Arvadını qətlə yetirən Qaçay təcridxanada yanaraq ölüb - Ailə faciəsi...
Tarix: 10-07-2024, 14:34 | Çap et
 Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində arvadını xüsusi amansızlıqla qətlə yetirən 40 yaşlı Qaçay Şahməmmədov iki il sonra özü də istintaq təcridxanasında ölüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ailə faciəsi ilə bağlı cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.
İttihama görə, Qaçay 2022-ci ildə 16 il evli olduğu 36 yaşlı Rimma Tarıverdiyevanı qısqanclıq zəminində öldürüb. Hadisə baş verən vaxt uşaqları da evdə olub. Bu səbəbdən Qaçay uşaqların yatmasını gözləyib, arvadını gecəyarı öldürmək qərarına gəlib. Ekspert rəyləri ilə də təsdiq edilib ki, təqsirləndirilən şəxs yataq otağında arvadına 26 bıçaq zərbəsi vurub.
İbtidai istintaqın gedişində təqsirləndirilən şəxsin psixi durumu ilə bağlı tibbi ekspertizalar keçirilib. Həkim rəyləri ilə Qaçayın cinayəti anlaqsız vəziyyətdə törətdiyi məlum olub.
Bundan sonra istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarı ilə Q.Şahməmmədov saxlanıldığı istintaq təcridxanasından çıxarılaraq Respublika Psixatriya Xəstəxanasına yerləşdirilib.
İş materiallarında yazılıb ki, Qaçay xeyli müddət xəstəxanada müalicə aldıqdan sonra yenidən 3 saylı Bakı İstintaq Təcridxanasına qaytarılıb. Faciəsi də bundan sonra başlayıb. O, təcridxanaya qayıtdıqdan sonra orada 2 və 3-cü dərəcəli yanıq xəsarətləri alıb. Dərhal müalicə müəssisəsinə çatdırılıb.
Q.Şahməmmədovun təcridxanada hansı şəraitdə ağır dərəcəli yanıq xəsarətləri alması barədə istintaq materiallarında heç nə yazılmayıb. Ölüm haqda rəydən görünür ki, təqsirləndirilən şəxs yanıq və böyrək xəstəliyi səbəbindən müalicə olunduğu tibb müəssisəsində vəfat edib.
Təqsirləndirilən şəxsin ölümündən sonra prokurorluq məhkəməyə işlə bağlı qərar göndərib. Sözügedən sənəddə Q.Şahməmmədovun cinayət məsuliyyətindən azad edilməsi, ölümü ilə əlaqədar iş üzrə icraata xitam verilməsi məsləhət görülüb. Qərara hakim Aynurə Rzayevanın sədrliyi ilə baxılıb.
Qətlə yetirilən Rimma Tarıverdiyevanın hüquqi varisi qismində tanınmış valideyni məhkəmədə qızının Qaçaydan boşanmaq istədiyini bildirib. Dediyinə görə kürəkəni ailəsinin dağılmasını istəmədiyinə görə yalvarıb, sonradan evlilikləri davam edib.
Qaçayın qanuni nümayəndəsi qismində tanınmış atası isə mərhum oğlunun gəlinini niyə öldürdüyünü bilmir. Sadəcə onu qeyd edib ki, hadisə günü oğlu ona zəng edərək, “Durma, gəl. Öldürdüm, gəl, uşaqlara sahib çıx, polisə xəbər vermişəm”, - deyib.
Məhkəmə dəlil və sübutları tədqiq etdikdən, tərəfləri dindirdikdən sonra müttəhimin cinayəti anlaqsız vəziyyətdə törətməsinə əmin olub.
Qərara əsasən, Qaçay Şahməmmədov cinayət məsuliyyətindən azad edilib. Qanunun tələbinə uyğun olaraq müttəhimin ölməsi ilə əlaqədar iş üzrə icraata xitam verilib.
***
Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, Q.Şahməmmədov özünü yandıraraq intihar edib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar - FOTO
Bu gün, 00:01 |
|
|
|
• Şıxlinskinin oğlu atasının həbsindən DANIŞDI
Dünən, 23:46 |
|
|
|
• Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı
Dünən, 21:21 |
|
|
|
• İmtahanda 96 toplayan şagird attestatda 3 alıb - Məktəb qiymətlərinin uyğunsuzluğu mübahisə yaratdı
Dünən, 18:10 |
|
|
|
• Ermənistanda Rusiya kanalları bağlanacaq - RƏSMİ
Dünən, 18:07 |
|
|
|
• Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb
Dünən, 18:01 |
|
|
|
• Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın - Sensasion səs yazısı
Dünən, 17:59 |
|
|
|
• Rusların Azərbaycandakı məktəbləri də bağlanır - QƏRAR VERİLİB
Dünən, 17:55 |
|
|
|
• Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib
Dünən, 17:49 |
|
|
|
• Rusiyanın Ermənistana total hücumu - Lavrov KTMT-nin toplantısını İrəvana qarşı çevirib
Dünən, 17:46 |
|
|
|
• “Kupça”sız Azərbaycan – əmlakın var, amma sənin deyil paradoksu!
Dünən, 14:57 |
|
|
|
• 2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib
Dünən, 14:49 |
|
|
|
• DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var
Dünən, 14:39 |
|
|
|
• Rusiyanın azərbaycanlılara hücumları davam edəcək - Ekspert səbəbləri açıqladı
Dünən, 14:35 |
|
|
|
• Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... - AÇIQLAMA
Dünən, 12:35 |
|
|
|
• Sayt rəhbərinin məhkəməsi: - şahid danışdı
Dünən, 12:19 |
|
|
|
• Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:18 |
|
|
|
• Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? - Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Dünən, 12:16 |
|
|
|
• Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb
Dünən, 12:11 |
|
|
|
• Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu - GƏLİŞMƏ
Dünən, 12:09 |
|
|
|
• Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…
Dünən, 12:06 |
|
|
|
• “Umico” adını və logosunu dəyişdi - FOTO
Dünən, 11:59 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub - ƏMR
Dünən, 11:56 |
|
|
|
• “Baku Electronics”də yeni təyinat - BUNDAN SONRA...
Dünən, 11:54 |
|
|
|
• Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Dünən, 11:53 |
|
|
|
• “BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək
Dünən, 11:43 |
|
|
|
• Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
• AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə - 32 MİLYON ÖDƏYƏCƏK
Dünən, 11:35 |
|
|
|
• “Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
Dünən, 11:32 |
|
|
|
• Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi – böyük etimad!
Dünən, 11:30 |
|
|
|
• “Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” - ETİRAZ
Dünən, 11:25 |
|
|
|
• Oliqarx-məmur saxta yağ biznesinə girişib... - ÖZÜ DƏ GÖRÜN, KİMİNLƏ...
Dünən, 11:19 |
|
|
|
• “Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? — DETALLAR
Dünən, 11:13 |
|
|
|
• İran Prezidenti Xankəndiyə səfər edəcək - SƏBƏB
Dünən, 11:10 |
|
|
|
• Miri Yusifə ağır itki - FOTO
Dünən, 11:04 |
|
|
|
• Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... - DƏLİXANADIR, VALLAH...
Dünən, 11:02 |
|
|
|
• "Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:58 |
|
|
|
• MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı - VİDEO
Dünən, 10:49 |
|
|
|
• Baş direktor işdən çıxarıldı - BUNDAN SONRA
Dünən, 10:44 |
|
|
|
• Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? - VİDEO
Dünən, 10:28 |
|
|
|
• Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... -"Johovurd"
Dünən, 10:26 |
|
|
|
• Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək – Yenə həmin şirkət...
Dünən, 10:24 |
|
|
|
• Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır - Ovannisyan
Dünən, 10:16 |
|
|
|
• Birdəfəlik “stop” qoyuldu – Yeni qadağa qalmaqalı
Dünən, 10:12 |
|
|
|
• Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: - Hazır olun
Dünən, 10:06 |
|
|
|
• Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Dünən, 09:58 |
|
|
|
• Dövlət Agentliyi baş verən faciəyə görə – GÜNAHI SAHİBKARLARIN ÜZƏRİNƏ QOYDU
Dünən, 09:56 |
|
|
|
• Bu dəfə Yeni Yasamalda yol çökdü - VİDEO
Dünən, 09:47 |
|
|
|
• İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi - BAŞLARI QAÇIB...
Dünən, 09:33 |
|
|
|
• Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... - ATB-dən isə...
Dünən, 09:31 |
|
|
|
|