Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək .....                     Bağçalara elektron sənəd qəbulu dayandırılır .....                     Xoşqədəmin əri Doğuşdan şok ETİRAF .....                     Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək .....                     ADY-dən 258 min manatlıq tender .....                     “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” .....                     114 nömrəli avtobusun bitməyən problemləri... .....                     Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı .....                     Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü .....                     62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI .....                     Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK .....                     Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı .....                     Bakıxanov qəsəbəsində ağaclar kəsilib? .....                     Alim Qasımov "Eurovision"a gedə bilər? .....                     Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır .....                     "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" .....                     Azərbaycanlı xanım məhkəməni uddu .....                     Metropoliten rəhbərinə irad: .....                     Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar .....                     “Azercell” istehlakçıları aldadır? .....                     Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: .....                     Şoyqu nə dedi... niyə dedi... necə dedi... .....                     Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq .....                     TABIA Group-da yeni təyinat olub .....                     İcra başçısı yeni sektor müdiri təyin etdi .....                     Rektor özünə yeni müşavir təyin etdi .....                     "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim" .....                     İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" .....                     Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır .....                     Əjdər Ol azadlığa buraxılıb? .....                     Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb .....                     Xalq artisti Şuşaya gedə bilmədi: .....                     Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir .....                     Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar .....                     “Space FM”in rəhbəri işdən çıxarıldı .....                     Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi .....                     Tahir Kərimlidən Vüsal Aslanova cavab: .....                     “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... .....                 

"Mirşahinin çəkilişləri məni ölümdən və məhbusluqdan qurtardı"
Tarix: 3-04-2014, 11:19 | Çap et
"Mirşahinin çəkilişləri məni ölümdən və məhbusluqdan qurtardı"
Milli Qvardiyanın komandiri olmuş polkovnik Əzizağa Süleymanov 90-cı illlərin əvvəllərində ölkənin siyasi və hərbi aləmində baş vermiş bir sıra maraqlı olayların birbaşa iştirakçısı kimi bir müddətdir ki, saytımıza ilginc materiallar göndərir. Polkovnik indi də 93-cü ilin aprelin əvvəllərində Füzuli istiqamətində baş verən döyüşlər barədə xatirələrini Moderator.az vasitəsilə oxuculara təqdim edir. Çoxlarımızın bilmədiyi şok məqamlar və rüsvayçı epizodlarla zəngin bu materialın hər kəs üçün maraqlı olacağına şübhəmiz yoxdur…

(əvvəlini axtarış verməklə xəbər lentlərimizdən oxuya bilərsiniz)...5 aprel 1993-cü il tarixində ermənilər görə-görə özüm hücum edən dəstənin önündə olmaqla Məngələnata dağı istiqamətdə hücuma keçdik. Dəstənin önündə olmağım qvardiyaçıları daha da ruhlandırırdı. Düzdür, hərbi taktiki döyüş planına əsasən mənim yerim bir neçə yüz metr qvardiyaçıların arxasında olmalı idi. Döyüşə oradan rəhbərlik etməli idim. İndi isə vəziyyət başqa idi. Əvvəlcədən hazırlanmış plana uyğun olaraq tağımlar manqalara bölünüb bir-birindən müəyyən məsafədə bir xətt boyu 3 hissəyə düzülüb düz istiqamətlə sürətlə irəli atıldılar. Mən Füzuli bölgəsindəki briqadanın artilleriasına rəhbərlik edən artileriya rəisi Nizami Məmmədovla rabitə əlaqəsinə girib artilleriya zərbələrini davam etdirməyi xahiş etdim və qvardiya kəşfiyyatçı rabitəçinin verdiyi koordinatlara uyğun olaraq artilleriya zərbələrinin düzgün hədəfə düşməsini demək olar ki, tam tənzimlədik. Ordumuzun Artilleriya zərbələrindən özünü itirən düşmən qüvvələri ilk anda heç nə başa düşməmişdilərdilər. Biz artilleriya zərbələrinin yaratdığı toz, tüstüdən istifadə edib qaçaraq Üçtəpə yüksəkliyini enib, Məngələnata dağı ilə Üçtəpə dağı arasındakı düzənlik sahəni çox sürətlə keçib, Məngələnata dağının ətəyində yerləşən köhnə mal fermasına girdik. Hücum sürətini azaltmadan fermanı keçib Məngələnata dağına qalxmağı tağım komandirlərinə rabitə vasitəsi ilə əmr etdim. Üç istiqamətdən dağa hücum etdik. Milli Qvardiya döyüşçülərinin axırıncı nəfərləri fermadan çıxanda düşmən qüvvələri duyuq düşdülər və bizi çox güclü artileriya zərbəsinə tutdular. Hər növ artileriya mərmiləri sanki yağış kimi göydən fermaya tökülürdü. Artıq gec idi, biz dağa qalxırdıq. Düşmən artileriyası dağa zərbələr endirə bilməzdi, endirmiş olsaydı bizdən çox bu mövqedə yerləşən öz döyüşçülərinı məhv etmiş olardılar. Hücum edən qvardiyaçıların bir qrupunun erməni səngərlərinin arxasına keçməsi erməni artileriyasında çaşqınlıq yaratdı. Onlar elə zənn etdilər ki, həmin döyüşçülər onların öz döyüşçüləridir, köməyə gedirlər. Öz döyüşçüləri öz artilleriya zərbəsinə tüş gəlməsin deyə ermənilər məcbur olub artilleriya zərbələrini dayandırdılar. Yaranmış əlverişli vəziyyətdən istifadə edən qvardiyaçılar daha da şiddətli döyüşə girdilər. Güllə səsindən qulaq tutulurdu. Döyüş o qədər qızışmışdı ki, rabitə əlaqəsi güclə eşidilirdi. Mənə yaxın məsafədə hərəkət edən bir manqa sıldırım qayalıqdan istifadə edib düşmənin əsas qüvvəsini özünə cəlb edə bilmişdi. Tutduğu mövqedə qəfil yaxalanan düşmən əsgərləri məcbur olub qaçmağa başladılar. Bunu görüb, qvardiyaçıları "Allahu Əkbər" sədaları altında irəlı səslədim. Erməni döyüşçüsünün qumbaraatanının mənə tuşlandığını görən qvardiyaçı Qədirov Nəsir Ənvər oğlu qəflətən üstümə atılaraq məni yerə yıxdı. Yanımıza düşən qumbaraatanın mərmisi partlamadı. Nəsirin üstümə atılması elə bir ani sürətdə oldu ki, heç nə anlamadım. Yanımıza düşən partlamayan qranatamyot mərmisini görəndə ayağa qalxıb irəli atıldım, Hər tərəfdən hücum edən qvardiyaçıların erməni döyüşçülərinin səngərlərini tutduqlarını görəndə qürur hissi keçirib, hər bir qvardiyaçını bağrıma basmaq istəyirdim.
Məngələnata dağının hər metr torpağı uğrunda ölüm-dirim döyüşü gedirdi. Məngələnata dağına Milli Qvardiyaçıların hücumu zamanı ermənlərin tamamilə qvardiyaçıların mühasirəsinə düşmək təhlükəsi var idi. Mən qvardiyaçılara erməniləri mühasirəyə almaları barəsində rabitədə göstəriş vermişdim. Mühasirəyə düşmək təhlükəsi ilə üzləşən ermənilərə köməyə gələn qüvvələr qvardiyaçıların çox güclü müqavimətinə rast gəlib irəli gələ bilmirdillər. Milli Qvardiya rabitəçisinin verdiyi dəqiq koordinatlara əsasən artilleriyamızın sərrast atəşi nəticəsində artilleriya mərmisinə tuş gələn erməni döyüşçülərini gətirən maşın karvanından biri maşının içində olan ermənilərlə birlikdə göyə sovruldu. Bu hadisəni görən ermənilər qaçmağa başladılar. Çıxılmaz vəziyyətə düşən erməni komandanlığı tankları işə saldılar. Məngələnata dağının ətəyində yerləşən Gövşad kəndindəki çayın sol tərəfində yerləşən qalın meşədən qəfil çıxan erməni tanklarının 5-6-sı birdən bizim üstümüzə hücuma keçdilər. Mənimlə müntəzəm rabitə əlaqəsində olan briqada komandirinə bu barədə məlumat verən kimi o dəqiqə Nizami Məmmədovun Qradları işə düşmüşdü. Milli Qvardiya döyüşçülərinin axşamdan tutduqları Üçtəpədə yüksəkliyində yerləşən Rüfət Vəliməmmədovun gətirdiyi PDM-1 döyüş mövqeyinə çıxıb dəqiq zərbə ilə düşmənın bir tankını vurdu. 2 zirehli döyüş maşınları isə iri çaplı plamyotlardan atəş açaraq ermənilərin bütün postlarını atəşə tutdular. Bizim Qradlarımızın 8-i birdən erməni tanklarının hərəkət etdiyi istiqamətdə göydən od yağdırdılar, Qradçıların hədəfi düzgün nişan alması nəticəsində iki erməni tankı alışıb yandı. Bunu görən 3 erməni tankı arxaya dönüb yaxınlığındakı təpənin dalına girib gizləndilər. Ermənilər ağır silahlarını, hətta avtomatlarını atıb qaçırdılar. Ermənilərin bütün səngərlərini bu yüksəklikdə ələ keçirdik. Milli Qvardiyaçılar erməniləri təqib etmək istəsələr də mən icazə vermədim. Çünki onların meşə döyüşü təcrübəsi yox idi, bu yerlərə nabələd idilər. Həm də silah-sursatlarımız azalmışdı. Tağım komandirlərinə müdafiəni möhkəmləndirməyi əmr etdim. Bizim hücumumuzdan ruhlanan milli ordu əsgərləri də köməyə gəldilər. Mən briqada komandiri Murad Həmidova rabitə vasitəsi ilə qələbəmiz barədə məlumat verdim. Onun rabitədə danşığından hiss etdim ki, bu qələbədən həm sevinir, həm də bir az pərişandır. Çünki onun rəhbərlik etdiyi briqada döyüşçülərinin dövlət rəhbərlərinin gözləri qaşısında yerinə yetirə bilmədiyi döyüş tapşırığını Milli Qvardiya döyüşçüləri 92 nəfərlə yerinə yetirdi.
Ermənilərlə döyüş bu arada bir az səngisə də meşə ətrafında döyüş qəflətən qızışırdı. Tağım komandiri Hüseynov İsmayıl Məhəmməd oğlu 4 ermənı tankının yenidən Gövşad çayı istiqamətində bizə sarı gəldikləri barədə rabitə vasitəsi ilə mənə məlumat vermişdi. Təcili olaraq minamyotçuları tanklar gələn istiqamətdə əlverişli mövqedə yerləşdirməyi ona əmr etmişdim və özüm də həmin istiqamətdəki qvardiyaçıların yeni tutduqları postlara sarı getmişdim. Ardımca gələn və döyüş mövqeində olan qvardiyaçılara və komandirlərinə təcili səngər qazmalarını tapşırdım. Qvardiyaçıların erməni döyüşçülərinin əlindən aldıqları axırıncı döyüş yerinə çatanda görmüşdüm ki, doğurdan da erməni tankları bizə tərəf yüksək sürətlə hərəkət edirlər. Əvvəlcə onların nə etmək istədiklərini başa düşməmişdim. Ermənilər tərəfindən Məngələnata dağın bu istiqamətindən bizə hücum etmək qeyri- mümkün idi. Briqada komandirinə ermənilərin yenidən bizə tanklarla həmlə etdikləri barədə məlumat vermişdim. Yenidən göydən düşmən başına alov yağdıran artilleriyamızın erməni tanklarının üstümüzə gəldiyi istiqamətə güclü zərbələr endirməsinə baxmayaraq ermənilərin Gövşad kəndi tərəfdən çıxan iki tankı Məngələnata dağının ətəyindən keçən Gövşad çayına qədər uzanan meşə zolağına yaxınlaşa bilmişdi. O yerə artileriya zərbəsi endirmək qeyri- mümkün idi. Məsafə uzaq olduğundan qumbaraatanla da vurmaq olmazdı. Qvardiyaçılar mənə bildirmişdilər ki, erməni tankları səngərlərindən qovduğumuz erməni döyüşçülərini və yaralıları meşədən döyüş mövqeyindən çıxartmaq üçün gəlirlər. Doğrudan da bu belə idi. Erməni tankları meşənin ətəyinə girmişdi. İri çaplı pulemyotlardan meşənin bu istiqmətini güclü atəşə tutmağı əmr etmişdim. Bu istiqamətdə göstərdiyimiz bütün səylərə baxmayaraq ermənilər tankların köməkliyi ilə meşədən çıxa bilmişdilər. Onlar yaralı və ölülərini tankların üstünə yığaraq, ayaqlarından arxasına qoşaraq sürüyə-sürüyə tankların böyründə gizlənib tülkü kimi aradan çıxıb qaçırdılar. Çox dəhşətli və gülünc bir mənzərə yaranmışdı. ermənilərin bu məğlubiyyətlə barışmayacağını hiss edirdim. Tağım komandirlərinə səngərləri möhkəmləndirib, şəxsi heyətlərində itki olub-olmaması barədə mənə məlumat vermələrini əmr etmişdim. Özüm Məngələnata dağının başında yerləşən qədim Alban kilsəsini yoxlamaq qərarına gəlmişdim. Qədim Alban kilsəsinə yaxınlaşarkən gözlərimə inanmamışdım. Kilsənin qapısında diri iki ev qazı ayaqları bağlı yerdə üzadılmışdı. Yanımdakı qvardiyaçılara kilsəyə yaxınlaşmamaqları barədə göstəriş vermişdim. oranı yoxlamaq lazım idi. Ermənilər burada bizə tələ qura bilərdilər. Tağım komandiri Qasımov Taleh Qiyas oğluna kilsəni yoxlatdırmaq tapşırığı verib, ermənilərin Füzuli şəhərini vurmaq üçün bura çıxarıb və bu gün atıb qaçdıqları ağır topa və zenit qurğusuna baxış keçirdirdim. Buradan Füzuli şəhəri ovucun içi kimi görünürdü. Məngələnata dağının bu hissəsindən baxanda Füzuli şəhərinin hər məhəlləsi, hər bir küçəsi axıra qədər aydın görünürdü. Ermənilər Füzuli şəhərini atəşə tutduqları iki iri çaplı pulemyotu, bir top qurğusunu və bir təyyarə vuran zenit qurğusunu sursatları ilə birlikdə atıb qaçmışdılar.
Ermənilərin qoyub qaçdıqları bu silah-sursatları nəzərdən keçirən zaman gördüklərimə inanmaq istəmirdim. Dağın Füzuliyə baxan hissəsindən bizi tərəfə bir neçə qvardiyaçı və milli ordu əsgərləri ilə birlikdə video-operatoru Şakir və hamımızın yaxşı tanıdığı ANS telekanalının məşhur iurnalisti Mirşahin Ağayev gəlirdi. Mirşahin Ağayev ermənilərə qarşı döyüşən igid, cəngavər döyüşçülərin millətindən dinindən aslı olmayaraq ən yaxın dostu hesab olunurdu. Mən təşvişə düşmüşdüm. Hiss edirdim ki, o dövrdə bütün Azərbaycan xalqının sevimlisi sayılan Mirşahin Ağayevin gəlişini görən qvardiyaçılar onun başına toplaşacaqlar, ehtiyatı əldən verə bilərik. Qvardiya döyüşçülərinin bir yerə toplaşdığını uzaqdan müşahidə edən erməni artileriyası dərhal bu mövqeyi artilleriya atəşinə tutacaqdı. Səngərdə olmayan hər bir döyüşçü düşmən artileriyası mərmisinə tuş gələ bilərdi.
Mirşahin Ağayevin məni qucaqlayıb "bugünkü döyüşdə Azərbaycan ordusunun tarixinə düşdün" deməsinə baxmayaraq, mən onları həyəcanla qarşıladım. Onların çox qorxulu olan bu döyüş mövqeyində həyatları ilə risk edib, çəkiliş aparmalarına ilk öncə icazə vermək istəmədim. Hətta onları geri qaytarmaq üçün tağım komandiri Taleh Qasımova göstəriş verdim. Lakin Mirşahin Ağayevin və operator Şakirin xahişindən sonra qvardiyaçıların üzündə yaranmış qələbə sevinci hissini nəzərə alıb, yalnız səngərlərdə çəkiliş aparmalarını xahiş etdim. Mirşahin Ağayev məndən müsahibə götürmək istəsə də qvardiyaçıları göstərdim. Mən heç bir vaxtı xəyalıma da gətirə bilməzdim ki, bu çəkiliş mənim gələcək taleyimdə necə rol oynayacaq, məni ölümdən və məhbusluqdan qurtaracaq, Mirşahin Ağayevin və Şakir Eminbəylinin tarixin yaddaşına yazdıqları Milli Qvardiyaçıların canlı döyüş səhnəsindən gələcəkdə kimlər necə istifadə edib, bu kaseti ölkə başçısına təqdim edib tutduğu vəzifəsini möhkəmləndirəcək, igid Milli Qvardiyaçıların axırına çıxacaq. Bu cür şir kimi döyüşən igid balaları məhv edəcəklər. Mən və mənimlə bərabər doğma vətənimizin hər qarış torpağı uğurunda canından keçən mərd, igid oğullar siyasi oyunun qurbanına çevriləcəyik. Ermənilərlə döyüşdən qaçıb fərarilik edən gələcək komandir və rəislərin yaltaq simalarına baxa bilməyib, onların alçaq və şərəfsiz qəbul etdikləri qərarların ucbatından arxadan xain gülləsinə tuş gəlib vəhşicəsinə qətlə yetiriləcəklər. Bir hissəsi isə fərarı, qorxaq, ikiüzlü komandir və rəislərin sirlərinin üstünün açılmaması üçün xainlərin böyük havadarlarının təkidli tələbi ilə Milli Qvardiya sıralarından qovulacaq, ailələrini saxlamaq üçün bir tikə çörək dalınca dünyanın hər yerinə səpələnəcəklər...

Ardı var...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Bu gün, 17:41
Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Bu gün, 17:40
Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Bu gün, 17:02
Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Bu gün, 16:59
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Bu gün, 16:58
“ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Bu gün, 16:56
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Bu gün, 16:51
Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Bu gün, 16:14
Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Bu gün, 16:07
62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Bu gün, 16:06
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Bu gün, 16:00
Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Bu gün, 15:57
Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Bu gün, 15:38
Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Bu gün, 15:21
Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Bu gün, 15:20
"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Bu gün, 15:06
Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Bu gün, 15:01
Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Bu gün, 14:59
Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Bu gün, 14:54
“Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Bu gün, 14:48
Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Bu gün, 14:44
Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Bu gün, 14:25
Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Bu gün, 13:11
TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04
İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Bu gün, 13:02
Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57
"Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54
İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41
Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26
Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19
Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16
Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11
Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09
Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07
“Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03
Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58
Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56
“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51
Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49
Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21
AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19
74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17
Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15
Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03
Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01
İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59
Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru