Türkiyə və İsrail Azərbaycan masasından niyə çəkildilər? .....                     Körpə uşaq MADO-da az qala zəhərlənəcəkdi .....                     Bir fotoda ilişib qalan YENİ TARİX... .....                     Putin özünü ifşa etdi: Tramp siyasətini dəyişdirir .....                     Pezeşkian Azərbaycanın düşmənlərinin qarşısında durdu .....                     “Qapalı Mədəniyyət Evi, açıq bazar... .....                     Sülh müqaviləsi hansı şəhərdə İMZALANACAQ? .....                     Tanınmış jurnalistdən Həmkarlar İttifaqına sərt etiraz .....                     Kreml Bakını İrəvandan “vuracaq?” .....                     "Paşinyan əgər buna nail ola bilsə, ilk erməni lideri olacaq ki..." .....                     'Azəriqaz'da yüksək posta YENİ TƏYİNAT .....                     Paşinyan Kilsəyə qarşı açdığı savaşdan geri çəkilməyəcək .....                     Lazım gəlsə, Paşinyanla görüşməyə hazıram .....                     Papaya etimad və ya XIV Leo Rusiya və Ukraynanı necə barışdırmaq istəyir? .....                     Lazım gəlsə, Paşinyanla görüşməyə hazıram .....                     "Bütün hallarda İYİ Partiyanın bu təklifi dəstəklənməlidir" .....                     Aşıq Əhliman danışa bilmir .....                     ABŞ Ukraynaya dəstəkdən imtina etməyib və bu prosesi davam etdirmək niyyətindədir .....                     13 gündür oğlu kanalda boğulan ata fəryad ETDİ .....                     Alı müəllim dara düşdü TROL ORDUSU YIĞDI VƏ... .....                     “O, Heydər Əliyevə demişdi ki, .....                     Putin yeni nəqliyyat naziri təyin edib .....                     Boş qalan istirahət MƏKANLARI: Soyuq hava turizmi də “VURDU” .....                     Tehran-Bakı münasibətlərini pozmağa çalışırlar .....                     Trampın qərarı dolları bahalaşdırdı: Manatı nələr gözləyir? .....                     Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib .....                     Məhkəmə Fazil Mustafaya sui-qəsd işində təqsirləndirilən şəxslərlə bağlı .....                     Sülh müqaviləsi və Zəngəzur dəhlizi üçün “yaşıl işıq” .....                     3 tender ləğv oldu, 1,3 milyon manatlıq gözlənti yarımçıq qaldı .....                     PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq .....                     İrəvanda bitməyən “deputat ovu”: Paşinyan onları yolundan kənarlaşdırır .....                     Bu şirkət dövlət qurumuna proqram satdı 700 minə yaxın .....                     Müxalifət onu ümumi lider səviyyəsinə qaldırmaqdan çəkinir .....                     İcra Hakimiyyəti 1,4 milyonluq texnikaları bu şirkətdən aldı .....                     Kredit faizləri artır .....                     Rəsmi Tehran Trampın dediklərini təkzib etdi .....                     Ermənilər təşvişdə: Tezliklə Zəngəzura nəzarət itə bilər .....                     Məsud Pezeşkian Azərbaycan əleyhinə iddiaları təsdiqləməyib .....                     Mingəçevirdə usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü .....                     Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb .....                 

“Nardarandan, Maştağadan gedib Suriyada döyüşənlər haqda heç kim heç nə demir” VƏHABİ ARQUMENTİ
Tarix: 8-02-2014, 10:31 | Çap et
“Nardarandan, Maştağadan gedib Suriyada döyüşənlər haqda heç kim heç nə demir”
Qaradağ rayonundakı Müşfiqabad məscidinin imamı Mübariz Qaçayev fevralın 7-də “Media forum” saytının suallarını cavablandırıb.


- Son günlər Müşfiqabad məscidinin adı tez-tez hallanır, sizin məsciddə çalışan din xadimlərini Azərbaycan vətəndaşlarını Suriyaya göndərməkdə ittiham edirlər. Məscidə ibadətə gələnlər azalıbmı?

- Heç bir dəyişiklik yoxdur. Məscid ibadət yeridir, insanlar gəlib namaz qılır, axirətləri üçün çalışırlar. Biz axirətə, qiyamət gününə inanan insanlarıq. Bu gün cümə namazı qılınıb. Soyuq havaya, yolların palçıq olmasına baxmayaraq insanlar ibadətə gəlmişdilər. Namaz qılınıb, dua edilib, başqa söhbət olmayıb. İnsanların məscidə gəlməsində məqsəd namaz qılıb Allahın əmrini yerinə yetirməkdir. Bizim başqa niyyətimiz yoxdur.

- Cümə namazı necə keçdi, əvvəllər gələn qədər insan vardımı?

- Şükür, həmişə olduğu kimi bu gün də çox gözəl keçdi. Məscidin ətrafı tamamilə qardır. Buna baxmayaraq camaat məscidə gəlmişdi, hətta qarın üstündə namaz qılıblar.

- Cümə namazlarında məscidə təxminən nə qədər adam toplanır?

- Mən içəridə oluram, deyə bilmərəm. Buna ancaq kənardan müşahidə edən adam cavab verə bilər. Mən çölə çıxanda artıq hamı getmiş olur. Ona görə dəqiq deyə bilmərəm. Amma adam çox olur. İçəridə yer olmadığına görə həyətdə, məscidin bağçasında da namaz qılınır.

- Hüquq mühafizə orqanlarından məscidə gələn, sizinlə söhbət edən olubmu? Əraziyə nəzarət gücləndirilibmi?

- Gəlib-gedənlər haqqında bir söz deyə bilmərəm, bu onların öz işidir, nə etməli olduqlarını bilirlər. Amma təhlükəsizlik məsələləri həmişə gündəmdə olub. Nəzarət edilir ki, yanlış, hikmətsiz hərəkətlərə yol verilməsin. Hətta soruşurlar ki, vəziyyət necədir, hər şey normaldır, ya yox. Problem yoxdur. Namaz zamanı gəlib-gəlmədiklərini deyə bilmərəm. Bu, dövlətin öz işidir.

- Bəzi dindarlar Müşfiqabad məscidini Azərbaycanda dini radikalizmi yaymaqda suçlayır. Siz bu ittihamlarla razısınızmı?

- Bunların hamısı iftiradır. Bunu açıq formada deyirəm. Müşfiqabad məscidinə gələnlərin hamısı əhli-sünnədir, gəlib namaz qılır, ibadət edirlər. Əsasən cümə namazlarında adam çox olur. Ara günlərdə də gələnlər olur. Hamının məqsədi ibadətlə məşğul olmaqdır. Başqa cür danışanların isə məqsədi camaatı qızışdırmaq, cəmiyyətdə əhli-sünnə camaatına qarşı mənfi rəy formalaşdırmaq, nifrət yaratmaq və nifaq salmaqdır. Onlar nifrət toxumu səpirlər. Bu da onların hiylələridir. Allah bu hiylələri onların öz üzərinə yıxacaq. Əhli-sünnə camaatının məqsədi ibadətdir. Bizi ittiham edənlərin iddia etdikləri işlərdən uzağıq. İnşallah, həmişə belə olacaq. Sizin dediyiniz məsələlər dövlətin işidir. Təhlükəsizlik orqanları var, radikalizmin yayılmasında kimin iştirakı, günahı olduğunu araşdırır, axtarırlar.

- Siz bu gün cümə xütbənizdə nədən danışdınız?

- Bugünkü xütbədə elmdən bəhs etdik. Cavanlarımıza bildirdik ki, elm hər kəsə və həmişə lazımdır. Müəllim, həkim elmsiz olanda ona yaxşı yanaşmırıq. Belələri olanda hamı deyir ki, elmi yoxdur. Elmli olmaq daha yaxşıdır. Xütbəmdə dedim ki, dünyəvi məsələlərdə elmə qiymət verdiyimiz kimi, dinimizin şəriəti ilə bağlı məsələlərdə də alimə, elmə və maariflənməyə böyük dəyər verməyiniz lazımdır.

- Xütbələrinizdə müharibə bölgələrində yaşayan, çətinliklərlə üzləşən müsəlmanların durumu kimi məsələlərə toxunursunuzmu?

- Allah-taalanın dinimizi, peyğəmbərlərimizi göndərməyində məqsəd insanların daha yaxşı yaşaması, bir-biri ilə xoş münasibət qurmasıdır, bataqlıqdan, çirkinlikdən və digər yanlışlıqdan düz yola yönəlməsinə yol göstərməkdir. “Quran”da bunun yolları da göstərilib. Din tək namaz qılmaq, oruc tutmaqdan ibarət deyil. Bunlardan əlavə Allah-taalanın insanlar üzərinə qoyduğu haqlar, qadağalar var. Bura valideyn, qohum-əqrəba, qonşuluq və digər insanların haqları, əmr və qadağalar, haram və halallar daxildir. Biz bu mövzulara müntəzəm müraciət edir, söhbət aparırıq. Cəmiyyətimizin, insanların islah olunmasını istəyirik. Dini gözəl biləndə insanlar daha xoş münasibət qurur, bir-birinə rəhmli olurlar.

- Sizin məsciddə və xütbələrinizdə nə vaxtsa Suriya məsələlərindən danışılıbmı? Siz nə vaxtsa tərəfdarlarınızı Suriyaya gedib orada cihad etməyə çağırmısınızmı?

- Bunlar hamısı iftiradır. Mətbuatda yazırlar ki, kiminsə atası Müşfiqabad məscidinə gedib, oğlunu tələb edib. Guya həmin şəxsin oğlu Müşfiqabad məscidində namaz qılıb. Mən nə həmin şəxsi, nə də oğlanlarını tanıyıram. Bizə lazım olan - gəncləri dini səpkidə elmləndirməkdir. İnsanın elmi olmasa, hər yola düşə bilər. Bizim Suriyaya getmək kimi məsələlərlə, söhbətlərlə, əməllərlə heç bir əlaqəmiz yoxdur. Belə bir müraciət, çağırış da etməmişik. Belə bir hal ola da bilməz. Mənim xütbələrimin hamısı yazılıb, kim istəsə gəlib baxa bilər.

- Gənclərdən yanınıza gəlib Suriyaya gedib-getməmək məsələsində nəsə soruşan, məsləhət alan olubmu?

- Xeyr, olmayıb. Hamısı yalan söhbətlər, uydurma və məscidimizə atılan iftiradır. Allah hər kəsin öz iftirasını öz başına yıxacaq.

- Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası fətva verdi ki, axund və imamlar öz xütbələrində şəhidlik, cihad haqqında mövzulara yer ayırsınlar, gəncləri maarifləndirsinlər. Siz xütbələrinizdə bu mövzulara toxundunuzmu?

- Cihadla bağlı məsələlər alimlərə, buna haqqı çatanlara aiddir. Mən kiməm ki? Məsciddə imamlıq edirəm. Mənim işim namaz qıldırmaq, insanları islaha çağırmaqdır. Sizin dediyiniz məsələ mənim işim deyil. O işə qarışa bilmərəm. Biz insanları yaxşı əməllərə, haramdan, içkidən, zinadan uzaq durmağa səsləyirik. Sizin dediyiniz məsələlər böyük alimlərin və buna haqqı çatan insanların işidir ki, fətva versinlər. Biz fətva vermirik.

- Siz Suriyaya gedib döyüşməyi cihad, orada ölməyi şəhidlik sayırsınızmı?

- Bu söhbətlər mənə aid deyil, belə sualı alimlərə verin. Mən adi bir insanam, imamlıq edirəm. Mənim bu qədər savadım yoxdur. Suriyada gedib döyüşməyin cihad, orada ölməyin şəhidlik olub-olmaması alimlərə aid məsələdir.

- Azərbaycanda insanları Suriyaya döyüşə aparan məscidlər, təşkilatlar varmı?

- Bunu kim deyirsə, yalan danışır. O gənclər özləri Suriyaya yollanır. Hazırda internet dövrüdür, informasiyalar sürətlə yayılır, hər kəsin hər şeydən xəbəri var. Suriyaya getməyi hər hansı məscidin adına bağlamaq haqsızlıqdır.

Burada diqqəti çəkən bir məqam var. Baxırlar, harada əhli-sünnə məscidi varsa, belə məsələləri o məscidin üzərinə atırlar. Çox maraqlıdır ki, bu gün Nardarandan, Maştağadan gedib Suriyada döyüşənlər haqda heç kim heç nə demir. Məqsədləri əhli-sünnə camaatını gözdən salmaqdır. Biz öz əxlaqımız, əməlimizlə göstərəcəyik ki, bunlar yanlış fikirlərdir. Onsuz da cəmiyyət bilir ki, əhli-sünnə camaatından heç kimə ziyan gəlmir. Bir-iki şər-böhtanla insanları ləkələmək olmaz. Peyğəmbərlər, salehlər, irəli gedən insanlar haqqında həmişə belə sözlər deyilib. Amma zaman bu işləri yoluna qoyacaq, inşallah. Hər şey yoluna düşəcək.

- Sizin camaat necə adlanır?

- Biz əhli-sünnə, yəni peyğəmbərin sünnətinə saleh olan camaatıq.

- Yəni sələfilər?

- Sələfilər də əhli-sünnə camaatıdır. Sələfi Allah və onun peyğəmbərinə tabe olandır. Həmin camaat hər bir məsələdə Allahın kitabına və peyğəmbərinin sünnətinə müraciət edir.

- Deyirsiniz sizə şər atırlar, bunu kimlər edir, sizə məlumdurmu?

- Sözsüz ki, məlumdur. Mediada da mənə şər atırlar. Bu gün də yazıblar ki, guya məni həbs ediblər.

- MTN-ə çağırılmağınız doğrudur?

- Tamamilə yalandır. Belə bir hal yoxdur.

- Azərbaycanda dini baxımdan, o cümlədən təriqətlər arasında bir gərginlik varmı?

- Gərginlik yoxdur. Boş sözləri ortalığa atmaqda məqsəd gərginlik yaratmaqdır. Biz belə fikirlərdən uzağıq.

- Müşfiqabad məscidinin dini icmasını dövlət qeydiyyatına alıblarmı?

- Bizim məscid 1998-ci ildə Qafqaz Müsəlmanları İdarəsi və Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. İcmaların təkrar qeydiyyatdan keçməsi ilə bağlı 2007 və 2009-cu illərdə sənədlərimizi Qafqaz Müsəlmanları İdarəsinə vermişik. İndiyədək bir cavab almamışıq. Bu yaxınlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən nümayəndələr gəlmişdi. Məscidin fəaliyyəti, icmalarla bağlı araşdırma apardılar. Ümid edirik ki, inşallah, dini icmamız qeydiyyatdan keçəcək. Nə qərar verilsə, onu qəbul edəcəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə və İsrail Azərbaycan masasından niyə çəkildilər? - Görünəni odur ki...
Bu gün, 08:32
Körpə uşaq MADO-da az qala zəhərlənəcəkdi - "Görün, ətin içinə bu vicdansızlar nələr qatırlar..."
Bu gün, 08:30
Bir fotoda ilişib qalan YENİ TARİX... - şəkiraltı...
Bu gün, 08:23
Putin özünü ifşa etdi: Tramp siyasətini dəyişdirir - NYT
Bu gün, 07:10
Pezeşkian Azərbaycanın düşmənlərinin qarşısında durdu - FAKT BUDUR!
Bu gün, 06:30
“Qapalı Mədəniyyət Evi, açıq bazar... - Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
Bu gün, 06:25
Sülh müqaviləsi hansı şəhərdə İMZALANACAQ? - Brüssel, Doha, yoxsa Riyad?
Bu gün, 06:19
Tanınmış jurnalistdən Həmkarlar İttifaqına sərt etiraz - “Bu necə insanlıqdır?!”
Bu gün, 06:11
Kreml Bakını İrəvandan “vuracaq?” – Paşinyan təhlükədə, 3 hədəf var
Bu gün, 06:04
"Paşinyan əgər buna nail ola bilsə, ilk erməni lideri olacaq ki..." - Deputatdan AÇIQLAMA
Bu gün, 06:01
'Azəriqaz'da yüksək posta YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:58
Paşinyan Kilsəyə qarşı açdığı savaşdan geri çəkilməyəcək - ÇÜNKİ...
Bu gün, 05:54
Lazım gəlsə, Paşinyanla görüşməyə hazıram - Kilikiya Katalokosu
Bu gün, 05:51
Papaya etimad və ya XIV Leo Rusiya və Ukraynanı necə barışdırmaq istəyir? - AKTUAL
Bu gün, 05:49
Lazım gəlsə, Paşinyanla görüşməyə hazıram - Kilikiya Katalokosu
Bu gün, 05:45
"Bütün hallarda İYİ Partiyanın bu təklifi dəstəklənməlidir" - Bakıdan REAKSİYA
Bu gün, 05:41
Aşıq Əhliman danışa bilmir - AÇIQLAMA
Bu gün, 05:35
ABŞ Ukraynaya dəstəkdən imtina etməyib və bu prosesi davam etdirmək niyyətindədir - Dövlət Departamenti
Bu gün, 05:32
13 gündür oğlu kanalda boğulan ata fəryad ETDİ – “Nəşini tapmaq üçün bir günlük kanalı qurudun!”
Dünən, 18:20
Alı müəllim dara düşdü TROL ORDUSU YIĞDI VƏ... - FOTO
Dünən, 18:15
“O, Heydər Əliyevə demişdi ki, 102-ci baza Azərbaycana yox, Türkiyəyə qarşıdır...”
Dünən, 18:03
Putin yeni nəqliyyat naziri təyin edib
Dünən, 18:01
Boş qalan istirahət MƏKANLARI: Soyuq hava turizmi də “VURDU” - GƏLİŞMƏ
Dünən, 18:00
Tehran-Bakı münasibətlərini pozmağa çalışırlar - Sərdar Cəlaloğlu
Dünən, 17:51
Trampın qərarı dolları bahalaşdırdı: Manatı nələr gözləyir? - AKTUAL
Dünən, 17:48
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
Dünən, 17:45
Məhkəmə Fazil Mustafaya sui-qəsd işində təqsirləndirilən şəxslərlə bağlı qərar verib
Dünən, 17:17
Sülh müqaviləsi və Zəngəzur dəhlizi üçün “yaşıl işıq” - ŞƏRH
Dünən, 17:16
3 tender ləğv oldu, 1,3 milyon manatlıq gözlənti yarımçıq qaldı - TƏFƏRRÜAT
Dünən, 17:14
PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq
Dünən, 17:13
İrəvanda bitməyən “deputat ovu”: Paşinyan onları yolundan kənarlaşdırır - İNCƏLƏMƏ
Dünən, 17:10
Bu şirkət dövlət qurumuna proqram satdı 700 minə yaxın - PUL QAZANDI
Dünən, 17:06
Müxalifət onu ümumi lider səviyyəsinə qaldırmaqdan çəkinir - ÇÜNKİ...
Dünən, 17:04
İcra Hakimiyyəti 1,4 milyonluq texnikaları bu şirkətdən aldı - SİYAHI
Dünən, 17:00
Kredit faizləri artır - Səbəb və nəticələr
Dünən, 16:57
Rəsmi Tehran Trampın dediklərini təkzib etdi
Dünən, 16:54
Ermənilər təşvişdə: Tezliklə Zəngəzura nəzarət itə bilər - TƏFƏRRÜAT
Dünən, 16:50
Məsud Pezeşkian Azərbaycan əleyhinə iddiaları təsdiqləməyib - “Donya-e-eqtesad”
Dünən, 16:47
Mingəçevirdə usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü
Dünən, 15:56
Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb
Dünən, 15:54
Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb
Dünən, 15:51
Azərbaycanın hava məkanında məhdudiyyətlərin tətbiqi qaydası müəyyənləşib
Dünən, 15:34
Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan
Dünən, 15:30
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
Dünən, 15:25
Bakıda 3 nəfəri öldürən dəstə başçısının MƏHKƏMƏSİ - "Əl-qolunu bağlayıb işgəncə verdik"
Dünən, 15:13
Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olub
Dünən, 15:09
Unibankın İdarə Heyəti sədri dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 15:06
Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb
Dünən, 13:01
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - ƏMR
Dünən, 12:59
İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... - Tarasov
Dünən, 12:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru