İmişli rayonunda qum-çınqıl karxanalarına malik olan “Çınqıl-Servis” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncaq dekabrın 9-na təyin olunub.
Yığıncağın gündəliyində aşağıdakı məsələlər müzakirə olunacaq: 1. Əmlakın borc qarşılığında əvəzləndirilməsi . 2. Maliyyə ilinin yekunlarına aid hesabat. 3.ASC-nin hüquqi statusunun dəyişdirilməsi . 4.Digər məsələlər.
Qeyd edək ki, “Çınqıl-Servis” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 88 860 manatdır və qanuni təmsilçisi İlyas Xəlilovdur.