"Mənəm e, Paşinyan": - Nikolun Vaşinqton və Paris rəzaləti
Ermənistanın baş naziri Nikol Paşinyanın Parisə növbəti alçaldıcı səfəri zamanı Ermənistanın Fransadan asılılıq əlamətləri bir daha tam aşkarlandı. Paşinyanın dövlət rəhbəri yox, daha çox vassal kimi davrandığı bu səfərdə Fransa prezidenti Emmanuel Makronun Yelisey Sarayında təşkil etdiyi təntənəli ham yeməyində yaşanan olaylar Ermənistana qərbin “himayəçisi” tərəfindən idarə olunan bir piyada kimi baxıldığını nümayiş etdirdi.
Dünən Parisdə başlanmış Süni İntellekt üzrə Sammit (AI Action Summit) bu gün başa çatacaq.
Sammitdə dünya liderləri, şirkət rəhbərləri, alimlər və digər iştirakçılar bir araya gəliblər.
Paris sammitində müzakirə edilən məsələlər arasında süni intellekt texnologiyalarının qlobal miqyasda genişlənməsi yolları, bu texnologiyalara bərabər çıxış imkanlarının təmin edilməsi və AI inqilabı dövründə azadlıqların qorunması zərurəti yer alır. Həmçinin, süni intellektin humanist dəyərləri və ictimai maraqları nəzərə almaqla cəmiyyətin xeyrinə necə istifadə edilə biləcəyi məsələsinə diqqət yetirilir.
Sammitə təxminən 100 ölkənin nümayəndələri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətindən 1000-dən çox iştirakçı qatılıblar.
Paşinyanın mətbuat xidməti Fransa tərəfindən edilən qəbulun “Ermənistan-Fransa münasibətlərində dinamik inkişafı” vurğulamaqla, bunu yüksək səviyyədə təqdim etməyə çalışdı. Amma hər şey tərsinədir.
Nikol Paşinyan Yelisey Sarayında olarkən Qərb ölkələrinin dövlət və hökumət başçıları ilə əl sıxaraq görüşmək üçün dəridən-qabıqdan çıxdı. Daha sonra Hindistanın baş naziri Narendra Modi ilə görüşmək üçün qaçan və bu zaman iki kətili aşıran Nikol Paşinyan kənardan çox komik, həm də acınacaqlı təsir bağışlayırdı.
Adətinə xilaf çıxmayan Paşinyan bərbad ingilis dilində danışmağa çalışır, salamlaşır, yanındakı fotoqrafına "Çəkirsən? Çək!" deyirdi.
Süni intellektçə həsr olunmuş sammitə qatılan liderlərlə yanaşı duraraq, yaxud da görüşərək fotolar çəkdirən Nikol Paşinyan bu minvalla "başını başlara qatan" şəxs, xüsusilə də "beynəlxalq səviyyədə ciddi qəbul olunan baş nazir" imici yaratmağa çalışırdı.
Halbuki vəziyyət Nikol Paşinyanın kloun kimi davrandığını göstərirdi.
Gerçək sadədir: Ermənistan müstəqillik görüntüsünü belə itirərək, Fransa geosiyasətinin alətinə çevrilib. Makronun Yelisey Sarayında dünən səsləndirdiyi “Ermənistanı dəstəkləməyə davam edəcəyik” bəyanatı təntənəli görünə bilər, lakin bu dəstəyin əsl qiyməti nədir? Məzkur dəstək Ermənistanı qonşularından uzaqlaşdırmaq və onu siyasi təcridə salmaq demək deyilmi?
Emmanuel Makron Ermənistanı Azərbaycan, Türkiyə və hətta Rusiyanın regional maraqlarına təzyiq vasitəsi kimi məharətlə istifadə edir. Rəsmi İrəvanın açıqlamalarına görə, Parisdəki görüşdə “sülh prosesi və “kommunikasiyaların açılması” məsələləri müzakirə edilib. Halonki əslində, Makronun məqsədi bölgədə gərginliyi artırmaq və İrəvanı öz təsir dairəsində saxlamaqdır.
“Sülh gündəliyi” adı altında Makron Bakıya qarşı hər hansı razılaşmanın pozulmasına yönələn təxribatçı ritorikanı dəstəkləyir. Paşinyanın “Sülh yolayrıcı” adlandırdığı layihəsə Ermənistanın uğursuz xarici siyasətini uğur kimi təqdim etmək cəhdindən başqa bir şey deyil. Ermənistan bu “yolayrıc"la problemlərin mərkəzinə çevrilib və təcrid olunmuş vəziyyətdə real həllər təklif edə bilmir.
Şam yeməyi zamanı Paşinyanın Ermənistanda "irəlilətməyə çalışdığı demokratik islahatlar” da müzakirə edilib. Həmin islahatlar yalnız vitrin kimi istifadə olunur və dövlət sisteminin tam tənəzzülünü gizlədir. Ermənistan hökuməti daxili problemləri həll etmək əvəzinə, Qərbdəki "hami"ləri ilə əlaqələri gücləndirməyi üstün tutur. Nəticədə, ölkə əhalisi artan yoxsulluq, miqrasiya və daxili sabitsizliklə üzləşir. Ermənistanda demokratiya xarici siyasət uğursuzluqlarını doğrultmaq vasitəsinə, islahatlar isə idarəçilikdəki çatışmazlıqları ört-basdır etmə üsuluna çevrilib.
N.Paşinyanın “yeni səviyyə” adlandırdığı İrəvan-Paris münasibətləri əslində ağalıq-vassallıq əlaqələrini xatırladır. Makron üçün zəif və asılı Ermənistan onun qərarlarından və dəstəyindən asılı olan faydalı bir alətdir. Ermənistanı Fransaya bağlayan Paris, Ermənistan rejimini öz maraqlarını irəlilətmək üçün istifadə edir və İrəvana qonşularla münasibətləri normallaşdırmaq şansı vermir.
“Sülh prosesi”, “demokratik islahatlar” və “ikitərəfli əməkdaşlıq” haqqında deyilənlər yalnız görüntüdür. Əslində isə Ermənistanın iqtisadiyyatı ildən-ilə daha çox xarici dəstəklərdən asılı vəziyyətə düşür və infrastruktur layihələri yalnız vədlər səviyyəsində qalır.
Ermənistanı başqalarının geosiyasi oyunlarında alətə çevirən Paşinyan hər addımı ilə baş nazir yox, marionet olduğunu təsdiqləyir. Azərbaycan və Türkiyə ilə körpüləri yandıraraq “böyük Fransa”ya bel bağlayan Paşinyan bölgədə sabitliyi gücləndirmək əvəzinə, hər cür əməkdaşlıq şansını məhv edir. Lakin Paris Ermənistanın problemlərini həll etməyəcək, əksinə, onları öz təsirini artırmaq üçün istifadə edəcək.
Fransa Ermənistanı öz orbitinə çəkərək, onun müstəqillik şanslarını tamamilə əlindən almaqdadır.
İrəvan isə Qərbin onun problemlərini həll edəcəyinə ümid edərək, zaman, resurslar və gələcəyini itirir. Paşinyan “yeni səviyyə” münasibətlərindən danışsa da, bu səviyyə yüksəliş deyil, uçurumdur.
Ermənistan iki yoldan birini seçməlidir: ya qərbin siyasətində alət olaraq qalacaq, ya da nəhayət anlayacaq ki, onun əsl gücü qonşularla münasibətləri normallaşdırmaqda, yoxsa Parisin yalançı vədlərinə bel bağlamaqda deyil. Bu vaxt isə Paşinyan Yelisey sarayında şam yeməkləri ilə fəxr edir, onun ölkəsi isə böhranlarda boğulur və heç kim onu xilas etmək fikrində deyil.
Bu arada Nikol Paşinyanın ABŞ-yə "dəbdəbəli səfər"ini də xatırlamamaq olmur. Tələm-tələsik təşkil olunmuş vizit Ermənistanda peşəkar diplomatiyanın ümumiyyətlə, olmadığını göstərdi.
Çünki əfərin nə strateji strukturu və məqsədləri, nə də düzgün planlaşdırılması yoxdu.
Deyəsən, İrəvanda kimsə Vaşinqtonda yüksək səviyyəli rəsmilərlə görüşlər barədə öncədən razılıq əldə etməyə və ya ölkə üçün hər hansı bir fayda gətirə biləcək gündəm formalaşdırmağa belə cəhd etmədi. Nəticədə Ermənistan baş nazirinin səfəri o qədər əhəmiyyətsiz oldu ki, ABŞ mediası onu demək olar ki, görməzdən gəldi.
Özünü “demokratik islahatçı” kimi təqdim edən bir dövlət rəhbəri nə ABŞ Prezidenti Donald Tramp, nə də Dövlət Katibi Mark Rubiyo tərəfindən qəbul edilmədi. Bu alçaldıcı laqeydlik, ABŞ-nin Ermənistanı nə strateji tərəfdaş, nə də beynəlxalq arenada mühüm oyunçu kimi görmədiyinin birbaşa göstəricisidir.
ABŞ-nin vitse-prezidenti ilə görüş rəsmi İrəvan tərəfindən az qala "möhtəşəm geosiyasi uğur" kimi təqdim edilsə də, əslində bir fars idi. Ermənistan tərəfinin paylaşdığı fotoşəkildə hətta Ermənistan bayrağı belə görünmürdü - bu, ABŞ-nin prioritet siyahısında İrəvanın hansı yerdə dayandığını simvolik şəkildə göstərir. Ölkələrarası münasibətləri gücləndirmək üçün bir fürsət ola biləcək bu səfər mənasız bir PR-aksiya ilə yekunlaşdı. Hətta bu görüş belə, Paşinyanın arxivinə əlavə ediləcək bir fotoşəkildən başqa real nəticə gətirmədi.
Paşinyanın dini təşkilatlarla bağlı tədbirlərdə iştirakı isə xüsusi diqqət çəkir. Səhər yeməyində iştirak edən dini liderlərin bəziləri sektalarla bağlı olan şəxslər idi. Bu addım, hər hansı real diplomatik addımlardan uzaq bir insanın çarəsizliklə atdığı absurdu xatırladır. Real danışıqlar aparmaq əvəzinə, baş nazir heç bir siyasi və ya iqtisadi təsiri olmayan şübhəli təşkilatlarla vaxt itirdi. Bu sadəcə bir səhv deyil; XXI əsrdə diplomatiyanın necə işlədiyini anlamamağın bariz nümunəsidir.
Beləliklə, görünən budur ki, Paşinyanın rəhbərliyi altında Ermənistanın xarici siyasəti xaotik ziddiyyətlər toplusuna çevrilib. Bir tərəfdən, o, Qərblə münasibət qurmağa çalışaraq anti-Rusiya ritorikası nümayiş etdirir. Digər tərəfdən, Moskva qarşısında öz bəyanatlarını və addımlarını əsaslandırmaq məcburiyyətində qalır. Belə riskli balans artıq həm Rusiya, həm də ABŞ tərəfindən etimadın itirilməsinə gətirib çıxarıb. Ermənistan, real müttəfiqləri və strateji tərəfdaşları olmayan bir təcrid vəziyyətində qalıb.
Paşinyan ABŞ-nin özünü demokratiyanın qoruyucusu kimi təqdim etdiyini düşünərək, islahatlarını dəstəkləyəcəyini və siyasi yardım göstərəcəyini ümid edirdi. Amma o unudur ki, geosiyasətdə simpatiya və emosiyalara yer yoxdur. Vaşinqton üçün zəif və etibarsız tərəfdaşlar maraqlı deyil. ABŞ ilə imzalanmış strateji saziş isə boş bir formalizmdən başqa bir şey deyil, çünki bu sənədin arxasınca heç bir real addım atılmadı.
Paşinyanın ABŞ-yə səfərinin uğursuzluğu Ermənistan üçün həyəcan siqnalıdır. Əgər ölkə xarici siyasətdəki xaotik yolu davam etdirərsə, beynəlxalq arenada son təsir rıçaqlarını da itirəcək. Bu səfər, strateji baxışın olmaması və qeyri-peşəkarlığın necə fəlakətli nəticələrə gətirib çıxara biləcəyini nümayiş etdirdi.
Ermənistan təcili olaraq öz xarici siyasətini yenidən nəzərdən keçirməli, milli maraqlara əsaslanan aydın və ardıcıl bir strategiya qurmalıdır. Əks halda, daha dərin təcrid və digər oyunçuların idarə etdiyi vəziyyətlərdən asılılıq onu gözləyir.
Əgər bacararsa və istəyərsə.
Fəqət, çətin...
Elçin Alıoğlu - TREND
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Bu gün, 19:51 |
|
|
|
• Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Bu gün, 19:49 |
|
|
|
• "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Bu gün, 19:02 |
|
|
|
• Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Bu gün, 19:00 |
|
|
|
• Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 18:58 |
|
|
|
• "Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Bu gün, 18:21 |
|
|
|
• “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Bu gün, 18:19 |
|
|
|
• Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Bu gün, 18:16 |
|
|
|
• Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Bu gün, 18:14 |
|
|
|
• Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Bu gün, 17:21 |
|
|
|
• Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Bu gün, 17:19 |
|
|
|
• Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Bu gün, 17:15 |
|
|
|
• “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Bu gün, 17:13 |
|
|
|
• Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Bu gün, 17:11 |
|
|
|
• "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Bu gün, 17:10 |
|
|
|
• “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Bu gün, 17:04 |
|
|
|
• Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Bu gün, 17:02 |
|
|
|
• İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Bu gün, 16:58 |
|
|
|
• “Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Bu gün, 16:56 |
|
|
|
• Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Bu gün, 16:53 |
|
|
|
• Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Bu gün, 16:49 |
|
|
|
• Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Bu gün, 16:43 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 16:39 |
|
|
|
• Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Bu gün, 16:35 |
|
|
|
• Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Bu gün, 16:31 |
|
|
|
• Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Bu gün, 16:28 |
|
|
|
• Ömürlük məhkum həbsxanada özünü öldürdü
Bu gün, 16:23 |
|
|
|
• Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Bu gün, 16:19 |
|
|
|
• MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Bu gün, 16:18 |
|
|
|
• “Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Bu gün, 16:11 |
|
|
|
• Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Bu gün, 16:08 |
|
|
|
• Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Bu gün, 16:06 |
|
|
|
• “Ona necə inanmağıma özüm də mat qalmışam...”
Bu gün, 15:38 |
|
|
|
• Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Bu gün, 15:25 |
|
|
|
• Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Bu gün, 15:20 |
|
|
|
• Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Bu gün, 15:14 |
|
|
|
• Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Bu gün, 15:08 |
|
|
|
• Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Bu gün, 15:02 |
|
|
|
• Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Bu gün, 14:58 |
|
|
|
• Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Bu gün, 14:51 |
|
|
|
• Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir - VİDEO
Bu gün, 14:48 |
|
|
|
• Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb - KİV
Bu gün, 14:43 |
|
|
|
• Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib - MƏHKƏMƏ
Bu gün, 14:10 |
|
|
|
• “Nə Tramp, nə Zelenski! – Son sözü xalq deyəcək”
Bu gün, 14:02 |
|
|
|
• İndi növbə saxta diş həkimlərinindir... - Texniklər necə stomatoloji xidmət göstərir?
Bu gün, 14:00 |
|
|
|
• Sülh müqaviləsi Rusiya ərazisində imzalanmayacaq - BU QƏTİDİR!
Bu gün, 13:58 |
|
|
|
• Atası müstəntiqi öldürüb Azərbaycana qaçırdı, oğlu da polisi döydü - HADİSƏ ANI
Bu gün, 13:12 |
|
|
|
• Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun əmlaklarının siyahısı - FOTOLAR
Bu gün, 13:10 |
|
|
|
• "Mənəm e, Paşinyan": - Nikolun Vaşinqton və Paris rəzaləti
Bu gün, 13:05 |
|
|
|
• Bakıda “Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür - FOTO
Bu gün, 13:03 |
|
|
|
|