Qanunlara əməl olunarsa... heç bir əlil işsiz qalmaz...
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
Məşğulluq haqqında AR Qanununa əsasən: Dövlət sosial müdafiəyə xüsusi ehtiyacı olan, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyalarına:
Əlillərə, 20 yaşadək gənclərə, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və ya çoxuşaqlı valideynlərə, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlərə, pensiya yaşına 2 ildən az qalmış şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlara, məcburi köçkünlərə, müharibə veteranlarına, şəhid ailələrinə - kvota tədbiq etməklə təminatlar verir.
Kvotanın miqdarı ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq, müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə təyin edilir. AR-sı Nazirlər Kabinetinin 213 saylı qərarına əsasən isə bu kvotanın 50 faizi (2.5) əlillərin payına düşür.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.site)