Rusiya Federasiyasının Voronej vilayətinin Krasnoye kəndində PUA spirt zavoduna hücum edib.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri, leytenant Andrey Kovalenko danışıb.
O xatırladıb ki, belə spirt zavodları raket yanacağı da istehsal edir.
Xatırladaq ki, bir müddət əvvəl Dezinformasiya ilə Mübarizə Mərkəzi izah etmişdi ki, Rusiyada içki-spirt zavodları mülki görünüşünə baxmayaraq, hərbi funksiyaları yerinə yetirir.