Bakı və Ankaranın dostu təhlükədə: .....                     “Ərim sağdır, mənə zəng etmişdi” .....                     Bakıda yerüstü və yeraltı gərginlik .....                     Qayınata gəlini sevgilisi ilə tutdu: “Dedi ki, pəncərədən evə gəlib-gedib...” .....                     Ermənistan sakinlərinin 60%-i Paşinyanın fəaliyyətindən narazıdır .....                     Simonyan Rusiya büdcəsini necə talayır? .....                     İndi Amerikada SEÇİM ANIDIR... .....                     Katolikosun burnu Bakıya uzanıb: “Dəmir çırtma” istəyir .....                     "Azərkontrakt"ın ləğv edilməsi qazın qiymətinə təsir edəcək? .....                     İrəvanın son günlərdə sülhlə bağlı hərəkətlənməsi... .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Estetik cərrahların 30 min rüşvət verməsi iddiaları ilə bağlı .....                     Azərbaycanda bu həkimlər rüşvətlə cərrah olublar? .....                     Ermənistandan BRICS açıqlaması .....                     `LeoBank`dan AÇIQ-AŞKAR ÖZBAŞINALIQ... .....                     BAŞLANDI: Ali məktəblər distant təhsilə keçir .....                     Azərbaycan Mərkəzi Bankı xarici valyutada xüsusi satış həyata keçirib .....                     İrəvandan təzminat tələbi Haaqa Məhkəməsində .....                     DİN qadın namizədlərin xidmətə qəbulu üçün müsabiqə elan edib .....                     "Guya ABŞ-nin "Teneo" lobbi şirkəti ilə COP29-la bağlı əməkdaşlıq edirik, .....                     İcra başçısının qardaşına yeni vəzifə verildi .....                     Ölkədən pul çıxaran “Yük Taksisi.Az” şirkəti ilə bağlı .....                     Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir .....                     Cərimələr aşağı olanda insanlar rahat davranırlar .....                     Tramp və Harris Diksvill Noçda hərəyə 3 səs topladı .....                     Sumqayıt Kompressorlar zavodunu kimlər xarabalığa çevirdi? .....                     Lavrovun bəyanatı qarışıqlıq yaratdı .....                     Yelo Bankdan bayrağımıza hörmətsizlik? .....                     Aİ nümayəndə heyəti Ermənistana səfər edib .....                     Müştəriyə rəsmən HÖKM EDİRLƏR... .....                     Bu gün İrana “qabaqlayıcı hücum” olacaq? .....                     “Məclisə getmişəm, deyiblər, gir, oxu, çıx...” .....                     Paşinyan onu nazir .....                     ETSN-nin rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslərinin .....                     Ermənistan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini Azərbaycana göndərib .....                     Ermənistan Azərbaycan qazına göz dikib .....                     Moldovada Rusiya agentləri Sandunun seçkilərdəki qələbəsini ləğv etməyə çalışır .....                     Biz seçim etmək məcburiyyətində qalanda... .....                     Keşiş Baqrat Kremldən hansı tapşırıqla qayıdır?... .....                     Bu rayonlara icra başçısı TƏYİN OLUNACAQ .....                 

Cərimələr aşağı olanda insanlar rahat davranırlar - Komitə sədri belə deyir...
Tarix: Bu gün, 12:14 | Çap et
Cərimələr aşağı olanda insanlar rahat davranırlar
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Modern.az-a müsahibə verib.

Onunla söhbəti təqdim edirik:

- Sadiq müəllim, Sərsəng su anbarı ermənilərin nəzarəti alıtında olanda suyun səviyyəsi xeyli enmişdi. İndi anbarın vəziyyətinə dair hansı yeniliklər var?

- Sərsəng su anbarı Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə Tərtərçayın üzərində Bərdə, Ağdam, Ağdərə, Tərtər, Ağcabədi, Yevlax və Goranboy rayonlarının 100 min hektara yaxın əkin sahəsini suvarma suyu ilə təmin etmək məqsədi ilə inşa edilmişdi. Anbarının ümumi həcmi 560 milyon m3, faydalı həcmi 500 milyon m3, ölü həcmi isə 60 milyon m3-dir.

Anbarda yığılan su daha sonra Suqovuşan su anbarında nizamlanaraq, Tərtərçay Sol Sahil və Tərtərçay Sağ Sahil magistral kanalları vasitəsi ilə 96 min hektar ərazinin suvarılmasını təmin etmişdir. Eyni zamanda su anbarı bəndində ümumi gücü 50 MVt olan Su Elektrik Stansiyası mövcuddur. İşğal dövründə iqlim amilləri nəzərə alınmadan, heç bir əsaslı təmir işləri aparılmadan Sərsəng su anbarının su ehtiyatları ermənilər tərəfindən uğursuz, səmərəsiz şəkildə enerji istehsalı məqsədilə istifadə edilmişdir.
2023-cü ildə aparılmış lokal xarakterli antiterror əməliyyatlarından sonra nəzarətə götürülmüş su anbarının vəziyyəti kompleks qiymətləndirilib. Sərsəng su anbarı suvarma suyu təminatı, elektrik enerji istehsalı və ekoloji tarazlığının qorunması baxımından Qarabağ regionu və ümumilkdə ölkə üçün önəmli su təsərrüfatı obyektidir. Bu səbəbdən su anbarının əlaqədar qurumlar tərəfindən təmir-bərpa və yaxşılaşdırma işlərinin kompleks şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

Məndə olan məlumata görə, hazırda “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın tapşırığına əsasən, Sərsəng su anbarı üçün tövsiyə olunan aylıq iş rejimi hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırılır. Eyni zamanda su anbarının müasir tələblərə uyğun olaraq istismarının təmin edilməsi üçün təmir-bərpa işlərinin aparılması məqsədə müvafiq hesab edilib. Hazırda bu istiqamətdə işlər görülür, həmçinin “Sərsəng” su elektrik stansiyasında təmir-bərpa işlərinin aparılması da nəzərdə tutulur.

- Ermənilərin Azərbaycana vurduğu ekoloji zərər hansı məbləğlə ölçülür? Həmin zərərə görə kompensasiya ödənilməsi tələbi hansısa beynəlxalq platformalarda qaldırlıbmı?

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 22 dekabr tarixli 990s nömrəli Sərəncamı ilə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü və ərazilərinin işğalı nəticəsində dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.

Həmin Komissiya tərəfindən tələb olunan bütün sənədlər, məlumatlar, o cümlədən “Meşə fondu”, “Qeyri-meşə fondu”, “Xüsusi mühafizə olunan təbiət əraziləri”, “Təbiət abidəsi (qədim ağaclar)”, “Təbiət abidəsi (xüsusi qiymətli meşə sahələri)” və “Faydalı qazıntı yataqlarının istismarı” üzrə milli qanunvericiliyə uyğun olaraq aparılmış qiymətləndirmə materialları aidiyyəti üzrə təqdim olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılmış ilkin qiymətləndirmələrə əsasən, erməni təcavüzü nəticəsində ətraf mühitə (yuxarıda qeyd olunmuş 6 sahə üzrə) dəymiş zərərin məbləği ümumilikdə 10 milyardlarla ölçülür. Eyni zamanda, Azərbaycan tərəfi “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına uyğun olaraq, Ermənisatana qarşı dövlətlərarası arbitraj prosesinə də başlayıb. Arbitraj işi, təxminən otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı dövründə Ermənistanı Azərbaycanın ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyasda məhv edilməsinə görə məsuliyyətə cəlb etmək məqsədi daşıyır.

Ermənistanın işğalı təbii yaşayış mühitinə, eləcə də bütün canlı növlərə ciddi ziyan vurulmaqla, təbii ehtiyatların tükənməsinə və biomüxtəlifliyin məhvinə səbəb olub. Ermənistan tərəfindən meşələrin kütləvi şəkildə qırılması, ağacların kəsilməsi və işğaldan öncə təbiət qoruqları olan ərazilərdə qanunsuz tikinti və mədənçilik fəaliyyətinin aparılması ilə ərazilərin çirklənməsi Azərbaycanda 500-dən çox vəhşi təbiət növünü təhlükə altında qoyub.

2022-ci ildə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində “xüsusi mühafizə olunan və qiymətli meşələr”in qorunmadığını qeyd edib. Ermənistanın bu addımları çayların, o cümlədən Ermənistandan Azərbaycan ərazisinə axan transsərhəd çayların həddindən artıq çirklənmə səviyyəsinə gəlib çıxmasına da səbəb olub. 2022-ci ildə UNEP həmçinin Ermənistanın bölgədəki mədən sənayesinin inkişafının çayətrafı yaşayış yerlərində “suyun, torpağın, flora və faunanın kimyəvi çirklənməsinə” səbəb olduğunu, Oxçuçay çayında yüzlərlə balığın ölü tapıldığını, bir neçə qorunan balıq və amfibiya növünün təhlükə altında olduğunu vurğulayıb.

Arbitraj prosesi çərçivəsində Azərbaycan Ermənistandan Bern Konvensiyasının hazırda davam edən bütün pozuntularına son qoymağı və işğal altında olmuş ərazilərdə ətraf mühitin məhvinə görə Azərbaycana tam kompensasiya ödəməyi tələb edir. Qeyd olunanlarla yanaşı, Ermənistanın Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn prinsiplərini pozmasına əsasən, Azərbaycanın kompensasiya tələbi ilə bağlı arbitraj prosesinə başlanılıb. İşğal dövründə Ermənistan Azərbaycanı qanunsuz olaraq öz enerji resurslarına çıxışı və onları inkişaf etdirmək imkanlarından məhrum edib, habelə həmin resursları öz istifadəsi və mənfəəti üçün istifadə edib.

- Azərbaycanda içməli su ehtiyatı ilə bağlı proqnozlar hər hansı təhlükə vəd edirmi? Yəni gələcəkdə içməli su qıtlığı yaşaya bilərikmi?

- Azərbaycan iqlim dəyişmələrinin təsirlərinə yüksək dərəcədə həssas bir ölkədir və iqlim dəyişmələrinin mənfi təsirləri-daşqınlar, sellər, quraqlıq, istilik stressləri və s. kimi təbiət hadisələri müşahidə edilir. İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə azalıb və beynəlxalq iqlim modellərinə əsasən suyun gələcəkdə də azalma ehtimalı var.

Ölkənin yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, buzlaqlar təşkil edir. Yerüstü şirin su ehtiyatlarının təxminən 70-%-ə yaxın hissəsi ölkə hüdudlarından kənarda formalaşır. İqlim dəyişmələrinin mənfi təsirləri digər ekosistem komponentləri ilə yanaşı, su ehtiyatlarının azalması ilə müşahidə edilir.

Aparılan qiymətləndirmələrə əsasən, 1961-1990-cı illərə nisbətən 1991-2023-cü illərdə ölkə ərazisində temperaturun yüksəlməsi və yağıntının azalması səbəbindən daxili çayların əksəriyyətində və transsərhəd çaylarda orta illik su sərfində azalma müşahidə edilib. Ölkə üzrə 2023-cü ildə 26,2 milyard m3 su ehtiyatı formalaşmışdır ki, ondan 17,8 milyard m3-i yerüstü, 8,4 milyard m3-i isə yeraltı su ehtiyatlarına aid edilib Yerüstü formalaşan su ehtiyatlarının 4,6 milyard m3 hissəsi ölkə ərazisində, 13,1 milyard m3 hissəsi isə qonşu ölkələrin ərazisində formalaşıb. 2023-cü il ərzində su ehtiyatlarından istifadə 9,2 milyard m3 təşkil etmiş, bundan 3,2 milyard m3 hissəsi suyun mənbədən təsərrüfatlara çatdırılması zamanı infrastruktur, buxarlanma, sudan səmərəsiz istifadə və qanunsuz qoşulmalar səbəbindən itkiyə gedib.

Su ehtiyatlarının ölkə ərazisində qeyri-bərabər paylanması və region ölkələri ilə müqayisədə iqtisadiyyatın müxtəlif sahələrində istifadəyə görə adam başına düşən su miqdarının nisbətən az olması, iqlim dəyişməsi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların qeyri proporsionallığının artması, transsərhəd suların çirklənməsi, digər tərəfdən ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması son illərdə ölkədə su çatışmazlığını şərtləndirib.

İçməyə yararlı sulardan suvarma məqsədləri üçün intensiv istifadə olunması da vəziyyəti gərginləşdirir. Bu baxımdan yeraltı su ehtiyatlarından səmərəli istifadə olunması, mühafizəsinin yaxşılaşdırılması, uçot və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi son dərəcə vacibdir.

Respublika ərazisinin təxminən 3/4 hissəsi ölkənin ən böyük su arteriyası olan Kür çayı hövzəsinin aşağı relyefində yerləşdiyindən, çayın qonşu dövlətlərin ərazilərində çirklənməsi ekoloji gərginlik yaradır. Qonşu ölkələr tərəfindən təmizlənməmiş tullantı sularının Kür və Araz çaylarına axıdılması onun hidrokimyəvi rejiminə və suyunun keyfiyyətinə mənfi təsir göstərir.

Regiondakı qonşu ölkələr BMT-nin Avropa İqtisadi Komissiyasının “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi” üzrə Konvensiyasına qoşulmamışdır. Bu da transsərhəd su problemlərinin beynəlxalq normalar çərçivəsində həllini mümkünsüz edir.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik su obyektləri ciddi antropogen təsirlərə məruz qalıb. Bu ərazilərdə şirin su mənbələri çirkləndirilib, dağıdılıb və nəticədə unikal bir ərazi ekoloji fəlakət həddinə çatdırılıb.

Ermənistanın işğalı nəticəsində çayların (Tərtərçay, Xaçınçay, Köndələnçay, Quruçay, Həkəriçay, Zabuxçay, Bərgüşad, Oxçuçay, Xaçınçay) və onların üzərində yerləşən su anbarlarının suyundan istifadə mümkün olmayıb, hidrometeoroloji müşahidə məntəqələri dağıdılaraq sıradan çıxıb. Çayların məcrasında ciddi dəyişikliklər edilib və onların suyu müxtəlif istiqamətlərdə daşınıb. Su anbarlarının bəndlərinin vəziyyəti pisləşmiş su anbarlarından istifadə etmək mümkün olmayıb.

Ermənistan tərəfindən transsərhəd çayların çirkləndirilməsi onların ekoloji vəziyyətinə təhlükə yaradır. Belə ki, Araz çayı, Oxçuçay, Bərgüşadçay, Ağstafaçay və s. çayların müxtəlif mənşəli tullantılarla çirkləndirilməsi davam edir. Ermənistan ərazisində yerləşən Zəngəzur (Qacaran) mis-molibden zavodu və Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları, eləcə də Qafan-Qacaran şəhərlərinin bioloji çirkli suları təmizlənmədən Oxçuçaya axıdılır və nəticədə çay hövzəsi ölü zonaya çevrilir.

Son illərdə iqlim dəyişmələri səbəbindən baş verən neqativ tendensiyaların aradan qaldırılması Azərbaycan Respublikasında da həlli vacib olan məsələ kimi ortaya çıxıb. Bu məqsədlə, dövlət tərəfindən adaptasiya və mitiqasiya tədbirlərinin davamlı olaraq tətbiq edilməsi ilə yanaşı, əsas diqqətin su sektoru üzrə düzgün strategiyanın müəyyənləşdirilməsi və həyata keçirilməsinə yönəldilməsi vacibdir.

Beynəlxalq praktikaya uyğun olaraq çevik su idarəçiliyinin tətbiq olunması ilə problemin həllinə nail olmaq mümkündür. Buraya suyun mənbədən götürülməsindən ətraf mühitə qaytarılmasınadək dəqiq uçotunun aparılması, itkilərin azaldılması, suya qənaətedici texnologiyalardan istifadə edilməsi, kollektor-drenaj və təmizlənmiş tullantı sularından suvarmada təkrar istifadə olunması, kiçik su tutarlarının yaradılması, eləcə də sudan səmərəli istifadənin stimullaşdırılması məqsədilə istehlak olunan suyun miqdarından asılı olaraq fərqli tariflərin və digər iqtisadi alətlərin (subsidiya, imtiyaz, güzəşt və s.) tətbiq edilməsi və s. daxildir. Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə Komissiya yaradılıb.

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” 2024-2040-cı illəri əhatə etməklə 2027-ci ilədək qısamüddətli strateji baxış, 2030-cu ilədək ortamüddətli strateji inkişaf baxışı, 2040-cı ilədək uzunmüddətli strateji hədəf baxışı olmaqla üç mərhələdə həyata keçiriləcəkdir. Su ehtiyatları ilə bağlı informasiyanın yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılması məqsədilə “Elektron su təsərrüfatı” informasiya sistemi yaradılıb.

Qeyd olunan tədbirlərlə yanaşı, Şirvan və Qarabağ kanallarının, həmçinin 20 ədəd magistral suvarma kanalının yenidənqurulması, Qarabağ və Şərqi Zəngəzurun su potensialından səmərəli istifadə üçün su infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən respublikanın müxtəlif rayonları ərazisində dağ çaylarından səmərəli istifadə məqsədilə 10 ədəd yeni su anbarının yaradılması işləri hazırda həyata keçirilməkdədir.

Görülən tədbirlər artıq beynəxalq ictimaiyyət arasında da öz təsdiqini tapmaqdadır. Belə ki, World Resource Institute-nin (Dünya Ehtiyatlar İnstitutu) 2020-ci ildəki araşdırmalarına əsasən, Azərbaycan 2040-cı ildə su qıtlığı ilə üzləşə biləcək ölkələr arasında 18-ci yerdə qərarlaşmış və çox yüksək su stressi kateqoriyasına (>80 %) aid edilmişdir. Lakin, II Qarabağ müharibəsində əldə edilən müzəffər qələbə ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatları üzərində idarəetmənin bərpası, həyata keçirilən irimiqyaslı infrasturtur layihələri və dəniz, təmizlənmiş tullantı və digər alternativ su mənbələrindən istifadə ilə bağlı gələcək layihələrin elan edilməsindən sonra qeyd edilmiş siyahıda Azərbaycan çox yüksək su stressli ölkələr (>80 %) sırasından orta stressli ölkələr sırasına (40-60 %) dəyişdirilib.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda içməli su ehtiyatı ilə bağlı proqnozlar hər hansı təhlükə vəd etmir. Çünki Azərbaycan dövləti və onun Prezidenti bu sahəyə xüsusi diqqət ayırır.

- Azərbaycanda adambaşına düşən meşə sahələrinin normadan 4 dəfə az olduğu bildirilir. Bu problemin həllini görürsünüzmü, onu aradan qaldırma mümkündürmü?

- Azərbaycanın meşə fondunun sahəsi 1213,7 min hektar olmaqla, ümumi ərazinin 14%-ni, meşə ilə örtülü sahələr isə 1046,128 min hektar olmaqla ölkə ərazisinin 12,08%-ni təşkil edir.
Ətraflı

Meşələrin mövcud sahəsi Azərbaycan Respublikasında ekoloji tarazlığın və ekosistemlərin qorunub saxlanılması üçün heç də yetərli deyildir. Bu səbəbdən meşələr ciddi şəkildə mühafizə olunmalı, qorunmalı və onların sahəsi artırılmalıdır. Hazırda meşə sektorunun gücləndirilməsi sahəsində tənzimlənmə sisteminin, o cümlədən qanunvericilik bazasının, institusional mexanizmlərin təkmilləşdirilməsi, meşə ehtiyatlarından daha da səmərəli istifadə olunması istiqamətində kompleks tədbirlər görülür. Həmçinin mövcud meşələrin yaxşılaşdırılması və meşə ərazilərinin genişləndirilməsi yaxın dövr üçün əsas prioritetlərdəndir. Hazırda meşə ərazilərinin genişləndirilməsi üçün kütləvi şəkildə meşə əkinləri işləri həyata keçirilir.

Son illər ərzində (2018-2024-cü illər) meşə fondunun açıq ərazilərində müxtəlif cinslərdən ibarət 11 milyondan artıq ağac əkilməklə 12,6 min hektar ərazidə yeni meşə sahələri salınıb.

Görülmüş məqsədyönlü tədbirlər nəticəsində əvvəlki illərlə müqayisədə özbaşına (qanunsuz) qırıntının həcminin azalmasına nail olunub, yanğına qarşı görülmüş səmərəli mübarizə tədbirləri nəticəsində meşə yanğınlarının baş vermə halları və əhatə etdiyi sahə kəskin surətdə azalıb.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” beş prioritetdən biri olaraq yüksək keyfiyyətli təmiz ətraf mühitin formalaşdırılması istiqamətində meşə ehtiyatlarının və yaşıllıq sahələrinin genişləndirilməsi kimi mühüm tədbirlər diqqət mərkəzində saxlanılır.

Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” üzrə strateji çərçivəsində ölkə üzrə ümumi ərazidə yaşıllığın payının 12%-dən 12,3%-ə çatdırılması, meşə fondunun 65%-nin inventarlaşdırılmasının təmin olunacağı hədəf olaraq müəyyən edilmişdir. Qeyd olunanlara nail olmaq üçün meşə fondu torpaqları ilə yanaşı, meşə fonduna daxil olmayan ərazilərdə açıq sahələrin müəyyən edilməsi və həmin torpaqlarda meşəsalma işlərinin aparılması əsas strateji məqsəddir.

Ölkə başçısının 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda meşə fondunun inventarlaşdırılması və qiymətləndirilməsi, məhv olmuş meşə sahələrinin bərpası və artırılması məqsədilə 1150 ha sahədə meşəbərpa və meşəsalma işlərinin aparılması, ərazinin bərpasında lazım olan əkin materialına tələbatın ödənilməsi, meşəçi mütəxəssislərə ixtisası üzrə təlimlərin keçirilməsi, meşəçilik sahəsində müasir, qapalı kök sistemli tingliyin, toxum genbankının yaradılması, meşə əkinləri və yaşıllıq sahələrinin salınması üçün tinglərin yetişdirilməsi məqsədilə Cəbrayıl rayonunda “Azərbaycan ‒ Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin, “Ağıllı Tinglik Təsərrüfatı”nın və “Dostluq meşəsi”nin yaradılması kimi tədbirlər nəzərdə tutulub.

Sözügedən layihə meşəçilik sahəsində kadrların hazırlanmasında və ixtisaslarının artırılmasında əhəmiyyətli rol oynamaqla yanaşı, iki dövlət arasında strateji əməkdaşlığın daha geniş formatda inkişaf etdirilməsinə də öz töhfəsini verəcəkdir.

Layihənin tinglik sahələrində il ərzində 2 milyon tingin yetişdirilməsi nəzərdə tutulur ki, bu da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan meşəbərpa və yaşıllaşdırma tədbirlərinə böyük təkan verəcəkdir.

Ölkədə meşə ehtiyatlarının artırılması və ondan rasional istifadə sahəsində davamlı inkişafın təmin olunması, potensial imkanlardan səmərəli istifadə edilməsi, dövlət dəstəyinin gücləndirilməsi və investisiyaların cəlb edilməsi, həmçinin meşə sektoruna hərtərəfli marağın artırılması məqsədilə “Azərbaycan Respublikasında meşələrin davamlı inkişafına dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” hazırlanıb.

Dövlət Proqramında ölkənin meşə ehtiyatlarının inkişafında ictimaiyyətin və digər maraqlı tərəfdaşların geniş iştirakı, hazırkı meşə ehtiyatlarının mövcud vəziyyətinin ətraflı təhlili və eləcə də meşə sektoru üzrə siyasət və strategiyaların inkişaf etdirilməsi qeyd olunub, meşə sektorunun davamlı inkişafı kontekstində ətraf mühitin, biomüxtəlifliyin qorunması, iqlim dəyişmələrinə adaptasiya, eləcə də əhali- meşə münasibətlərinin inkişafına töhfə verilməsinə diqqət yetirilib.

Eyni zamanda, məndə olan məlumata görə Meşə Məcəlləsinə dəyişiklik layihəsi də hazırlanıb.

Meşə ehtiyatlarına təzyiqlərin azaldılması, ağacların qeyri-qanuni qırılmasının qarşısının alınması məqsədilə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi və müvafiq tədbirlərin həyata keçirilməsi vasitəsilə odun yanacağı istehlakı azaldılmalıdır. Respublikanın yaşayış məntəqələrinin 96,7%-nin qazlaşdırılması və bu istiqamətdə işlərin davam etdirilməsinə baxmayaraq, Azərbaycanda odun yanacağına olan tələbat digər alternativ yanacaq növlərinə olan tələbatdan artıqdır. Qazlaşdırılması texniki-iqtisadi səmərəsiz sayılan yaşayış məntəqələrində əhalinin əsasən, heyvandarlıqla məşğul olduğunu nəzərə alaraq həmin yaşayış məntəqələrində sənaye üsulu ilə hazırlanmış müasir bioqaz qurğularının, günəş panellərinin və külək turbinlərinin quraşdırılması məqsədəuyğun hesab edilir.

- Məlum olduğu kimi, noyabr ayında ölkəmiz daha bir yüksək səviyyəli tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. COP29 bizə nə qazandıracaq, hansı ciddi qərarların qəbul edilməsi gözlənilir?

- Bu yalnız ölkəmiz üçün deyil, eyni zamanda Cənubi Qafqaz üçün önəmli hadisədir və mühüm tarixi əhəmiyyət kəsb edir. Bu böyük bir məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməliyik, eyni zamanda yaxşı nəticələrin əldə olunmasına öz töfhəmizi verməliyik. Əvvala onu deyim ki, COP29-un Azərbaycan Respublikasında keçirilməsinə ölkəmizin innovativ inkişafının nəticəsi kimi baxmaq lazımdı. COP29-a ev sahibliyi üçün Bakının seçilməsi də ölkədə keçirilən uğurlu siyasətin, bu sahədə ardıcıl fəaliyyətin, davamlı inkişafın, düzgün proqnozların və onların əsasında uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsinin nəticəsidir. Xüsusi qeyd etmək istərdim ki, Azərbaycanı COP29-a aparan yolun ilk əsası 20 il öncə atılıb. Buna misal olaraq Prezident İlham Əliyevin 21 oktyabr 2004-ci il tarixli 462 nömrəli Sərəncamını göstərmək olar. Həmin Sərəncamla Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı təsdiq edildi. Bu o zaman idi ki, torpaqlarımızın 20 faizi işğalda idi, ölkəmizdə yoxsulluq 35 faiz təşkil edirdi, 1 milyona yaxın qaçqın və məcburi köçkünümüz var idi. Bütün bunları ona görə deyirəm ki, Ali Baş Komandanın uzaqgörən siyasətini bir daha şahidi olasınız. Prezident İlham Əliyevin alternativ və bərpa olunan enerji ilə məşğul olması onun dünyada gedən prosesin aktuallığını hər kəsdən qabaq vahid kompleks şəklində görməsindən irəli gəlirdi.

Sessiya çərçivəsində iqlim dəyişikliyindən yaranan risklərin maliyyə institutlarının dayanıqlığına təsirinin neytrallaşdırılması üzrə tənzimləyici və nəzarət çərçivəsinin formalaşdırlması, dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması, maliyyə institutları tərəfindən kredit və investisiyaların iqtisadi sahələrin dekarbonizasiyasını dəstəkləyən layihələrə yönəldilməsi üzrə könüllü maliyyə öhdəliklərinin götürülməsi istiqamətində müzakirələr aparılacaqdır. "COP29 bizə nə qazandıracaq" sualına cavabımda onu deyə bilərəm ki, 200-ə yaxın ölkənin dövlət və hökumət başçıları, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri, nazirlər, 3 mindən çox aparıcı media təmsilçisi ölkəmizdə olmaqla bizim iqlim müzakirələrinə liderlik etməyimizlə, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəmizlə tanış olacaqlar. Eyni zamanda, COP29 ətraf mühitə mənfi təsirin azaldılması üçün bu sahədə qabaqcıl təcrübələrin mənimsənilməsində ölkəmizə kömək edəcək ki, həmin təcrübələrin Azərbaycana inteqrasiya olunması asanlaşacaq.

- Ekologiya sahəsində yeni qanunların qəbulu gözlənilir?

- Bildiyiniz kimi, bu sahədə mükəmməl qanunlarımız var və daim dövrün tələblərinə uyğun olaraq dəyişikliklərə də məruz qalır. Hazırda Milli Məclisədə bir sıra ekoloji qanun layihələri müzakirə edilməkdədir. Paytaxtımızın iqlimi əsasən mülayim isti və quru subtropikdir. Müasir Bakının iqlimi yaşıllıqların sayəsində xeyli mülayimləşir. Bu baxımdan yaşllıq faizinin artırılması olduqca vacibdir. Bununla əlqədar yaşıllıqların qanunsuz götürülməsi (kəsilməsi) ilə bağlı mövcud qanunvericilikdə mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutan hüquq normalarının effektiv tətbiq edilməsi mexanizminin müəyyən edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra qanunlara, Prezidentin Fərmanlarına və Nazirlər Kabinetinin Qərarlarına dəyişikliklər barədə normativ hüquqi akt layihələri hazırlanmışdır və onlar hazırda MM də müzakirələrdə qanunvericiyin ədalətlilik prinsipi nöqteyi nəzərindən Cinayət Məcəlləsinin 259-cu maddəsini sanksiyasında olan cərimə cəzaları manatla deyil, yaşıllıqların məhvinə görə təbiətə dəymiş ziyanın misli miqdarda müəyyən edilməsi təklif edilib.

Bununla yanaşı, heyvanlarla bağlı yanaşmanı müəyyən edilən layihələr müzakirədədir. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə itlərin zəncirdə saxlanılması, şirlərin sirkdə istifadə olunması, it və pişik balalarının zoomağazalarda cansıxıcı qəfəslərdə saxlanılması cinayət məsuliyyətinə cəlb olunmaq üçün əsasdır. İspaniya, Fransa, Xorvatiya, Kanada, Finlandiya, Litva, Ukrayna, Latviya, Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə bu cür əməllərə görə həmin ölkələrin Cinayət məcəllələrində cəzalar nəzərdə tutulub. Məsələn, qonşu Gürcüstanda heyvanlarla amansız davranışa görə 1 ilədək islah işləri cəzası müəyyən olunub. Rusiyada analoji cinayətə görə 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrumetmə cəzası və iri məbləğdə cərimə tətbiq edilir.

Türkiyədə heyvanlara işgəncəyə, amansız rəftara görə 6 aydan 3 ilədək, qəsdən öldürüldükdə 6 aydan 4 ilədək, döyüşdürənlərə 3 aydan 2 ilədək, nəsli təhlükə altında olan bir heyvanı öldürənə 1 ildən 5 ilədək, bir heyvanın nəslinin kəsilməsinə görə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası verilir.

Heyvanlarla rəhmsiz rəftar edilməsi halı eyni qaydada ümumi formada nəzərdə tutulmuş və inzibati tənbeh növünün ağırlıq dərəcəsi və bu dərəcələrə uyğun sanksiyalar fərqləndirilməmişdir. Belə bir fərqləndirilmənin mövcudluğu, heyvanlarla rəhmsizcəsinə davranış, bu davranışı özündə əks etdirən materialların əyləncə və ya kommersiya məqsədləri üçün istifadə edilməsi hərəkətinin (hərəkətsizlik) fərqləndirilməsi gələcəkdə eyni inzibati xətanın törədilməsinin qarşısının alınmasında təsirli olacaqdır. 274-cü maddə bu hallar nəzərə alınaraq genişləndirilmiş və 274-1-ci maddə əlavə edilib.

Həmçinin Azərbaycan Respublikasının "Qırmızı kitabı"na daxil edilmiş və xüsusi mühafizə olunan heyvan və bitki növlərinin qorunması üzrə tələblərin pozulması halının göstərildiyi maddədə xüsusilə qorunun növlərlə bağlı edilən qanunsuz hərəkətlərlə bağlı sanksiya kifayət deyildir. Qüvvədə olan maddələrdə sanksiya olaraq nəzərdə tutulmuş cərimə məbləğlərinə 291-ci maddəyə müvafiq hissədə toxunulmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, tənzimlənən obyektlərin əhəmiyyətini nəzərə alaraq 272-ci və 273-cü maddələrə müqayisədə həmin maddədə yüngül sanksiya nəzərdə tutulması məqsədə müvafiq deyildir.

Yeni dəyişikliyə görə, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsi, bu əməlin heyvanın şikəst edilməsinə səbəb olması, o cümlədən heyvanların tələf edilməsinə səbəb olmaqla törədilməsi hərəkətləri müəyyən edilməklə sanksiyaları diferensiasiya edilmişdir. Eyni zamanda, digər təklif olaraq heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsi, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsi məsuliyyət yaratmış olacaqdır.

Beləliklə, İnzibati Xətalar Məcəlləsində maddələr anlaşılmaz olduğu üçün maddəddələrin daha da təkmilləşdirilməsi, ağırlaşdırıcı halların nəzərdə tutulması, eyni zamanda praktika zamanı ortaya çıxan və məcəllədə nəzərdə tutulmayan halların hüquqi tənzimlənməsinə şərait yaradan yeni müddəaların layihədə göstərilməsi hüquqi tənzimləmədə effektivliyin daha da artırılmasında əhəmmiyyətli rol oynayacaq və praktikada hüquqi tənzimləmənin müsbət yönümlü inkişafına şərait yaradacaqdır.

Eyni zamanda "Yerin təki haqqında", “Atmosfer havasına atılan istixana effekti yaradan qazların idarə edilməsi haqqında" qanun layihələri hazırlanmışdır. "Heyvanlarla məsuliyyətli davranış haqqında" və "Ekoloji maarifləndirmə haqqında" qanun layihələri aidiyyəti qurumlarda müzakirələrdədir.

Tullantıların (tikinti tullantılarının, tibbi tullantıların, plastik tullantıların) idarə olunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Qeyd olunan idarəetmə sahəsində yeni mexanizmlərin tətbiqi tullantılara münasibətin dəyişdirilməsi, onların dövri iqtisadiyyata cəlb olunması, təbii ehtiyatlardan səmərəli istifadə ilə ətraf mühitin çirklənməsinin qarşısını almaq hədəflənir.

- Küçəyə zibil atmaya və sairə görə cərimələr artırılır. Bunun fayda verəcəyini düşünürsünüzmü?

- Qüvvədə olan qanunvericiliyə görə, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur. Kifayət qədər azdır. Digər ölkələrdə isə qanunvericilik kifayət qədər sərt cəzalar müəyyənləşdirib.

Avropa ölkələrində heç kəs adıçəkilən hərəkətləri etmir və orada, ümumiyyətlə, belə şeylərə dözümlülük yoxdur. Almaniyada buna görə çox ciddi cəzalar var. Yaponiyada isə tullantı probleminə görə hətta cinayət işi də açıla bilər.

Məsələn, Almaniyada siqaret kötüyünün ictimai yerə atılmasına görə Kölndə 150 avroya qədər cərimə, Berlində 120 avroya qədər cərimə, Essendə 100 avroya qədər cərimə müəyyən edilib. Latviyada yolların və onların komponentlərinin tullantılarla çirkləndirilməsi faktları ilə bağlı fiziki şəxslər üçün 70 – 350 avro, hüquqi şəxslər üçün isə 700 – 2900 avro cərimə nəzərdə tutulur. İsveçdə ictimaiyyətə açıq olan yerlərdə tullantı atılması cərimə və 1 ilə qədər həbs nəzərdə tutulub. Bu səbəbdən milli qanunvericilikdə də sanksiyaların sərtləşdirilməsi labüd idi.

Həmçinin ağırlaşdırıcı halların əlavə edilməsi insanları daha da məsuliyyətləndirəcək, ətraf mühitin qorunmasında, təmizliyin bərpasında mühüm rol oynayacaqdır. Bu cərimələrin müəyyənləşməsində əsas hədəf və məqsəd insanları bu cür əməllərdən çəkindirməkdir. Yəni insanlar çalışmalıdırlar ki, bu cür əməllərdən uzaq olsunlar. Təcrübə onu göstərir ki, cərimələr aşağı olanda insanlar daha rahat şəkildə davranırlar. Bu cərimələrin artırılmasında məqsəd həmin o inzibati pozulmaların qarşısının alınması, yəni ətraf mühitə atılan tullantıların miqdarının azaldılması olub.

Eyni zamanda aidiyyəti qurumların da üzərinə vəzifələr düşür. Onlar da yeni təklifə əsasən, məişət tullantılarını vaxtında xüsusi ayrılmış ərazilərə daşınmamasına görə məsuliyyət daşımış olacaqlar. Bununla yanaşı, ekoloji mədəniyyət də yüksəlidilməli, ictimai qınaq artırılmalıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı və Ankaranın dostu təhlükədə: - Hədəfdə odur, çevriliş planlanır
Bu gün, 15:01
“Ərim sağdır, mənə zəng etmişdi” - İki il öncə öldürülən Anarın xanımı
Bu gün, 15:00
Bakıda yerüstü və yeraltı gərginlik – Noyabrdan sonra görün nələr olacaq
Bu gün, 14:59
Qayınata gəlini sevgilisi ilə tutdu: “Dedi ki, pəncərədən evə gəlib-gedib...” - TƏFƏRRÜAT
Bu gün, 14:56
Ermənistan sakinlərinin 60%-i Paşinyanın fəaliyyətindən narazıdır - Ermənistan KİV
Bu gün, 14:54
Simonyan Rusiya büdcəsini necə talayır? – Şok rəqəmlər
Bu gün, 14:52
İndi Amerikada SEÇİM ANIDIR... - GƏLİŞMƏ
Bu gün, 14:47
Katolikosun burnu Bakıya uzanıb: “Dəmir çırtma” istəyir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
"Azərkontrakt"ın ləğv edilməsi qazın qiymətinə təsir edəcək? - ARAŞDIRMA
Bu gün, 14:00
İrəvanın son günlərdə sülhlə bağlı hərəkətlənməsi... - Vaşinqtondan gələn tələbdir
Bu gün, 13:58
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 13:11
Estetik cərrahların 30 min rüşvət verməsi iddiaları ilə bağlı - Rəsmi açıqlama
Bu gün, 13:10
Azərbaycanda bu həkimlər rüşvətlə cərrah olublar? - Tanınmış teleaparıcı SENSASSİON SİYAHI YAYDI
Bu gün, 13:07
Ermənistandan BRICS açıqlaması - Paşinyan Kazandan döndükdən sonra...
Bu gün, 13:04
`LeoBank`dan AÇIQ-AŞKAR ÖZBAŞINALIQ... - müştərinin məlumatlarını silib, müqaviləsini yeniləyib
Bu gün, 12:58
BAŞLANDI: Ali məktəblər distant təhsilə keçir – İnternetlə bağlı problem olsa...
Bu gün, 12:54
Azərbaycan Mərkəzi Bankı xarici valyutada xüsusi satış həyata keçirib
Bu gün, 12:49
İrəvandan təzminat tələbi Haaqa Məhkəməsində - Bakı 6 gün sonra məbləği deyəcək
Bu gün, 12:37
DİN qadın namizədlərin xidmətə qəbulu üçün müsabiqə elan edib - VİDEO
Bu gün, 12:31
"Guya ABŞ-nin "Teneo" lobbi şirkəti ilə COP29-la bağlı əməkdaşlıq edirik, yuxularında gördüklərini həqiqət kimi danışırlar..."
Bu gün, 12:26
İcra başçısının qardaşına yeni vəzifə verildi - ƏMR
Bu gün, 12:23
Ölkədən pul çıxaran “Yük Taksisi.Az” şirkəti ilə bağlı nə qərar veriləcək?
Bu gün, 12:21
Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:17
Cərimələr aşağı olanda insanlar rahat davranırlar - Komitə sədri belə deyir...
Bu gün, 12:14
Tramp və Harris Diksvill Noçda hərəyə 3 səs topladı
Bu gün, 12:10
Sumqayıt Kompressorlar zavodunu kimlər xarabalığa çevirdi? - İLGİNC FAKTLAR
Bu gün, 12:08
Lavrovun bəyanatı qarışıqlıq yaratdı – Ərdoğanla Putin arasında nə baş verir?
Bu gün, 12:04
Yelo Bankdan bayrağımıza hörmətsizlik? - AÇIQLAMA
Bu gün, 12:02
Aİ nümayəndə heyəti Ermənistana səfər edib - KİV
Bu gün, 12:00
Müştəriyə rəsmən HÖKM EDİRLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:57
Bu gün İrana “qabaqlayıcı hücum” olacaq? - “Flightradar24”
Bu gün, 11:46
“Məclisə getmişəm, deyiblər, gir, oxu, çıx...”
Bu gün, 11:44
Paşinyan onu nazir TƏYİN ETDİ
Bu gün, 11:37
ETSN-nin rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslərinin CƏZALARI AZALDILDI
Bu gün, 11:34
Ermənistan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini Azərbaycana göndərib - Bakıdan CAVAB GÖZLƏYİRLƏR...
Bu gün, 11:33
Ermənistan Azərbaycan qazına göz dikib - “Bakı razı olsa...”
Bu gün, 11:31
Moldovada Rusiya agentləri Sandunun seçkilərdəki qələbəsini ləğv etməyə çalışır - İSW
Bu gün, 11:28
Biz seçim etmək məcburiyyətində qalanda... Trampa üstünlük verməliyik
Bu gün, 11:24
Keşiş Baqrat Kremldən hansı tapşırıqla qayıdır?... - FOTO
Bu gün, 11:17
Bu rayonlara icra başçısı TƏYİN OLUNACAQ - SİYAHI
Bu gün, 11:10
Gürcüstan müxalifəti öz planını açıqlayıb - VİDEO
Bu gün, 11:09
Polisə müraciət etməyə qarğış və söyüşdən də pis baxılır ... - REPLİKA
Bu gün, 11:03
“Yelobank”dan Azərbaycan bayrağına hörmətsizlik - BU NƏDİ BELƏ?..
Bu gün, 11:00
Diplomları tanınmayan və ən çox imtina alan universitetlərin siyahısı açıqlanıb - DİQQƏT
Bu gün, 10:51
AHİK sədri bu xanımı akademiyaya rektor əvəzi təyin etdi - FOTO
Bu gün, 10:44
Maştağalı narkobaron HƏBSDƏ ÖLDÜ
Bu gün, 10:37
"O qədər problemlər var ki... bunları üst-üstə toplayanda bu günkü mənzərə ortaya çıxır"
Bu gün, 10:35
Zaqatalada körpənin doğuşdan sonra həyatını itirməsinə həkim səhvi səbəb olub?
Bu gün, 10:28
Məhkəmə iki generalla bağlı DTX-da araşdırma aparılmasına qərar verdi - MİLYONLARLA YEYİNTİDƏ İTTİHAM OLUNURLAR
Bu gün, 10:26
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən "Birinci" tarifini təqdim edir - DİQQƏT
Bu gün, 10:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru