Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) təhlükəsizlik idarəsinin rəhbəri öldürülüb. Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi Telegram kanalında məlumat yayıb. Qeyd edilib ki, onun maşını partladılıb.
İstintaqın məlumatına görə, o, oktyabrın 4-də Enerqodardakı Kaştanov bulvarında, evin yaxınlığında avtomobilini saxlayarkən maşının altına əldəqayırma partlayıcı qurğu qoyulub.
“Qurban avtomobilinə minib sürməyə başlayanda partlayıcı işə düşüb. Mühafizə rəizi aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib”, - İstintaq Komitəsinin məlumatında qeyd edilib.