![Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib](https://dia-az.info/uploads/posts/2025-02/thumbs/1739283293_0001.jpg)
Böyük Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Onlar kiberməkanda qanunsuz fəaliyyətdə şübhəli bilinir.
Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin yaydığı siyahıdan məlum olur ki, London Rusiyanın “Zservers” şirkətini zərərli proqramlar vasitəsilə kiberhücumlarda şübhəli bilir.
Qara siyahıya həmçinin “Zservers” şirkətinə məxsus olduğu və onun tərəfindən istifadə edildiyi iddia edilən “Xhost Internet Solutions” provayderi də daxil edilib.