
Ermənistan Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İraq Kürd Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzani ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Tərəflər ikitərəfli ticari-iqtisadi əməkdaşlıqdan məmnunluq ifadə ediblər və iqtisadi münasibətlərə əlavə təkan verəcək işgüzar əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Bundan başqa, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində ardıcıl addımların atılmasının önəmi bildirilib.