İranı Xamenei idarə etmir .....                     İnterpolun axtardığı Balakən sakini Dağıstanda tutuldu .....                     Maşın bazarı Ağdama köçürüləcək? .....                     "Moşu" ilə "Söylü" küsülüdür? .....                     "Bir xalqa musiqidə azadlıq verilirsə, o demək deyil ki, hərcmərclik olmalıdır" .....                     Ev onlara məzar olur .....                     “Manato” və “Azpulmat”ın ŞOK QANUNSUZLUĞU .....                     “Azərbaycanı hərbi yolla geri çəkmək mümkün deyil” .....                     Rusiyada FETÖ... Azərbaycanda METÖ... .....                     Samirə Əfəndidən partiya sədrinə sərt cavab .....                     Mehdiyevin imtina etdiyi vəkilin xanımı yüksək vəzifədə imiş .....                     Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır .....                     Onu Vəkillər Kollegiyasından qovdular .....                     İpoteka Fondu sabiq nazirdən 360 min manata 4 avtomobil alır .....                     Hansı “yerli istehsal” üçün vergini artırırlar? .....                     Moskva Ukrayna ilə bağlı yenilənmiş 19 maddəlik sülh planını almayıb .....                     “Max Group” dələduzluqda ittiham olunur .....                     AFB Bank Marketinq Departamentinə yeni direktor təyin olundu .....                     "Rabitəbank" və onun likvidlik problemi .....                     "Napoli" - "Qarabağ" oyunu təxirə salınır? .....                     “Mehriban Ələkbərzadə zooparkla “AzDrama”nı səhv salıb” .....                     “Heç vaxt deputat olmağı istəməmişəm” - Fazil Mustafa .....                     Qazaxda binalara yeni liftlər quraşdırılır .....                     Samirə Əfəndi ermənini niyə qucaqlayıb? .....                     ABŞ Dövlət katibi Kaya Kallasla görüşdən imtina edir .....                     Azərbaycanlı biznesmenin limanı əlindən alındı .....                     Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürüb .....                     Paşinyan kilsəyə yeni hücuma hazırlaşır .....                     Texnologiya Universitetində kafedra müdiri KAFE İŞLƏDİRSƏ... .....                     Yeni icra başçısı köməkçisini işdən çıxardı .....                     "Gözdən uzaq, könüldən iraq" qiymətlər... .....                     BU PULLA AİLƏ DOLANDIRMAQ OLAR? .....                     Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən çıxarılıb .....                     "Yalnız şəhərin mərkəzi yerlərini abadlaşdırırlar..." .....                     "Mənim və ailəmin nə Naxçıvan şəhərində, nə Şərurda, nə də..." .....                     LÜKS EVLƏR... YOXSA LÜKS ÖLÜM MƏNBƏYİ? .....                     Nizami Rəmzinin qızından Samirəyə CAVAB .....                     Saleh Məmmədovun kadrının ölkədən çıxışına “stop” qoyula bilər .....                     Tahir Kərimlidən Cümşüd Nuriyevə cavab .....                     "Bu gecikməni kim kompensasiya etməlidir?" .....                 

Rusları öldürəcək erməni silahı: Paşinyanı yıxacaq - NƏ BAŞ VERİR?
Tarix: 9-09-2024, 19:00 | Çap et
Rusları öldürəcək erməni silahı: Paşinyanı yıxacaq
“Ermənistanın Ukraynanı silah və sursatla təchiz etməyə başlaması ilə bağlı son xəbərlər beynəlxalq aləmdə səs-küyə səbəb olub və İrəvanla Moskva arasında münasibətləri daha da gərginləşdirib”.

Bunu Rusiya İqtisadiyyat Universitetinin siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının dosenti, hərbi politoloq Aleksandr Plexanov deyib.

“Ukrayna ordusunda çatışmazlıq yaşandığına görə İrəvan Amerika Birləşmiş Ştatlarından Kiyevə silah və sursat tədarük etməyə başlamaq əmri alıb.

Düşünürəm ki, Vaşinqton və Brüssel daha bir dövləti Rusiyadan qoparıb Moskvaya qarşı düşmənçilik etməyə müvəffəq olduqlarına görə çox xoşbəxtdirlər”, - o deyib.

Xatırladaq ki, bu qərar ABŞ-nin təzyiqi ilə qıbul edilib və bunu avqustun 28-də Ermənistan hökuməti ilə Avropa Komissiyası arasında imzalanmış müqavilə də təsdiqləyir. Bu razılaşmaya əsasən, Ermənistan Gürcüstan və Avropa limanları vasitəsilə Ukraynaya tank sursatları, hava hücumundan müdafiə raketləri və 152 millimetrlik artilleriya qurğularını ötürməyi, əvəzində isə NATO tipli silahlar almağı öhdəsinə götürür.

İrəvanın belə bir addımı ölkənin geosiyasi prioritetlərindəki tektonik dəyişiklikləri əks etdirir. Qərbin məqsədi Ermənistanı Rusiyadan qoparıb NATO və Aİ-nin təsir orbitinə çəkməkdir. Bu addım daha dərin tendensiyanın, yəni Ermənistanın Rusiyadan asılılığını azaltmaq və Qərblə əlaqələri gücləndirmək istəyinin təzahürüdür, lakin bu hərəkətlərin nəticələri çox ciddi ola bilər.

Tarixən Ermənistan həm iqtisadi, həm də hərbi baxımdan Rusiya ilə sıx bağlı olub. Lakin Qarabağdakı məğlubiyyətdən sonra bu münasibətlər korlanmağa başladı. Rusiyanı münaqişə zamanı fəaliyyətsizlikdə ittiham edən Ermənistan rəhbərliyi strateji prioritetlərinə yenidən baxmaq qərarına gəlib. Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) əsas müttəfiq kimi İrəvanın ümidlərini doğrultmadı və bu, onun Qərblə yaxınlaşmasına səbəb oldu.

2023-cü ildən başlayaraq Ermənistan bu təşkilatdan formal olaraq çıxmasa da, KTMT-dəki iştirakını dondurub. Bunun müqabilində Ermənistan hökuməti ABŞ və Aİ ilə fəal şəkildə əlaqələri inkişaf etdirməyə başlayıb. 2024-cü ilin aprelin 5- də Baş nazir Nikol Paşinyan Brüsselə səfərində Avropa İttifaqı və ABŞ-nin maliyyə dəstəyi barədə razılığa gəlib.

Brüssel və Vaşinqton Ermənistana müvafiq olaraq 270 milyon avro və 65 milyon dollar vəd ediblər. Lakin Azərbaycanla davamlı sülh olmadığından, Ermənistan üçün əsas mövzu olan əməkdaşlıq sahələri arasında təhlükəsizlik qeyd olunmayıb. Necə deyərlər, dostluq dostluqdur, təhlükəsizlik isə şəxsi məsələdir.

Düzdür, bunun müqabilində İrəvana NATO tipli artilleriya təchizatı vəd edilmişdi. Xüsusilə, Fransanın “SEZAR” haubitsalarının Ermənistana təhvil verilməsi və bir çox başqa məsələləri müzakirə olunmuşdu. Ukraynaya silah tədarükü ilə bağlı xəbərlər Ermənistanın xarici siyasət kursunda baş verən dəyişikliklər kontekstində əhəmiyyətlidir. 28 avqust 2024-cü il tarixli müqaviləyə əsasən, İrəvan Gürcüstan və Avropa limanları vasitəsilə Ukraynaya tank sursatları, hava hücumundan müdafiə raketləri və 152 mm-lik artilleriya mərmiləri verməyi öhdəsinə götürür.

Bunun müqabilində Ermənistan NATO tipli silahlar alır ki, bu da Qərbin İrəvanın siyasətinə artan təsirini nümayiş etdirir. Lakin bu addım Rusiya ilə münasibətlərin pisləşməsi ilə bağlı narahatlıq yaradır. Narazılığın ilk əlamətləri artıq özünü göstərir. Rusiya konyak kimi erməni mallarına qarşı sanksiyalar tətbiq etməyə başlayıb və gələcək iqtisadi tədbirlərlə hədələyir. Bu hərəkətlər daha böyük cavabın başlanğıcı ola bilər.

Digər tərəfdən, Ermənistan üçün Ukraynaya silah tədarükü İrəvanı həmişə regionda strateji tərəfdaş hesab edən Rusiya ilə münasibətlərdə ciddi sınaq ola bilər. Ermənistanın indiki halda Moskvanın uzun sürən münaqişə apardığı Ukrayna ilə hərbi əməkdaşlığı xəyanət kimi qəbul edilir.

Ermənistan təkcə Rusiyanın iqtisadi dəstəyini itirmək deyil, həm də qonşu Azərbaycanın əsas rəqib olaraq qaldığı regionda təhlükəsizlik təhdidlərinə məruz qalmaq riski ilə üzləşir.

Ermənistanın riskli strategiyası

İki kürsüdə əyləşməyə çalışan Ermənistan Avrasiya İqtisadi Birliyində iştirakını davam etdirir və hələ də KTMT ilə əlaqələrini kəsməyib. Lakin belə ikili siyasət son dərəcə dayanıqsız ola bilər. Rusiya dəfələrlə xəbərdarlıq edib ki, onun səbri hədsiz deyil və Ermənistan iqtisadiyyatını daha da sarsıdacaq yeni sanksiyalarla üzləşə bilər.

Qərbdə də öz növbəsində Ermənistana inamsızlıqla yanaşılır. Aİ və ABŞ onların dəstəyinə baxmayaraq, Ermənistana hərbi müdafiə zəmanəti verməyə hazır deyil. Qərb müttəfiqləri Azərbaycanla münaqişənin gərginləşməsi riskini və Rusiya ilə gələcək fəsadları nəzərə alaraq, İrəvanın təhlükəsizliyini təmin etmək üçün öhdəliklər götürməkdən yayınırlar.

Rusiyalı politoloq, millətlərarası münaqişələr və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov sözügedən mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Ermənistanın Ukraynaya yeni silah tədarük mənbəyinə çevriləcəyini düşünmədiyini bildirib. O qeyd edib ki, Ermənistanın bunun üçün kifayət qədər silahı yoxdur:

"Xüsusən Azərbaycan buna nail olmaq üçün çox çalışıb. Ermənistanın vəzifəsi indi Qərb tərəfdaşları vasitəsilə öz ordusunu Fransa və Hindistan silahları ilə silahlandırmaqdır. Bu görünür. Bu fonda o, bəzi silah qalıqlarını Ukraynaya köçürəcək. Ancaq bu, vəziyyəti dəyişməyəcək, çünki silahların hamısı köhnəlib.

Bu silahlar Ukraynaya yalnız ona görə lazımdır ki, hərbçilər bu silahlarla döyüşməyə öyrəşiblər. Amma Ermənistanla məsələ birmənalı deyil. Düşünürəm ki, ilk silahlar faktiki olaraq Ukraynaya gələn kimi rus əsgərlərini öldürmək üçün istifadə olunacaq və bunlar Rusiya rəhbərliyinin Ermənistandan gələn təhdidlərin qarşısını almaq üçün kəskin tədbirlər görməkdə sonuncu qırmızı xətt olacaq”.

Politoloq hesab edir ki, ölkə olaraq Ermənistan heç nəyi təmsil və ya təhdid etmir. Ermənistandan sadəcə olaraq Qərb tərəfdaşları öz məqsədləri üçün istifadə edirlər:

"Yəni hər şey bitəndə, Rusiya qalib gələndə Ermənistan sadəcə olaraq tərk ediləcək. Çılğın erməni siyasətçiləri bunu başa düşmürlər. Yaxud sadəcə olaraq, indi pul qazanırlar ki, sonradan dövlətçiliyin tam itirilməsi təhlükəsi yarananda qaçıb xalqı və ölkəni tərk etsinlər. Yəni Moskva yenə dözməkdə davam edir, çünki biz uzun müddət erməni xalqının bizə qardaş olduğuna inanırdıq. Hələlik ancaq rəsmi açıqlamalar verir, deyirik ki, bunu etmə, əks halda nəsə edəcəyik. Hələ Rusiya tərəfdən ciddi addımlar atılmayıb. Düşünürəm ki, Rusiya olanları izləyir.

Ermənistandan mühacirəti, iqtisadi fəaliyyəti və bu ölkənin Avrasiya İqtisadi Birliyində iştirakını əngəlləmək mümkün addımlardır. Düşünürəm ki, hətta Ermənistan dövlətinin Avrasiya İqtisadi Birliyində iştirakını əngəlləmək qadağası belə kifayət edəcək ki, əhali Rusiya Federasiyası ilə çəkişmənin nə qədər pis olduğunu hiss etsin. Məsələn, əgər Rusiya Metsamor AES-i bağlasa, ölkədə enerji böhranı başlayacaq. Çünki Ermənistan bir zamanlar bunu yaşayıb, Ermənistanda beləliklə böhran yaranacaq və düşünürəm ki, əhali küçələrə çıxıb Paşinyanı yıxacaq".

Yevgeniy Mixaylov vurğulayıb ki, İrəvan ölkənin ayağa qalxması üçün hər şeyi edir. Onun sözlərinə görə, Rusiya hələlik izləməyə davam edəcək, amma silahla bağlı vəziyyət ciddidir:

"Yenə də deyirəm, Ermənistanın Ukraynaya silah göndərməsi heç nəyi dəyişməyəcək. Ermənistan kiçik dövlətdir. Onun çox az silahı var.

Ümumiyyətlə, ukraynalıların S-300 tipi və daha ciddi silahlara ehtiyacları var. Bu qədər silah isəErmənistanda yoxdur. O, bu addımla yalnız Qərbə sadiqliyini vurğulayacaq. Lakin bununla Rusiyanın tamamilə özünə qarşı çevirəcək".

Beləlikə, Ermənistan çətin seçim qarşısındadır: Rusiya ilə münasibətləri qurban verərək Qərblə yaxınlaşmağa davam etsin, ya da qəfil hərəkətlərdən qaçaraq tarazlığı qorumağa çalışsın? Çünki Qərb müttəfiqləri çətin geosiyasi vəziyyətdə Ermənistanı ölkə üçün zəruri təhlükəsizlik təminatları ilə təmin etməyə hazır deyil. Hazırda İrəvan hər iki tərəfin iqtisadi səmərəsindən istifadə edərək vaxt udmağa çalışır. Bununla belə, bu cür uzunmüddətli strategiya qeyri-müəyyən olaraq qalır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranı Xamenei idarə etmir - Gerşt
Bu gün, 13:18
İnterpolun axtardığı Balakən sakini Dağıstanda tutuldu
Bu gün, 13:11
Maşın bazarı Ağdama köçürüləcək? - Rəsmi reaksiya
Bu gün, 13:09
"Moşu" ilə "Söylü" küsülüdür?
Bu gün, 13:02
"Bir xalqa musiqidə azadlıq verilirsə, o demək deyil ki, hərcmərclik olmalıdır"
Bu gün, 13:00
Ev onlara məzar olur - Hər 10 dəqiqədə bir qadını əri, atası, qardaşı öldürür
Bu gün, 12:59
“Manato” və “Azpulmat”ın ŞOK QANUNSUZLUĞU - Telefonunuzda olan məlumatlar təhlükədə!
Bu gün, 12:58
“Azərbaycanı hərbi yolla geri çəkmək mümkün deyil” - Papikyan
Bu gün, 12:53
Rusiyada FETÖ... Azərbaycanda METÖ... - BU FAKTLAR... araşdırılmalıdır...
Bu gün, 12:51
Samirə Əfəndidən partiya sədrinə sərt cavab - "Məhkəməyə verəcəyəm"
Bu gün, 12:46
Mehdiyevin imtina etdiyi vəkilin xanımı yüksək vəzifədə imiş - FOTO
Bu gün, 12:42
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Bu gün, 12:40
Onu Vəkillər Kollegiyasından qovdular
Bu gün, 12:37
İpoteka Fondu sabiq nazirdən 360 min manata 4 avtomobil alır - İLGİNC
Bu gün, 12:20
Hansı “yerli istehsal” üçün vergini artırırlar? - AKTUAL
Bu gün, 12:19
Moskva Ukrayna ilə bağlı yenilənmiş 19 maddəlik sülh planını almayıb - Peskov
Bu gün, 12:17
“Max Group” dələduzluqda ittiham olunur - ödədiyi 6 800 manatın geri qaytarılmasını istəyir...
Bu gün, 12:16
AFB Bank Marketinq Departamentinə yeni direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 12:07
"Rabitəbank" və onun likvidlik problemi - TƏFƏRRÜAT
Bu gün, 12:04
"Napoli" - "Qarabağ" oyunu təxirə salınır? - KİV
Bu gün, 11:56
“Mehriban Ələkbərzadə zooparkla “AzDrama”nı səhv salıb” - Mehriban Xanlarova ULTİMATUM VERDİ
Bu gün, 11:54
“Heç vaxt deputat olmağı istəməmişəm” - Fazil Mustafa - deputat
Bu gün, 11:52
Qazaxda binalara yeni liftlər quraşdırılır - FOTO
Bu gün, 11:48
Samirə Əfəndi ermənini niyə qucaqlayıb? - Özü cavabladı
Bu gün, 11:45
ABŞ Dövlət katibi Kaya Kallasla görüşdən imtina edir - “Politico”
Bu gün, 11:41
Azərbaycanlı biznesmenin limanı əlindən alındı - QƏRAR
Bu gün, 11:40
Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürüb - TƏFƏRRÜAT
Bu gün, 11:35
Paşinyan kilsəyə yeni hücuma hazırlaşır - “Ruhanilər qrupu” HƏRƏKƏTƏ KEÇİR
Bu gün, 11:21
Texnologiya Universitetində kafedra müdiri KAFE İŞLƏDİRSƏ... - İTTİHAM VAR...
Bu gün, 11:19
Yeni icra başçısı köməkçisini işdən çıxardı - ƏMR
Bu gün, 11:10
"Gözdən uzaq, könüldən iraq" qiymətlər... - Yol kənarındakı məhsullar mağaza qiymətindən baha satılır
Bu gün, 11:04
BU PULLA AİLƏ DOLANDIRMAQ OLAR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:02
Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən çıxarılıb - ƏMR
Bu gün, 10:54
"Yalnız şəhərin mərkəzi yerlərini abadlaşdırırlar..." - Yerdə qalan ərazilər isə...
Bu gün, 10:52
"Mənim və ailəmin nə Naxçıvan şəhərində, nə Şərurda, nə də..." - Əli Həsənov daha bir iddianı yalanladı
Bu gün, 10:46
LÜKS EVLƏR... YOXSA LÜKS ÖLÜM MƏNBƏYİ? - AXI NİYƏ?
Bu gün, 10:41
Nizami Rəmzinin qızından Samirəyə CAVAB - “Sözləri əzbərləyib, “De gəlsin”-ə çıxırdın, bədahətən deyə bilmirsən”
Bu gün, 10:31
Saleh Məmmədovun kadrının ölkədən çıxışına “stop” qoyula bilər - BUNA GÖRƏ...
Bu gün, 10:27
Tahir Kərimlidən Cümşüd Nuriyevə cavab – "EYNİ KURSDAYAM..."
Bu gün, 10:19
"Bu gecikməni kim kompensasiya etməlidir?" - NARAZILIQ VAR...
Bu gün, 10:10
Zəngəzur dəhlizi bu tarixdə işə düşəcək - Matevosyan
Bu gün, 10:01
Həkim prokurorluğa yalan məlumat veribmiş - SƏN DEMƏ...
Bu gün, 09:59
Sarayda 20,3 milyon manata binalar tikəcək şirkət - MƏLUM OLDU
Bu gün, 09:57
Yevlax Pilot Aqroparkın idarə olunmasına görə haqqın məbləği müəyyənləşib - QƏRAR
Bu gün, 09:56
Maliyyə sıxıntısı yaşayan şirkət əmlakını satır - YIĞINCAQ
Bu gün, 09:55
Azər Türk Bank-da yeni təyinat baş tutub - BUNDAN SONRA...
Bu gün, 09:54
10 manatlıq qida şirkətinin vergi borcu 4,8 milyon manata yaxınlaşıb - TƏFƏRRÜAT
Bu gün, 09:51
AQTA-nın regional bölməsinin mühüm sənədi yoxa çıxıb
Bu gün, 09:50
“Azərbaycan Sənaye Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:49
İcra başçılarının maaşı narazılıq doğurdu - təklif
Bu gün, 09:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru