Kasıblar üçün daha bir tələ: LOMBARDLAR - PROBLEM
Tarix: 2-04-2014, 10:27 | Çap et
 “Yanvar ayının yekunları göstərir ki, lombardların faiz dərəcələrində artım var”. Bunu “Axar.az”a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov dedi. Onun sözlərinə görə, istehlak kreditləşməsi 2013-cü ildə 35% artıb, bu da vətəndaşların kreditə olan tələbatının göstəricisidir: “Hazırda kommersiya bankları çox az sayda kredit verirlər. Verilən kredit isə çox ağır şərtlərlə təklif olunur. Həmin tələbatı lombardlar və sələmə pul verən şəxslər tuturlar. İstehlak kreditləşməsinin dayandırılmasından sonra lombardların təklif etdiyi pula tələbatın artması müşahidə edilir. Bu da təbii ki, lombardların təklif etdiyi kreditlərin faiz dərəcələrinin artmasına gətirib çıxarır. Yanvar ayının yekunları göstərir ki, lombardların faiz dərəcələrində 1% artım var. Bu da illik olaraq 12% artım deməkdir. Lombardların təklif etdiyi borclar üzrə faiz dərəcələri illik olaraq 40%-ə yaxındır. Bu da kifayət qədər böyük göstəricidir. Belə olan halda faizlər artır. Əgər lombardlar əvvəllər qızılla bərabər müxtəlif əşyaları da qiymətləndirirdilər. İndi isə, faizlərin artması nəticəsində lombardlar yalnız qızıl, zinət əşyaları qəbul edirlər”. Vətəndaşın girovu təhlükə altında qalır Ekspert bildirir ki, qanunvericilikdə lombarda qoyulan girovların icbari sığortalanması nəzərdə tutulmayıb. Onu da nəzərə alaq ki, qanunvericilikdə girov qoyulan əmanətin hansısa formada geri qaytarılması ilə bağlı da heç bir müddəa yoxdur: “Lombardlar lisenziya ilə fəaliyyət göstərsələr də, təəssüf ki, onların fəaliyyətinə nəzarət mexanizmləri zəifdir. Lombardlar məhz nəzarətin zəif olmasından istifadə edərək vətəndaşları aldadır. Bəzi hallarda onlar öz yerlərini asanca dəyişə bilirlər. Çünki banklardan fərqli olaraq adətən onların kiçik otağı olur. Həmin otaqlar da icarəyə götürülür. Ona görə də başqa yerə köçmə və eyni zamanda ölkəni tərketmə riskləri yüksək olur. Nəticədə nəzarətin gücləndirilməsinə ciddi şəkildə ehtiyac yaranır. Əgər lombardlar tez-tez yerlərini dəyişirlərsə, nəticədə min manat borca görə lombarda 2 min manatlıq qızılı əşyası qoyan vətəndaşın girovu təhlükə altında qalır. Hazırda lombardların vətəndaşları aldatması ilə bağlı kifayət qədər faktlar mövcuddur. Hesab edirəm ki, sözügedən fəaliyyətlə bağlı tələb olunan qaydalar və meyarların sərtləşdirilməsinə ehtiyac var”. Lombardın girov əşyadan istifadə hüququ yoxdur Hüquqşünas Araz Yusifov da lombardlarla bağlı müəyyən problemlərin olduğunu təsdiq etdi. O, bu sahədəki qanunvericilikdə də müəyyən dəyişiklik edildiyini bildirdi: “Əvvəllər lombard xüsusi icazə (lisenziya) əsasında fəaliyyət göstərən hüquqi şəxs idi. Lakin indiki qanunvericiliyə görə lombard fəaliyyəti xüsusi razılıq tələb olunan fəaliyyət növlərinə aid deyil. Girov qoyan qismində isə ancaq fiziki şəxslər çıxış edə bilər. Girovun predmeti isə yalniz şəxsi istehlak üçün nəzərdə tutulan daşınan əşyalardır ki, lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Əgər müştəri girov əsasında götürdüyü pulu müqavilədə göstərilən zamanda geri qaytara bilmirsə, lombard girovluqda olan əşyanı sata bilər”. Xatırladaq ki, son zamanlar bankların nağd kredit şərtlərini sərtləşdirməsi vətəndaşların lombardlara axın etməsinə şərait yaradıb. Banklardan fərqli olaraq lombardlarda kiçik məbləğli kreditlər götürmək üçün sənədləşmə daha asandır. Heç bir zamin və iş yerindən arayış təqdim etmədən şəxsiyyət vəsiqəsi və girov qoyulacaq qızıl məmulatları ilə lazım olan məbləği əldə etmək mümkündür.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Bu gün, 17:02 |
|
|
|
| • Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Bu gün, 16:59 |
|
|
|
| • ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Bu gün, 16:58 |
|
|
|
| • “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Bu gün, 16:56 |
|
|
|
| • 114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Bu gün, 16:51 |
|
|
|
| • Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Bu gün, 16:14 |
|
|
|
| • Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Bu gün, 16:07 |
|
|
|
| • 62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Bu gün, 16:06 |
|
|
|
| • Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Bu gün, 16:00 |
|
|
|
| • Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Bu gün, 15:57 |
|
|
|
| • Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Bu gün, 15:38 |
|
|
|
| • Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Bu gün, 15:21 |
|
|
|
| • Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Bu gün, 15:20 |
|
|
|
| • "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Bu gün, 15:06 |
|
|
|
| • Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Bu gün, 15:01 |
|
|
|
| • Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Bu gün, 14:59 |
|
|
|
| • Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Bu gün, 14:54 |
|
|
|
| • “Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Bu gün, 14:48 |
|
|
|
| • Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Bu gün, 14:44 |
|
|
|
| • Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Bu gün, 14:25 |
|
|
|
| • Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Bu gün, 13:11 |
|
|
|
| • TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04 |
|
|
|
| • İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Bu gün, 13:02 |
|
|
|
| • Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57 |
|
|
|
| • "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54 |
|
|
|
| • İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41 |
|
|
|
| • Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28 |
|
|
|
| • Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26 |
|
|
|
| • Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19 |
|
|
|
| • Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16 |
|
|
|
| • Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11 |
|
|
|
| • Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09 |
|
|
|
| • Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07 |
|
|
|
| • “Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03 |
|
|
|
| • Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58 |
|
|
|
| • Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56 |
|
|
|
| • “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51 |
|
|
|
| • Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49 |
|
|
|
| • Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
| • AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19 |
|
|
|
| • 74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17 |
|
|
|
| • Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15 |
|
|
|
| • Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03 |
|
|
|
| • Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01 |
|
|
|
| • İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59 |
|
|
|
| • Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56 |
|
|
|
| • Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44 |
|
|
|
| • Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? - ETİRAZ VAR!
Bu gün, 10:37 |
|
|
|
| • Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 10:21 |
|
|
|
|