Amerikada noyabrın 5-də keçiriləcək prezident seçkisinə artıq sayılı günlər qaldı. Məlum olduğu kimi bu seçkkidə əsas namizədlər Donald Tramp və Kamala Harrisdir. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə siyasi analitiklər kimin qalib gələcəyi barədə hələ də dəqiq proqnoz verə bilmirlər, çünki aparılan sorğulara əsasən namizədlərin qələbə şansları təxminən eyni qiymətləndirlir.
Bəs vətəndaşlarımız Trampın yoxsa Kamala Harrisin qələbəsini istəyir?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.