Əsas Səhifə > Güney Press > Navalninin arvadı Rusiya Prezidenti olmaq

Navalninin arvadı Rusiya Prezidenti olmaq


Bu gün, 10:49
Navalninin arvadı Rusiya Prezidenti olmaq
Həbsdə vəfat edən rusiyalı müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Rusiya Prezidenti olmaq istəyir.

Modern.az-ın məlumatına görə, bu barədə o, BBC-yə müsahibəsində bildirib.

“Mənim məqsədim dəyişiklikləri yaxınlaşdırmaq və ölkədə mümkün dəyişiklikləri etməkdir. Rusiyaya qayıtsam, prezidentliyə namizədliyimi irəli sürəcəyəm”, - Navalnaya qeyd edib.

"Lakin Vladimir Putin hakimiyyətdə qaldıqca, Moskvaya qayıtmaq təəssüf ki, mümkün deyil”, - o əlavə edib.

Geri qayıt