Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək
Tarix: 4-01-2025, 10:26 |
Çap et
ABŞ dövlət katibi Antoni Blinken 4-9 yanvar tarixlərində Koreya, Yaponiya və Fransaya səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller "X"də yazıb.
O bildirib ki, səfərin məqsədi Avropa, Yaxın Şərq və Asiyada problemlərin həllində tərəfdaşlığın əhəmiyyətini bir daha qeyd etməkdir:
"ABŞ dövlət katibi Antoni Blinken Avropa, Yaxın Şərq və Asiyada problemlərin həllində tərəfdaşlığımızın əhəmiyyətini bir daha vurğulamaq üçün 4-9 yanvar tarixlərində Koreya, Yaponiya və Fransaya səfər edəcək".