Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Tarix: 10-01-2025, 16:49 |
Çap et
Bu gün Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə ediblər.
Ermənistanla Türkiyə arasında münasibətlərinin normallaşması, həmçinin Ermənistan-Aİ əməkdaşlığının dərinləşdirilməsi və genişləndirilməsi ilə də bağlı fikir mübadiləsi aparılıb.