Bakı Vətən təhlükəsizliyini heç bir münasibətə qurban vermir .....                     O kapitana zəng edildi .....                     Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb .....                     Azərbaycan polisi 107 yaşını qeyd edir .....                     "Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" .....                     Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar .....                     Şıxlinskinin oğlu atasının həbsindən .....                     Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı .....                     İmtahanda 96 toplayan şagird attestatda 3 alıb .....                     Ermənistanda Rusiya kanalları bağlanacaq .....                     Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb .....                     Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın .....                     Rusların Azərbaycandakı məktəbləri də bağlanır .....                     Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib .....                     Rusiyanın Ermənistana total hücumu .....                     “Kupça”sız Azərbaycan .....                     2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib .....                     DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var .....                     Rusiyanın azərbaycanlılara hücumları davam edəcək .....                     Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... .....                     Sayt rəhbərinin məhkəməsi: .....                     Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək .....                     Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? .....                     Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb .....                     Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu .....                     Azərbaycana qarşı ikili plan .....                     “Umico” adını və logosunu dəyişdi .....                     Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub .....                     “Baku Electronics”də yeni təyinat .....                     Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb .....                     “BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb .....                     AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə .....                     “Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” .....                     Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi .....                     “Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” .....                     Oliqarx-məmur saxta yağ biznesinə girişib... .....                     “Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? .....                     İran Prezidenti Xankəndiyə səfər edəcək .....                     Miri Yusifə ağır itki .....                 

“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Tarix: 13-02-2025, 10:56 | Çap et
“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...”
“Ermənistanın guya Azərbaycana qarşı savaşa, hücüma hazırlaşması haqda deyilənlər tamamilə hərbi işdən, hərbi əməliyyatlardan, qüvvələr nisbətindən və dəqiq təhlildən başı çıxmayan adamların əsassız fikirləridir. Reallıq ondan ibarətdir ki, erməni ordusu bundan sonra 20 ildə hazırlaşsa, Azərbaycan ordusuyla qarşı-qarşıya gəlmək potensialında və gücündə ola bilməyəcək. Yada salaq ki, 1994-cü ildə Qarabağda hərbi əməliyyatlar dayanandan sonra ermənilər yeni müharibəyə hazırlaşmağa başladılar: səngərlər qazdılar, güclü istehkamlar tikdilər. Rusiyadan və digər ölkələrdən yeni silah və texnikalar aldılar, zabitlərini Rusiyanın Frunze adına hərbi akademiyasında oxutdular, onlar da Ermənistana və Qarabağa leytenant kimi gəlib 26 ildə polkovnik və generaladək yüksəldilər, xeyli təlimlər keçdilər. Amma bütün bunlara baxmayaraq 2020-ci ilin 44 günlük savaşında Azərbaycana məğlub oldular. Çünki qüvvələr nisbəti qəti şəkildə bizim tərəfimizdə idi və indi də belədir”.

Bu fikirləri Moderator.az-a açıqlamasında “Bəzi ekspertlər 2020-ci ildə Azərbaycan tərəfindən ordusu darmadağın edilmiş, kapitulyasiya aktına imza atdığı deyilən Ermənistanın guya artıq yenidən ölkəmizə hücuma hazırlaşdığını söyləyirlər. Sizcə, mövcud qüvvələr nisbətində bu, nə dərəcədə realdır?” sualını cavablandıran politoloq Zərdüşt Əlizadə dilə gətirib.

“Azərbaycan əhalisinin sayı 10 milyondan çoxdur, Ermənistanınkı isə cəmi 2 milyondur. Yəni əhalimiz onlardan 5 dəfə çoxdur. Bu da o deməkdir ki, müharibə şəraitində Azərbaycanın səfərbərlik imkanları Ermənistanınkından 5 dəfə artıqdır. Eyni zamanda ölkəmizin pulu çoxdur və deməli, müasir silahlar almaq imkanı var. Düzdü, ordumuzda hələ də müəyyən nöqsanlar olsa da, əvvəlki dövrlərdən, xüsusən Səfər Əbiyevin nazir olduğu vaxtlardan xeyli dərəcədə inkişaf edib və nizam-intizam güclənib. Oğlum o nazirin dövründə hərbi xidmət keçdiyindən çox şeyin şahidi olmuşam... İndi isə artıq zabitlər, generallar arasında müəyyən bir rəqabət gedir ki, kim komandiri olduğu hərbi birləşməyə daha yaxşı rəhbərlik edir. Hikmət Mirzəyev kimi bir neçə general var ki, hamı onların vətənpərvər və bacarıqlı olmasından əmindir...

Ordumuz həm 2020-2023-cü illərdə Qarabağ və Ermənistanla sərhəddəki hərbi əməliyyatlarda ən yeni savaş silah və texnologiyaları təcrübədən keçirməklə yanaşı, Rusiya-Ukrayna müharibəsi zamanı tətbiq edilən ən müasir texnika və texnologiyaları da, yeni döyüş üslublarını da mənimsəyir. Azərbaycan ordusu NATO ölkəsi olan Türkiyə ordusu ilə birgə mütəmadi, ildə azı iki dəfə hərbi təlimlər keçir. Bütün bunlar göstərir ki, Milli Ordumuz yerində saymır, inkişaf edir. Bu səbəbdən, bir daha təkrar edirəm, Ermənistan ordusu nə qədər çalışsa da, xaricdən dəstək alsa da, potensialı ondan 5 qat gücül olan Azərbaycan ordusu ilə rəqabət apara bilməz. Hətta ağlı çaşıb bizimlə savaşa başlasa, sürətli məğlubiyyətə düçar olar. Ona görə də mən qəti əminəm ki, 2020-ci il müharibəsinin dərsindən ibrət götürən Ermənistan Azərbaycana qarşı heç vaxt, heç bir halda müharibəyə başlamaz və başlaya bilməz. O başqa məsələdir ki, evlərində divanda rahat oturub “Zəngəzur bizimdir, İrəvan bizimdir” deyən, yazan bizdəki populistlərin təhriki ilə hansısa macəraçı bir yanlış addım atsın. Ancaq əminəm ki, hazırkı beynəlxalq geo-siyasi durumu düzgün dəyərləndirən Azərbaycan rəhbərliyi buna heç cür imkan verməz”, -deyə Zərdüşt Əlizadə davamında bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı Vətən təhlükəsizliyini heç bir münasibətə qurban vermir - Kənardan idarəetmə modelinə qarşı
Bu gün, 00:44
O kapitana zəng edildi – “Azərbaycanla müharibə gedir”
Bu gün, 00:33
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb
Bu gün, 00:28
Azərbaycan polisi 107 yaşını qeyd edir
Bu gün, 00:15
"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım
Bu gün, 00:04
Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar - FOTO
Bu gün, 00:01
Şıxlinskinin oğlu atasının həbsindən DANIŞDI
Dünən, 23:46
Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı
Dünən, 21:21
İmtahanda 96 toplayan şagird attestatda 3 alıb - Məktəb qiymətlərinin uyğunsuzluğu mübahisə yaratdı
Dünən, 18:10
Ermənistanda Rusiya kanalları bağlanacaq - RƏSMİ
Dünən, 18:07
Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb
Dünən, 18:01
Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın - Sensasion səs yazısı
Dünən, 17:59
Rusların Azərbaycandakı məktəbləri də bağlanır - QƏRAR VERİLİB
Dünən, 17:55
Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib
Dünən, 17:49
Rusiyanın Ermənistana total hücumu - Lavrov KTMT-nin toplantısını İrəvana qarşı çevirib
Dünən, 17:46
“Kupça”sız Azərbaycan – əmlakın var, amma sənin deyil paradoksu!
Dünən, 14:57
2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib
Dünən, 14:49
DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var
Dünən, 14:39
Rusiyanın azərbaycanlılara hücumları davam edəcək - Ekspert səbəbləri açıqladı
Dünən, 14:35
Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... - AÇIQLAMA
Dünən, 12:35
Sayt rəhbərinin məhkəməsi: - şahid danışdı
Dünən, 12:19
Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:18
Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? - Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Dünən, 12:16
Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb
Dünən, 12:11
Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu - GƏLİŞMƏ
Dünən, 12:09
Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…
Dünən, 12:06
“Umico” adını və logosunu dəyişdi - FOTO
Dünən, 11:59
Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub - ƏMR
Dünən, 11:56
“Baku Electronics”də yeni təyinat - BUNDAN SONRA...
Dünən, 11:54
Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Dünən, 11:53
“BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək
Dünən, 11:43
Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb - TƏFƏRRÜAT
Dünən, 11:40
AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə - 32 MİLYON ÖDƏYƏCƏK
Dünən, 11:35
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
Dünən, 11:32
Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi – böyük etimad!
Dünən, 11:30
“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” - ETİRAZ
Dünən, 11:25
Oliqarx-məmur saxta yağ biznesinə girişib... - ÖZÜ DƏ GÖRÜN, KİMİNLƏ...
Dünən, 11:19
“Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? — DETALLAR
Dünən, 11:13
İran Prezidenti Xankəndiyə səfər edəcək - SƏBƏB
Dünən, 11:10
Miri Yusifə ağır itki - FOTO
Dünən, 11:04
Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... - DƏLİXANADIR, VALLAH...
Dünən, 11:02
"Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:58
MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı - VİDEO
Dünən, 10:49
Baş direktor işdən çıxarıldı - BUNDAN SONRA
Dünən, 10:44
Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? - VİDEO
Dünən, 10:28
Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... -"Johovurd"
Dünən, 10:26
Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək – Yenə həmin şirkət...
Dünən, 10:24
Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır - Ovannisyan
Dünən, 10:16
Birdəfəlik “stop” qoyuldu – Yeni qadağa qalmaqalı
Dünən, 10:12
Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: - Hazır olun
Dünən, 10:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru