Pənah Hüseynin partiyası da seçkilərdə iştirak edəcək
Tarix: 3-12-2024, 13:04 |
Çap et
Sabiq baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyası bələdiyyə seçkilərində iştirak edəcək.
Modern.az-ın məlumatına görə, bununla bağlı AXP İdarə Heyəti qərar qəbul edib.
Bildirilib ki, AXP-nin yerli strukturları seçkilərdə iştirak haqqında və namizədlərin irəli sürülməsi haqqında müzakirələr aparıb namizədlərin müəyyənləşdirilməsi barədə siyasi qərarlar verməkdə sərbəstdirlər.
Qeyd edək ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.