Sərhəddə “gizli görüş” və ya “Bakının xəbəri olmadan...” - İLGİNC
Türkiyə-Ermənistan sərhədində - Axurik kəndi ilə həmsərhəd olan Akyaka kəndində Ermənistan və Türkiyə xarici işlər nazirlərinin müavinlərinin gizli görüşünün keçirildiyi barədə məlumatlar var. Ermənistanın “Hraparak” nəşrinin mənbələrinin verdiyi məlumata əsasən, görüş ötən həftə baş tutub. Qeyd olunub ki, 10 nəfərlik Ermənistan nümayəndə heyətində Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və turizm sektorunun nümayəndələri olub.
Məlumata görə, bir neçə saat davam edən görüşdə Gümrü-Qars dəmir yolunun açılması məsələsi müzakirə olunub.
Qeyd edək ki, Gümrü-Qars dəmir yolunun “Axurik” buraxılış məntəqəsi Şirakın eyniadlı kəndindən təxminən 1,5 km aralıda yerləşir. SSRİ dövründə Türkiyə tərəfindən sərhəd bağlanmazdan əvvəl Ermənistanla Türkiyə arasında sərhəd-keçid məntəqəsi var idi. Gümrü-Qars dəmir yolu ilə həm sərnişin, həm də yük qatarları hərəkət edirdi. Ermənistanın şimal-qərbində yerləşən həmin keçid məntəqəsi 1993-cü ilə qədər fəaliyyət göstərib, Türkiyə sərhədi bağlayıb və bu keçid məntəqəsi ilə iki ölkə arasında əlaqə dayandırılıb. İki əsas bina, keçmiş gömrük idarəsi və “Axurik” stansiyası birbaşa Türkiyə ilə sərhəddə yerləşir.
Nəşr Axurikin inzibati rəhbəri Marzpet Sarkisyandan həmin görüşdən xəbərdar olub-olmadığını, dəmir yolu ilə bağlı hər hansı işin görülüb-görülmədiyini soruşub: "Bilirsiniz necədir, kənd sərhəddən 2 kilometr aralıdadır, buradan heç nə görünmür. Ona görə də, bu haqda heç nə deyə bilmərəm, çünki mənə məlumat verilməyib. Hazırda dəmir yolu ilə bağlı göstəriş yoxdur, heç bir iş görülmür”.
Xatırladaq ki, bir neçə ay əvvəl xüsusi elçilər Ruben Rubinyan və Serdar Kılıçın Ermənistan-Türkiyə münasibətləri məsələsi ilə bağlı görüşündən sonra regional tələblərə uyğun olaraq sərhədlərin açılmasının texniki ehtiyaclarının qiymətləndirilməsi ilə bağlı razılığın əldə olunduğu açıqlanmışdı.
Təhlükəsizlik məsələləri üzrə mütəxəssis, politoloq Sülhəddin Əkbər mövzu ilə bağlı AYNA-nın suallarını cavablandırarkən deyib ki, indi gizli görüş keçirilməsi az qala mümkünsüzdür:
- Ümumiyyətlə, Xarici İşlər Nazirliyinin nümayəndələrinin görüşü çox nadir hallarda gizli olur. Kəşfiyyat xidmətləri rəhbərlərinin görüşünün gizli keçirilməsi mümkündür, amma bu, XİN rəsmilərinə şamil olunmur. Əlbəttə, bu tipli görüşlər mətbuata qapalı ola bilər, amma bu, “gizli görüş” adlandırılmır. Ola bilsin ki, nümayəndələr görüşüb, amma mətbuata açıqlama verilməyib, detallar açıqlanmayıb.
Bilirsiniz, Azərbaycanla razılaşdırılmadan Türkiyənin Ermənistanla sərhədləri açması, bu istiqamətdə addımlar atması inandırıcı deyil. Ona görə də hesab edirəm ki, bir qədər prosesləri izləməyə, gözləməyə ehtiyac var. Bilirsiniz ki, məlumatı yayan “Hraparak” qəzeti Ermənistan hakimiyyətinə qarşı sərt müxalif mövqeyi ilə seçilir. Ermənistanın Baş naziri Nikol Paşinyanı “türk” adlandıran bir nəşrin bu məlumatı Paşinyana qarşı istifadə etmək üçün məqsədli şəkildə yayması da mümkündür.
- Məlumdur ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar var, danışıqlar aparmaq üçün hər iki ölkə tərəfindən diplomatlar təyin olunub, bir neçə görüş olub. Belə olan halda, gizli görüşə nə ehtiyyac ola bilər ki?
- Mən dediyim də məhz odur ki, belə görüş olubsa, bu gizli görüş deyil. Ola bilsin, belə bir görüş olmayıb və erməni nəşri müxalif mövqeyinə görə, Paşinyan hakimiyyətinə qarşı təzyiq kampaniyasının tərkib hissəsi kimi bu məlumatı yayıb. Lakin sirr deyil ki, Türkiyə və Türkiyəyə bu məsələdə dəstək verən ABŞ, Avropa İttifaqı, Böyük Britaniya iki ölkənin münasibətlərinin sürətlə normallaşmasında, sərhədlərin açılmasında, kommunikasiyaların blokdan çıxarılmasında maraqlıdır. Rəsmi Ankaranın özü də bunda maraqlıdır və bunu açıq şəkildə bəyan edib. Çünki Türkiyə yeni dünya nizamında geopolitik baxımdan suveren oyunçu kimi rol almaq istəyir. Türkiyənin oyun qurucu güc olması üçün də çəkisi artmalıdır. Bunun üçün də ilk növbədə Türkiyə yaxın regionlara təsirlərini artırmalıdır: Qafqaz, Balkan və Yaxın Şərq, Orta Şərqdə. Ona görə də Türkiyə Azərbaycanla Ermənistan, dolayısı ilə Türkiyə ilə Ermənistan arasında sürətlə normallaşmasında, kommunikasiyaların açılmasında maraqlıdır. Kommunikasiyalar dedikdə buraya Zəngəzur dəhlizi də daxildir. Bunların həyata keçməsi Türkiyəni geopolitik, geoekonomik və geostrateji çevirmək deməkdir. Bu mənada, Türkiyə və Ermənistan nümayəndələri ilə görüşlər keçirməsi, müzakirələr aparması normaldır. Əlbəttə, bu müzakirələr Azərbaycanla məsləhətləşmələr olmadan keçirilmir. Mən inanmıram ki, rəsmi Bakının bu barədə məlumatı yoxdur. Azərbaycanın məlumatı olmadan Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşması, sərhədlərin açılması qərarının verilməsi mümkünsüz görünür.
- Əgər belə bir görüş keçirilibsə, müəyyən razılaşmalar əldə olunubsa, sərhədlər açılırsa, bu o anlamı verə bilərmi ki, Azərbaycanla Ermənistan da sülhə yaxındırlar? Çünki Azərbaycanla sülh sazişi imzalanmadan Ermənistanla sərhədlərin açılmayacağı ən yüksək səviyyələrdə dəfələrlə bəyan edilib...
- Ermənistan tərəfindən yenidən sülhə yaxınlaşma ilə bağlı mesajlar verilməkdədir. Paşinyan Ermənistan Parlamentinin son iclasında Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə toxundu və müzakirələri müsbət qiymətləndirdiyini dedi. Görünən odur ki, həmin görüşdə sülh sazişi layihəsi içlə bağlı razılaşdırılmamış üç bəndlə bağlı müəyyən itrəliləyişlər var. Məlumdur ki, liderlərin həmin görüşündən sonra xarici işlər nazirlərinə prosesin davam etdirilməsi haqqında göstərişlər verildi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də bu yaxınlarda bildirdi ki, dekabr ayında danışıqlar prosesində yeni mərhələ başlayacaq. Yəqin ki, dabnışıqlarda yeni müsbət məqamlar əldə olunacaq. Amma sülh sazişinə tezliklə nail olunacağı o qədər də inandırıcı deyil. İstənilən halda, ABŞ-dakı Co Bayden adminstrasiyası dövründə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına inanmıram. Saziş imzalanacaqsa, bu, ABŞ-ın yeni Prezidenti Donald Trampın adminstrasiyası dönəmində imzalanacaq. Çünki bunda həm rəsmi Bakı, həm də İrəvan maraqlıdır. Müəyyən dərəcədə rəsmi Ankara və hətta Moskva da bunda maraqlı ola bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sərhəddə “gizli görüş” və ya “Bakının xəbəri olmadan...” - İLGİNC
Bu gün, 14:02 |
|
|
|
• İranı çox çətin keçəcək 4 il gözləyir - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• “Aztelekom”un 203 nəfər əməkdaşını “Qala Sığorta” sığortalayacaq
Bu gün, 13:58 |
|
|
|
• "“Silahlı Qüvvələr” günü bizə ev üçün söz verdilər, amma..." - NARAZILIQ VAR...
Bu gün, 12:13 |
|
|
|
• Köçəryanla bağlı qandonduran fakt: - Cangüdəni ayaqyolunda...
Bu gün, 12:08 |
|
|
|
• “Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi - “Jewish Press”
Bu gün, 12:04 |
|
|
|
• "Zaur Baxşəliyev ölüm işinə aid istintaq materiallarını yayır" - Vəkildən ETİRAZ
Bu gün, 11:55 |
|
|
|
• "Ona dəyən daş mənə dəysin" - Keçmiş ərindən DANIŞDI
Bu gün, 11:51 |
|
|
|
• Bakıda araqdan zəhərlənən kişi öldü
Bu gün, 11:49 |
|
|
|
• Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:44 |
|
|
|
• Fuad Nəcəflinin ilin sonuna qədər VAXTI VAR... - İDDİA
Bu gün, 11:41 |
|
|
|
• “O sevgi mənə ömürlük bəs edib”
Bu gün, 11:32 |
|
|
|
• AYNA “BOLT”u hədələdi... - "...ciddi tədbirlər görüləcək"
Bu gün, 11:25 |
|
|
|
• "Bu binadan ev alan 100 dəfə düşünsün..." - ETİRAZ VAR...
Bu gün, 11:21 |
|
|
|
• Rusiya da, Kiyevin müttəfiqləri də yorulub -ŞƏRH
Bu gün, 11:17 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondu Mərkəzi Filialı üçün 1.2 milyon manata ofis icarəyə götürdü
Bu gün, 11:13 |
|
|
|
• `Bank Respublika`dan `ayrılmaq` heç də asan deyil... - GİLEY
Bu gün, 11:09 |
|
|
|
• Rusiya ordusunun daha bir kəndi işğal etdiyi bildirilir
Bu gün, 11:01 |
|
|
|
• Şvabe bizi yeni “qarayanvar”la qorxudur - AXI NİYƏ?..
Bu gün, 10:58 |
|
|
|
• Britaniyalı nazir Bakıdan çağırış edib
Bu gün, 10:56 |
|
|
|
• Pezeşkian qadınlara qarşı mübarizəyə başlayır: - Yeni "həbsxanalar" YARADILIR
Bu gün, 10:39 |
|
|
|
• Azərbaycanlı müğənninin qardaşı Türkiyədə öldü
Bu gün, 10:32 |
|
|
|
• Zəngəzurda savaş anonsu: Bakı ərazini nəzarətə götürərək... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:31 |
|
|
|
• Şuşa hotellərinin ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX ARTIB - RƏSMİ
Bu gün, 10:25 |
|
|
|
• “Parisin siyasi qozbeli” - Makrona Bakıdan yeni mesajlar
Bu gün, 10:16 |
|
|
|
• Rusiyanın baş prokuroru COP29-da iştirak etmək üçün Bakıya gəlib
Bu gün, 10:14 |
|
|
|
• Saxta estetik cərrahlar qalmaqalı səngimir - Böyük pullar və... SENSASİON DETALLAR
Bu gün, 10:12 |
|
|
|
• Azərbaycanı hədəfə almış "şəbəkə" fenomeni Yaxın Şərqin vəkili rolunda "humanist" şərh verir - NƏ BAŞ VERİR?
Bu gün, 10:05 |
|
|
|
• İşçilərin bu gəlirləri gəlir vergisindən azaddır... - Ekspert danışır...
Bu gün, 10:01 |
|
|
|
• Şəhid ailəsinin torpağı başçının dayısına verilib? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:56 |
|
|
|
• 11 noyabrdan dünyanın nəbzi Azərbaycanla döyünür - FAKT BUDUR...
Bu gün, 09:50 |
|
|
|
• Keçmiş qayınanası və qayınatası ilə bir araya gəldi - FOTO
Bu gün, 09:48 |
|
|
|
• Azərbaycan və Ermənistan ABŞ-nin vasitəçiliyi ilə bu sahədə əməkdaşlıq edirlər?.. - GƏLİŞMƏ
Bu gün, 09:45 |
|
|
|
• “Aşıqların geyimi yoxdur, 40 dərəcə istidə çuxaya bənzər geyimdə necə ifa edək?” - ARAŞDIRMA
Bu gün, 09:44 |
|
|
|
• "SNG-Lubricants" MMC-yə qarşı VALYUTA İTTİHAMI... - DETALLAR
Bu gün, 09:42 |
|
|
|
• "Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər..." - deputatın şirkəti MEYDAN SULAYIR...
Bu gün, 09:38 |
|
|
|
• Sənə, yar... səndən, yar... ŞİKAYƏTİM VAR... - MÜƏMMA...
Bu gün, 09:29 |
|
|
|
• Tunberqin Bakıya qırmızı hücumu və Nağının maskası... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:26 |
|
|
|
• Bakıda kişinin laqonda ilə işləyərkən qolu kəsildi, öldü - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• "Mən qumar oyununu təbliğ edəcək adamam" - ETİRAZ
Bu gün, 09:20 |
|
|
|
• Hamilə arvadını xəstəxanada qoyub qaçdı - Bakıda ŞOK OLAY
Bu gün, 09:19 |
|
|
|
• Agentlik sədrinin müşavirinə ağır itki
Bu gün, 09:17 |
|
|
|
• COP29-un Bakıda keçirilməsi paytaxtımızı qlobal iqlim diplomatiyasının mərkəzinə çevrilir - MƏQALƏ
Bu gün, 09:11 |
|
|
|
• Yeni supernazirlik: AZCON-un məqsədi nədir? - ŞƏRH
Bu gün, 09:09 |
|
|
|
• Pezeşkianın Bakıya gəlməməsinin səbəbi – “Ona elə bir cümlə deyilib ki…”
Bu gün, 09:08 |
|
|
|
• Paşinyan nəyi... NECƏ İSTƏYİR? - İNCƏLƏMƏ
Bu gün, 09:06 |
|
|
|
• Ədalət Məhkəməsinin İrəvanın altına “mina” qoyan qərarı - NƏ BAŞ VERİR?
Bu gün, 09:01 |
|
|
|
• İrəvandan ikibaşlı açıqlama: vəziyyət dəyişdi – Sabiq nazirdən bədbin proqnoz
Bu gün, 09:00 |
|
|
|
• Sabunçuda şəhid ailəsi ÇƏTİN DURUMDA - MÜRACİƏT
Bu gün, 08:59 |
|
|
|
• "Dərslərin başlamasından iki ay keçib, amma...” - GİLEY
Bu gün, 08:53 |
|
|
|
|