ABŞ Dövlət katibi Antoni Blinken HƏMAS-ın danışıqlar masasına qayıtması ilə bağlı bölgədəki aktyorlarla çoxlu görüşlər keçirdiklərini və bu çərçivədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istədiklərini bildirib. Yeniavaz.com bu barədə “Anadolu” agentliyi məlumat yayıb. “Biz digər aktyorlar kimi Ərdoğanın da yanına getdik və ondan HƏMAS-ı masaya qaytarmaq və razılaşmanı yekunlaşdırmağa çalışmaq üçün nüfuzundan və təsirindən istifadə etməsini istədik. O da bunu etdi”, - Blinken deyib.