"O qədər problemlər var ki... bunları üst-üstə toplayanda bu günkü mənzərə ortaya çıxır"
Azərbaycanaa turist axınının böyük hissəsi paytaxt Bakı və ətraf bölgələrə yönəlir. Halbuki ölkənin müxtəlif regionları da təbii gözəllikləri, tarixi abidələri və zəngin mədəniyyəti ilə turistlər üçün cəlbedici ola bilər. Bakı şəhəri, Şəki, Qəbələ və Quba kimi yerlər turistlər arasında populyardır, lakin daha az tanınan və infrastrukturu inkişaf etməmiş bölgələrdə turist sayı nisbətən azdır.
Statistikaya görə, 2024-cü ilin ilk 9 ayında Azərbaycana gələn turistlərin 80 faizdən çoxu Bakı şəhərində, 4.7 faizi Qəbələdə, 4.3 faizi Qusarda, 3.7 faizi Naftalanda, 3.5 faizi Qubada, 0.6 faizi Şabranda, 2.2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda gecələyiblər.
İqtisadçı deputat Vüqar Bayramlı bildirib ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Onun sözlərinə görə, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır. Nəticədə bölgələrimizin böyük turizm potensialından tam istifadə olunmur. Bunun da nəticəsi olaraq, xarici turistlərin böyük qismi Bakıdan uzağa getmir.
Bəs niyə hələ də bölgələrimiz turistlər üçün cazibədar deyil?
İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib: “Həqiqətən də, Azərbaycanda turistlərin böyük bir hissəsi, demək olar ki, 3/4-dən çoxu Bakı şəhərinə təşrif buyurur. Regionlara gedən turist sayı isə təəssüf ki, həddindən artıq azdır.
Bunun bir çox səbəbləri var. Birincisi, Bakının infrastrukturu, hotelleri, hotellərin qiymətləri xarici qonaqlar üçün daha uyğundur. Regionlarımızda isə ilk növbədə çox yüksək səviyyəli hoteller azdır, olanlar da çox bahadır. Amma xarici turistlərin, əsas da Avropadan və Amerikadan, Qərb ölkələrindən gələn turistlərin artıq profili, istəkləri dəyişib. Onlar bir gecə yatmaq üçün 200-300 dollar vermək istəmirlər, əsasən butik, “home”, kiçik, 2-3 ulduzlu hotellərə üstünlük verirlər. Regionlarda da bunlar, demək olar ki, yoxdur. Yəni belə bir konsepsiya yoxdur. Məsələn, Gürcüstanda, təkcə Tiflis ətrafında, 50-60 kilometrlik bölgələrdə, regionlarda 700-dən çox butik, “home”, kiçik hotellər mövcuddur. Onlar da kifayət qədər turist qəbul edirlər. Amma Azərbaycanda bu infrastruktur yoxdur.
İkincisi, yolla bağlı problemlər var. Azərbaycanın ən böyük turistik potensialı olan bölgələr İsmayıllı, Şamaxıdan tutmuş Balakənə, Gürcüstan sərhədinə qədər olan ərazilərdir. Lakin bu ərazilərdə yol bərbad haldadır. İllərdir təmir gedir, amma bu təmir hələ başa çatmayıb, yaxın zamanlarda da başa çatması çox da asan görünmür. Daha bir məsələ, regionlarda xarici turist görən kimi xüsusən də kafe və restoranlarda qiyməti kəskin artırırlar ki, bunun da ciddi təsiri var. O qədər problemlər var ki, bunları üst-üstə toplayanda bu günkü mənzərə ortaya çıxır".
İqtisadçı ekspert Eldəniz Əmirov isə qeyd edib: “Xatırladım ki, 2011-ci ildə ölkədə "Turizm ili" elan olunub. Bu tarixdən etibarən turizmin inkişafı istiqamətində bir çox proqramlar həyata keçirildi və strateji yanaşmalar formalaşdırıldı. Bu yanaşma çərçivəsində beynəlxalq tədbirlərin təşkili, regionların infrastrukturunun inkişafı və digər mühüm addımlar atıldı.
2019-cu ilə qədər bu sahədə hədəflərə nail olmaq mümkün oldu; 3,2 milyonluq turist cəlb edə bildik. 2019-cu il bizim turizm tariximizdə ən yüksək səviyyəyə çatdığı bir dövr oldu. Ancaq bu uğurlardan sonra turizm sektorunda ciddi azalmalar yaşandı. Məsələn, 3,2 milyon turist sayı 760 minə endi, bu da 4 dəfəlik bir azalmaya işarə edir. Pandemiya ilə əlaqədar sərhədlərin bağlanması, regionlarımızda turizm fəaliyyətlərinin azalması və turistlərin Bakı ilə məhdudlaşması bu prosesin əsas səbəblərindəndir.
Bu gün gələn turistlərin böyük əksəriyyəti, yəni hər 5 turistdən 4-ü, yalnız Bakı şəhərində qalır. Bu tendensiyanın səbəbləri tək bir istiqamətə aid edilə bilməz, əslində bir çox faktordan qaynaqlanır.
Birinci səbəb kimi regionlarımızda turizm xidmətlərinin məhdud olmasını göstərə bilərik. Əvvəla, araşdırsaq görərik ki, turistlərin bir çoxu iş görüşmələri, böyük tədbir və konfranslarda iştirak etmək üçün ölkəmizə gəlir və məlum olduğu kimi, böyük tədbirlər demək olar ki, Bakıda keçirilir.
Digər faktor - sərhədlərin bağlı olması və bunun fonunda regionlarımızda beynəlxalq aeroportların olmamasıdır. Doğrudur, bəzi regionlarımızda aeroportlar var, amma beynəlxalq, qənaətbəxş səviyyədə deyil, sayı, xidmət səviyyəsi yetərli, deyil. Həmçinin sərhədlərin bağlı olmasından yönəlik qiymətlər qənaətbəxş deyil.
Daha bir səbəb - paytaxta gələn turistin sonra regionlara üz tutması o qədər də rahat olmur. Belə ki, turistlərin regionallara daşınması üçün lazımi nəqliyyat infrastrukturu yoxdur. Yəni bir neçə avtobusun, marşrutun olması hələ yaxşıdır demək deyil. Sürət qatarları var, amma o qədər də əlçatan deyil. Əgər sürət qatarları əlçatan olarsa, regionlara gedən turistlərin sayı xeyli artar. Yəni turistin regionlara çatması üçün rahat şərait yoxdur.
Daha bir məsələ, regionlarda əyləncə turizmi yox səviyyəsindədir. Turistlər də əsasən əylənməyə gəlir, nəinki dağı meşəni görməyə. Dağı, meşəni görmək üçün də aeroport, sürət qatarı yoxdur.
Əlavə olaraq, regionlarda 2-3 ulduzlu hotellər demək olar ki, yoxdur. Yenilərinin tikilməsi üçün isə bürokratik problemlər var.
Bir sözlə, regionlarda turizmin inkişafına mane olan səbəblər çoxdur".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Guya ABŞ-nin "Teneo" lobbi şirkəti ilə COP29-la bağlı əməkdaşlıq edirik, yuxularında gördüklərini həqiqət kimi danışırlar..."
Bu gün, 12:26 |
|
|
|
• İcra başçısının qardaşına yeni vəzifə verildi - ƏMR
Bu gün, 12:23 |
|
|
|
• Ölkədən pul çıxaran “Yük Taksisi.Az” şirkəti ilə bağlı nə qərar veriləcək?
Bu gün, 12:21 |
|
|
|
• Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:17 |
|
|
|
• Cərimələr aşağı olanda insanlar rahat davranırlar - Komitə sədri belə deyir...
Bu gün, 12:14 |
|
|
|
• Tramp və Harris Diksvill Noçda hərəyə 3 səs topladı
Bu gün, 12:10 |
|
|
|
• Sumqayıt Kompressorlar zavodunu kimlər xarabalığa çevirdi? - İLGİNC FAKTLAR
Bu gün, 12:08 |
|
|
|
• Lavrovun bəyanatı qarışıqlıq yaratdı – Ərdoğanla Putin arasında nə baş verir?
Bu gün, 12:04 |
|
|
|
• Yelo Bankdan bayrağımıza hörmətsizlik? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Aİ nümayəndə heyəti Ermənistana səfər edib - KİV
Bu gün, 12:00 |
|
|
|
• Müştəriyə rəsmən HÖKM EDİRLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:57 |
|
|
|
• Bu gün İrana “qabaqlayıcı hücum” olacaq? - “Flightradar24”
Bu gün, 11:46 |
|
|
|
• “Məclisə getmişəm, deyiblər, gir, oxu, çıx...”
Bu gün, 11:44 |
|
|
|
• Paşinyan onu nazir TƏYİN ETDİ
Bu gün, 11:37 |
|
|
|
• ETSN-nin rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslərinin CƏZALARI AZALDILDI
Bu gün, 11:34 |
|
|
|
• Ermənistan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini Azərbaycana göndərib - Bakıdan CAVAB GÖZLƏYİRLƏR...
Bu gün, 11:33 |
|
|
|
• Ermənistan Azərbaycan qazına göz dikib - “Bakı razı olsa...”
Bu gün, 11:31 |
|
|
|
• Moldovada Rusiya agentləri Sandunun seçkilərdəki qələbəsini ləğv etməyə çalışır - İSW
Bu gün, 11:28 |
|
|
|
• Biz seçim etmək məcburiyyətində qalanda... Trampa üstünlük verməliyik
Bu gün, 11:24 |
|
|
|
• Keşiş Baqrat Kremldən hansı tapşırıqla qayıdır?... - FOTO
Bu gün, 11:17 |
|
|
|
• Bu rayonlara icra başçısı TƏYİN OLUNACAQ - SİYAHI
Bu gün, 11:10 |
|
|
|
• Gürcüstan müxalifəti öz planını açıqlayıb - VİDEO
Bu gün, 11:09 |
|
|
|
• Polisə müraciət etməyə qarğış və söyüşdən də pis baxılır ... - REPLİKA
Bu gün, 11:03 |
|
|
|
• “Yelobank”dan Azərbaycan bayrağına hörmətsizlik - BU NƏDİ BELƏ?..
Bu gün, 11:00 |
|
|
|
• Diplomları tanınmayan və ən çox imtina alan universitetlərin siyahısı açıqlanıb - DİQQƏT
Bu gün, 10:51 |
|
|
|
• AHİK sədri bu xanımı akademiyaya rektor əvəzi təyin etdi - FOTO
Bu gün, 10:44 |
|
|
|
• Maştağalı narkobaron HƏBSDƏ ÖLDÜ
Bu gün, 10:37 |
|
|
|
• "O qədər problemlər var ki... bunları üst-üstə toplayanda bu günkü mənzərə ortaya çıxır"
Bu gün, 10:35 |
|
|
|
• Zaqatalada körpənin doğuşdan sonra həyatını itirməsinə həkim səhvi səbəb olub?
Bu gün, 10:28 |
|
|
|
• Məhkəmə iki generalla bağlı DTX-da araşdırma aparılmasına qərar verdi - MİLYONLARLA YEYİNTİDƏ İTTİHAM OLUNURLAR
Bu gün, 10:26 |
|
|
|
• “Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən "Birinci" tarifini təqdim edir - DİQQƏT
Bu gün, 10:21 |
|
|
|
• Azərbaycanda əti bahalaşdıranların arxasında O DAYANIRMIŞ... - YENİ FAKTLAR...
Bu gün, 10:20 |
|
|
|
• Sülh müqaviləsində belə Ermənistanı riyakarlığa çağırırlar - FAKT BUDUR!
Bu gün, 10:06 |
|
|
|
• Əvvəlki "rəngli inqilablar" dövrü çoxdan bitib -ŞƏRH
Bu gün, 10:05 |
|
|
|
• DİN hüquqşünasları işə dəvət edir - DİQQƏT
Bu gün, 10:00 |
|
|
|
• Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? - Dollarla bağlı vəziyyət belə olacaq
Bu gün, 09:58 |
|
|
|
• Qadınlara ailə həyatı quracağı adı ilə dələduzluq edən şəxslə bağlı QƏRAR
Bu gün, 09:51 |
|
|
|
• “Expressbank”da təyinat olub - FOTO
Bu gün, 09:50 |
|
|
|
• Mərkəzi Bank “Bakı Fond Birjası”na rəsmi xəbərdarlıq edib
Bu gün, 09:48 |
|
|
|
• Meyxanaçının ölüm xəbəri yayıldı
Bu gün, 09:47 |
|
|
|
• Kəmaləddin Heydərovun oğlu barəsində protokol tərtib edildi - SƏBƏB
Bu gün, 09:43 |
|
|
|
• ABŞ-dan ardıcıl açıqlamalar – Vaşqintqon 2021 “sürpriz”inə hazırlaşır
Bu gün, 09:34 |
|
|
|
• "Kastinqi evdə həyat yoldaşımla edirəm..." - "Vətəndaş A"nın rejissoru
Bu gün, 09:30 |
|
|
|
• Çin Azərbaycandan keçən dəhliz üçün… - Rus ekspert
Bu gün, 09:28 |
|
|
|
• Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulub - FOTO
Bu gün, 09:26 |
|
|
|
• Mərkəzi Bank “Para”, “Azinvestkedit” və “Azpul” BOKT-ni cərimələdi – MƏBLƏĞ
Bu gün, 09:24 |
|
|
|
• Xaçmazlılar onu sevirmiş... özləri də bilmədən... özlərindən xəbərsiz... - Xaçmazda "TAXT-TAC OYUNLARI"...
Bu gün, 09:19 |
|
|
|
• "ABŞ-da hakimiyyətdə kimin olmasından asılı olmayaraq..." - RƏY
Bu gün, 09:08 |
|
|
|
• Bu universitetlər Qarabağa köçürülə bilər - TƏKLİF VAR...
Bu gün, 08:59 |
|
|
|
• Bu provayder vətəndaşın NƏFƏSİNİ KƏSİB... - "Artıq yorulmuşuq..."
Bu gün, 08:52 |
|
|
|
|