
Azərbaycan Ordusunun hissə və bölmələrində fevralın 16-da gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək.
Bu barədə "DİA-AZ"a Müdafiə Nazirliyindən xəbər verilib.
Bildirilib ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub:
"Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik".
