bir müşavir axtarır - DETALLAR
Bu gün, 13:06
USAİD-in Azərbaycandakı ƏLALTILARI – Gizli maliyyələşmə sxemi ilə bağlı YENİ FAKTLAR
Bu gün, 13:03
Mərkəzi Bank yaşıl kreditlərlə bağlı sənədi təsdiq edib
Bu gün, 13:01
“Yelo Bank”, əslində QANUNLARIMIZA TÜPÜRÜR... - CƏZASI OLMALIDIR!
Bu gün, 12:59
“Beynəlxalq aləmdə olan vəkillər nazirləri divara dirəyib, haqqı bərpa edirlər, bizdə belə vəkil var?” - Şeyx Əbdül
Bu gün, 12:56
Zəngəzurla bağlı yeni xəbər: - Petrosyan hərəkətə keçdi
Bu gün, 12:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru