İstintaq Moskva Qarnizonu Hərbi Məhkəməsinə marafon kraliçası Yelena Blinovskayanın ərinə qarşı dələduzluqda ittiham olunan keçmiş vəkil Elman Paşayevin həbs müddətinin uzadılması ilə bağlı vəsatət qaldırıb.
Musavat.com xəbər verir ki, məlumatı Rusiya mətbuatı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb.
Məhkəmənin məlumatına görə, Paşayevin həbs müddətinin yaza qədər uzadılması məsələsinə baxılması yanvarın 13-nə təyin edilib. Paşayevə qarşı xüsusi külli miqdarda dələduzluq maddəsi ilə işə baxılır.
İstintaq hesab edir ki, 2024-cü ilin fevralında Paşayev Yelena Blinovskayanın əri Alekseyi arvadını böyük pul mükafatı müqabilində azad edə biləcəyinə inandırıb. Bundan sonra Aleksey Blinovski keçmiş vəkilinə 18,5 milyon rubl və 300 min dollar köçürüb.
E.Paşayev günahını qəbul etmir və işini qurulmuş adlandırır. O bildirir ki, təqsirsizliyi şəxsi əmanətlərinin Rusiya ordusunun ehtiyaclarına bağışlanması ilə təsdiqlənib.