Regionda fırtınaqabağı səssizlik .....                     Kreml Kursk qaçqınlarını cəzalandırır: “Səsiniz çıxmasın!” .....                     Məşhur tiktoker yenidən həbs edildi .....                     "Azərbaycanda bu təhsil forması tətbiq olunmalıdır" .....                     Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurur? .....                     "Məsuliyyət Rusiyanın üzərinə düşür" .....                     “Sübutlar təyyarənin Rusiya tərəfindən vurulduğunu göstərir” .....                     'Financial Times' qəzeti heç yayılmayan siyasi detalları ortaya sərdi .....                     “City Construction Group” dövlət fonduna 122 milyonluq mənzillər satdı .....                     Bu şirkət təmir işləri müqabilində 6 milyondan çox pul .....                     Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır .....                     Rusiya nə qədər təzminat ödəməlidir? .....                     ATALARIN ƏN YAXŞISI... .....                     ABŞ İvanişviliyə qarşı sanksiya tətbiq etdi .....                     Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı? .....                     İrəvanın YUNAN BİRLİYİNDƏ... .....                     Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır .....                     Banklar depozit faizlərini aşağı sala bilər? .....                     “Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Paşinyanın Qərbpərəst mövqeyi... .....                     Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur .....                     Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq .....                     Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri .....                     Təhsil müəssisəsi mühafizə xidməti aldı .....                     Rusiya niyə üzr istəmir? .....                     Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil .....                     Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub .....                     "TikTok"er xanımlar həbs edildi .....                     Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: .....                     Tanınmış həkimə cinayət işi açıldı .....                     Qəbələ RLS-in rəhbərliyi dəyişib .....                     “Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri .....                     "Ərazi də Rusiyanındır, silah da!" .....                     Ruslar hara qədər BURCUDACAQ?.. .....                     DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır .....                     Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb .....                     Rusiya Azərbaycandan üzr istəməlidir! .....                     AZAL-ın keçmiş prezidentindən sensasion müsahibə .....                     Xüsusi Təftiş Komissiyası yaradıldı .....                 

“Qara qutu”dan gələn səsə doğru - Qəlpələrin izi ilə
Tarix: Dünən, 15:08 | Çap et
“Qara qutu”dan gələn səsə doğru
Qazaxıstanın Aktau şəhərinin hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus sərnişin təyyarəsinin qəzadan əvvəl Rusiya tərəfindən vurulduğu versiyası təsdiqlənməkdədir. İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən təyyarə Çeçenistan paytaxtına yaxınlaşarkən Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalıb.

“Caliber.Az” redaksiyası etibarlı hökumət mənbələrinə istinadən yazıb ki, Rusiya tərəfinin radioelektron mübarizə (REM) sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyası rayonunda bərpa edilib.

“Qeyd edək ki, Rusiya mənbələrinə görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışıb. Belə ki, Çeçenistan Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov dekabrın 25-i səhər saatlarında Qroznıya pilotsuz təyyarələrlə hücum faktını təsdiqləyib və xəsarət alanların, həmçinin dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bu edilməyib. Çeçenistan üzərində uçuşsuz zonanın elan edilməməsinin səbəbi böyük sualdır”, - deyə mənbə qeyd edib.

O da bildirilirb ki, Qroznı şəhərinin hava limanı təyyarənin enişinə icazə verməyib. Bundan əlavə, təyyarəyə Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enmək üçün də icazə verilməyib. HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau şəhərinə yönləndirilib.

“Güman etmək olar ki, bu tövsiyə bir məqsədlə verilib: təyyarə Xəzər dənizinə düşsün, bütün şahidlər həlak olsun və təyyarə batsın. Lakin bu, qeyd edək ki, bizim ehtimalımızdır”, - deyə nəşrdə vurğulanıb.

Bildirilir ki, Rusiya KİV-lərində yayılan alternativ versiyalar ictimai rəyi çaşdırmaq məqsədi daşıyan məqsədyönlü dezinformasiyadır: “Təyyarənin salonundan olan videogörüntülər iki sərnişinin qəlpələrdən yaralandığını göstərir. Bütün şahid ifadələri, o cümlədən təyyarə xaricində eşidilən partlayışlarla bağlı ifadələr HHM-in işinə dəlalət edir. Araşdırmada iştirak edən Azərbaycan tərəfi üçün vəziyyət tamamilə aydındır. Heç kim bunun qəsdən edildiyini iddia etmir. Lakin müəyyən edilmiş faktları nəzərə alaraq, Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və bütün günahkarların məsuliyyətə cəlb olunacağı tam araşdırma aparmasını gözləyir”.

Qeyd edək ki, “Euronews” da AZAL-ın təyyarəsinin Rusiya hava məkanında vurulması barədə yazıb və Azərbaycan rəsmi mənbələrindən bunun təsdiqləndiyini bildirib. Görünən odur ki, Azərbaycan tərəfində təyyarəyə hücum edilməsi ilə bağlı dəlillər var. Amma Rusiya tərəfi rəsmi şəkildə hələ ki, deyilənləri təsdiqləməyib. Onu da bildirək ki, Moskvadan təkzib də verilməyib.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran siyasi ekspert və hüquqşünas Fərhad Mehdiyev deyib ki, AZAL-ın sərnişin təyyarəsinə kənar müdaxilə, onun vurulması danılmazdır:

- Çünki ortada faktlar var. Təyyarənin qalıqlarının üzərindəki mərmi izləri təyyarəyə hərbi müdaxilə edildiyini açıq şəkildə göstərir. Eyni zamanda, sərnişinlərin çəkdikləri videolar var ki, təyyarənin göyərtəsində maskaların düşdüyü görünür, plastmasın bir hissəsinin qopması görünür. Bunlar da onu göstərir ki, təyyarədə havada olarkən deşik açılıb. Bütün ekspertlər deyirlər ki, əgər quş sürüsü təyyarənin ancaq motor hissəsinə, qanadları hissəsinə zərər yetirə bilir. Ona görə də təyyarənin havada quş sürüsü ilə toqquşması versiyası sıradan çıxır.

Onu da deyim ki, təyyarənin uçduğu hündürlükdə quş sürüsünün olması ehtimalı çox azdır. Hazırda quşların miqrasiya etdiyi fəsil də deyil. Böyük ehtimalla, təyyarənin “Pantsir” raket sistemi ilə vurulması barədə yazılanlar, iddialar doğrudur. Həm də “Euronews” kimi ciddi bir media orqanı Azərbaycan rəsmilərinə istinadla bu məlumatı yayırsa, demək ki, bu versiya həqiqətə daha çox yaxındır.

Buradan da məlum olur ki, təyyarəmiz Rusiya tərəfindən vurulub - qəsdlə, yaxud bilməyərəkdən. Məlumatlar var ki, həmin vaxt Çeçenistan Ukrayna tərəfindən dron hücumuna məruz qalırmış, bunun qarşısının alınması üçün “Pantsir”dən istifadə edilib, səhvən sərnişin təyyarəsi vurulub. Əgər belədirsə, o zaman bunun özü də acınacaqlı və təəssüf doğuran haldır. Necə ola bilər ki, hərbçilər dronla təyyarəni ayırd edə bilmirlər?

Onu da qeyd edim ki, “Pantsir” qurğusunun həm topu var, həm də raketi var. Biz təyyarənin hansı məsafədə vurulduğunu bilmirik, amma topla üç kilometrə qədər məsafədəki hədəf vurula bilər. Raketlə isə 15 kilometrə qədər məsafədəki hədəf vurula bilir. Raketlərin qəlpə təsiri ola bilir və hədəfdən təxminən 7 metr kənarda partlayır. Hadisə şahidləri, yəni sərnişinlər deyirlər ki, havada olarkən iki dəfə partlayış səsi eşidiblər. Böyük ehtimalla, təyyarə raketlə vurulub.

- Daha hansı fakt təyyarəınin vurulması arqumentini gücləndirir?

- Təyyarə qəzasının görüntüsü yayılandan bilinirdi ki, bu qəzada nəsə başqa məqamlar var. İlkin ehtimal kimi quş sürüsü ilə toqquşma irəli sürüldü - həm də Rusiya tərəfindən. Amma dediyim kimi, quş sürüsü ilə toqquşma ehtimalı çox az idi. İkincisi, təyyarənin qəzadan əvvəlki uçuş görüntüləri bu qəzanın kənar müdaxilənin nəticəsində baş verməsinə ciddi şübhələr yaradırdı. Məsələn, biz görürük ki, təyyarə Aktau hava limanına çatır, sonra sola dönməyə məcbur olur. Demək ki, təyyarə lazım olan hündürlüyü ala bilmir, hündürlüyün tutulmasında problem vardı. Uyğun hündürlük olmadığına görə, pilot eniş edə bilmir və təkrar cəhd edir ki, daha aşağı məsafəyə endirsin və enişi həyata keçirsin. Biz sərnişinlərdən birinin həmin anda çəkdiyi videodakı səs yazısından eşidirik ki, stüardessa “20 nəfər qabağa gəlsin” deyir. Bu, o deməkdir ki, təyyarənin burun hissəsinin aşağı salınmasına ehtiyac olub ki, hündürlük tənzimlənsin. Təyyarənin hündürlük problemi quyruq hissəsi ilə tənzimlənir. Quyruq hissəsi isə mərmilərə tuş gəldiyinə görə bu tənzimləməni görünür ki, həyata keçirə bilməyib.

- Sizcə, qəsdlə, yoxsa ehtiyyatsızlıqdan vurulub?

- Əlimizdə konkret bilgilər olmadığına görə deyə bilmərik ki, bu hadisə qəsdlə törədilib. Ehtiyyatsızlıqdan edilibsə, o zaman bu, çox kobud bir ehtiyyatsızlıqdır. Beynəlxalq Mülki Aviasiya Konvensiyası – Çikaqo Konvensiyası mövcuddur. Bu sənədə 1986-cı ildə üç maddə əlavə edilib ki, həmin maddələrə əsasən Konvensiya tərəfləri dövlətlər öz hava ərazisində uçan təyyarələrin təhlükəsizliyini təmin etməyə borcludur və mülki təyyarəyə hansısa formada silahdan istifadə etməməlidirlər. Mən deyə bilmərəm ki, Rusiyada mülki aviasiya xətti bağlanmadan silahdan istifadə qərarını, əmrini hansı məmur verib. Uçuş sahəsini mülki aviasiyaya bağlamadan Rusiya hava hücumuna qarşı hərbi sistemi işə salıb. Bu, çox təhlükəli və kobud bir pozuntudur. Dünya aviasiya tarixində belə hallara çox az rast gəlinir. Təəssüf ki, bizim sərnişin təyyarəmiz bu halla üz-üzə qaldı.

- Qaranlıq qalan məsələlər çoxdur. Ən önəmlisi isə təyyarənin Rusiya ərazisindəki yaxın aeroportlara enişinə icazə verilməməsi, pilotun məcbur olub Xəzəri keçərək Aktau hava limanını seçməsidir...

- Təyyarənin vurulması və bunun qəzaya səbəb olması kifayət qədər aydındır. Aydın olmayan məsələlər var ki, bunlardan da biri məhz sizin dediyinizdir. Təyyarə təxminən səhər saat 8 radələrində vurulub. Çünki 8:20-da Qroznı hava limanına enməli idi. Amma Aktauda qəza vurulandan təxminən 3 saat sonra olub. Yəni üç saat ərzində təyyarə Rusiya hava məkanında uçub, eyni zamanda, Xəzər dənizi üzərinə yön alıb. Həmçinin Rusiya həmin vaxt GPS sistemini bağlayıb. Ola bilsin ki, Rusiya bununla dronların hərəkətinə maneə törətmək üçün bu sistemi bağlayıb. Amma GPS sisteminin bağlandığı yerdə mülki təyyarələr “kor” qalır, istiqaməti görə bilmir. Bütün bunlar bilindiyi halda, Rusiya hərbi qurumu kobud səhvə yol verib. Çikaqo Konvensiyasına əsasən, dövlət GPS sistemini bağladığı anda həmin uçuş sahəsini mülki aviasiya üçün bağlamalıdır. Amma Rusiya dövləti bunu etməyib və üstəlik kobud qanun pozuntusuna yol verərək silahdan istifadəyə icazə verib.

Əsas sual odur ki, niyə təyyarə yaxın hava limanına eniş etməyib. Təxmin edirəm ki, təyyarənin hidravik sistemi vurulandan sonra dərhal dayanmayıb ki, üç saat ərzində uçuş həyata keçirə bilib. Hidravik sistem maye ilə işləyir. Təyyarə zədələnəndən sonra maye az-az boşalır və pilot artıq hündürlüyü heç bir şəkildə tənzimləyə bilmir. Vurulandan sonra ən yaxın hava limanına eniş edə bilərmiş. Çünki hidravik sistemi işlədən maye yaxın əraziyə eniş etməyə imkan verəcək qədər ola bilərdi. Çox güman ki, pilot yaxın hava limanına enmək üçün icazə istəyib, amma icazə verilməyib. Bundan sonra məcbur olub Aktauya doğru uçub. Aktauya çatanda isə eniş üçün hündürlük tənzimlənə bilməyib və nəticədə qəza baş verib. Rusiya tərəfi niyə yaxınlıqdakı hava limanına enişə icazə verilmədiyinə rəsmi şəkildə aydınlıq gətirməlidir. Hesab edirəm ki, Azərbaycan tərəfi bu suallara Moskvadan cavab tələb etməlidir.

- Hələlik Rusiya tərəfi təyyarənin vurulması versiyasını rəsmi təsdiqləməyib. Əgər Rusiyanın vurduğu təsdiqini taparsa, hüquqi istiqamətdə hansı addımlar atılmalıdır?

- Araşdırma aparılmalıdır, təyyarənin vurulması versiyası rəsmi təsdiqləndikdən sonra Rusiya tərəfi hansı ölkənin təyyarəsi vurulubsa, həmin ölkədən nümayəndələr dəvət etməlidir. Düzdür, təyyarənin qəzaya uğradığı ərazi Qazaxıstan ərazisidir, amma Rusiyanın özündə kifayət qədər araşdırılası məqamlar var. Dediyim kimi, niyə GPS sistemi bağlanıb, niyə yaxın aeroporta enişə icazə verilməyib, ümumiyyətlə, niyə Konvensiyanın silahdan tətbiqə qəti icazə verilmədiyi halda, silahdan mülki təyyarənin uçduğu istiqamətdə atəş açılıb? Bu suallar açıq qalır. Bunlar aydınlaşandan, rəsmən təsdiqdən sonra Rusiya bu qədər insanın ölümünə görə, əvvəlcə üzr istəməlidir. Bundan sonra isə Rusiya dövləti addımlar atmalıdır. Qəzada həyatını itirmiş insanların ailələrinə ciddi kompensasiya ödənişi edilməlidir.

Mən həlak olanlara rəhmət diləyirəm, ailə üzvlərinə başsağlığı verirəm. Ailə üzvünü itirmək çox ağır hissdir, bunu heç bir kompensasiya əvəz edə bilməz. Amma qanunsuzluq etmiş dövlət, yəni Rusiya ailələrə kompensasiya ödəməlidir. Bu təyyarə qəzaya nasazlığa, pilotun səhvinə görə uğramadı. Təyyarə kifayət qədər ciddi hücuma məruz qalıb, raket qəlpələri nəticəsində ciddi zədələr alıb. Buna səbəb olan dövlət qanuna, Konvensiyaya uyğun olaraq addımlar atmalıdır.

- Sizcə, Rusiya bu addımları atacaqmı?

- Mən deyə bilmərəm ki, bunu edəcək, yaxud etməyəcək. Qanun bu addımları atmağı tələb edir. Amma maraqlıdır, Rusiya ümumiyyətlə, rəsmi şəkildə bu kobud səhvini etiraf edəcəkmi, üzr istəyəcəkmi, kompensasiya ödəyəcəkmi?! Bütün hallarda, nəticələr ortaya çıxandan sonra Azərbaycan tərəfi Rusiyadan bunu tələb etməlidir. Onsuz da istintaqla müəyyənləşəcək, “qara qutu” müəmmalara aydınlıq gətirəcək. Rusiya bu qədər faktların qarşısında yaxasını kənara çəkməməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Regionda fırtınaqabağı səssizlik – Böyük müharibə başlayacaqmı?
Bu gün, 06:21
Kreml Kursk qaçqınlarını cəzalandırır: “Səsiniz çıxmasın!” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 04:26
Məşhur tiktoker yenidən həbs edildi - Bu maddələrlə...
Bu gün, 04:21
"Azərbaycanda bu təhsil forması tətbiq olunmalıdır" - Əks halda...
Bu gün, 04:17
Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurur? - Səfirliyin açılması üçün…
Bu gün, 04:12
"Məsuliyyət Rusiyanın üzərinə düşür" - deputat
Bu gün, 04:07
“Sübutlar təyyarənin Rusiya tərəfindən vurulduğunu göstərir” - Ağ Ev
Bu gün, 03:59
'Financial Times' qəzeti heç yayılmayan siyasi detalları ortaya sərdi - Azərbaycan Putindən açıq etiraf tələb edir
Bu gün, 03:56
“City Construction Group” dövlət fonduna 122 milyonluq mənzillər satdı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05
Bu şirkət təmir işləri müqabilində 6 milyondan çox pul - QAZANACAQ
Bu gün, 00:02
Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır - VİDEO
Dünən, 22:15
Rusiya nə qədər təzminat ödəməlidir? - ARAŞDIRMA
Dünən, 21:41
ATALARIN ƏN YAXŞISI... - BİZİM QƏHRƏMAN...
Dünən, 21:36
ABŞ İvanişviliyə qarşı sanksiya tətbiq etdi
Dünən, 21:33
Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı? - "Haber Global"
Dünən, 21:31
İrəvanın YUNAN BİRLİYİNDƏ... NƏ İTİ AZIB?
Dünən, 19:02
Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Banklar depozit faizlərini aşağı sala bilər? - AKTUAL
Dünən, 18:58
“Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:12
Paşinyanın Qərbpərəst mövqeyi... Lukaşenko kimi ənənəvi siyasətçiləri həmişə narahat edib
Dünən, 18:08
Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur - Arkadi Dubnov
Dünən, 18:01
Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - FOTO
Dünən, 17:59
Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Dünən, 17:50
Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri 6,4 mln. manata başa gələcək
Dünən, 17:46
Təhsil müəssisəsi mühafizə xidməti aldı – MƏBLƏĞ
Dünən, 17:44
Rusiya niyə üzr istəmir? - ARAŞDIRMA
Dünən, 17:39
Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil - Rusiyalı hərbi ekspert
Dünən, 17:36
Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub - FOTO
Dünən, 17:31
"TikTok"er xanımlar həbs edildi
Dünən, 17:27
Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: - “Rusiyaya imkan verməyin…”
Dünən, 17:25
Tanınmış həkimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 17:20
Qəbələ RLS-in rəhbərliyi dəyişib - ƏMR
Dünən, 17:17
“Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri yanvarın 5-dək ləğv edib
Dünən, 17:15
"Ərazi də Rusiyanındır, silah da!" - ODRU Kİ...
Dünən, 17:13
Ruslar hara qədər BURCUDACAQ?.. - Peskov deyir ki...
Dünən, 17:10
DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır - İTTİHAM VAR...
Dünən, 17:06
Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb - AZAL-dan RƏSMİ MÖVQE
Dünən, 17:01
Rusiya Azərbaycandan üzr istəməlidir! - İctimai xadimlərdən TƏLƏB
Dünən, 16:54
AZAL-ın keçmiş prezidentindən sensasion müsahibə – Təyyarə qəzası ilə bağlı yeni FAKTLAR
Dünən, 16:53
Xüsusi Təftiş Komissiyası yaradıldı - Plastik cərrahların sənədləri yoxlanılacaq
Dünən, 16:49
Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib
Dünən, 16:37
Dövlət qurumu 1,7 milyona çağrı mərkəzində süni intellekt həlləri - TƏTBİQ EDƏCƏK
Dünən, 16:32
Azərbaycanın ƏN `ZASTOY` MƏKTƏBİ... - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:24
Səhiyyə nazirliyində həbslər: KİMLƏR QANDALLANDI? - RƏSMİ AÇIQLAMA
Dünən, 16:18
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib - Telefon söhbəti zamanı...
Dünən, 16:15
Qroznı üzərindəykən zərbə səsi eşidildi - Təyyarə qəzasında sağ qalan bələdçi
Dünən, 16:14
İlahə Əhmədova 390 min manatı hansı ehtiyaclarına xərcləyib? - Dələduzluq işi
Dünən, 16:11
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi - 15 minə FHN-də işə düzəldirmiş
Dünən, 16:10
İş adamı MTN-nin keçmiş idarə rəisindən maddi ziyan tələb edir - TƏFƏRRÜAT
Dünən, 16:00
Rasim Musabəyovdan Peskova CAVAB: - “Məsuliyyət "çeçen knyazı" Kadırovun üzərinə düşür”
Dünən, 15:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru