Güney Azərbaycanın siyasi partiyaları RƏSMİ TEHRANA QARŞI - BƏYANAT
Tarix: 13-09-2024, 17:50 | Çap et
 Son günlərdə Rusiya hökuməti rəsmilərinin Zəngəzur bölgəsi vasitəsilə Şimali Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqələrin açılmasının zəruriliyi ilə bağlı çıxışlarından sonra, "Zəngəzur dəhlizi" adı ilə bilinən bu layihə ilə bağlı İran İslam Respublikası və fars (tacik) müxalifətində yenidən anti-Azərbaycan anti-Türk təbliğatının gücləndiyini görməkdəyik. Bu günlərdə həm İslam Respublikasını dəstəkləyən, həm də ona müxalif olan fars mediası Azərbaycan və Türk əleyhinə məqalələrlə doludur. Fars hakimiyyəti və müxalifəti, bu yolun Zəngəzurdan keçməsi səbəbindən (hansı ki, tarixi olaraq Azərbaycanın torpağı olub və Sovet dönəmində Türk dünyasını coğrafi olaraq ayırmaq məqsədilə Ermənistana birləşdirilib) İranın tranzit yollarından kənarlaşdırılması, İranla Ermənistan arasındakı sərhədin kəsilməsi və ya NATO-nun bölgədə yerləşməsi kimi bəhanələrlə bu layihəyə qarşı çıxır və elə bir səs-küy salırlar ki, guya İranın bir hissəsi bu dəhlizə veriləcək. Rejim tərəfdarlarının bəzilərinin reaksiyaları o qədər irəli getdi ki, bu səs-küylərin arasında bəziləri yenidən Azərbaycanı hərbi müdaxilə ilə təhdid etməyə qədər irəlilədilər.
Amma hamıya yaxşı məlumdur ki, İran hakimiyyəti və fars müxalifətinin ortaya atdığı bu əsassız bəhanələr əslində çox şişirdilib və onların əsas problemi açıq şəkildə dilə gətirməyə qorxduqları bir məsələdir. Bu isə, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbərinin dediyi kimi, Türk dövlətlərinin ittifaqının – onların dediyi kimi "Böyük Turan"ın reallaşması qorxusudur ki, bu da irqçi farslar arasında böyük narahatlıq yaradır. Onlar yaxşı bilirlər ki, ölkə daxilində "Türk məsələsi" başda olmaqla, qeyri fars xalqların haqları ilə bağlı ciddi problem var. Güney Azərbaycandakı Türk xalqı və İranın digər bölgələrdə yaşayan Türklər, Türk dünyası ilə güclü maddi və mənəvi bağlar qurarsa, fars hegemoniyası üçün artıq sonu gələcək və nəticədə, Türk xalqı və digər məzlum xalqların haqları bərpa edilməli olacaq. Onlar yaxşı bilirlər ki, Türkiyə ilə Azərbaycanın quru əlaqəsinin qarşısını almaq üçün Ermənistana ehtiyacları var, lakin Ermənistan artıq İrandan üz çevirib, çünki Ermənistan da bu məsələlərdə İran rejiminin heç bir gücünün olmadığını bilir. Buna görədir ki, İran İslam Respublikası və sözdə fars müxalifəti Azərbaycanın və Türk millətinin əleyhinə belə bir təbliğat kampaniyası aparırlar, hansını ki, bu qədərini ancaq İkinci Qarabağ müharibəsində görmüşdük. Lakin onların hər sözündən bəlli olur ki, əsas qorxuları ölkə daxilindədir, xaricdə deyil.
Bununla belə, bütün mütəxəssislər razılaşırlar ki, İran Qafqaz məsələlərində artıq təsir gücünü itirib və ancaq hay-küy sala bilir. İranın yeganə ümidi Rusiyanın Ermənistana dəstəyi idi, lakin Ermənistanın qərbə yönəlməsi ilə o da əldən çıxdı.
Bu şəraitdə biz, Güney Azərbaycan siyasi təşkilatları, Şimali Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Ermənistanın verdiyi öhdəliklər və Azərbaycanın Zəngəzur üzərindəki tarixi haqqı əsasında, Azərbaycanın Naxçıvana keçid yolunu açmağa tam haqqı olduğunu vurğulayırıq. Eyni zamanda, İran hakimiyyətinin və fars müxalifətinin Güney Azərbaycan Türklərinə və İrandakı digər Türklərə qarşı təhqiramiz və təcavüzkar davranışlarını qətiyyətlə pisləyir və xəbərdarlıq edirik ki, vəziyyət belə davam edərsə artıq millətimizin səbri daşacaq. Kimsə düşünürsə ki, belə hücumlarla Türk milləti öz haqlarından vaz keçəcək, çox böyük səhv edir. Türk milləti Güney Azərbaycanda və İranın fərqli bölgələrində hər gün daha da əzmkar bir şəkildə "Azadlıq, Ədalət, Milli Hökumət" strateji şüarı ilə öz azadlıq mübarizəsini davam etdirəcəkdir.
Azərbaycan Mərkəz Partiyası - AMP Azərbaycan Milli Dirəniş Təşkilatı - Dirəniş Azərbaycan Öyrənci Hərəkəti - AZOH Güney Azərbaycan Demokrat Partisi – GADP
13/09/2024


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bilgəh" sanatoriyasında şok hadisə -Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Bu gün, 16:59 |
|
|
|
• Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib - BUNDAN SONRA...
Bu gün, 16:47 |
|
|
|
• İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? - İNCƏLƏMƏ
Bu gün, 16:44 |
|
|
|
• Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir - SİYAHI
Bu gün, 16:42 |
|
|
|
• “Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı
Bu gün, 16:28 |
|
|
|
• Ən yüksək balı toplayan müəllim: Sertifikasiyanın "sirlərini" açdı - DETALLAR
Bu gün, 15:57 |
|
|
|
• Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Bu gün, 15:55 |
|
|
|
• “Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib
Bu gün, 15:51 |
|
|
|
• Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb - KİV
Bu gün, 15:50 |
|
|
|
• ABŞ İranı vuracaq: - Təyyarə və gəmiləri SƏFƏRBƏR EDİR
Bu gün, 13:17 |
|
|
|
• İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir -Ekspertdən MÜJDƏ
Bu gün, 13:15 |
|
|
|
• Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir - ARAŞDIRMA
Bu gün, 13:07 |
|
|
|
• Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi
Bu gün, 13:01 |
|
|
|
• 102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... -"Hraparak"
Bu gün, 12:59 |
|
|
|
• “Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı
Bu gün, 12:56 |
|
|
|
• Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA - "Press TV"
Bu gün, 12:49 |
|
|
|
• Naxçıvanda seçkiləri Prezident TƏYİN EDƏCƏK
Bu gün, 12:47 |
|
|
|
• “Rusiya Ukraynada yeni hücuma başlayıb” - ISW
Bu gün, 12:43 |
|
|
|
• Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir - keçmiş deputat BELƏ DEYİR...
Bu gün, 12:41 |
|
|
|
• Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
Bu gün, 12:30 |
|
|
|
• Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 12:26 |
|
|
|
• Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
• İranda internet tamamilə kəsildi - İSRAİLƏ GÖRƏ...
Bu gün, 12:23 |
|
|
|
• Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına raket düşüb
Bu gün, 12:17 |
|
|
|
• Adil Vəliyev nəyi vecinə alır ki... - Neft borusunun üstünü də satıb...
Bu gün, 12:16 |
|
|
|
• Kazino fəaliyyəti üçün qanunvericilikdə nə dəyişməlidir? - “Onsuz da mərc oyunları var”
Bu gün, 12:11 |
|
|
|
• Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib - Cəmi 2 ay evli olublar
Bu gün, 12:08 |
|
|
|
• SEPAH-ın Quru Qoşunlarına yeni komandan təyin edilib - IRNA
Bu gün, 12:06 |
|
|
|
• Kimi sağ çıxdı, kimi yox... - Ölkəyə səs salan qətllər
Bu gün, 11:59 |
|
|
|
• Bakıda binanın damında qanunsuz inşa olunan HOVUZLU OTEL... - FOTOLAR
Bu gün, 11:56 |
|
|
|
• Paşinyan Türkiyəyə niyə gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:53 |
|
|
|
• "Hafka" villalarını satdı: Kirayədə qalır - BU DA SON...
Bu gün, 11:51 |
|
|
|
• "Niyə şose yola çıxan kimi hamı sürəti artırır?" - ETİRAZ
Bu gün, 11:47 |
|
|
|
• Ermənilər hər vəchlə çalışır ki... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:34 |
|
|
|
• Babək rayonunda tək sakinlərin yox, ALLAHIN DA EVİ SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 11:29 |
|
|
|
• Rəsmi Bakı Güney Azərbaycanla bağlı İsrailə NÖVBƏTİ DƏFƏ MÜRACİƏT ETDİ - BİZ NARAHATIQ...
Bu gün, 11:18 |
|
|
|
• Neftçi əgər ezamiyyətə çıxarsa... - AKTUAL
Bu gün, 11:14 |
|
|
|
• Dövlət 1 milyard ayırmışdı ki SUSUZ QALMAYAQ... - AYIRMAMIŞDI Kİ SİZ YEYƏSİNİZ...
Bu gün, 11:01 |
|
|
|
• Tikinti sahəsində tam nəzarətsizlik - BU FAKTDIR...
Bu gün, 10:56 |
|
|
|
• Elan olunmamış raket savaşının bir həftəsi: İran ağır itkilər verir, amma... - GƏLİŞMƏ
Bu gün, 10:54 |
|
|
|
• “Bank of Baku” müştərisini şantaj edir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:52 |
|
|
|
• Bakı-Naxçıvan uçuşlarının dayandırıldığı bildirilir - Tək Türkiyə yolu qaldı...
Bu gün, 10:48 |
|
|
|
• Meyiti tapılan yeniyetmə Elgünlə eyni məktəbdə oxuyurmuş - İLGİNC NÜANS
Bu gün, 10:47 |
|
|
|
• “Mikayıl Müşfiqin və Cəfər Cabbarlının ev muzeyi pis vəziyyətdədir, şəxsi imkanım yoxdur ki...” - ANAR GİLEYLƏNDİ
Bu gün, 10:41 |
|
|
|
• Qafqazşünaslıq İnstitutunun PULU KƏSİLDİ - QƏRAR
Bu gün, 10:38 |
|
|
|
• 70 kq qızılla saxlanılan Məmmədovun həbsi uzadıldı - TƏFƏRRÜAT
Bu gün, 10:36 |
|
|
|
• Diaspora Komitəsinin vəzifəli şəxsi ticarət obyekti inşa etdirib? - FOTOFAKT
Bu gün, 10:34 |
|
|
|
• “Sabirabad-konserv” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:30 |
|
|
|
• Oftalmoloq Cahid Şahbazovun əməliyyat etdiyi qadının bir gözü kor oldu - GİLEY
Bu gün, 10:26 |
|
|
|
|