Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək .....                     Bağçalara elektron sənəd qəbulu dayandırılır .....                     Xoşqədəmin əri Doğuşdan şok ETİRAF .....                     Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək .....                     ADY-dən 258 min manatlıq tender .....                     “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” .....                     114 nömrəli avtobusun bitməyən problemləri... .....                     Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı .....                     Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü .....                     62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI .....                     Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK .....                     Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı .....                     Bakıxanov qəsəbəsində ağaclar kəsilib? .....                     Alim Qasımov "Eurovision"a gedə bilər? .....                     Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır .....                     "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" .....                     Azərbaycanlı xanım məhkəməni uddu .....                     Metropoliten rəhbərinə irad: .....                     Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar .....                     “Azercell” istehlakçıları aldadır? .....                     Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: .....                     Şoyqu nə dedi... niyə dedi... necə dedi... .....                     Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq .....                     TABIA Group-da yeni təyinat olub .....                     İcra başçısı yeni sektor müdiri təyin etdi .....                     Rektor özünə yeni müşavir təyin etdi .....                     "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim" .....                     İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" .....                     Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır .....                     Əjdər Ol azadlığa buraxılıb? .....                     Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb .....                     Xalq artisti Şuşaya gedə bilmədi: .....                     Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir .....                     Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar .....                     “Space FM”in rəhbəri işdən çıxarıldı .....                     Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi .....                     Tahir Kərimlidən Vüsal Aslanova cavab: .....                     “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... .....                 

Zaqatalada büdcə pulları necə talan edilir? - Yeyinti var
Tarix: 14-04-2014, 08:50 | Çap et
Zaqatalada büdcə pulları necə talan edilir?
Zaqatalanın Faldar kənd uşaq bağçasında təmir işləri görülür. 2012-ci ilin zəlzələsindən sonra bu bağça qəzalı vəziyyətə düşdüyündən körpələrin üzünə qapadılıb. Təmir işləri isə 2 ildir yubadılır. Amma uşaq səsinin gəlmədiyi, təmir işləri görülən bu uşaq bağçasına ilboyu ərzaq alınıb. Ərzağın bağçaya çatıb-çatmadığı, yeyilib-yeyilmədiyi, onu kimin yediyi bəlli deyil. Amma bu və başqa bağçalara müəmmalı ərzaq təchizatını kimin monopoliyada saxlayıb pul qazandığını araşdırıb aşkara çıxarmaq mümkün olub.

I yazı

Işləməyən uşaq bağçalarına ayrılan ərzaq pulları

Zaqatalada 2013-cü ildə keçirilən tenderlərin əksəriyyətinin qalibi “Tikinti NM” MMC ,"Istehsal Ticarət" Törəmə Cəmiyyəti, “Istehsal-S” və “Ticarət-MS” olub. Ilk baxışda tenderlərdə müxtəlif şirkətlərin iştirak etdiyi təəssüratı yaranır. Lakin hər şey göründüyü qədər sadə deyil.Гї

Yuxarıda adları cəkilən MMC-lər Zaqatalada ərzaq məhsullarının alınması üçün keçirilən tenderlərin hamısının qalibi olub.

“Tikinti NM” MMC

Aşağı Tala Icra Nümayəndəliyi(IH), ərzaq məhsullarının alınması - 51150 manat

Faldar IN, ərzaq məhsullarının alınması - 4580 manat

Kəpənəkçi IN, ərzaq məhsullarının alınması - 9160 manat

Mosul IN, ərzaq məhsullarının alınması - 9160 manat

Göyəm IN, ərzaq məhsullarının alınması - 13740 manat

Danaçı IN, ərzaq məhsullarının alınması - 9160 manat

Car IN, ərzaq məhsullarının alınması - 9160 manat

Əliabad IN, ərzaq məhsularının alınması - 27480 manat

Çobankol IN, ərzaq məhsullarının alınması - 13740 manat

Lahıc IN, ərzaq məhsullarının alınması - 9160 manat

Bəhmətli IN, ərzaq məhsullarının alınması - 18321 manat

“Ticarət NM”

Əlibayramlı IN - ərzaq məhsullarının alınması - 18321 manat

Muğanlı IN - ərzaq məhsullarının alınması - 13740 manat

Dombabinə IN-ərzaq məhsullarının alınması - 9160 manat

Yuxarı Çardaxlar IN - ərzaq məhsullarının alınması - 9160 manat

Muxax IN - ərzaq məhsullarının alınması - 13740 manat

“Istehsal S” MMC

Yuxarı Tala IN, ərzaq məhsullarının alınması - 41222 manat.

Makov IN, ərzaq məhsullarının alınması - 9160 manat.

Mazıx IN, ərzaq məhsularının alınması - 4580 manat.

Suvaqil IN, ərzaq məhsularının alınması - 32061 manat.

“Istehsal Ticarət” Törəmə Cəmiyyəti

Zaqatala Şəhər icra nümayəndəliyi ərzaq məhsullarının alınması - 223201 manat

“Ticarət MS” MMC

Gözbarax kənd icra nümayəndəliyi ərzaq məhsularının alınması - 13740 manat



Ümumi bütün MMC-lərə ərzaq məhsullarının alınmasına ayrılan vəsaitin dəyəri 562896 manatdır. Tenderlərin nəticələrinə görə, ötən il ərzində icra hakimiyyətinin sifarişi əsasında külli miqdarda dövlət vəsaiti hesabına ərzaq məhsulları alınıb. Ərzaq məhsulları əsasən uşaq bağçaları üçün alınıb. Lakin 2012-ci ildə Zaqatalada baş verən zəlzələdən sonra uşaq bağçalarının əksəriyyəti yararsız hala düşüb. Həmin bağçaların bir çoxu bu gün də işləmir. Uşaq bağçaları işləməsə də, illik ərzaq normalarının alınması üçün ayrılan dövlət vasaiti tamamilə sərf edilib.



Zəlzələ ucbatından bağçaların fəaliyyətsiz qalmasına baxmayaraq, onların ərzaq təminatına ayrılan vəsait artıb ki, azalmayıb. Məsələn, 2012-ci ilin yanvarında Aşağı Tala Icra Nümayəndəliyi uşaq bağçalarının ərzaq təminatına 23481 manat vəsait ayırıb. Həmin ilin mayında zəlzələ baş verib və uşaq bağçaları fəaliyyyətini dayandırıb. Kənddə mövcud olan üç uşaq bağçasından ikisi 2013-cü ilin iyun ayından fəaliyyətini qismən, ucqar bir yerdə olan kampda bərpa edib. Üçüncü bağça isə 2014-cü ilin yanvar ayından fəaliyyətə başlayıb. Buna baxmayaraq, 2013-cü ildə Aşağı Tala uşaq bağçalarının ərzaq təminatına əvvəlki illərdən iki dəfə artıq vəsait ayrılıb - 51150 manat.

Zaqatala rayonunun digər kəndlərində və bir sıra şəhər bağçalarında da eyni mənzərəni görmək olur. Zaqatala Icra Hakimiyyəti Muxax Kənd Icra nümayəndəliyi uşaq bağçasına ərzaq məhsularının alınması üçün 2013-cü ildə 13740 manat vəsait ayırıb. Lakin Muxax kənd uşaq bağçası zəlzələdən sonra yararsız vəziyyətə düşdüyündən işini dayandırıb. Yeni inşa edilən uşaq bağçası isə 7 mart 2014-cü il tarixində istifadəyə verilib.

Faldar kənd Icra Nümayəndəliyi ərzaq məhsularının alınması üçün “Tikinti-NM” MMC-yə 4580 manat vəsait ayırıb. Lakin kəndin yeganə bağçası zəlzələdən sonra fəaliyyət göstərmir. Hazırda yeni uşaq bağçasının tikintisi davam etdirilir.

Danacı kənd uşaq bağçasının ərzaqla təmin edilməsi üçün dövlət büdcəsindən “Tikinti-NM” MMC-yə 9160 manat vəsait ödənilib. Bu uşaq bağçası da fəaliyyət göstərmir. Zəlzələ zamanı dağılan uşaq bağçası yenidən inşa edilir.

“Tikinti-NM” MMC Muğanlı kənd uşaq bağçasının da ərzaqla təmin edilməsi üçün 13740 manatlıq tenderin qalibidir. Uşaq bağçası zəlzələ zamanı yararsız vəziyyətə düşdüyündəm fəaliyyəti dayandırılıb. Hazırda Muğanlıda da yeni uşaq bağçası inşa edilir. Danacı kənd uşaq bağçası da zəlzələdən sonra fəaliyyət göstərməyib. Hazırda uşaq bağçasında təmir işləri tamamlanmaq üzrədir.

2013-cü il ərzində Zaqatala şəhər 10 saylı, 4 saylı, 7 saylı, 9 saylı və Mazıx kənd uşaq bağçalarında təmir- tikinti işləri aparılması ucbatından fəaliyyətsiz qalmasına baxmayaraq, ərzaq təminatı üçün külli miqdarda vəsait ayrılıb.



Mini oliqarx

Işləməyən bağçalara ərzaq almaq üçün niyə pul ayrıldığı bəlli deyil. Amma araşdırmalar bu şübhəli təchizat tenderlərindən kimin qazandığını ortaya çıxarır. 2013-cü ildə Zaqatalada ərzaq təminatı üzrə keçirilən tenderlərin qalibi olmuş MMC-lərin hamısının sahibi bir şəxsdir. Tanış olun: Nəzir Muradov. Zaqatala rayonu Əliabad kəndinin sakini Nəzir Muradov uzun illərdir ki, rayon Kooperativ Cəmiyyətinin sədridir. Rayonun rəhbər vəzifəli şəxsləri ilə dost münasibətlərdə olan Muradov Yeni Azərbaycan Partiyasının seçki təbliğatında fəal iştirak edən şəxslərdəndir. Araşdırmalarımız həm də onun geniş biznes şəbəkəsinə sahib iş adamı və “peşəkar tender qalibi” olduğunu üzə çıxarır.

Vergilər Nazirliyinin reyestr məlumatlarına əsasən “Tikinti-NM” MMC 6 fevral 2008-ci ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Zaqatala şəhəri, Nizami küçəsi, ev 35-də olan şirkətin sahibi Nəzir Ibadulla oğlu Muradov kimi göstərilib. Müəssisə yaradılarkən, onun qanuni təmsilçisi Quliyeva Sevinc Qurban qızı olub. Vergilər Nazirliyinin rəsmi saytında müəssisənin hazırkı qanuni təmsilçisinin Əsədov Yusif Yaqub oğlu olduğu göstərilib.

Zaqatalada tenderlərdə fərqlənən digər müəssisə 30 aprel 2002-ci ildə təsis edilən “Istehsal Ticarət” Törəmə Cəmiyyətinin hüquqi ünvanı da “Tikinti NM” MMC-nin hüquqi ünvanında - Zaqatala şəhəri, Nizami kücəsi, ev 35-də yerləşir. Həmin ünvanda Zaqatala Rayon Koperativ Cəmiyyəti yerləşir. Xatırladaq, Nəzir Muradov Zaqatala Rayon Koperativ Cəmiyyətinin sədridir.

2013-cü ildə Zaqatalada keçirilən bir sıra tenderlərin qalibi olmuş “Istehsal-S” MMC 3 mart 2010-cü il tarixində təsis olunub. Hüquqi ünvanı Zaqatala şəhəri, A.Həmidov, ev 74, mənzil 6, qanuni təmsilçisi Quliyeva Sevinc Qurban qızıdır. Eyni ünvanda (A.Həmidov kücəsi ev 74 mənzil 6) qeydiyyatdan keçmiş “Ticarət-MS” MMC də Zaqatalada dövlət satınalmalarında fəal iştirak edib. Yuxarıda qeyd edilən MMC-lərin qanuni təmsilçiləri Zaqatala Koperativlər Ittifaqının əməkdaşlarıdır.

“Şirkətlər Nəzir müəllimindir”

Işləməyən uşaq bağçalarına ayrılan maliyyə vəsaitinin hara xərcləndiyini müəyyən etmək üçün öncə Zaqatala şəhəri A.Həmidov küçəsi ev 74 mənzil 6-da qeydiyyatdan keçmiş “Istehsal-S” MMC və “Ticarət-MS” MMC-nin qanuni təmsilçisi Sevinc Quliyeva ilə əlaqə saxladıq. S.Quliyeva Zaqatalada keçirilən tenderlərin əksəriyyətinin qalibi olan MMC-lərin onun mənzilində qeydiyyatdan keçdiyini söylədi. Işləməyən uşaq bağçaları üçün ayrılan maliyyə vəsaitinin hara xərcləndiyini dəqiq bilməyən S.Quliyeva eyni zamanda şirkətlərə aidiyyəti olmasıyla bağlı suallara aydınlıq gətirmədi. S.Quliyeva daha sonra suallara ətraflı cavab vermək üçün MMC-lərin mühasibi ilə danışmağımızı məsləhət gördü. Özünü mühasib kimi təqdim edən Ruxsarə xanım (soyadını demədi - müəllif) bir sıra suallarımıza aydınlıq gətirdi:

- Ruxsarə xanım, siz neçə MMC-də mühasib vəzifəsini icra edirsiz?

- Neçə dənə istəsəz, o qədər MMC-də, “Istehsal-S”-də “Şəms” MMC-də və başqalarında.

- Rüsxarə xanım, Zaqatalada zəlzələdən sonra bir sıra uşaq bağçaları işləməyib. Aşağı Talada 3 uşaq bağçası var. Onlardan ikisi zəlzələdən sonra 2013-cü ilin iyul ayına qədər, bir bağça isə 2014-cü ilin yanvarına qədər işləməyib. Lakin ərzaq alınması üçün bir illik maliyyə vəsaiti ayrılıb. Həmin vəsait hara xərclənib?

- Aşağı Talada uşaq bağçaları 2013-cü ilin iyulundan işləyib. Iki bağça kəndin aşağısında tikilmiş binalarda, 1 bağça isə 1 nömrəli məktəbin otaqlarında. Onlara ayrılan vəsaitə də ərzaq alınıb.

- Rüsxarə xanım, bağçalar 6 ay işləyib, amma 1 illik maliyyə vəsaiti xərclənib.

- O bağçaların hələ pulu qalıb.

- Rüxsarə xanım, Faldar, Muğanlı, Muxax və Danacı kəndlərində uşaq bağşaları hələ də işləmir lakin maliyyə vəsaiti alınıb.

- Həmin bağçalar işləmir. Amma onlara ayrılan vəsait Zaqatala Maliyyə Şöbəsinin qərarı ilə şəhər uşaq bağçalarına verilib. Şəhər bağçalarına ərzaq üçün vəsait çatışmırdı, onlara verdilər. Danacı kəndi üçün ayrılan vəsait isə bizdə durur.Гї

- Rüxsarə xanım, siz Nəzir Muradovun MMC-lərinin də mühasibisiz?Гї

- Bu şirkətlərin hamısı Nəzir müəllimindir. Suallarınızı da Nəzir müəllimə versəniz, yaxşıdır.

Zaqatalada tenderlərin daimi qalibi olan MMC-lərin həqiqi sahibi Nəzir Muradovla da əlaqə saxladıq. N.Muradov MMC-lərin sahibi olduğunu təsdiqlədi. N.Muradov işləməyən uşaq bağçaları üçün ayrılan vəsaitin hara xərcləndiyi barədə suala özünəməxsus tərzdə cavab verdi.

- Ərzaqdan istifadə eləyəni də olub, eləməyəni də.

Ancaq yoldaş Muradov niyə öz şirkətlərini başqalarının adına rəsmiləşdirdiyinə dair heç bir söz demədi.

Tenderlər qanunun tələblərinə uyğun keçirilməyib

Zaqatalada ərzaq məhsullarının alınması üçün keçirilən tenderlərin əksəriyyəti mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmayıb. Iqtisadçı ekspert Natiq Cəfərlinin bildirdiyinə görə, “Dövlət Satınalmaları” haqqında Azərbaycan Respubilkasının qanunun tələblərinə görə, tenderlərdə azı 3 il həmin istiqamətdə fəaliyyət göstərən, maliyyə dayanıqlı müəsisələr iştirak edə bilər. Zaqatalada ərzaq təminatı ilə bağlı keçirilən azı 5 tenderin qalibi olan “Ticarət-MS” MMC Vergilər Nazirliyinin rəsmi reyestr məlumatlarına əsasən 2013-cü il yanvar ayının 25-də təsis edilib. N.Cəfərlinin bildirdiyinə görə, “Ticarət-MS”-nin tenderdə iştirakı mövcud qanuna ziddir.

Iqtisadçı ekspertin bildirdiyinə görə, bir sahibkara məxsus şirkətlərin eyni tenderdə iştirakı yolverilməzdir: “Bu halın olması tenderin nəticələrinə əvvəldən təsir göstərir. Belə hallar qanunla qadağandır”. Iqtisadçı ekspert həmçinin qeyd etdi ki, tenderlərin nəticələri tam olaraq mətbuatda dərc edilməlidir: “Tenderin nəticələri elan edilərkən uduzan müəsisələr barədə də məlumat verilməlidir”. Zaqatalada keçirilən tenderlərin nəticələri barədə məlumatlarda isə uduzan şirkətlər barədə heç bir məlumat verilməyib.

Əfqan Muxtarlı Meydan.tv










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Dünən, 17:41
Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Dünən, 17:40
Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Dünən, 17:02
Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Dünən, 16:59
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Dünən, 16:58
“ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Dünən, 16:56
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Dünən, 16:51
Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Dünən, 16:14
Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Dünən, 16:07
62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Dünən, 16:06
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Dünən, 16:00
Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Dünən, 15:57
Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Dünən, 15:38
Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Dünən, 15:21
Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Dünən, 15:20
"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Dünən, 15:06
Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Dünən, 15:01
Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Dünən, 14:59
Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Dünən, 14:54
“Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Dünən, 14:48
Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Dünən, 14:44
Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Dünən, 14:25
Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Dünən, 13:11
TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 13:04
İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Dünən, 13:02
Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Dünən, 12:57
"Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Dünən, 12:54
İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Dünən, 12:41
Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Dünən, 12:40
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28
Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Dünən, 12:26
Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Dünən, 12:19
Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Dünən, 12:16
Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Dünən, 12:11
Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Dünən, 12:09
Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Dünən, 12:07
“Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Dünən, 12:03
Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Dünən, 11:58
Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Dünən, 11:56
“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Dünən, 11:51
Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Dünən, 11:49
Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Dünən, 11:21
AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Dünən, 11:19
74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Dünən, 11:17
Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Dünən, 11:15
Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Dünən, 11:03
Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Dünən, 11:01
İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Dünən, 10:59
Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Dünən, 10:56
Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Dünən, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru