Qaziləri aldadanların Vərəm Dispanserindəki görüşləri - Şöbə müdirindən şikayət geri götürülüb
Qazilərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Şahnaz Rzayeva və Fərmayil Verdiyevin cinayət işinin təfərrüatları məlum olub.
Musavat.com xəbər verir ki, F.Verdiyev istintaq dövründə 4 saylı Vərəm Dispanserinin qəbul şöbəsinin müdiri Səadət Məmmədova ilə əlbir olduğunu etiraf edib. Amma sonradan bu iddiasını geri götürüb.
İstintaqla müəyyən edilib ki, hər iki şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifəli tanışlarının olduğunu deyiblər. Onlar qaziləri Şahnaz Rzayevanın əmisi İlqar Həsənov vasitəsi ilə tanıyıblar.
Fərmayil Verdiyev 4 saylı Vərəm Dispanserinin qəbul şöbəsinin müdiri Səadət adlı həkimi öz səhhəti ilə bağlı xəstəxanaya gedib-gələn ərəfədə tanıyıb. Aralarındakı söhbət zaman onlar qazilərin dayandırılmış pensiyalarını bərpa edə biləcəklərini müzakirə ediblər. Razılığa əsasən Fərmayil Verdiyev və Şahnaz Rzayeva işini “həll” edəcəkləri hər qaziyə görə 300-500 manat qazanc əldə edəcəklərmiş. Hər iki təqsirləndirilən şəxs ifadələrində bunu etiraf ediblər.
İstintaq dövründə Fərmayil Verdiyev ifadəsində göstərib ki, aldığı pulların əsas hissəsini Səadət adlı həkimə verib. Hətta işlər alınmadığı zaman zərərçəkmiş qazilərlə birlikdə xəstəxanaya gedərək Səadət həkimlə mübahisə də ediblər. Onlar Dispanserin baş həkimi İlhamə Həsənova ilə də görüşüblər. Bu görüşlər zamanı Səadət həkim ittihamları rədd edib. Amma necəsə qazilərə dəymiş ziyanın bir hissəsi olaraq 2 min manat ödəniş edib. 2 min manatı geri qaytarmasını baş həkimin xahişi ilə əlaqələndirən Səadət həkim bildirib ki, qazilərə dəstək olmaq üçün bu addımı atıb.
Fərmayil Verdiyev isə həbs edilənə qədər Səadət həkimi təqsirli bilib və pulları ona verdiyini söyləyib. Sonradan isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məktub göndərərək Səadət həkimin günahsız olduğunu, əsəbi olduğu üçün istintaqda belə ifadə verdiyini, onu günahlandırdığını bildirib.
İttihama görə, Fərmayil Verdiyev və Şahnaz Rzayeva qazilərin kəsilmiş pensiyalarını bərpa etmək adı ilə onların hər birindən 3500-9000 manat pul alıblar. Cinayət işində Birinci Qarabağ müharibəsi qaziləri Camalov Elxan Eldar oğlu, Vəliyev Araz Abasət oğlu, Həsənov Pərvin Sadiq oğlu və Mehdiyev Əlibaba Müzadil oğlu zərərçəkən qismində tanınıb.
Hökmə əsasən, Şahnaz Rzayevaya 1 il 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Digər təqsirləndirilən Fərmayıl Verdiyev isə Penitensiar Xidmətin Müalicə Müəssisəsində böyrək çatışmazlığından vəfat etdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib.
Zərərçəkən qazilərin pullarının az bir hissəsi geri qaytarılıb. Onlardan bəziləri isə rəsmi müraciətlərdən sonra pensiyalarını bərpa edə biliblər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Regionda fırtınaqabağı səssizlik – Böyük müharibə başlayacaqmı?
Bu gün, 06:21 |
|
|
|
• Kreml Kursk qaçqınlarını cəzalandırır: “Səsiniz çıxmasın!” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 04:26 |
|
|
|
• Məşhur tiktoker yenidən həbs edildi - Bu maddələrlə...
Bu gün, 04:21 |
|
|
|
• "Azərbaycanda bu təhsil forması tətbiq olunmalıdır" - Əks halda...
Bu gün, 04:17 |
|
|
|
• Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurur? - Səfirliyin açılması üçün…
Bu gün, 04:12 |
|
|
|
• "Məsuliyyət Rusiyanın üzərinə düşür" - deputat
Bu gün, 04:07 |
|
|
|
• “Sübutlar təyyarənin Rusiya tərəfindən vurulduğunu göstərir” - Ağ Ev
Bu gün, 03:59 |
|
|
|
• 'Financial Times' qəzeti heç yayılmayan siyasi detalları ortaya sərdi - Azərbaycan Putindən açıq etiraf tələb edir
Bu gün, 03:56 |
|
|
|
• “City Construction Group” dövlət fonduna 122 milyonluq mənzillər satdı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət təmir işləri müqabilində 6 milyondan çox pul - QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır - VİDEO
Dünən, 22:15 |
|
|
|
• Rusiya nə qədər təzminat ödəməlidir? - ARAŞDIRMA
Dünən, 21:41 |
|
|
|
• ATALARIN ƏN YAXŞISI... - BİZİM QƏHRƏMAN...
Dünən, 21:36 |
|
|
|
• ABŞ İvanişviliyə qarşı sanksiya tətbiq etdi
Dünən, 21:33 |
|
|
|
• Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı? - "Haber Global"
Dünən, 21:31 |
|
|
|
• İrəvanın YUNAN BİRLİYİNDƏ... NƏ İTİ AZIB?
Dünən, 19:02 |
|
|
|
• Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Banklar depozit faizlərini aşağı sala bilər? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• “Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:12 |
|
|
|
• Paşinyanın Qərbpərəst mövqeyi... Lukaşenko kimi ənənəvi siyasətçiləri həmişə narahat edib
Dünən, 18:08 |
|
|
|
• Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur - Arkadi Dubnov
Dünən, 18:01 |
|
|
|
• Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - FOTO
Dünən, 17:59 |
|
|
|
• Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Dünən, 17:50 |
|
|
|
• Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri 6,4 mln. manata başa gələcək
Dünən, 17:46 |
|
|
|
• Təhsil müəssisəsi mühafizə xidməti aldı – MƏBLƏĞ
Dünən, 17:44 |
|
|
|
• Rusiya niyə üzr istəmir? - ARAŞDIRMA
Dünən, 17:39 |
|
|
|
• Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil - Rusiyalı hərbi ekspert
Dünən, 17:36 |
|
|
|
• Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub - FOTO
Dünən, 17:31 |
|
|
|
• "TikTok"er xanımlar həbs edildi
Dünən, 17:27 |
|
|
|
• Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: - “Rusiyaya imkan verməyin…”
Dünən, 17:25 |
|
|
|
• Tanınmış həkimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Qəbələ RLS-in rəhbərliyi dəyişib - ƏMR
Dünən, 17:17 |
|
|
|
• “Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri yanvarın 5-dək ləğv edib
Dünən, 17:15 |
|
|
|
• "Ərazi də Rusiyanındır, silah da!" - ODRU Kİ...
Dünən, 17:13 |
|
|
|
• Ruslar hara qədər BURCUDACAQ?.. - Peskov deyir ki...
Dünən, 17:10 |
|
|
|
• DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır - İTTİHAM VAR...
Dünən, 17:06 |
|
|
|
• Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb - AZAL-dan RƏSMİ MÖVQE
Dünən, 17:01 |
|
|
|
• Rusiya Azərbaycandan üzr istəməlidir! - İctimai xadimlərdən TƏLƏB
Dünən, 16:54 |
|
|
|
• AZAL-ın keçmiş prezidentindən sensasion müsahibə – Təyyarə qəzası ilə bağlı yeni FAKTLAR
Dünən, 16:53 |
|
|
|
• Xüsusi Təftiş Komissiyası yaradıldı - Plastik cərrahların sənədləri yoxlanılacaq
Dünən, 16:49 |
|
|
|
• Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib
Dünən, 16:37 |
|
|
|
• Dövlət qurumu 1,7 milyona çağrı mərkəzində süni intellekt həlləri - TƏTBİQ EDƏCƏK
Dünən, 16:32 |
|
|
|
• Azərbaycanın ƏN `ZASTOY` MƏKTƏBİ... - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:24 |
|
|
|
• Səhiyyə nazirliyində həbslər: KİMLƏR QANDALLANDI? - RƏSMİ AÇIQLAMA
Dünən, 16:18 |
|
|
|
• Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib - Telefon söhbəti zamanı...
Dünən, 16:15 |
|
|
|
• Qroznı üzərindəykən zərbə səsi eşidildi - Təyyarə qəzasında sağ qalan bələdçi
Dünən, 16:14 |
|
|
|
• İlahə Əhmədova 390 min manatı hansı ehtiyaclarına xərcləyib? - Dələduzluq işi
Dünən, 16:11 |
|
|
|
• Azərbaycanda 70 yaşlı "professor" həbs edildi - 15 minə FHN-də işə düzəldirmiş
Dünən, 16:10 |
|
|
|
• İş adamı MTN-nin keçmiş idarə rəisindən maddi ziyan tələb edir - TƏFƏRRÜAT
Dünən, 16:00 |
|
|
|
• Rasim Musabəyovdan Peskova CAVAB: - “Məsuliyyət "çeçen knyazı" Kadırovun üzərinə düşür”
Dünən, 15:58 |
|
|
|
|