Putin CİA-dan nəyi "oğurlayıb" və ya hansı oyunları oynayır?
Tarix: 9-04-2014, 15:45 | Çap et
 Putinin Ukraynadakı yarım-hərbi taktikası nədir? Moldova şərabı niyə silahdır və kimə qarşı silahdır? Neft sanksiyalarından Qazaxıstan niyə qorxur? Media yazır ki, bu dünyada hamı bir-biri ilə düşünüldüyündən daha çox bağlıdır və hamı bir-birindən həm də öyrənir.
*** Washington Post yazır ki, Rusiyanın Ukraynadakı hərəkətlərinə Qərbin cavabının mərkəzində NATO hərbi alyansı durur. Ancaq qəzetin fikrincə, ola bilər ki, Qərb düzgün dava yolunu seçməyib. Çünki Putin hərbi yox, yarım-hərbi əməliyyatlar taktikasını seçib. Bu taktikanı isə keçmiş KQB zabiti olan Putin CİA-dən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindən “oğurlayıb”. Qəzet yazır ki, Reagan prezident olanda, o, SSRİ-ni dağıtmaq istəsə də, heç vaxt SSRİ ilə kəllə-kəlləyə gəlmirdi, bunun əvəzində Əfqanıstanda, Nikaraquada, Anqolada, sonra isə Polşada və nəhayət, bütün Şərqi Avropada SSRİ-nin nüfuzunu, hakimiyyətini laxladırdı.
Bunun üçün CİA yerli ictimai hərəkatları dəstəkləyirdi, "xalqı ayağa qaldırırdı". SSRİ-nin bütün nüvə gücü Polşada tətil edən fəhlələrin qarşısında aciz idi. Nikaraquada və Yaxın Şərqdə vaxtilə belə əməliyyatları həyata keçirən CİA zabiti John Maguire deyir ki, Putin “bizim 1980-ci illərdə etdiyimizə baxır, bunu indi bizim əleyhimizə oynayır”. Qəzet sual verir ki, Qərb və ABŞ Ukraynanı Rusiyadan necə qoruya bilər? Və cavab verir ki, bunu yalnız ukraynalıların özü edə bilər və onlar səfərbər olunmalıdırlar. Qəzetin fikrincə, Ukrayna xalqını birləşmiş saxlamaq üçün Kiyev hökuməti xarici müdaxilə ilə qeyri-zorakı mübarizə yolunu mümkün qədər çox saxlamalıdır.
*** Foreign Policy yazır ki, sırf praqmatizmə əsaslanmadan, mənəviyyat, beynəlxalq hüquq kimi anlayışlarla Putinə qalib gəlmək mümkün deyil.
Angela Merkel bu yaxınlarda demişdi ki, Putin hansı planetdə yaşayır? Yəni, reallıqdan uzaqdır, öz dünyasındadır. Foreign Policy isə hesab edir ki, bunun əksi düzdür. Putin çox praqmatikdir. “O yalnız o oyunları oynayır ki, qələbəyə əmindir. O çox nadir hallarda istəmədiyi oyunu oynayır”.
Foreign Policy onu da yazır ki, Putinin sevimli taktikası belədir: O, vəziyyəti dəyişir, sonra da qarşı tərəfi məcbur edir ki, yaranmış yeni reallıqla barışsın. *** 1966-cı ildə ilk kosmonavt Yuri Qaqarin Moldovada qonaq olarkən onu Cricova şərab zavoduna aparıblar. Zavoddan gedərkən Qaqarin zarafatla deyib ki, Yerdən ayrılmaq daha asandır, nəinki Cricovadan. İndi isə Moldova şərabı bu ölkəni Avropa Birliyi ilə sıx əlaqələrdən çəkindirmək üçün Kremlin əlində silaha çevrilib. Bunu Financial Times yazır.
 Moldova şərabına qarşı indiki qadağanı Rusiya keçən sentyabrda qoyub. Bunun ziyanı hələ hesablanır. Ancaq 2006-cı ildə Rusiyanın Moldova şərabına embarqosu 100 şərab zavodunu müflis etdi, Moldovaya 200 milyon dollar ziyan dəydi. Bostavan zavodunun kommersiya direktoru Artur Martin çıxış yolunu Avropa Birliyində və Çində yeni bazarlar tapmaqda görür. Nəticədə, Rusiya öz qadağaları ilə Moldovanı Avropa Birliyi bazarına daha fəal qoşulmağa vadar edir. 2001-ci ildə Moldovanın şərab ixracının 30 faizi Avropa Birliyinə idisə, indi 48 faizidir. *** Qazaxıstan Rusiyaya qarşı mümkün neft sanskiyalarına görə həyəcan keçirir. Maraqlısı odur ki, belə sanksiyalar hələ yoxdur. Bunu Reuters yazır. Neft və Qaz naziri Qarabalin deyib ki, “Biz bu sanskiyaların necə olacağını bilmirik”. Qazaxıstan niyə narahatdır? Keçən il Qazaxıstan Rusiya kəmərləri ilə 22 milyon ton neft ixrac edib. Bu da da ixracın 30 faizidir. 28 milyon ton neft də Chevronun başçılıq etdiyi Xəzər beynəlxalq konsorsiumunun kəməri ilə satılıb. Ancaq bu kəmər Rusiyanın Novorossiysk limanına gedir. Qazaxıstan ehtiyat edir ki, sanskiyalar olsa, bu yolla da neft satışına ziyan dəyəcək. İndi Qazaxıstan alternativ kimi Çinə gedən Atasu-Alashankou kəməri ilə neft daşınmasını 12 milyon tondan 20 milyon tona qaldırmaq istəyir.
Reuters yazır ki, enerji təhlilçilərinin fikrincə, bir yol da Qazaxıstanın öz neftini Xəzər dənizi ilə Azərbaycana göndərməsidir, burda isə həmin neft Bakı-Ceyhan kəmərinə vurula bilər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Bu gün, 17:41 |
|
|
|
| • Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Bu gün, 17:40 |
|
|
|
| • Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Bu gün, 17:02 |
|
|
|
| • Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Bu gün, 16:59 |
|
|
|
| • ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Bu gün, 16:58 |
|
|
|
| • “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Bu gün, 16:56 |
|
|
|
| • 114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Bu gün, 16:51 |
|
|
|
| • Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Bu gün, 16:14 |
|
|
|
| • Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Bu gün, 16:07 |
|
|
|
| • 62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Bu gün, 16:06 |
|
|
|
| • Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Bu gün, 16:00 |
|
|
|
| • Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Bu gün, 15:57 |
|
|
|
| • Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Bu gün, 15:38 |
|
|
|
| • Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Bu gün, 15:21 |
|
|
|
| • Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Bu gün, 15:20 |
|
|
|
| • "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Bu gün, 15:06 |
|
|
|
| • Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Bu gün, 15:01 |
|
|
|
| • Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Bu gün, 14:59 |
|
|
|
| • Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Bu gün, 14:54 |
|
|
|
| • “Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Bu gün, 14:48 |
|
|
|
| • Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Bu gün, 14:44 |
|
|
|
| • Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Bu gün, 14:25 |
|
|
|
| • Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Bu gün, 13:11 |
|
|
|
| • TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04 |
|
|
|
| • İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Bu gün, 13:02 |
|
|
|
| • Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57 |
|
|
|
| • "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54 |
|
|
|
| • İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41 |
|
|
|
| • Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28 |
|
|
|
| • Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26 |
|
|
|
| • Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19 |
|
|
|
| • Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16 |
|
|
|
| • Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11 |
|
|
|
| • Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09 |
|
|
|
| • Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07 |
|
|
|
| • “Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03 |
|
|
|
| • Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58 |
|
|
|
| • Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56 |
|
|
|
| • “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51 |
|
|
|
| • Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49 |
|
|
|
| • Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
| • AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19 |
|
|
|
| • 74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17 |
|
|
|
| • Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15 |
|
|
|
| • Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03 |
|
|
|
| • Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01 |
|
|
|
| • İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59 |
|
|
|
| • Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56 |
|
|
|
| • Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44 |
|
|
|
|