Özbəkistanda bu partiya qalib gəldi
Tarix: 28-10-2024, 11:19 |
Çap et
Özbəkistanda parlament seçkilərində hakim Liberal Demokrat Partiyası səs çoxluğu qazanıb.
Publika.az xəbər verir ki, Respublika Mərkəzi Seçki Komissiyası (MSK) ilkin nəticələr barədə məlumat yayıb.
Seçkilər oktyabrın 27-də keçirilib. Özbəkistanda hakim siyasi hərəkat 42,7 faiz səs toplayıb. Bu, parlamentdəki 150 yerdən 64-nə bərabərdir.
Seçkilərdə iştirak edən beş partiyanın hamısı parlamentə daxil olmaq üçün kifayət qədər səs toplayıb.