Azərbaycanı hədəfə almış "şəbəkə" fenomeni Yaxın Şərqin vəkili rolunda "humanist" şərh verir - NƏ BAŞ VERİR?
Amerika Birləşmiş Ştatlarının vətəndaşı, erməni əsilli "iş adamı" kimi təqdim olunan Den Bilzeryan ötən gün yenə də efirdə peyda olub. O, bu dəfə Piers Morqanın YouTube kanalında "Uncensored" ("Senzurasız") adlı verilişdə çıxış edib. HƏMAS-ı "müqavimət hərəkatı" adlandırıb, İsraili Qəzzada "soyqırım törətməkdə" ittiham edib. Bundan bir müddət əvvəl - bu ilin avqustunda o, Ermənistan ictimai radiosunda çıxış edərək qondarma "erməni soyqırımı"nı tanımadığına görə İsraili tənqid eləmişdi. Bundan cəmi iki ay keçməmiş Ermənistan hökuməti özü 1915-ci ildə baş vermiş hadisələri "soyqırım" olaraq tanıtmaq cəhdinin yanlış olduğunu bildirdi. Bilzeryanı mediada və sosial şəbəkələrdə "peşəkar poker oyunçusu" kimi təqdim edirlər. Onun "Instagram"da 30 milyondan çox təqibçisi olduğu və bu il maddi sərvətinin 200 milyon dolları keçdiyi haqda məlumatlar verilir. O, hətta bu ilki seçkilərdə namizədliyini irəli sürəcəyini də demişdi.
Bilzeryanı Azərbaycanda da yaxşı tanıyırlar: o, 2015-ci ildə Azərbaycanın o zaman işğal altında olan ərazilərinə gələrək, yerli erməni separatçı-terrorçu dəstələrinə silah-sursat hədiyyə etmişdi. Bilzeryanın bağışladığı silahlar - 30 ədəd dünyada ən yaxşılardan sayılan B82 Barret snayper tüfəngi və 50 ədəd M110 snayper tüfəngi və gecəgörmə cihazları olub. B82 Barret snayper tüfəngləri modifikasiyasından asılı olaraq, 1800-1600 metr məsafədə hədəfi vura bilir.
2018-ci ildə Ermənistana gələrək bu ölkənin vətəndaşlığını almış, daha sonra Ermənistan ordusuna yazılaraq, Qarabağa gəlmişdi. Bilzeryan Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, yaxınlıqdakı yaşayış məntəqələrini nişan alaraq, atıcı silahlardan və qumbaraatanlardan atəşə tutmuşdu. Bu o zaman idi ki, o dövrdə Ermənistanın müdafiə naziri Davit Tonoyan: "Yeni ərazilər üçün yeni müharibə" deyirdi. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanesyan isə o zaman işğal altında olan Füzuliyə səfəri zamanı: "Azərbaycana bir qarış da olsun torpaq qaytarılmayacaq" deyə "and içmişdi" (bu, Birinci Qarabağ müharibəsi zamanı hardasa bir il Azərbaycanın müdafiə naziri olmuş Rəhim Qazıyevin: "Şuşa işğal olunsa, başıma bir güllə vuracam" andının erməni versiyası idi). Nəhayət, Baş nazir Nikol Paşinyan: "Qarabağ - Ermənistandır" deyə "nöqtə" qoymuşdu. Bax, həmin dönəmlərdə Den Bilzeryan da bu cür "döyüşkən" leksikadan ekstaza gələrək, yarıçılpaq fotomodellərlə birlikdə Qarabağda peyda olmuş, ön cəbhədə "döyüş pozası" almışdı. Bu cür ekstravaqant formalarda Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak edirdi.
Təbii ki, qanusuz əməllərinə, Azərbaycana qarşı törətdiyi cinayətlərə görə ölkəmizin Xarici İşlər Nazirliyi onun adını "qara siyahı"ya salmış, Baş Prokurorluqda isə Den Bilzeryan barəsində cinayət işi qaldırılmış, erməni əsilli terrorist-qumarbaz İnterpol xəttilə axtarışa verilmişdi. Ancaq Bilzeryana ən tutarlı cavabı Azərbaycan ordusu verdi; bütün işğal altındakı ərazilər azad olundu, Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi.
Amma Bilzeryana bu da, deyəsən, azlıq edir. 44 günlük müharibədə və lokal antiterror əməliyyatından sonra da o, öz avantürist əməllərindən əl çəkməyib. Bu yaxınlarda Ermənistan-Azərbaycan sərhəddinə gələrək təxribatçı çıxışlar və hərəkətlər etmişdi.
Özü azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə, hər cür hərbi cinayətlər törətmiş separatçı-terrorçu xuntaya yardım edən, silahlandıran, hətta şəxsən Azərbaycan hərbi qulluqçularına və mülki əhaliyə qarşı terrorçu əməllər törətmiş Bilzeryan indi Qəzzada gələstinlilərə qarşı "soyqırım" və "terror törədildiyi" haqda danışır. Piers Morqanın verilişindəki çıxışı zamanı hətta efirə verilməsi mümkün olmayan təhqiramiz ifadələr də işlədir. Onun bu çarəsiz çılğınlığını izləyəndə adamın düşmənə də yazığı gəlir. Ermənistan dövləti, gör, hansı vəziyyətdədir ki, qumarbaz-pleyboy Den Bilzeryan, eləcə də, 18+ mövzuların ulduzu Kim Kardaşyan və sair kimilərin umuduna qalıb...
Seyid Əhmədli, Bizimyol.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "“Silahlı Qüvvələr” günü bizə ev üçün söz verdilər, amma..." - NARAZILIQ VAR...
Bu gün, 12:13 |
|
|
|
• Köçəryanla bağlı qandonduran fakt: - Cangüdəni ayaqyolunda...
Bu gün, 12:08 |
|
|
|
• “Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi - “Jewish Press”
Bu gün, 12:04 |
|
|
|
• "Zaur Baxşəliyev ölüm işinə aid istintaq materiallarını yayır" - Vəkildən ETİRAZ
Bu gün, 11:55 |
|
|
|
• "Ona dəyən daş mənə dəysin" - Keçmiş ərindən DANIŞDI
Bu gün, 11:51 |
|
|
|
• Bakıda araqdan zəhərlənən kişi öldü
Bu gün, 11:49 |
|
|
|
• Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:44 |
|
|
|
• Fuad Nəcəflinin ilin sonuna qədər VAXTI VAR... - İDDİA
Bu gün, 11:41 |
|
|
|
• “O sevgi mənə ömürlük bəs edib”
Bu gün, 11:32 |
|
|
|
• AYNA “BOLT”u hədələdi... - "...ciddi tədbirlər görüləcək"
Bu gün, 11:25 |
|
|
|
• "Bu binadan ev alan 100 dəfə düşünsün..." - ETİRAZ VAR...
Bu gün, 11:21 |
|
|
|
• Rusiya da, Kiyevin müttəfiqləri də yorulub -ŞƏRH
Bu gün, 11:17 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondu Mərkəzi Filialı üçün 1.2 milyon manata ofis icarəyə götürdü
Bu gün, 11:13 |
|
|
|
• `Bank Respublika`dan `ayrılmaq` heç də asan deyil... - GİLEY
Bu gün, 11:09 |
|
|
|
• Rusiya ordusunun daha bir kəndi işğal etdiyi bildirilir
Bu gün, 11:01 |
|
|
|
• Şvabe bizi yeni “qarayanvar”la qorxudur - AXI NİYƏ?..
Bu gün, 10:58 |
|
|
|
• Britaniyalı nazir Bakıdan çağırış edib
Bu gün, 10:56 |
|
|
|
• Pezeşkian qadınlara qarşı mübarizəyə başlayır: - Yeni "həbsxanalar" YARADILIR
Bu gün, 10:39 |
|
|
|
• Azərbaycanlı müğənninin qardaşı Türkiyədə öldü
Bu gün, 10:32 |
|
|
|
• Zəngəzurda savaş anonsu: Bakı ərazini nəzarətə götürərək... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:31 |
|
|
|
• Şuşa hotellərinin ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX ARTIB - RƏSMİ
Bu gün, 10:25 |
|
|
|
• “Parisin siyasi qozbeli” - Makrona Bakıdan yeni mesajlar
Bu gün, 10:16 |
|
|
|
• Rusiyanın baş prokuroru COP29-da iştirak etmək üçün Bakıya gəlib
Bu gün, 10:14 |
|
|
|
• Saxta estetik cərrahlar qalmaqalı səngimir - Böyük pullar və... SENSASİON DETALLAR
Bu gün, 10:12 |
|
|
|
• Azərbaycanı hədəfə almış "şəbəkə" fenomeni Yaxın Şərqin vəkili rolunda "humanist" şərh verir - NƏ BAŞ VERİR?
Bu gün, 10:05 |
|
|
|
• İşçilərin bu gəlirləri gəlir vergisindən azaddır... - Ekspert danışır...
Bu gün, 10:01 |
|
|
|
• Şəhid ailəsinin torpağı başçının dayısına verilib? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:56 |
|
|
|
• 11 noyabrdan dünyanın nəbzi Azərbaycanla döyünür - FAKT BUDUR...
Bu gün, 09:50 |
|
|
|
• Keçmiş qayınanası və qayınatası ilə bir araya gəldi - FOTO
Bu gün, 09:48 |
|
|
|
• Azərbaycan və Ermənistan ABŞ-nin vasitəçiliyi ilə bu sahədə əməkdaşlıq edirlər?.. - GƏLİŞMƏ
Bu gün, 09:45 |
|
|
|
• “Aşıqların geyimi yoxdur, 40 dərəcə istidə çuxaya bənzər geyimdə necə ifa edək?” - ARAŞDIRMA
Bu gün, 09:44 |
|
|
|
• "SNG-Lubricants" MMC-yə qarşı VALYUTA İTTİHAMI... - DETALLAR
Bu gün, 09:42 |
|
|
|
• "Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər..." - deputatın şirkəti MEYDAN SULAYIR...
Bu gün, 09:38 |
|
|
|
• Sənə, yar... səndən, yar... ŞİKAYƏTİM VAR... - MÜƏMMA...
Bu gün, 09:29 |
|
|
|
• Tunberqin Bakıya qırmızı hücumu və Nağının maskası... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:26 |
|
|
|
• Bakıda kişinin laqonda ilə işləyərkən qolu kəsildi, öldü - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• "Mən qumar oyununu təbliğ edəcək adamam" - ETİRAZ
Bu gün, 09:20 |
|
|
|
• Hamilə arvadını xəstəxanada qoyub qaçdı - Bakıda ŞOK OLAY
Bu gün, 09:19 |
|
|
|
• Agentlik sədrinin müşavirinə ağır itki
Bu gün, 09:17 |
|
|
|
• COP29-un Bakıda keçirilməsi paytaxtımızı qlobal iqlim diplomatiyasının mərkəzinə çevrilir - MƏQALƏ
Bu gün, 09:11 |
|
|
|
• Yeni supernazirlik: AZCON-un məqsədi nədir? - ŞƏRH
Bu gün, 09:09 |
|
|
|
• Pezeşkianın Bakıya gəlməməsinin səbəbi – “Ona elə bir cümlə deyilib ki…”
Bu gün, 09:08 |
|
|
|
• Paşinyan nəyi... NECƏ İSTƏYİR? - İNCƏLƏMƏ
Bu gün, 09:06 |
|
|
|
• Ədalət Məhkəməsinin İrəvanın altına “mina” qoyan qərarı - NƏ BAŞ VERİR?
Bu gün, 09:01 |
|
|
|
• İrəvandan ikibaşlı açıqlama: vəziyyət dəyişdi – Sabiq nazirdən bədbin proqnoz
Bu gün, 09:00 |
|
|
|
• Sabunçuda şəhid ailəsi ÇƏTİN DURUMDA - MÜRACİƏT
Bu gün, 08:59 |
|
|
|
• "Dərslərin başlamasından iki ay keçib, amma...” - GİLEY
Bu gün, 08:53 |
|
|
|
• “907-ci düzəliş”in birdəfəlik ləğvi gözləntisi - GƏLİŞMƏ
Bu gün, 08:48 |
|
|
|
• Seldən zərər görən hansı fermerlərə kompensasiya ödənilir? - AKTUAL
Bu gün, 08:47 |
|
|
|
• Azərbaycanlı iş adamları Şimali Kiprdə 4 milyonluq mülklər alıb - FOTO, VİDEO
Bu gün, 08:46 |
|
|
|
|