Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? .....                     Simonyanın əri kliniki ölüm keçirdi, .....                     Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi .....                     Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... .....                     Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... .....                     Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı .....                     Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ .....                     20 ildən çoxdur icra başçısı işləyən məmurlar .....                     "Bunların mənim 25 manatıma ehtiyacları var?" .....                     İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı .....                     Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... .....                     MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? .....                     Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur .....                     Paşinyan ölkəsində faşizmi məhv etməsə... .....                     Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir .....                     Sülh müqaviləsi hər iki ölkə sərhədində imzalana bilər .....                     Güneyli soydaşlarımız bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklər .....                     Başçı icra hakimiyyətinin səhifəsini ŞƏXSİ BLOQUNA ÇEVİRİB? .....                     Türkiyə və İsrail SAVAŞACAQMI? .....                     "Bu sahədə dürüst məmur və tikinti şirkəti yoxdur" .....                     Gürcüstanda dövlət bayraqları yarıya endirilib .....                     Azərbaycanın önəmi: Ağ Evdə bunu anlayacaqlar .....                     Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü” .....                     Dünyada yeni virus həyəcanı: HMPV də COVID kimi Çindən başladı .....                     İrəvandan Bakıya “yeni il mesajı” .....                     Əhmədianın səfəri: Bakı və Ankara əleyhinə siyasət dəyişir? .....                     "Global STM" və "Aksaray" vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi .....                     "Bu, cəmiyyətimiz üçün nə qədər faydalı olar, deyilmi?" .....                     'Azercell' 2023-cü il üzrə maliyyə hesabatını niyə açıqlamır? .....                     Ermənistan Naxçıvan istiqamətində fəallaşdı: Yeni müharibə başlayır? .....                     Bakıda bizi Qarabağın azadlığı ilə təbrik edən Əhmədian İrəvanda... .....                     Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür .....                     "Ali təhsilli qızıma xadimə işi təklif olunur" .....                     Paşinyan Qərbi Azərbaycana qayıdışdan imtina edə bilməyəcək... ÇÜNKİ... .....                     “Cəmi 2 ay 170 manat aliment ödəyən biri ata sayıla bilərmi?” .....                     Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı .....                     ATƏT-in yeni sədri Kiyevdə Zelenski ilə görüşüb .....                     Vətəndaş AZƏRİQAZ-dan narazılıq edir .....                     Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır .....                     Tıxacda “boğulan” Bakı: “Yol infrastrukturundan kiçik məmurlara qədər...” .....                 

Ermənistanın himayədarı İrandır - BUNA GÖRƏ DƏ...
Tarix: Dünən, 14:00 | Çap et
Ermənistanın himayədarı İrandır
Qərb Zəngəzur dəhlizinə münasibətini dəyişməsi üçün İrana təzyiqi gücləndirəcək. Bunu erməni politoloq Varujan Geqamyan deyib. Ekspert bildirib ki, İran dəhliz məsələsində əsas müxalifət olaraq qalır: "Amma Qərbin artan təzyiqləri fonunda İranın bizim üçün çox faydalı olan bu mövqeyi dəyişdirilə bilər". Geqamyanın fikrincə, 2025-ci ildə dəhlizin açılması üçün İranla yanaşı, Ermənistana da güclü təzyiqlər olacaq. Erməni analitik Tehran və İrəvanın bu təzyiqlərə tab gətirməyəcəyini ehtimal edir.

Məlumat üçün deyək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Zəngəzur dəhlizi barədə açıqlama verib. XİN rəsmisi Zəngəzur dəhlizi ilə bağlı danışıqlar üçün tezliklə İran nümayəndə heyətinin Türkiyəyə səfər edəcəyini deyib. Diplomat bildirib ki, Zəngəzur dəhlizi heç də siyasi məsələ deyil, bu, iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələdir: "İranın mövqeyi sabitdir. Biz nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışlamaqla yanaşı, ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayırıq". Bəqayi əlavə edib ki, Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparmaq üçün İran nümayəndə heyəti tezliklə Türkiyəyə səfər edəcək: "Yəqin ki, yaxın vaxtlarda bizdən müvafiq qurumların iştirakı ilə bir nümayəndə heyəti məsələni yaxından müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Ümid edirik ki, məsələ tezliklə həllini tapacaq". Xatırladaq ki, daha sonra Tehran bu xəbəri təkzib etmişdi. Erməni türkoloq Varujan Geqamyan isə bildirib ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizi adlanan yerə kiçik, lakin uğurlu informasiya hücumu həyata keçirdi. O iddia edib ki, Azərbaycan mətbuatı İran Xarici İşlər Nazirliyi adından İranın dəhliz məsələsindəki mövqeyindən vaz keçdiyi və onun açılışının texniki detallarının tezliklə Türkiyədə müzakirə olunacağı xəbərini yayıb: “Xoşbəxtlikdən belə bir şey yoxdur. İran tərəfi çox tez hər şeyi təkzib etdi. Lakin bu azərbaycanlı hücumu bizə 3 vacib şeyi xatırladır. Turan dəhlizi ilə bağlı 2025-ci ildə mümkün ən böyük təzyiq olacaq. Bu, bir sıra hallarla (xüsusən də tikinti tarixləri) bağlıdır. Dünənki hücum da bunun ilkin əlamətlərindən biridir. İran dəhliz məsələsində əsas müxalifət olaraq qalır. Qərbin İrana təzyiqlərini artırdığı halda bizim üçün çox faydalı olan bu mövqe dəyişdirilə bilər. Azərbaycan və Türkiyənin Ermənistana qarşı müharibəsi təkcə klassik döyüş meydanında deyil, həm də informasiya döyüş meydanındadır. Dünənki hücum buna əyani sübutdur. Qarşıdakı həftələrdə biz bu təhlükənin mahiyyətini mümkün qədər təfərrüatı ilə başa düşməyə və vizuallaşdırmağa kömək edəcək hərtərəfli tədqiqi təqdim edəcəyik”.

Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, 2020-ci ilin 10 noyabr tarixində imzalanmış birgə bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin açılması nəzərdə tutulub. Ermənistanın Baş naziri Nikol Paşinyan da həmin bəyanata imza atıb. Professorun sözlərinə görə, birgə bəyanatın 9-cu maddəsində açıq mətnlə göstərilib ki, Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında insanların və yüklərin sərbəst hərəkəti təmin olunmalı, Ermənistan da buna zəmanət verməlidir:

"Görünür, Ermənistan həmin dövrdə məhz zaman qazanmaq üçün kapitulyasiya sənədini imzalamaq məcburiyyətində qalıb. Sonradan biz bunu aydın şəkildə gördük. Ermənistanın hərbi-siyasi xarakterli təxribatları hələ də davam edir, kənardan dəstək verilir. İrəvan əlindən gələni edir ki, münaqişənin hələ də qalması təəssüratı formalaşsın. Təsadüfi deyil ki, bu gün Ermənistan ATƏT-in Minsk qrupunun fəaliyyətində də maraqlıdır. Minsk qrupu hələ də fəaliyyətdədirsə, belə bir təsəvvür yaranır ki, guya münaqişə vəziyyəti qalmaqdadır. Eyniylə Ermənistan baş naziri öz imzası ilə Zəngəzur dəhlizinin açılmasına razılıq versə də, sonradan hər vasitə ilə dəhlizin reallaşmasının qarşısını almağa çalışdı və müxtəlif şərtlər irəli sürməyə başladı".
E.Mirbəşiroğlu qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasında İranın fərqli mövqeyi var idi:
"Xatırladım ki, 2021-ci ildə Bakı və Tehran arasında İran ərazisindən keçməklə Naxçıvanı Azərbaycanın Qərb rayonları ilə birləşdirəcək quru yolunun açılması haqqında razılıq əldə olunmuşdu. Bu, Azərbaycanın siyasi mövqelərini əhəmiyyətli dərəcədə gücləndirmiş oldu. Ona qədər Ermənistan Zəngəzur dəhlizi məsələsi üzərindən Azərbaycanı bir çox hallarda şantaj etməyə çalışırdı. Azərbaycan bu anlaşma ilə preventiv addım atmış oldu və Ermənistanın əlindən şantaj alətini çıxartdı. Sonrakı mərhələdə İran Zəngəzur dəhlizinin açılmasını, dolayısı ilə Ermənistanın suverenliyinin pozulacağı hal kimi təqdim etməyə başladı".

Siyasi şərhçi vurğulayıb ki, Zəngəzur dəhlizi çox ciddi geosiyasi və geoiqtisadi əhəmiyyətə malik layihədir:

"Bu dəhliz böyük bir coğrafiyada birbaşa kommunikasiyanı təmin edəcək. O cümlədən Azərbaycanla Türkiyə arasında kommunikasiyanı təmin edəcək. Xatırlatmaq yerinə düşər ki, Rusiya da bu dəhlizin açılmasında maraqlı olduğunu hər zaman önə çəkib. Birgə bəyanatın 9-cu maddəsində məhz Rusiyanın da adı keçir və dəhlizə rus sərhədçilərinin nəzarət edəcəyi vurğulanır. Amma indi geosiyasi reallıqlar sürətlə dəyişməkdədir. Zəngəzur dəhlizi Azərbaycan ərazisindən keçən çox mühüm nəqliyyat kommunikasiyalarının ən önəmli seqmentinə çevrilə bilər. Bu, Böyük İpək Yolunun, Şimal Cənub Nəqliyyat Dəhlizinin seqmentini təşkil edə bilər. Ona görə region ölkələri üçün də maraqlıdır. Bəs İranı narahat edən nədir? Hesab edirəm ki, bununla İranın tranzit ölkə imkanlarının zəifləyə biləcəyi düşüncəsi mövcuddur. Zəngəzur dəhlizi açıldıqdan sonra Türkiyədən gələn yük trafiki məhz bu dəhliz üzərindən gedəcək. Məsələnin geosiyasi tərəfi, gələcəkdə təsir imkanları da mühümdür. Müasir dövrdə quru yollar, boru xətləri, ümumən müxtəlif kommunikasiyalara nəzarət uğrunda ciddi mübarizə getməkdədir. Hansı ölkələrin nəzarət imkanları genişdirsə, onlar daha çox siyasi təsir imkanlarına sahib ola bilərlər. Əgər İran Zəngəzur dəhlizi məsələsini müzakirə etmək niyyətinə düşərsə, dəhlizin açılma ehtimalı daha real olar. Müzakirələrin başlaması və aktuallaşması ümidvericidir".

Professor bəyan edib ki, Türkiyənin Zəngəzur dəhlizinin açılması məsələsini İranla müzakirəsi önəmlidir:

"Çünki bu, həm də Azərbaycanla Türkiyə arasında quru yolu ilə birbaşa əlaqənin yaradılması deməkdir və bunun seqmentləri artıq Azərbaycan ərazisində yaradılıb. İğdır-Naxçıvan istiqamətində Türkiyədə də infrastruktur imkanları mövcudur. Rusiyanın İran üzərində təsiri məsələsinə gəlincə, sözsüz ki, Rusiya regionda cərəyan edən prosesləri diqqətlə izləyir. Təbii ki, Rusiya da dəhlizin açılmasında maraqlıdır. Çünki Zəngəzur dəhlizi Şimal-Cənub Nəqliyyat Dəhlizinin imkanlarının genişlənməsinə xidmət edə bilər".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? - AÇIQLAMA
Bu gün, 10:14
Simonyanın əri kliniki ölüm keçirdi, komadadır
Bu gün, 10:13
Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Xaçatryan
Bu gün, 10:12
Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... - VƏFAT ETDİ...
Bu gün, 09:55
Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... - GƏLİŞMƏ
Bu gün, 09:52
Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 09:46
Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ - Elə "Şuşa" restoranından aldıqları bəs edər ki...
Bu gün, 09:41
20 ildən çoxdur icra başçısı işləyən məmurlar - SİYAHI
Bu gün, 09:30
"Bunların mənim 25 manatıma ehtiyacları var?" - NARAZILIQ VAR...
Bu gün, 09:17
İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı - Görüş yeri nə Parisdir, nə də Bürüssel...
Bu gün, 09:06
Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... - "Kavkazskiy uzel"
Bu gün, 09:04
MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? - İLGİNC FAKT
Bu gün, 09:01
Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur - ÇÜNKİ...
Bu gün, 08:51
Paşinyan ölkəsində faşizmi məhv etməsə... - "Dəmir yumruq" yenə işə düşə bilər!
Bu gün, 08:49
Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir - Görünəni odur ki...
Bu gün, 08:44
Sülh müqaviləsi hər iki ölkə sərhədində imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 08:42
Güneyli soydaşlarımız bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:40
Başçı icra hakimiyyətinin səhifəsini ŞƏXSİ BLOQUNA ÇEVİRİB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:32
Türkiyə və İsrail SAVAŞACAQMI? - ŞƏRH
Bu gün, 08:25
"Bu sahədə dürüst məmur və tikinti şirkəti yoxdur" - Hüquqşünasdan UYARI!
Bu gün, 08:22
Gürcüstanda dövlət bayraqları yarıya endirilib
Bu gün, 07:15
Azərbaycanın önəmi: Ağ Evdə bunu anlayacaqlar - İNCƏLƏMƏ
Bu gün, 07:13
Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü” - BUNDAN SONRA...
Bu gün, 07:10
Dünyada yeni virus həyəcanı: HMPV də COVID kimi Çindən başladı - NƏ BAŞ VERİR?
Bu gün, 07:08
İrəvandan Bakıya “yeni il mesajı” - İki lider geri çəkildi, ermənilər təşvişə düşdü
Bu gün, 07:06
Əhmədianın səfəri: Bakı və Ankara əleyhinə siyasət dəyişir? - Ümid etməyin özü belə çətindir...
Bu gün, 07:02
"Global STM" və "Aksaray" vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:00
"Bu, cəmiyyətimiz üçün nə qədər faydalı olar, deyilmi?" - ÇAĞIRIŞ
Bu gün, 06:45
'Azercell' 2023-cü il üzrə maliyyə hesabatını niyə açıqlamır? - ŞOK İDDİA
Bu gün, 06:40
Ermənistan Naxçıvan istiqamətində fəallaşdı: Yeni müharibə başlayır? - NƏ ETMƏLİ?
Bu gün, 06:31
Bakıda bizi Qarabağın azadlığı ilə təbrik edən Əhmədian İrəvanda... - erməniləri nə ilə TƏBRİK EDİR?
Bu gün, 06:23
Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür
Bu gün, 01:11
"Ali təhsilli qızıma xadimə işi təklif olunur" - BU NƏDİ BELƏ?
Bu gün, 00:59
Paşinyan Qərbi Azərbaycana qayıdışdan imtina edə bilməyəcək... ÇÜNKİ... - Öhdəliyi var...
Bu gün, 00:55
“Cəmi 2 ay 170 manat aliment ödəyən biri ata sayıla bilərmi?” - QARADAĞ SAKİNİ NƏVƏSİNİN QƏYYUMLUĞUNUN ONA VERİLMƏMƏSİNDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 00:53
Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı - HƏLƏ DAVAM EDƏCƏK...
Bu gün, 00:51
ATƏT-in yeni sədri Kiyevdə Zelenski ilə görüşüb
Bu gün, 00:49
Vətəndaş AZƏRİQAZ-dan narazılıq edir - MÜRACİƏT
Bu gün, 00:47
Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:40
Tıxacda “boğulan” Bakı: “Yol infrastrukturundan kiçik məmurlara qədər...” - NƏ ETMƏLİ?
Bu gün, 00:34
Trampın Qrenlandiya ilə bağlı sözləri Avropada təşviş yaradıb - Bild
Bu gün, 00:31
"Bütün müraciətlərimə rədd cavabı verilir" - GİLEY
Bu gün, 00:29
Azərbaycanın yeni dünya vizyonu - İNCƏLƏMƏ
Bu gün, 00:21
“Liv Bona Dea Hospital”-da müəmmalı ölüm işi - Abbasəli Abbasəliyev Şahini səhv müalicə etdi
Bu gün, 00:19
Ermənilər sərhədimizdə daha bir dayaq məntəqəsi tikir - "Bez Tormozov"
Bu gün, 00:17
"El üçün yox, ev üçün yaşamaq lazımdır"
Bu gün, 00:14
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
Bu gün, 00:10
Bu şirkət tikinti işlərindən 683 min manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:05
Nazirlik 9 milyonluq mühafizə xidmətini bu şirkətlərdən alacaq – MƏBLƏĞLƏR
Bu gün, 00:02
Ağstafada polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu ifşa edib - FOTO
Dünən, 23:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru