Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək .....                     Bağçalara elektron sənəd qəbulu dayandırılır .....                     Xoşqədəmin əri Doğuşdan şok ETİRAF .....                     Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək .....                     ADY-dən 258 min manatlıq tender .....                     “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” .....                     114 nömrəli avtobusun bitməyən problemləri... .....                     Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı .....                     Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü .....                     62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI .....                     Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK .....                     Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı .....                     Bakıxanov qəsəbəsində ağaclar kəsilib? .....                     Alim Qasımov "Eurovision"a gedə bilər? .....                     Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır .....                     "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" .....                     Azərbaycanlı xanım məhkəməni uddu .....                     Metropoliten rəhbərinə irad: .....                     Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar .....                     “Azercell” istehlakçıları aldadır? .....                     Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: .....                     Şoyqu nə dedi... niyə dedi... necə dedi... .....                     Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq .....                     TABIA Group-da yeni təyinat olub .....                     İcra başçısı yeni sektor müdiri təyin etdi .....                     Rektor özünə yeni müşavir təyin etdi .....                     "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim" .....                     İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" .....                     Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır .....                     Əjdər Ol azadlığa buraxılıb? .....                     Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb .....                     Xalq artisti Şuşaya gedə bilmədi: .....                     Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir .....                     Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar .....                     “Space FM”in rəhbəri işdən çıxarıldı .....                     Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi .....                     Tahir Kərimlidən Vüsal Aslanova cavab: .....                     “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... .....                 

Borclunu cəhənnəmə göndərən Azərbaycan bankları
Tarix: 12-04-2014, 16:15 | Çap et
Borclunu cəhənnəmə göndərən Azərbaycan bankları
Bakının özəl klinikalarından birində sanitar işləyən Məsmə xanım bir xeyli qabaq sirkə içib özünə qəsd eləmək istəmişdi. 55 yaşlı qadının başına bu bəla kredit götürərək evə xeyli mebel almasına görə gəlmişdi. Ayda 300 manat maaş alan qadın təxminən 500 manata yaxın kredit pulu ödəməli idi. Krediti rahat götürübmüş - özünün, ərinin və qızının aylıq maaşı barədə verdiyi arayışdan sonra istədiyi mebelləri rahatca ala bilmişdi. Amma pulu ödəmək vaxtı gələndə qızı da, əri də yaxasını kənara çəkmişdi. “Mama, məndən kömək gözləmə, ingilis dili kursuna getməyi qərara almışam” deyən qızına əri də qoşulmuşdu: “Mən də uşaqlarla loto oynayıram, inşallah, pulu yayda alıb Antaliyaya gedəcəm”. Hər ikisi iki ayağını bir başmağa dirəyib deyirmişlər ki, apar mebelləri qaytar. Biçarə qadın vəziyyətdən çıxış yolunu sirkə içməkdə görür.

Qadını həkim yoldaşları xilas edir-sözün hər iki mənasında. Bu əhvalatı ANS PRESS-in əməkdaşına danışan həkimlərdən biri deyir ki, vicdansız ata-balanı həbslə qorxudublar: “Onlara dedik ki, bu qadının başına bir iş gəlsə, “İntihara səbəb olma” maddəsi ilə sizə qarşı cinayət işi qaldırılacaq. Ondan sonra kreditin ödənilməsinə yardım etməyə başladılar. İndi, min şükür, Məsmənin vəziyyəti yaxşıdır”.

Amma Bakıda kredit qalmaqallarının heç də hamısı bu cür müsbət sonluqla bitmir. ANS PRESS-in əməkdaşı ilə bu barədə söhbət edən MİS işçisi Nazim Qurbanovun dediyinə görə, bəzi hallarda bu, hətta intiharla nətiicələnir: “Adətən bank işçilərinə mənzillərin ünvanını biz göstəririk. Arvadı və uşaqları tərəfindən həddindən artıq kredit yükü altına salınmış bir kişi özünü balkondan atırdı”.

Arvadları tərəfindən lap axmaq vəziyyətə salınmış və sonda həbsə düşmüş kişilər də az deyil. Bu sətirlərin müəllifinin yaxın bir tanışının arvadı Lökbatanda ərinə məxsus mənzili satdı və Yeni Yasamalda öz qardaşının adına yeni mənzil aldı. Təbii ki, ərinə mənzili öz adına aldığını söylədi. Sonra ərinin adına xeyli kredit götürdü və mənzili təmir elətdirdi, daha sonra boşanma ərizəsi yazdı. Məhkəmədən sonra 48 yaşlı kişi mənzilsiz, ailəsiz və boynunda 5 min manat kredit borcu ilə küçələrdə qaldı. Depressiyaya düşdüyündən iş yerini də itirdi və etdiyi çılğınlıqlar üzündən yolu həbsxanaya qədər düşdü.

Borclu olduğu bank isə arvadından heç nə istəmədi və krediti zaminlərə ödətdi. Göründüyü kimi, hiyləgər bir qadın yalnız ərini deyil, həm də ona zamin duran dostlarını aldadıb. Bu ədalətsiz soyğunçuluq həm də kredit verən bankın da gözünün qarşısında baş verdi və bank kreditin xərclənmiş ünvandan geri alınmasına çalışmadı. Əslində, bankların kredit verməsi zamanı kredit götürənə zaminin məhz ailə üzvlərinin olması məsələsini gündəmə gətirir. Azərbaycan Ailə Məcəlləsinin 41-ci maddəsinə görə də ər və arvadın ödənişlər üzrə məsuliyyəti də bölünür. Yəni kredit almış adamın ailə üzvləri dura-dura krediti ailəyə kənar olan zaminlər tərəfindən ödənilməsi məhz Məcəllənin bu maddəsinin pozulmasıdır. Yəni məntiqə görə, kredit alanın birinci zamini elə ailə üzvü (həyat yoldaşı, qardaşı, bacısı, atası, anası və s.) olmalıdır. Məhz bu məntiqdəndir ki, Rusiyada banklar kredit verərəkən kredit götürənin birinci zamini məhz həyat yoldaşı olur.

Amma ANS PRESS-in araşdırmasına görə, Azərbaycan bankları adətən kredit götürənə zamin kimi ailə üzvünü götürməkdən imtina edirlər. Səbəb də aydındır - həyat yoldaşlarından birinin gəlirinin azalması bütün ailənini imkanın azalması deməkdir. Buna görə zamin kimi kredit ödəmək qabiliyyəti olan ikinci ailə cəlb edilir. “Zamin götürdükdə niyə eyni ailədən olan zaminlərdən imtina edilir? Çünki eyni ailədir və gəlirlər eyni mərkəzdən idarə edilir. Başqa ailədən olan zaminə ona görə üz tuturlar ki, bir ailədə maliyyə problemi olduqda başqa ailənin hesabına bunu həll edə bilirlər. Və burada heç bir qanun pozuntusu yoxdur, çünki kreditə zamin duran şəxs bu halı da nəzərinə aldıqdan sonra razılıq verir”,- deyə iqtisadçı ekspert Samir Əliyev ANS PRESS-ə bildirib. Amma onun sözlərinə görə, bu məsələ adətən centlemen razılaşması ilə həll edilə bilir: “Yaxın tanışımın atası kredit götürmüşdü və təbii ki, iş yoldaşları kreditə zamin durmuşdu. Kişi dünyasını dəyişdi və oğlu irəli duraraq atasının kreditini özü ödəyəcəyini dedi. Yəni bu problem adətən belə həll olunur”.

Göründüyü kimi, Azərbaycan mentaliteti də kredit götürən üçün birinci zamin kimi ailə üzvlərini qəbul edir. Və bu, İslamdan gəlir. Hədisə görə, peyğəmbər Məhəmməd əleyhisalamın səhabələrindən biri vəfat edir. Məlum olur ki, onun 100 dirhəm borcu var. Peyğəmbər əleyhisalam ailə üzvlərindən birinin borca zamin durmayacağına qədər mərhumun cənazə namazını qılmaycağını bildirib. Mərhumun qardaşı vəziyyəti belə görərək borcları öz boynuna götürüb. İslam fəlsəfəsinə görə, bu dünyanın borcu elə bu dünyada ödənilməlidir, əks halda borc axirətdə cəhənnəm əzabı ilə ödəniləcək.

Bankların kreditə ailədən kənarda zamin axtarmasının başqa səbəbi də var. “Əgər kreditlərə zamin kimi yalnız ailə üzvləri götürülərsə, onda ölkə üzrə verilən kreditlərin sayı xeyli aşağı düşər. Xüsusilə, rayon yerlərində kredit verilməsi mümkün olmaz. Sirr deyil ki, rayonlarda pulu əsasən kişilər qazanır və kreditlərə zamin kimi də əsasən kişilər götürülür. Əgər ailə üzvlərinin zamin olması tələb edilərsə, kişilər qadınları üçün gəlir arayışı təqdim edə bilməzlər və kredit ala bilməzlər. Buna görə də banklar bu məsələdə maraqlı deyillər”,- deyə bank eksperti Vüqar İsrafilov ANS PRESS-ə bildirib.

Belə görünür ki, banklar heç zaman ailə üzvlərinin zamin durmasına razı olmayacaqlar. Və bəzi zaminlər etibar etdikləri dostlarının ailə üzvləri dura-dura onlarına yerinə kredit ödəməli olacaqlar. Amma hüquqşünaslar bundan da çıxış yolu olduğunu vurğulayırlar. Onların fikrincə, zamin istənilən halda krediti ödəməlidir və bundan sonra reqres yolu ilə məhkəməyə müraciət edərək kredit götürənin ailəsindən öz pulunu ala geri ala bilər. Vəssalam...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Dünən, 17:41
Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Dünən, 17:40
Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Dünən, 17:02
Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Dünən, 16:59
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Dünən, 16:58
“ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Dünən, 16:56
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Dünən, 16:51
Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Dünən, 16:14
Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Dünən, 16:07
62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Dünən, 16:06
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Dünən, 16:00
Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Dünən, 15:57
Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Dünən, 15:38
Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Dünən, 15:21
Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Dünən, 15:20
"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Dünən, 15:06
Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Dünən, 15:01
Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Dünən, 14:59
Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Dünən, 14:54
“Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Dünən, 14:48
Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Dünən, 14:44
Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Dünən, 14:25
Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Dünən, 13:11
TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 13:04
İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Dünən, 13:02
Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Dünən, 12:57
"Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Dünən, 12:54
İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Dünən, 12:41
Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Dünən, 12:40
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28
Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Dünən, 12:26
Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Dünən, 12:19
Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Dünən, 12:16
Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Dünən, 12:11
Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Dünən, 12:09
Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Dünən, 12:07
“Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Dünən, 12:03
Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Dünən, 11:58
Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Dünən, 11:56
“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Dünən, 11:51
Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Dünən, 11:49
Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Dünən, 11:21
AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Dünən, 11:19
74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Dünən, 11:17
Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Dünən, 11:15
Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Dünən, 11:03
Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Dünən, 11:01
İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Dünən, 10:59
Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Dünən, 10:56
Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Dünən, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru