Həbsdə vəfat edən rusiyalı müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Rusiya Prezidenti olmaq istəyir.
Modern.az-ın məlumatına görə, bu barədə o, BBC-yə müsahibəsində bildirib.
“Mənim məqsədim dəyişiklikləri yaxınlaşdırmaq və ölkədə mümkün dəyişiklikləri etməkdir. Rusiyaya qayıtsam, prezidentliyə namizədliyimi irəli sürəcəyəm”, - Navalnaya qeyd edib.
"Lakin Vladimir Putin hakimiyyətdə qaldıqca, Moskvaya qayıtmaq təəssüf ki, mümkün deyil”, - o əlavə edib.