ABŞ-nin Gürcüstandakı səfirliyi bu ölkədə yaşayan amerikalılara xəbərdarlıq xarakterli elektron məktublar göndərib. Gürcüstanın “İmedi” telekanalının yaydığı məlumata görə, səfirlik amerikalıları parlament seçkiləri günü, oktyabrın 26-da insanların çox olduğu yerlərə getməməyə çağırıb.
Telekanalın əldə etdiyi məktubda deyilir ki, seçki günü kortəbii mitinqlər, eləcə də aksiyalara qarşı tədbirlərin keçirilməsi mümkündür: "Gürcüstanda əvvəllər də özündə zorakılıqlar ehtiva edən planlaşdırılmamış, kortəbii etirazlar baş verib. Böyük izdihamlar əvvəlcədən proqozlaşdırıla bimir və kontraksiyalar, nümayişçilərlə polis arasında qarşıdurmalar xəbərdarlıq edilmədən baş verə bilər". AzVision.az