Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
“Bu yaxınlarda Kazanda keçirilən BRICS sammitində iştirakım vacib və effektli idi”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Baş nazir bildirib ki, Azərbaycan prezidenti ilə təmaslardan məmnun qalıb: "Ən mühüm hissəsi, fikrimcə, görüşdə belə bir fikir səsləndirildi ki, sülh şəraitində yaşamaq üçün Ermənistan və Azərbaycana təkcə sülh müqaviləsi deyil, həm də gələcək əsrlərdə müstəqil dövlətlər kimi yaşamağın formuluna dair strateji sövdələşmənin bağlanması lazımdır”. Onun sözlərinə görə, bu strateji sövdələşmə ilə bağlı müəyyən fikirləri var. Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll yoluna yaxındırlar: “Ermənistan kommunikasiyaların açılması ilə bağlı Azərbaycana yazılı təklif göndərib. Çox güman ki, regional kommunikasiyaların açılması məsələsinin hər iki tərəf üçün məqbul sayıla bilən həllini tapa bilərik”. Baş nazir həmçinin qeyd edib ki, İrəvan bu yaxınlarda Bakının sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflər paketinə cavab verib. Söhbət hələ razılaşdırılmamış qalan iki bənd üzrə təkliflərdən gedir. Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsi mətninin müzakirəsinə qayıdacaqlar. O bildirib ki, noyabrın sonuna qədər Azərbaycanın gündəmindəki əsas mövzu COP29-dur: "Ola bilsin, dekabr ayından etibarən Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”. H.Hacıyevin sözlərinə görə, sənədin mətni ilə bağlı müəyyən suallar mövcuddur: "Ermənistan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədiyi üçün ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir. Ona görə də hazırda bu kontekstdə prosesin ləngidiyi hiss edilir. Böyük ehtimalla, dekabr ayından etibarən, artıq yeni proses olacaq". Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə də deyib ki, sülh sazişi çərçivəsində işlər çox irəliləyib. Demək olar ki, bir çox müddəalar razılaşdırılıb. O xatırladıb ki, 2022-ci ilin oktyabr ayından Azərbaycan tərəfindən irəli sürülmüş layihə çərçivəsində xarici işlər nazirləri səviyyəsində danışıqlar prosesi həyata keçirilir: “Bu bir prosesdir və müvafiq görüşlər keçirilib. Bildiyiniz kimi, həm xarici işlər nazirləri səviyyəsində, həm liderlər səviyyəsində proses davam etdirilib. Xarici işlər nazirləri səviyyəsində mətn üzrə mübadilələr həyata keçirilir. Sülh sazişi çərçivəsində işlər çox irəliləyib. Demək olar ki, bir çox müddəalar razılaşdırılıb. Bəzi müddəaların razılaşdırılması istiqamətində hazırda iş aparılır. Ancaq sazişin nə zaman imzalanacağı barədə indidən hər hansı bir qiymətləndirmə vermək, şərh vermək düzgün olmazdı. Bu, bir prosesdir. Eyni zamanda vurğulamaq istərdik ki, Azərbaycanla Ermənistan arasında həqiqi sülhün təmin edilməsi üçün, formalaşması üçün müvafiq olaraq Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların aradan qaldırılması əhəmiyyət kəsb edir”. Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, hansısa "strateji sövdələşmə"dən, strateji tərəfdaşlıqdan söhbət gedə bilməz. Çünki hələ də düşmənçilik mühiti Ermənistanda hakimdir və belə olduğu təqdirdə strateji tərəfdaşlıqdan söhbət belə gedə bilməz:
"Bu, uzunmüddətli bir məsələdir. Əvvəlcə ictimai fikirdə Azərbaycana yönəlik düşmənçilik rəyi aradan qaldırılmalıdır. Eyni zamanda iki dövlət arasındakı münasibətlər sistemi isti məcraya daşınmalıdır ki, bundan sonra müxtəlif sahələr üzrə konkret əməkdaşlıqdan söhbət gedə bilsin. Sövdələşmə konkret hər iki tərəfi qane edən razılaşdırılmış məqamlardan xəbər verir. Sövdələşmənin əhatə etdiyi sahələr əsasən ölkələrin qarşılıqlı olaraq bir-birinə hücum etməməsi, daxili işlərinə qarışmamasıdır. Bununla yanaşı, ərazi bütövlüyü və suverenliyin tam təmin olunması, buna qarşılıqlı hörmət olunması məsələsi də önəmlidir. Təbii ki, təhlükəsizlik məsələləri də prinsipial olaraq bu sövdələşmədə yer ala bilər. Bunlar olmadığı təqdirdə Ermənistanla hansısa məsələdə sövdələşmək özünü aldatmaqdan başqa bir şey deyil. Ən azından sülhdən danışan Ermənistan həqiqətən qarşı tərəfdə etimad yaratmaq istəyirdisə, ən azından Azərbaycanda keçirilən COP29 konfransına gəlməli və xoş niyyətlərini büruzə verməli idilər. Ancaq Ermənistan bunun əksinə hərəkət etdi və havadar dövlətlərin Azərbaycana qarşı yaratdığı düşmənçilik prosesinin tərkib hissəsi oldu".
Analitik vurğulayıb ki, Ermənistan rəsmilərinin Bakıya gəlməməsinin heç bir izahı yoxdur: "Bunun təməli 8 noyabr ərəfəsində Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin sammitində qoyulub. Fransa Prezidenti E.Makron Paşinyanla görüşündə ona tövsiyə edib ki, Ermənistan da Fransa kimi Azərbaycana qarşı demarş nümayiş etdirsin. Yəni Azərbaycana düşmən mövqedə olan ölkələrlə Ermənistanın bir olduğunu nümayiş etdirsin. İrəvan da məhz bunu nümayiş etdirdi. Belə bir ölkə ilə strateji sövdələşmə qeyri-mümkündür. Sövdələşmələr üçün qarşı tərəfə ciddi şəkildə inam və etibar olmalıdır. Məncə, Nikol Paşinyanın açıqlamaları növbəti dəfə həm beynəlxalq, həm də daxili auditoriyaya hesablanmış fikirlər toplusudur. Ermənistan yalnız əməldə konkret fəaliyyəti ortaya qoyub, təsdiq etdiyi təqdirdə hansısa nəticələrdən danışmaq mümkündür. Əks halda baş nazirin sözləri havaya atılan güllələr kimi qəbul olunmalıdır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Sərhəddə “gizli görüş” və ya “Bakının xəbəri olmadan...” - İLGİNC
Bu gün, 14:02 |
|
|
|
• İranı çox çətin keçəcək 4 il gözləyir - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• “Aztelekom”un 203 nəfər əməkdaşını “Qala Sığorta” sığortalayacaq
Bu gün, 13:58 |
|
|
|
• "“Silahlı Qüvvələr” günü bizə ev üçün söz verdilər, amma..." - NARAZILIQ VAR...
Bu gün, 12:13 |
|
|
|
• Köçəryanla bağlı qandonduran fakt: - Cangüdəni ayaqyolunda...
Bu gün, 12:08 |
|
|
|
• “Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi - “Jewish Press”
Bu gün, 12:04 |
|
|
|
• "Zaur Baxşəliyev ölüm işinə aid istintaq materiallarını yayır" - Vəkildən ETİRAZ
Bu gün, 11:55 |
|
|
|
• "Ona dəyən daş mənə dəysin" - Keçmiş ərindən DANIŞDI
Bu gün, 11:51 |
|
|
|
• Bakıda araqdan zəhərlənən kişi öldü
Bu gün, 11:49 |
|
|
|
• Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:44 |
|
|
|
• Fuad Nəcəflinin ilin sonuna qədər VAXTI VAR... - İDDİA
Bu gün, 11:41 |
|
|
|
• “O sevgi mənə ömürlük bəs edib”
Bu gün, 11:32 |
|
|
|
• AYNA “BOLT”u hədələdi... - "...ciddi tədbirlər görüləcək"
Bu gün, 11:25 |
|
|
|
• "Bu binadan ev alan 100 dəfə düşünsün..." - ETİRAZ VAR...
Bu gün, 11:21 |
|
|
|
• Rusiya da, Kiyevin müttəfiqləri də yorulub -ŞƏRH
Bu gün, 11:17 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondu Mərkəzi Filialı üçün 1.2 milyon manata ofis icarəyə götürdü
Bu gün, 11:13 |
|
|
|
• `Bank Respublika`dan `ayrılmaq` heç də asan deyil... - GİLEY
Bu gün, 11:09 |
|
|
|
• Rusiya ordusunun daha bir kəndi işğal etdiyi bildirilir
Bu gün, 11:01 |
|
|
|
• Şvabe bizi yeni “qarayanvar”la qorxudur - AXI NİYƏ?..
Bu gün, 10:58 |
|
|
|
• Britaniyalı nazir Bakıdan çağırış edib
Bu gün, 10:56 |
|
|
|
• Pezeşkian qadınlara qarşı mübarizəyə başlayır: - Yeni "həbsxanalar" YARADILIR
Bu gün, 10:39 |
|
|
|
• Azərbaycanlı müğənninin qardaşı Türkiyədə öldü
Bu gün, 10:32 |
|
|
|
• Zəngəzurda savaş anonsu: Bakı ərazini nəzarətə götürərək... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:31 |
|
|
|
• Şuşa hotellərinin ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX ARTIB - RƏSMİ
Bu gün, 10:25 |
|
|
|
• “Parisin siyasi qozbeli” - Makrona Bakıdan yeni mesajlar
Bu gün, 10:16 |
|
|
|
• Rusiyanın baş prokuroru COP29-da iştirak etmək üçün Bakıya gəlib
Bu gün, 10:14 |
|
|
|
• Saxta estetik cərrahlar qalmaqalı səngimir - Böyük pullar və... SENSASİON DETALLAR
Bu gün, 10:12 |
|
|
|
• Azərbaycanı hədəfə almış "şəbəkə" fenomeni Yaxın Şərqin vəkili rolunda "humanist" şərh verir - NƏ BAŞ VERİR?
Bu gün, 10:05 |
|
|
|
• İşçilərin bu gəlirləri gəlir vergisindən azaddır... - Ekspert danışır...
Bu gün, 10:01 |
|
|
|
• Şəhid ailəsinin torpağı başçının dayısına verilib? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:56 |
|
|
|
• 11 noyabrdan dünyanın nəbzi Azərbaycanla döyünür - FAKT BUDUR...
Bu gün, 09:50 |
|
|
|
• Keçmiş qayınanası və qayınatası ilə bir araya gəldi - FOTO
Bu gün, 09:48 |
|
|
|
• Azərbaycan və Ermənistan ABŞ-nin vasitəçiliyi ilə bu sahədə əməkdaşlıq edirlər?.. - GƏLİŞMƏ
Bu gün, 09:45 |
|
|
|
• “Aşıqların geyimi yoxdur, 40 dərəcə istidə çuxaya bənzər geyimdə necə ifa edək?” - ARAŞDIRMA
Bu gün, 09:44 |
|
|
|
• "SNG-Lubricants" MMC-yə qarşı VALYUTA İTTİHAMI... - DETALLAR
Bu gün, 09:42 |
|
|
|
• "Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər..." - deputatın şirkəti MEYDAN SULAYIR...
Bu gün, 09:38 |
|
|
|
• Sənə, yar... səndən, yar... ŞİKAYƏTİM VAR... - MÜƏMMA...
Bu gün, 09:29 |
|
|
|
• Tunberqin Bakıya qırmızı hücumu və Nağının maskası... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:26 |
|
|
|
• Bakıda kişinin laqonda ilə işləyərkən qolu kəsildi, öldü - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• "Mən qumar oyununu təbliğ edəcək adamam" - ETİRAZ
Bu gün, 09:20 |
|
|
|
• Hamilə arvadını xəstəxanada qoyub qaçdı - Bakıda ŞOK OLAY
Bu gün, 09:19 |
|
|
|
• Agentlik sədrinin müşavirinə ağır itki
Bu gün, 09:17 |
|
|
|
• COP29-un Bakıda keçirilməsi paytaxtımızı qlobal iqlim diplomatiyasının mərkəzinə çevrilir - MƏQALƏ
Bu gün, 09:11 |
|
|
|
• Yeni supernazirlik: AZCON-un məqsədi nədir? - ŞƏRH
Bu gün, 09:09 |
|
|
|
• Pezeşkianın Bakıya gəlməməsinin səbəbi – “Ona elə bir cümlə deyilib ki…”
Bu gün, 09:08 |
|
|
|
• Paşinyan nəyi... NECƏ İSTƏYİR? - İNCƏLƏMƏ
Bu gün, 09:06 |
|
|
|
• Ədalət Məhkəməsinin İrəvanın altına “mina” qoyan qərarı - NƏ BAŞ VERİR?
Bu gün, 09:01 |
|
|
|
• İrəvandan ikibaşlı açıqlama: vəziyyət dəyişdi – Sabiq nazirdən bədbin proqnoz
Bu gün, 09:00 |
|
|
|
• Sabunçuda şəhid ailəsi ÇƏTİN DURUMDA - MÜRACİƏT
Bu gün, 08:59 |
|
|
|
|