Cənubi Koreya prezidenti Yun Sok Yol ölkə ərazisində fövqəladə vəziyyət elan edib.
APA-nın “Associated Press“ə istinadən xəbərinə görə, bu barədə Prezident Yun Sok Yol xalqa müraciətində bildirib.
O, ölkə müxalifətini parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini və ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə günahlandırıb.
Cənubi Koreya lideri bu qərarı həm də Konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb.