Rusiyada hava hücumundan müdafiə sistemləri bir gecədə bölgələr üzərində Ukraynanın 24 PUA-sını məhv edib və ələ keçirib.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə Kiyev rejiminin Rusiya Federasiyasında PUA-lardan istifadə etməklə terror aktları törətmək cəhdlərinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 24 pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib. Altı PUA Rostov vilayəti, beşi Bryansk vilayəti, dördü Belqorod vilayəti, üçü Ryazan vilayəti, biri Həştərxan vilayəti, beşi isə Krasnodar diyarının üzərində məhv edilib”, - qurum qeyd edib.