"Pezeşkianın etnik baxımdan türk olduqları halda, belə halların baş verməsi..." - deputat
Tarix: 1-08-2024, 16:55 | Çap et
 Ermənistanın baş naziri Nikol Paşinyanı Tehranda qəbul edərkən, Xameneyi belə deyib: "Zəngəzur dəhlizi Ermənistana ziyan vurur və İran bu mövqedə möhkəm dayanır". Bununla da ürəyi soyumayıb, ermənilərə daha bir kompliment göndərib: “İran-İraq müharibəsində İran ermənilərinin böyük rolu olub və mən şəxsən İranda çoxlu sayda erməni ailələrinə baş çəkmişəm”. Dini lider özü, eləcə də, yenicə seçilmiş Məsud Pezeşkian da daxil olmaqla İran əhalisinin az qala yarısı türkdür. “Xameneyinin, “Zəngəzur dəhlizi Ermənistana ziyan vurur və İran bu mövqedə möhkəm dayanır” fikirləri İranın Qafqaz siyasətində dəyişiklik baş vermədiyinin sübutudur. “İran-İraq müharibəsində ermənilərin böyük rolu, bir çox erməni ailələrinə şəxsən baş çəkməsi” ilə bağlı kifayət qədər açıq, şəffaf şəkildə səsləndirdiyi fikirlər, özünü dini rəhbər adlandıran şəxsin əsl mahiyyətini xarakterizə edir”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin VI çağırış deputatı Nəsib Məhəməliyev danışıb. Deputat qeyd edib ki, son zamanlar, iki ölkənin münasibətlərində müəyyən istiləşmə nəzərə çarpırdı. Səfirliyimiz yeni ünvanda fəaliyyətini bərpa edir. Yaxın gələcəkdə və perspektivdə bir çox layihələrin icrası razılaşdırılıb. Deputatın fikrincə, belə bir vaxtda, Xameneyinin sözləri təbii olaraq, Azərbaycanda mənfi qarşılanır. Yumşaq desək, əhalinin hiddətinə səbəb olur.
“Yeni prezidentin andiçmə mərasimində Azərbaycanın baş naziri də iştirak etmişdi. Normal məntiqlə, Xameneyi balans yaratmalı, sülhə yönəlik çağırışlar etməliydi. Əksinə, həmişə olduğu kimi, birtərəfli mövqe tutdu”- Nəsiv Məhəməliyev hesab edir ki, Paşinyanın rəhbərliyi ilə indiki Ermənistan siyasi hakimiyyəti Qərbyönümlü və anti İran siyasəti aparır.
“Ermənistan İranın əzəli düşmənlərini ölkəsinə yığır. İran rejimi isə, “sevəcəyəm səni mən, sevməsən də sən məni” prinsipi ilə çıxış edir. Xameneyinin və Pezeşkianın etnik baxımdan türk olduqları halda, belə halların baş verməsi, həqiqətən də, Güneyli, Quzeyli soydaşlarımızda bir çox suallar yaradır. Sizin də qeyd etdiyiniz kimi, guya ki, İran daxilində idarəetmə parçalanmış şəkildədir. Bu sadəcə görüntüdür. İranda oturuşmuş, güclü nəzarət mexanizminə malik, heç bir bəşəri dəyərlərlə, beynəlxalq hüquqla hesablaşmayan, möhkəm sistem mövcuddur”-deyə deputat vurğulayıb.
Nəsib Məhəməliyev bildirib ki, Ali dini rəhbər qeyri-məhdud səlahiyyətlərə malikdir.
“Dövlətin xarici və daxili siyasətini o, müəyyənləşdirir. Əlində güclü hərbi, iqtisadi və ideoloji resurslar cəmləşib. Quranın bir çox ayələrini inkar edən və yaxud özünəməxsus formada izahını verən, alternativ din və yeni-yeni adətlər aktiv şəkildə təbliğ olunur. Bütün bunların kökündə, İslam dünyasının İran vasitəsilə parçalanması durur. 15-ci əsrin sonları və 16-cı əsrin əvvəllərindən başlamış bu siyasət öz “bəhrəsini” verməkdədir.
90-cı illərin əvvəllərində, İranın prezidenti Rəfsancani, “biz Səfəvilərin varisləriyik” demişdi. Ali rəhbərin və prezidentin türk olmaları, əhali strukturunda türklərin çoxluq təşkil etmələri, heç nəyi dəyişmir. Əfsuslar olsun ki, ali rəhbərlik fars-molla rejiminin özəyini təşkil edir. Soydaşlarımızın əksəriyyəti isə, onların müəyyənləşdirdiyi ideologiyanın əsiridirlər”-deyə deputat əlavə edib.
Nəsib Məhəməliyev qeyd edib ki, son zamanlar, tarixi qələbəmizdən sonra Təbrizdə, xüsusilə futbol oyunları zamanı milli şüurun oyandığını, görürük. Deputat hesab edir ki, cənublu soydaşlarımız İran dövlətinin tərkibində, təməl haqqlarının bərpası istiqamətində subyektivliklərini artırmalıdırlar.
“Təkrar edirəm, ancaq İranın ərazi bütövlüyü çərçivəsində. İran dövləti onların hüquq və azadlıqlarını təmin etməli və hesablaşmalıdır. Biz müstəqil Azərbaycan dövləti olaraq, hər zaman mehriban qonşuluq prinsiplərinə sadiq olmuşuq. Əks tərəfdən də, bunu tələb etmək haqqımız var.
Bir məsələni vurğulamaq istərdim. Azərbaycanda hələ də, qonşu ölkənin mollalarını özlərinə lider kimi qəbul edən, zombiləşdirilmiş kifayət qədər insan var. Bəziləri, zaman-zaman terror aktları törətmişlər. Yaxşı olardı ki, insanlarımız, müasir “şeyx nəsrullahlar”ın uydurduqları moizələrdən uzaq dursunlar. Baş verənlərdən düzgün nəticə çıxarsın, dostunu-düşmənini tanısınlar”-deyən deputat vurğulayıb ki, çünki dövlətin təhlükəsizliyi hər şeydən üstündür.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmtahanda 96 toplayan şagird attestatda 3 alıb - Məktəb qiymətlərinin uyğunsuzluğu mübahisə yaratdı
Bu gün, 18:10 |
|
|
|
• Ermənistanda Rusiya kanalları bağlanacaq - RƏSMİ
Bu gün, 18:07 |
|
|
|
• Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb
Bu gün, 18:01 |
|
|
|
• Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın - Sensasion səs yazısı
Bu gün, 17:59 |
|
|
|
• Rusların Azərbaycandakı məktəbləri də bağlanır - QƏRAR VERİLİB
Bu gün, 17:55 |
|
|
|
• Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib
Bu gün, 17:49 |
|
|
|
• Rusiyanın Ermənistana total hücumu - Lavrov KTMT-nin toplantısını İrəvana qarşı çevirib
Bu gün, 17:46 |
|
|
|
• “Kupça”sız Azərbaycan – əmlakın var, amma sənin deyil paradoksu!
Bu gün, 14:57 |
|
|
|
• 2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib
Bu gün, 14:49 |
|
|
|
• DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var
Bu gün, 14:39 |
|
|
|
• Rusiyanın azərbaycanlılara hücumları davam edəcək - Ekspert səbəbləri açıqladı
Bu gün, 14:35 |
|
|
|
• Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... - AÇIQLAMA
Bu gün, 12:35 |
|
|
|
• Sayt rəhbərinin məhkəməsi: - şahid danışdı
Bu gün, 12:19 |
|
|
|
• Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:18 |
|
|
|
• Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? - Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Bu gün, 12:16 |
|
|
|
• Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb
Bu gün, 12:11 |
|
|
|
• Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu - GƏLİŞMƏ
Bu gün, 12:09 |
|
|
|
• Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…
Bu gün, 12:06 |
|
|
|
• “Umico” adını və logosunu dəyişdi - FOTO
Bu gün, 11:59 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub - ƏMR
Bu gün, 11:56 |
|
|
|
• “Baku Electronics”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:54 |
|
|
|
• Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Bu gün, 11:53 |
|
|
|
• “BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək
Bu gün, 11:43 |
|
|
|
• Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:40 |
|
|
|
• AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə - 32 MİLYON ÖDƏYƏCƏK
Bu gün, 11:35 |
|
|
|
• “Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
Bu gün, 11:32 |
|
|
|
• Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi – böyük etimad!
Bu gün, 11:30 |
|
|
|
• “Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” - ETİRAZ
Bu gün, 11:25 |
|
|
|
• Oliqarx-məmur saxta yağ biznesinə girişib... - ÖZÜ DƏ GÖRÜN, KİMİNLƏ...
Bu gün, 11:19 |
|
|
|
• “Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? — DETALLAR
Bu gün, 11:13 |
|
|
|
• İran Prezidenti Xankəndiyə səfər edəcək - SƏBƏB
Bu gün, 11:10 |
|
|
|
• Miri Yusifə ağır itki - FOTO
Bu gün, 11:04 |
|
|
|
• Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:02 |
|
|
|
• "Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:58 |
|
|
|
• MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı - VİDEO
Bu gün, 10:49 |
|
|
|
• Baş direktor işdən çıxarıldı - BUNDAN SONRA
Bu gün, 10:44 |
|
|
|
• Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? - VİDEO
Bu gün, 10:28 |
|
|
|
• Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... -"Johovurd"
Bu gün, 10:26 |
|
|
|
• Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək – Yenə həmin şirkət...
Bu gün, 10:24 |
|
|
|
• Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır - Ovannisyan
Bu gün, 10:16 |
|
|
|
• Birdəfəlik “stop” qoyuldu – Yeni qadağa qalmaqalı
Bu gün, 10:12 |
|
|
|
• Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: - Hazır olun
Bu gün, 10:06 |
|
|
|
• Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:58 |
|
|
|
• Dövlət Agentliyi baş verən faciəyə görə – GÜNAHI SAHİBKARLARIN ÜZƏRİNƏ QOYDU
Bu gün, 09:56 |
|
|
|
• Bu dəfə Yeni Yasamalda yol çökdü - VİDEO
Bu gün, 09:47 |
|
|
|
• İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi - BAŞLARI QAÇIB...
Bu gün, 09:33 |
|
|
|
• Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... - ATB-dən isə...
Bu gün, 09:31 |
|
|
|
• "Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" - Seyfəddin
Bu gün, 09:24 |
|
|
|
• “Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... - Bu "PEYKK" gec-tez bizi YANdıracaqdı...
Bu gün, 09:22 |
|
|
|
• Şeyx Əbdüldən şok ittiham: - “Öncə satdılar, sonra partlatdılar”
Bu gün, 09:17 |
|
|
|
|