İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın .....                     Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... .....                     “Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir” .....                     Zaporojye AES-in mühafizə rəisi öldürüldü .....                     Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... .....                     Amnistiya Aktına çox ehtiyacımız var .....                     Vergi Xidmətinin ƏCAİB PARTNYORU... .....                     BMT “çətiri altında” anti-Azərbaycan hesabatı .....                     Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     "Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır: .....                     İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur .....                     "AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil" .....                     "İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər" .....                     Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT .....                     "Yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik" .....                     Təhsil İdarəsi Xırdalanda məktəb rəhbərliyinin valideynlərlə müqavilə bağlamaq cəhdini məqsədəuyğun saymayıb .....                     Cəbrayıllılar doğma yurdlarına qayıdırlar .....                     "Bir şəhid ailəsi kimi, bu bizim ailəyə çox pis təsir edir..." .....                     Ermənistan sərhəddə yeni qüvvələr toplayır .....                     İcra hakimiyyəti rəqəmləri şişirtdi və... .....                     “3-5 adam 143 milyonu təkbaşına mənimsəyə bilməzdi” .....                     "Azərbaycanlılar dəstəsi" HAKİM QARŞISINDA: .....                     Məktəblilər arasında artan cinayətlər... .....                     "Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" .....                     Vaqif Mustafayev qolunu sındırdı .....                     Bakıya qarşı saxta iddialar: həqiqəti hədəf alan yalanlar .....                     Qadın bacısına söyüş söyən qonşusunu döydü .....                     “Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub .....                     "Bakı Sığorta" İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarıldı .....                     Bu dövlət müstəmləkəsindən niyə imtina edib? .....                     “O mahnını yaşıl gözlü bir xanıma yazmışam” .....                     Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir .....                     Savaşa getdi, təhsili yarımçıq qaldı... .....                     Şəhərətrafı avtobuslarda QİYMƏT TƏZADI .....                     Demokratların böyük qismi ermənipərəst siyasətçilərdir .....                     Bakıda evin qarşısına qumbara və gül qoyan şəxslə bağlı .....                     Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayevə qarşı .....                     "Siz bəysiniz, biz isə rəiyyət..." .....                 

Bakıya qarşı saxta iddialar: həqiqəti hədəf alan yalanlar - ARAŞDIRMA
Tarix: Bu gün, 11:12 | Çap et
Bakıya qarşı saxta iddialar: həqiqəti hədəf alan yalanlar
Elçin Alıoğlu - TREND


Azərbaycan haqqında "kütləvi insan hüquqları pozuntuları" ilə bağlı qərb təşkilatları və fondları tərəfindən irəli sürülən iddiaların obyektivlikdən çox uzaq olduğu və bu iddiaların əsasında siyasi motivlərin dayandığı artıq uzun illərdir ki, göz qabağındadır. Qərbin Azərbaycana qarşı ikiüzlü və qərəzli yanaşması 2023-2024-cü illərdə də davam edib və bu müddət ərzində bir çox faktlar ölkəmizin suveren siyasətinə qarşı sistemli hücumların varlığını bir daha sübut etdi.

Azərbaycanı "kütləvi insan hüquqları pozuntularında" ittiham edən kollektiv Qərb və bəzi beynəlxalq təşkilatların, fondların və digər qurumların ittihamlarına dair faktlar, subyektiv qətnamələr, hesabatlar, bəyanatlar və qərarlarla bağlı çoxsaylı halları tədqiq etmək çox vacibdir. Bu, ölkəmizə qarşı əsassız ittihamların necə formalaşdırıldığını və bunların arxasında dayanan siyasi motivləri başa düşməyə imkan verəcək.

“Amnesty International” dəfələrlə Azərbaycanı insan hüquqlarını pozmaqda ittiham edib. Təşkilatın 2022-ci il üzrə illik hesabatında, əsasən, “siyasi fəalların həbsi, söz azadlığına basqı və müxalif fikirli şəxslərin təqib olunduğu” vurğulanıb. Bu hesabat tamamilə subyektivdir, saxta məlumatlara və yalan iddialara əsaslanır, çünki Azərbaycan dövlətinin suverenlik prinsiplərini və ölkədə qanunların aliliyini nəzərə almır.

“Human Rights Watch” təşkilatı da bənzər mövqedə dayanaraq, xüsusilə müxalifət partiyalarına, müstəqil jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı basqı olduğunu iddia edib. 2020-ci ildə təşkilatın hesabatında "Qarabağ müharibəsi zamanı mülki şəxslərin hədəfə alındığı" kimi iddialar irəli sürülmüşdü. Bu hesabatın qərəzli xarakteri açıq-aşkar görünür, çünki HRW Ermənistanın işğalçılıq siyasətinin yaratdığı uzunmüddətli zərərli təsirləri və Azərbaycana qarşı təcavüzün nəticələrini nəzərə almamışdı.

AŞPA dəfələrlə Azərbaycana qarşı "insan hüquqlarının pozulması" ilə bağlı qətnamələr qəbul edib. 2017-ci ildə qəbul edilən qətnamədə Azərbaycandakı məhkəmə sisteminin müstəqil olmadığı iddia edilmişdir. Ancaq bu qətnamə obyektivliyi təmin etmir, çünki AŞPA-nın özü müəyyən siyasi təzyiqlərə məruz qalan bir qurumdur və Azərbaycana qarşı qəbul edilən qətnamələrdə real faktlar və dəlillər çox vaxt diqqətdən kənarda qalır.

“Freedom House” təşkilatı da Azərbaycanı ardıcıl olaraq "azad olmayan" ölkələr sırasında göstərib. Onların illik hesabatlarında ölkədəki azadlıqların məhdudlaşdırıldığı, söz və mətbuat azadlığına ciddi basqı olduğu vurğulanır. Bu hesabatlar real vəziyyəti əks etdirmir və Azərbaycan hökumətinin milli təhlükəsizliyi qorumaq üçün atdığı qanuni addımları qərəzli şəkildə mənfi təqdim edir.

BMT İnsan Hüquqları Şurasının 2016-cı ildə keçirilən iclasında Azərbaycan insan hüquqlarının vəziyyəti ilə bağlı tənqid edilmişdir. Bu tənqidlərə, xüsusilə müstəqil məhkəmə sisteminin zəifliyi və siyasi fəalların həbsi iddiaları daxil idi. Bu tənqidlər isə beynəlxalq hüququn əsas prinsiplərini pozaraq, Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıyır.

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı bir neçə qərar qəbul edib, xüsusən də jurnalistlərin və siyasi fəalların həbsi ilə bağlı işlərdə. Bu qərarlar siyasi xarakter daşıyır, çünki AİHM bir çox hallarda Ermənistanın insan hüquqları pozuntularını göz ardı edir, halbuki Azərbaycana qarşı qəbul edilən qərarlar daha sərt və qərəzlidir.

ABŞ Dövlət Departamenti və Avropa İttifaqı tərəfindən Azərbaycana qarşı vaxtaşırı insan hüquqları ilə bağlı tənqidlər səsləndirilmişdir. 2021-ci ildə ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycanda “müxalifət liderlərinin həbsi və sərbəst toplaşma azadlığının məhdudlaşdırılması” qeyd olunub. Bu bəyanatlar siyasi xarakter daşıyır və Azərbaycana qarşı beynəlxalq təzyiq vasitəsi kimi istifadə olunur.

Soros Fondu və ona yaxın digər təşkilatlar Azərbaycanda "demokratiyanın boğulması" ilə bağlı hesabatlar dərc edir. Bu hesabatlar subyektivdir və konkret siyasi məqsədlər daşıyır. Soros Fondunun məqsədi Azərbaycanda daxili sabitliyi pozmaq və dövlətçiliyi zəiflətməkdir.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) "qətnamələri"

2023-cü ildə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanla bağlı "insan hüquqları pozuntuları" haqqında bir neçə qətnamə qəbul etdi. Bunlardan biri 2023-cü ilin mart ayında qəbul edilən qətnamə idi. Sənədin faktlarla əsaslandırılmadığı və qərəzli xarakter daşıdığı açıq şəkildə görünürdü. Məsələn, Azərbaycanda həbs olunan bir çox fəalın konkret cinayət əməlləri sübut olunmuşdu və onlar qanuni prosedurlarla məhkum edilmişdilər. Bunun əksinə olaraq, AŞPA-nın bu qətnaməsində həmin şəxslər "siyasi məhbus" kimi təqdim edilirdi.

"Beynəlxalq Amnistiya" (Amnesty International) və "Human Rights Watch" hesabatları

2024-cü ildə Beynəlxalq Amnistiya Azərbaycanda siyasi fəalların həbs edilməsi ilə bağlı növbəti hesabatını dərc etdi. Bu hesabatda qeyd olunan əsas məsələlər həmişəki ssenariyə uyğun idi.

"Amnesty International" təşkilatının hesabatında konkret olaraq, "jurnalist" qismində təqdim edilən Əfqan Muxtarlının həbsini nümunə kimi göstərirdi və onu "vicdan məhbusu" adlandırırdı. Amma bu ittihamın qərəzli olduğu faktlara əsaslanır: Əfqan Muxtarlı Azərbaycan qanunvericiliyini pozmuşdu və qaçaqmalçılıqla məşğul olduğu üçün məhkəmə tərəfindən məhkum olunmuşdu. Bu və digər şəxslərin qanunsuz fəaliyyətləri "Amnesty International" tərəfindən təhrif edilmişdi və qərəzli şəkildə "vicdan məhbusu" kimi təqdim edilmişdi.

"Human Rights Watch" isə 2023-cü ildə Qarabağ müharibəsi zamanı Azərbaycanın hərbi əməliyyatları ilə bağlı "insan hüquqlarının pozulması" barədə iddialar irəli sürdü. Təşkilat, guya Azərbaycanın Ermənistan ərazisinə qarşı hücumlar həyata keçirdiyini iddia edirdi. Lakin bu iddialar tamamilə əsassızdır və Azərbaycanın beynəlxalq hüquq çərçivəsində hərəkət etdiyi göz qabağındadır. Azərbaycan öz ərazilərində işğaldan azad edilən torpaqlarda təhlükəsizlik tədbirləri görür və bərpa işləri həyata keçirir.

"Freedom House" hesabatları

2023 və 2024-cü illərdə "Freedom House" təşkilatı ardıcıl olaraq Azərbaycanı "azad olmayan ölkələr" siyahısına daxil etdi. Onların "Freedom in the World" adlı hesabatında Azərbaycanın söz azadlığı və siyasi hüquqlarla bağlı ciddi pozuntulara yol verdiyi iddia edilirdi. Hesabatda xüsusilə vurğulanan məqamlar media, müxalifət liderləri və siyasi partiyaların fəaliyyəti ilə bağlı idi.

Bu hesabatlarda "siyasi məhbus" adlandırılan şəxslər arasında İlqar Məmmədov və Tofiq Yaqublu kimi müxalifət nümayəndələri qeyd olunurdu. Fəqət həmin cinayət qanunvericiliyini pozduqları üçün məhkum edilmişdilər və onların həbsi siyasi motivli deyildi. İlqar Məmmədov 2013-cü ildə İsmayıllıda baş verən iğtişaşlara təhrik etməkdə ittiham olunaraq həbs edilmişdi. Onun həbsinin qanuni və hüquqi əsasları var idi, lakin bu faktlar Freedom House hesabatlarında təhrif edilərək siyasi motivli kimi təqdim edilmişdi.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərarları

2023-2024-cü illərdə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı bir neçə qərar qəbul etdi. Xüsusilə, NİDA Vətəndaş Hərəkatı üzvlərinin həbsinə dair qərarlarda AİHM, bu şəxslərin hüquqlarının pozulduğunu iddia etdi. AİHM-in 2023-cü ilin mart ayında qəbul etdiyi qərara əsasən, Azərbaycan hökuməti NİDA üzvlərinin həbsini əsaslandıra bilməyib və onların "siyasi motivli" həbs olunduğunu iddia etdi. Lakin bu qərarlar yenə də siyasi qərəz xarakteri daşıyır, çünki NİDA üzvləri qanunsuz hərəkətlərə görə mühakimə olunmuşdular və onların həbsinə hüquqi əsaslar mövcud idi.

ABŞ Dövlət Departamentinin hesabatları

2023-cü ilin aprel ayında ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı növbəti insan hüquqları hesabatını dərc etmişdi. Bu hesabatda Azərbaycan hökumətinin guya müxalif liderləri təqib etməsi və söz azadlığını məhdudlaşdırdığı qeyd olunurdu. Hesabatda xüsusilə qeyd olunan məsələlərdən biri, sosial media fəallarının həbsi idi, lakin bu ittihamların çoxu həqiqətə uyğun deyildi. Məsələn, sosial şəbəkələrdə dövlətin təhlükəsizliyinə qarşı çağırışlar edən bir neçə şəxs məhkəmə tərəfindən mühakimə olunmuşdu və onların həbsi tamamilə qanuni prosedura uyğun həyata keçirilmişdi.

Bir çox Qərb ölkələrinin Azərbaycana qarşı insan hüquqları mövzusunda irəli sürdüyü ittihamlar həqiqətən də suverenliyimizi sarsıtmaq cəhdidir. 2023-2024-cü illərdə Azərbaycanı ittiham edən təşkilatlar arasında Beynəlxalq Amnistiya (Amnesty International), Human Rights Watch, Freedom House, Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi qurumlar ön planda idi.

2023-cü ilin sonlarında Beynəlxalq Amnistiya Azərbaycanda "siyasi məhbuslar" və "söz azadlığının boğulması" barədə hesabat dərc edib. Bu hesabatda, xüsusilə müxalif fəalların həbsi və jurnalistlərə qarşı təzyiqlər vurğulanmışdı. Amma reallıq budur ki, bu "siyasi məhbus" adlandırılan şəxslərin əksəriyyəti cinayət törətmiş şəxslərdir. Onların məhkəmə yolu ilə cəzalara məhkum edilməsi tamamilə qanuni prosedurlara uyğun həyata keçirilib. Məsələn, jurnalist adı altında fəaliyyət göstərən bəzi şəxslər Azərbaycan qanunvericiliyini pozaraq, qərəzli fəaliyyətlə məşğul olublar və xarici qüvvələr tərəfindən maliyyələşdirilən layihələrdə iştirak ediblər.

"Human Rights Watch"un dərc etdiyi 2024-cü il hesabatında isə Qarabağ müharibəsindən sonra Azərbaycanın bərpa işlərini həyata keçirməsi fonunda erməni icmasına qarşı "etnik təmizləmə" kimi absurd ittihamlar irəli sürülüb. Bu iddialar, tamamilə əsassızdır və reallıqla heç bir əlaqəsi yoxdur. Azərbaycan ərazilərində bərpa işləri həyata keçirir və bu işlər beynəlxalq hüquq normalarına tamamilə uyğun olaraq yerinə yetirilir.

AŞPA və "Freedom House"un ikiüzlü yanaşması

AŞPA tərəfindən 2023-cü ildə qəbul edilən qətnamədə yenə də Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdləri açıq şəkildə görünür. Bu qətnamədə Azərbaycanın suveren hüquqlarına qarşı hörmətsizlik nümayiş etdirilir, çünki müxalif siyasi qüvvələrin qanunsuz fəaliyyətləri "siyasi mübarizə" kimi təqdim edilir. Halbuki, Azərbaycanın məhkəmə orqanları tam müstəqil şəkildə fəaliyyət göstərir və heç bir siyasi qərəz olmadan qanun pozanları mühakimə edir.

"Freedom House" 2024-cü il hesabatında Azərbaycanı yenidən "azad olmayan ölkə" kimi göstərdi. Bu hesabat tamamilə qərəzlidir və reallığı əks etdirmir. "Freedom House"un mənbə kimi istifadə etdiyi məlumatlar, əsasən, Azərbaycan müxalifətinə yaxın olan, ancaqreallıqla əlaqəsi olmayan mənbələrdir. Azərbaycanın siyasi sistemi və qanunları beynəlxalq standartlara uyğun fəaliyyət göstərir və bu cür qərəzli hesabatlar sadəcə ölkəmizə təzyiq vasitəsi olaraq istifadə edilir.

Qərbin "siyasi məhbus" manipulyasiyası

Azərbaycanı "siyasi məhbus" iddiaları ilə ittiham edən Qərb təşkilatlarının həqiqətdə cinayət törətmiş şəxsləri siyasi mübarizə simvoluna çevirməsi uzun müddətdir davam edən bir təbliğat mexanizmidir. Məsələn, 2023-cü ildə Azərbaycan qanunvericiliyini pozan və dövlət təhlükəsizliyinə ciddi təhdid yaradan bir neçə şəxs Qərb təşkilatları tərəfindən "vicdan məhbusu" kimi təqdim olundu. Lakin bu şəxslər qanunsuz fəaliyyətlə, o cümlədən casusluq və dövlətə xəyanət maddələri ilə mühakimə olunmuşdu. Bu faktlar qərb mətbuatında və təşkilatların hesabatlarında ya təhrif olunub, ya da tamamilə gizlədilib.

Soros Fondu tərəfindən dəstəklənən bəzi müxalif fəallar 2023-2024-cü illərdə Qərb mediasında "siyasi məhbus" kimi göstərildilər. Halbuki onların fəaliyyəti Azərbaycan dövlətinə və xalqına qarşı xarici qüvvələrin təsiri altında həyata keçirilən təxribatlar idi. Bu, bir daha Qərbin ikiüzlü siyasətini sübut edir, çünki onlar öz ölkələrində belə qanun pozuntuları ilə məşğul olan şəxsləri cəzalandırır, lakin Azərbaycan kimi dövlətlərə qarşı qərəzli mövqedən çıxış edirlər.

... Azərbaycan hökuməti ölkədə insan hüquqları sahəsində ciddi islahatlar aparıb. Söz azadlığı və vətəndaş cəmiyyəti sahəsində bir çox yeniliklər tətbiq edilib. Məsələn, sosial şəbəkələrdə ifadə azadlığı ilə bağlı qanunvericilik aktlarında yeniliklər edilmişdir. Bununla yanaşı, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dəstək verən dövlət proqramları həyata keçirilib. Lakin bütün bu real addımlar Qərb mediasında və təşkilatların hesabatlarında nəzərə alınmır, çünki onların məqsədi həqiqəti əks etdirmək deyil, siyasi təzyiq göstərməkdir.

Qərbin Azərbaycana qarşı irəli sürdüyü ittihamların əsas məqsədi ölkəmizin müstəqil siyasətini sarsıtmaq və Azərbaycanın geosiyasi üstünlüyünü zəiflətməkdir. Azərbaycan, beynəlxalq arenada müstəqil və balanslı siyasət yürüdərək həm Qərb, həm də Şərqlə münasibətlərini müstəqillik prinsipləri əsasında qurur. Bu isə Qərb ölkələrini narahat edir, çünki onlar Azərbaycanın tamamilə Qərbin təsiri altında olmasını istəyirlər.

Qərbin və onun dəstəklədiyi beynəlxalq təşkilatların Azərbaycana qarşı ittihamları subyektiv və qərəzli xarakter daşıyır. Bu ittihamlar, daha çox ölkəmizin müstəqil siyasətini zəiflətmək məqsədilə həyata keçirilən təzyiq vasitələridir. Azərbaycan, suverenliyinə və müstəqilliyinə qəti şəkildə sadiqdir və bu cür qərəzli hücumlara qarşı durmağa davam edəcək.

Göründüyü kimi, Qərbin və onun dəstəklədiyi beynəlxalq təşkilatların Azərbaycana qarşı ittihamları subyektiv, qərəzli və siyasi motivli xarakter daşıyır. İnsan hüquqları adı altında Azərbaycana qarşı təzyiq vasitəsi yaradılır və bu ittihamlar daha çox ölkənin müstəqil siyasətini sarsıtmağa yönəldilir. Azərbaycanın suverenliyi, milli təhlükəsizliyi və dövlət quruluşu isə belə qərəzli hesabatların arxasında olan məqsədlərdən qorunmalıdır.

Bu faktlar göstərir ki, kollektiv Qərb və bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı "insan hüquqları" mövzusunda ardıcıl olaraq qərəzli və siyasi təzyiqlər irəli sürür.

Konkret cinayət əməllərinə və ya qanunazidd fəaliyyətinə görə məsuliyyətə cəlb edilən şəzslərlə bağlı Azərbaycan qanunvericiliyinə uyğun olaraq hüquqi qaydada araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Ancaq Qərb təşkilatları, bu şəxsləri "siyasi məhbus" və ya "vicdan məhbusu" elan edərək onların qanunsuz əməllərini legitimləşdirməyə çalışırlar. Bu cür yanaşma isə, Azərbaycana qarşı əsassız təzyiqlərin və qərəzli mövqelərin bir hissəsidir. Azərbaycanın dövlət hüquqi sistemi və suverenliyi hər zaman qorunacaq və bu cür kampaniyaların qarşısı hüquqi yollarla alınacaq.

Bu cür faktlar, Azərbaycanın müstəqil hüquq sisteminə qarşı xarici qüvvələrin həyata keçirdiyi təsir mexanizmlərini açıq şəkildə ortaya qoyur. Azərbaycan dövlətinə qarşı bu ikili standartlar və qərəzli mövqelər, hüququn üstünlüyünün gözardı edildiyini, beynəlxalq arenada siyasi maraqların hüquqdan üstün tutulduğunu göstərir.

Azərbaycan qanunvericiliyi və hüquqi sistemi bu cür təzyiqlərə boyun əymədən ədalətli qərarlar qəbul etməkdə davam edəcək. Azərbaycanın suverenliyi və hüquq sisteminə qarşı belə qərəzli və qeyri-obyektiv təzyiqlərə qarşı hüquqi mübarizə gücləndiriləcək, beynəlxalq platformalarda həqiqət daim müdafiə olunacaq.

Azərbaycanın hüquqi və siyasi sisteminə qarşı Qərb dairələrinin bu cür qərəzli yanaşmaları sadəcə hüquqi məsələlərdə yox, eyni zamanda ölkənin beynəlxalq mövqeyinə qarşı təsir etmək məqsədini güdür. Qərb bəzi hallarda Azərbaycanı daxili işlərində təzyiq altında saxlamaq üçün hüquq pozuntuları edən şəxsləri “siyasi məhbus” kimi təqdim etməklə ölkənin daxili sabitliyini hədəfə alır. Bu qərəzli yanaşmaların davamı olaraq, həmin şəxslərin törətdikləri konkret cinayətlər tamamilə gözardı edilir, yalnız siyasi təzyiq vasitəsi kimi istifadə edilir.

Bu faktlar göstərir ki, Qərb təşkilatları Azərbaycan dövlətinin hüquqi sisteminə qarşı açıq qərəzli mövqe tutur. Onlar cinayətkar şəxsləri, ictimai asayişi pozanları və qanunsuz fəaliyyətlə məşğul olanları "siyasi məhbus" kimi təqdim edərək ölkəyə qarşı əsassız təzyiq kampaniyaları təşkil edirlər. Azərbaycan dövləti isə hər zaman qanunlara və hüquqa əsaslanaraq bu cür təzyiqlərə müqavimət göstərir.

Təzyiq kampaniyalarının əsas məqsədi, ölkənin daxili işlərinə müdaxilə etmək və Azərbaycanı beynəlxalq platformalarda zəiflətməkdir. Ancaq Azərbaycanın hüquqi və siyasi sistemi bu cür təzyiqlərə qarşı dayanıqlıdır və beynəlxalq arenada həqiqət hər zaman müdafiə olunacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
Bu gün, 13:21
Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 13:19
Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... - 4 tender birdən ləğv olundu
Bu gün, 13:00
“Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir”
Bu gün, 12:57
Zaporojye AES-in mühafizə rəisi öldürüldü
Bu gün, 12:56
Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... - Danielyan
Bu gün, 12:53
Amnistiya Aktına çox ehtiyacımız var - AÇIQLAMA
Bu gün, 12:46
Vergi Xidmətinin ƏCAİB PARTNYORU... - Özünə umac ova bilmir?..
Bu gün, 12:41
BMT “çətiri altında” anti-Azərbaycan hesabatı - NƏ ETMƏLİ?
Bu gün, 12:37
Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:33
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - Belə deyirlər...
Bu gün, 12:30
"Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır: - Bazarı himayə edənlər kimlərdir?
Bu gün, 12:28
İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur - Qərbdən şok etiraf
Bu gün, 12:24
"AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil" - Professor
Bu gün, 12:17
"İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər" - Ehud Barak
Bu gün, 12:14
Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT - FOTO, VİDEO
Bu gün, 12:11
"Yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik" - Aparıcıdan diqqətçəkən açıqlama
Bu gün, 12:06
Təhsil İdarəsi Xırdalanda məktəb rəhbərliyinin valideynlərlə müqavilə bağlamaq cəhdini məqsədəuyğun saymayıb - BU NƏDİ BELƏ?!
Bu gün, 12:03
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar - MƏQALƏ
Bu gün, 12:00
"Bir şəhid ailəsi kimi, bu bizim ailəyə çox pis təsir edir..." - GİLEY
Bu gün, 11:58
Ermənistan sərhəddə yeni qüvvələr toplayır - Hücum planı...
Bu gün, 11:53
İcra hakimiyyəti rəqəmləri şişirtdi və... CƏZALANDI!
Bu gün, 11:52
“3-5 adam 143 milyonu təkbaşına mənimsəyə bilməzdi” – Hərbi ekspert hakimlərə çağırış etdi
Bu gün, 11:44
"Azərbaycanlılar dəstəsi" HAKİM QARŞISINDA: - niyə qapalı keçirilir?
Bu gün, 11:40
Məktəblilər arasında artan cinayətlər... - kimdir günahkar?
Bu gün, 11:34
"Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" - Zahid Orucdan HAQLI İRAD
Bu gün, 11:21
Vaqif Mustafayev qolunu sındırdı - FOTO
Bu gün, 11:15
Bakıya qarşı saxta iddialar: həqiqəti hədəf alan yalanlar - ARAŞDIRMA
Bu gün, 11:12
Qadın bacısına söyüş söyən qonşusunu döydü - MƏHKƏMƏ
Bu gün, 11:11
“Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub - ADLAR
Bu gün, 11:00
"Bakı Sığorta" İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarıldı
Bu gün, 10:59
Bu dövlət müstəmləkəsindən niyə imtina edib? - İNCƏLƏMƏ
Bu gün, 10:55
“O mahnını yaşıl gözlü bir xanıma yazmışam” - “Avroviziya-2022” təmsilçimiz
Bu gün, 10:51
Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir - TƏFƏRRÜAT
Bu gün, 10:49
Savaşa getdi, təhsili yarımçıq qaldı... - İNDİ İSƏ...
Bu gün, 10:43
Şəhərətrafı avtobuslarda QİYMƏT TƏZADI - Gedişhaqları necə təyin olunur?
Bu gün, 10:24
Demokratların böyük qismi ermənipərəst siyasətçilərdir - FAKT BUDUR!
Bu gün, 10:22
Bakıda evin qarşısına qumbara və gül qoyan şəxslə bağlı QƏRAR
Bu gün, 10:18
Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürülüb
Bu gün, 10:13
"Siz bəysiniz, biz isə rəiyyət..." - ETİRAZ VAR...
Bu gün, 10:11
Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar - FOTO
Bu gün, 10:04
Meşə ərazisini zibilxanaya döndəriblər... - FOTOFAKT
Bu gün, 10:03
Paşinyanın Ermənistan dövlətçiliyini qorumaq istəyi - anlayırıq... AMMA...
Bu gün, 09:48
Azərbaycanda 10 min illik sirli təsvir: ermənilərin reaksiyası... - FOTO
Bu gün, 09:47
Hizbullahın yeni baş katibi də ÖLDÜRÜLDÜ
Bu gün, 09:42
Xaçmazda kilosu 30 qəpiyə olan pomidor Bakıda niyə 5 manatadır?
Bu gün, 09:37
"Mədəniyyət oksigen ehtiyacından qurtulmuşların yaratdıqlarıdır..." - Aqşin Yenisey
Bu gün, 09:30
Alman faşizmini cəzalandıran dünya erməni faşizminə NİYƏ SUSUR? - FAKT BUDUR!
Bu gün, 09:27
Özəl pensiya fondları yaradılsa... - pensiyalar sürətlə arta bilər
Bu gün, 09:26
“Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan şəxs 42 nəfərə qarşı dələduzluq edib - TƏFƏRRÜAT
Bu gün, 09:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru