Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı .....                     Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb .....                     Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir .....                     İlham Əliyev ƏN DOĞRUSUNU EDİR... .....                     Keçmiş arvadı və qayınanasını bıçaqlayan şəxsə hökm oxundu .....                     Naxçıvan səhiyyəsində BÖHRANLI DURUM: adi iynə-dərman belə tapılmır... .....                     Media Reyestrində olmayan çap mediası subyektinin nəşri qadağan olunur .....                     Ermənistan-İran əməkdaşlığı müzakirə olunub .....                     "“Russia Today” və “Sputnik” Rusiya casusluğunun ön xəttindədir" .....                     İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir .....                     Ermənistandan sərt bəyanat: .....                     Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər müəyyənləşib .....                     “Rusiya ikinci cəbhədə: Cənubi Qafqazda savaşa risk etməz” .....                     Sabunçu İstehsalat Xidməti Bazasının direktoru vəzifədən azad ediləcək .....                     Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri .....                     Putinin dostu... AZƏRBAYCANA DOST OLA BİLMƏZ! .....                     Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı .....                     Məşhur jurnalistin qardaşlarını öldürən rus OMON-çuların FOTOSU .....                     “Müəllim-professor heyətinin “5-ci kolon” rolunu oynayıb-oynamadığını təyin etmək vacibdir” .....                     Ölkənin MÜDAFİƏ SƏNAYESİNİ KOLXOZ BAZARINA DÖNDƏRİB... .....                     Onlar da YOL ÜSTÜNDƏDİR... .....                     Anasına sataşan vəzifəli şəxsi öldürdü: Əxlaqsız təkliflər edibmiş... .....                     “Putin NATO”sunu Azərbaycana qarşı qaldırmaq cəhdi .....                     “Nə qədər ki, gec deyil, Rusiyada bir ağıllı insan tapılmalıdır ki...” .....                     İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər .....                     Salyanda keçmiş məktəb direktoru İTTİHAM OLUNUR .....                     74-cü maddənin C BƏNDİ... .....                     Bakı ÖNƏ ÇIXDI: Xəzərin o tayı da susmalı deyil... .....                     Bakı ilə İrəvan sözü bir yerə qoya biləcəkmi? .....                     Paşinyanın altından bir stul çəkilməlidir .....                     Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi .....                     İşarəni dənizdən gözləyənlər: Yoldaş Məmişovun səsi niyə çıxmır? .....                     "Jurnalistlərin binası"nda qaz problemi yaranıb .....                     Sahib Məmmədov tam KOLXOZ SƏDRİDİR .....                     Burda lisenziyasız “həkimlər” at oynadır .....                     Sertifikasiya imtahanından öncə suallar SIZDIRILIB .....                     “Caspian Engineering Solutions” MMC-nin 405 min manat vergi borcu var .....                     Onlar neyrtallaşdırılmalıdır!: Azərbaycanda təxribat törədə bilərlər .....                     Rusiya və İranın təsir dairəsi genişlənir: Türkiyə bazalarının Azərbaycanda yerləşməsi... .....                     Sektor müdirindən ibtidai təhsilin 5 illik olması təklifinə ETİRAZ .....                 

“Sevən adam oturub, 14 fevralı, yaxud da 30 iyunu gözləməməlidir” - Aqşin Yenisey
Tarix: 14-02-2014, 10:28 | Çap et
“Sevən adam oturub, 14 fevralı, yaxud da 30 iyunu gözləməməlidir”
Bu gün 14 fevral, bir çoxlarımızın Sevgililər günüdür. Ona görə bir çoxlarımızın dedim ki, Azərbaycanda 14 fevrala münasibət birmənalı deyil. Kimisi 14 fevralı - Sevgililər gününü kimi qəbul edir və xüsusi bayram kimi qeyd edir. Kimi də bu günə xüsusi vaxt və pul ayıranları qınayır.
Hər il fevral ayı girər-girməz bir mövzu ətrafında uzun-uzadı, bəzən də yorucu müzakirələr başlayır. Mövzu 14 fevralın Azərbaycanda Sevgililər günü kimi qeyd olunub- olunmaması ilə bağlıdır. Azərbaycan xalqına və müsəlmanlara xas olmayan bu bayrama hər dəfə etirazlar olur, radio və televizorlarda danışılır, qəzet və jurnallarda məqalələr dərc olunur və hamı narazılığını bildirir. Ancaq çox təəssüf ki, bunun heç bir təsiri olmur.
Bildiyiniz kimi, dünyanın hər yerində qeyd olunan Sevgililər günü özünü sevgi yolunda fəda edən Müqəddəs Valentinin xatirəsini əbədiləşdirmək məqsədilə bayram edilir. Uzun əsrlər bundan əvvəl sevgililər bu günü qeyd edərkən adlarını yumurtalara yazıb suya atır, sevgiləri naminə xüsusi kartlar düzəldirdilər. Müasir dünyada dəyişən hər şeylə bərabər isə sevgililərin biri-birinə sevgi sübut etmə tərzləri də dəyişdi. Artıq sevgililər biri-birini düşündüklərini aldıqları çiçək və hədiyyələrlə göstərməyə çalışırlar.
Ənənəyə uyğun olaraq, 14 fevralın Sevgililər günü kimi qeyd olunmasına bu il də etiraz edənlər tapıldı. Milli Məclisin deputatı Fazil Mustafa 14 fevralın Azərbaycanda Sevgililər günü kimi qeyd edilməsinə qarşı çıxıb. Millət vəkili belə bir günün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb etmədiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda Sevgililər gününün qeyd olunmasına ehtiyac yoxdur. Avropada hansısa xalqın mentalitetinə, adətlərinə uyğundursa, bunu qeyd edə bilirlər. Deputat hesab edir ki, belə günlər süni şəkildə cəmiyyətin üzərinə köçürülür: "Məzmununu, mənasını dərindən anlamadan sadəcə avropalı olaq deyə, görüntü olaq deyə belə bir günün qeyd olunması mənimçün heç bir məna ifadə etmir. Kimlərsə qeyd edirsə, bu da onların seçimidir. Ümumiyyətlə, sevgililər günü və bu formada günlərin ortaya atılması doğru deyil. Cəmiyyətə ümumiləşdirilmiş günlərin təqdim olunması ancaq o halda ola bilər ki, cəmiyyətin bütün təbəqələrinin marağına uyğun hadisə olsun”.
Gənc şair Aqşin Yenisey isə Sevgililər gününün birdəfəlik ləğv olunması ilə bağlı fikirlərini sərgiləyib. Yazarın sözlərinə görə, sevginin günü və saatı olmur. Sevən hər gün sevir. Sevməyi bacarmayan insan üçünsə, 14 fevral, 30 iyun fərq etməz: "Kütləvi bayramların mənim üçün elə də bir önəmi yoxdur. Təqvimdə qırmızı rənglərlə yazılan günlərlə adi günlər arasında heç bir fərq görmürəm. Elə tarixlər var ki, onları doğrudan da bayram günü kimi qeyd etmək olar. Məsələn, 28 May tarixi Şərqdə ilk müstəqil- demokratik Cümhuriyyətin qurulması günüdür, 20-21 Martda ölkəmizə bahar gəlir. Həmin günlərin önəmini başa düşmək olur. Sevgililər gününün bayram kimi qeyd olunmasını anlamıram”.
Gənc yazarın sözlərinə görə, bəzi vaxtlar Sevgililər gününün hansı gün tarixində qeyd olunmasını ölkə ziyalılarının Azərbaycanın prioritet məsələsi kimi qaldırmaları heç cür qəbul edilən deyil: "Bəzən ziyalılarımız, ictimaiyyət adamları hansısa tarixin Sevgililər günü kimi qeyd olunması üçün müraciətlər hazırlayır. Azərbaycan xalqının o qədər ciddi problemləri var ki, şkala ilə müəyyənləşdirsək, Sevgililər günü onların yanında axırdan birinci olar.
"Sevən adam üçün hər gün Sevgililər günüdür” prinsipi ilə yaşayan şair ironiya ilə qeyd edib ki, bir tərəfdən də hansısa bir tarixin Sevgililər günü kimi qeyd olunmağı yaxşı olardı. Çünki biz
millət olaraq biri-birimizi sevmirik, əksinə, nifrət edirik. Heç olmasa, saxta da olsa, həmin gün yalandan ətrafa sevgi sözcükləri yayarıq. Şəxsən mənim üçün hər gün Sevgililər günüdür. Sevən adam sevdiyi qadına hədiyyə almaq, ona şirin söz demək üçün oturub, 14 fevralı, yaxud da 30 iyunu gözləməməlidir. Bu gün Sevgililər gününü qeyd edən yeniyetmə, başı dumanlı gənclərdir. Hansı kişi 3 uşaq anası həyat yoldaşına Sevgililər günü hədiyyəsi alır. Əgər elə bir kişi varsa da, o elə öz arvadının tayıdır. Onun kişi olması belə mənim üçün bir az şübhə doğurur. Ürək sənin, xanım sənin. Əlindən alan yoxdur ki! Sevdiyin qadına gül almaq üçün niyə 30 iyun, ya da 14 fevralı gözləyirsən ki? Həmin hədiyyəni sentyabrın 4-də alsan dünya dağılmaz ki!”.
Azərbaycanda ümumiyyətlə Sevgililər gününün keçirilməməsi ətrafında düşünmədiyini deyən sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu bayram üçün 30 iyun ən uyğun seçimdir: "Bu, həm milli bayramdır, həm qəhrəmanlıq tariximizdir, həm də sevgi kimi müqəddəs bir hisslə bağlıdır”.
Millət vəkilinin Azərbaycanda 14 fevralın Sevgililər günü kimi qeyd olunmasının yanlış olması fikri ilə həmrəy olduğunu vurğulayan sosioloq bildirib ki, 14 fevral bizim üçün qondarma bir gündür: "Valentin gününün bizdə Sevgililər günü kimi qeyd olunmasının mən də əleyhinəyəm. Həmin gün bizim tariximizdən gəlməyən, milli- mənəvi dəyərlərimizə söykənməyən, hətta tərkibində müəyyən kodlar daşıyan bir bayramdır. 14 fevralın Azərbaycanda Sevgililər günü kimi qeyd olunmasının cəmiyyətimizə, nə də mənəviyyatımıza fayda verəcək bir müsbət keyfiyyətləri var”. Mütləq Azərbaycanda hər hansı bir tarixə Sevgililər günü kimi düşəcəksə, Ə.Qəşəmoğlu 30 iyunun sevgililər üçün daha böyük bir bayrama çevrilməsini məqsədəuyğun hal kimi qiymətləndirir. Onun fikrincə, milli sevgililər gününün daha böyük bir səviyyədə keçirilmə ənənəsi formalaşsa, bu, ölkəmizin də mövqeyinə xoş təəssüratlar gətirər: "Azərbaycanda Sevgilələr günü olsun-olmasın” sualı ətrafında düşünməmişəm. 30 iyuna da etirazım yoxdur, lakin 14 fevralın Azərbaycanda Sevgililər günü kimi qeyd olunmasına kəskin etirazım var”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:02
Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb - İLGİNC FAKTLAR
Bu gün, 11:00
Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir
Bu gün, 10:50
İlham Əliyev ƏN DOĞRUSUNU EDİR... - BU FAKTDIR!
Bu gün, 10:48
Keçmiş arvadı və qayınanasını bıçaqlayan şəxsə hökm oxundu
Bu gün, 10:40
Naxçıvan səhiyyəsində BÖHRANLI DURUM: adi iynə-dərman belə tapılmır... - Buna görə, ağır xəstələri belə evə buraxırlar...
Bu gün, 10:37
Media Reyestrində olmayan çap mediası subyektinin nəşri qadağan olunur
Bu gün, 10:33
Ermənistan-İran əməkdaşlığı müzakirə olunub
Bu gün, 10:29
"“Russia Today” və “Sputnik” Rusiya casusluğunun ön xəttindədir" - Müşfiq Ələsgərli
Bu gün, 10:27
İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir
Bu gün, 10:26
Ermənistandan sərt bəyanat: - Biz Putini təhqir etsək, necə olacaq?
Bu gün, 10:24
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər müəyyənləşib
Bu gün, 10:22
“Rusiya ikinci cəbhədə: Cənubi Qafqazda savaşa risk etməz” - NƏ BAŞ VERİR?
Bu gün, 10:20
Sabunçu İstehsalat Xidməti Bazasının direktoru vəzifədən azad ediləcək
Bu gün, 10:18
Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnəcək
Bu gün, 10:15
Putinin dostu... AZƏRBAYCANA DOST OLA BİLMƏZ! - ÇÜNKİ...
Bu gün, 10:11
Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı – "Sonra da deyirik bizi niyə sevmirlər?"
Bu gün, 09:51
Məşhur jurnalistin qardaşlarını öldürən rus OMON-çuların FOTOSU - Aralarında tatar da var
Bu gün, 09:49
“Müəllim-professor heyətinin “5-ci kolon” rolunu oynayıb-oynamadığını təyin etmək vacibdir” - ÇAĞIRIŞ
Bu gün, 09:45
Ölkənin MÜDAFİƏ SƏNAYESİNİ KOLXOZ BAZARINA DÖNDƏRİB... - ŞOK FAKTLAR...
Bu gün, 09:33
Onlar da YOL ÜSTÜNDƏDİR... - FOTO
Bu gün, 09:27
Anasına sataşan vəzifəli şəxsi öldürdü: Əxlaqsız təkliflər edibmiş... - TƏFƏRRÜAT
Bu gün, 09:23
“Putin NATO”sunu Azərbaycana qarşı qaldırmaq cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 09:15
“Nə qədər ki, gec deyil, Rusiyada bir ağıllı insan tapılmalıdır ki...” - deputat
Bu gün, 09:14
İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Bu gün, 09:12
Salyanda keçmiş məktəb direktoru İTTİHAM OLUNUR - aidiyyatı qurumlar isə...
Bu gün, 09:06
74-cü maddənin C BƏNDİ... - Ekspertdən ŞƏRH
Bu gün, 09:00
Bakı ÖNƏ ÇIXDI: Xəzərin o tayı da susmalı deyil... - ÇÜNKİ...
Bu gün, 08:55
Bakı ilə İrəvan sözü bir yerə qoya biləcəkmi? - Heç olmasa... BU DƏFƏ!
Bu gün, 08:53
Paşinyanın altından bir stul çəkilməlidir - amma hansı?
Bu gün, 08:48
Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi - Şəxsi istifadə zamanı əmlak məhv oldu…
Bu gün, 07:53
İşarəni dənizdən gözləyənlər: Yoldaş Məmişovun səsi niyə çıxmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:37
"Jurnalistlərin binası"nda qaz problemi yaranıb - NARAZILIQ VAR...
Bu gün, 07:35
Sahib Məmmədov tam KOLXOZ SƏDRİDİR - İLGİNC FAKTLAR
Bu gün, 07:32
Burda lisenziyasız “həkimlər” at oynadır - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
Sertifikasiya imtahanından öncə suallar SIZDIRILIB – Kimya Müəllimlərindən ŞOK İDDİA
Bu gün, 07:23
“Caspian Engineering Solutions” MMC-nin 405 min manat vergi borcu var - VİDEO
Bu gün, 07:19
Onlar neyrtallaşdırılmalıdır!: Azərbaycanda təxribat törədə bilərlər - ÇAĞIRIŞ
Bu gün, 07:15
Rusiya və İranın təsir dairəsi genişlənir: Türkiyə bazalarının Azərbaycanda yerləşməsi... - AKTUAL
Bu gün, 07:12
Sektor müdirindən ibtidai təhsilin 5 illik olması təklifinə ETİRAZ - "Qəti ehtiyac yoxdur"
Bu gün, 07:10
Limonun ədədi 1,50 oldu... - BU MƏHSULLAR DA BAHALAŞACAQ!
Bu gün, 07:08
Rusiyanın müharibə iqtisadiyyatı tənəzzülə uğrayır - AMMA...
Bu gün, 07:02
Azərbaycan İranın düşməni deyil - amma Tehran belə düşünmürsə...
Bu gün, 07:00
Ukraynanın Avropa yolundakı Orban əngəli – Bu səddi necə keçməli?
Bu gün, 06:58
SOCAR-da QAYÇILAMA davam edir - BU DƏFƏ İSƏ...
Bu gün, 06:54
“Yaxın günlərdə bizi sürpriz xəbər və hadisələr gözləyə bilər…” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:34
“Pomidor məsələsi” Kremlin cılızlığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29
Ukrayna onları “qara siyahı”ya saldı - BUNA GÖRƏ
Bu gün, 06:27
Rusiyanın Bakıya təzyiqi haqda inanılmaz iddia – “Mümkün deyil! Buna getmərik!”
Bu gün, 06:24
Rusiya Azərbaycan internetinə hücuma hazırlaşır? - Rəqəmsal təhlükə qapımızdadır!
Bu gün, 06:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru