Neçə gündür ki, içməli su küçəyə axıdılır... .....                     Rusiya gizlicə Belarus sərhədindən kütləvi hücum edib .....                     Talıbovun aktivləşməsinin pərdəarxası .....                     Hakimiyyətin içində YEYƏN MİKİ... .....                     Onu TƏFTİŞ EDİRLƏR? .....                     Əhmədzadənin həbsi onu bir başqa cür fəallaşdırdı .....                     İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib .....                     "İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər... .....                     “Bank Respublika”da təhlükəli dinamika .....                     Füzulidə direktor NİYƏ CƏZALANDI? .....                     NƏ DƏYİŞDİ Kİ: Süleyman Mikayılov rayonu indi də EVDƏN İDARƏ EDİR .....                     "Özümü yenidən kəşf etmişəm" .....                     Səhiyyə Nazirliyinin TENDER HOQQABAZLIĞI .....                     Torpaq sahibi əkdiyi ağacı kəsə bilmir .....                     Nazirlər Kabineti qazla bağlı YENİ QƏRAR VERDİ .....                     Paşinyan sammit qərarı: İrəvan Moskvanın orbitindən çıxır .....                     "SOLO SUN" MMC-nin iki milyon manat vergi borcu üzə çıxdı .....                     Vəzifədə əvəzedici olsa da... .....                     Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu .....                     Rubio Çini ABŞ-ın əsas geosiyasi rəqibi adlandırıb .....                     Qlobal bazarlar qaynayır .....                     Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi .....                     Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb .....                     Koçaryan erməniləri Paşinyanla qorxutdu .....                     Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi .....                     Müəllimlərin maaşı yeni qayda ilə .....                     Bankların şikayət indeksi .....                     Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək .....                     Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir .....                     Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB .....                     Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət .....                     "Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək .....                     Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib .....                     "İzzətin yanında mənə "Əməkdar artist" deməyin" .....                     Paşinyana qarşı qadağa tələbi .....                     Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr .....                     Məşhur generalın xanımı .....                     Nazim Pənahovdan yeni təyinat .....                     Putinə bu səlahiyyət verildi .....                     SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! .....                 

Qazaxda məmurlardan şəhid ailəsinə qarşı biabırçı hörmətsizlik RƏZALƏT
Tarix: 27-01-2014, 15:51 | Çap et
Qazaxda məmurlardan şəhid ailəsinə qarşı biabırçı hörmətsizlik
Azərbaycanda bəzi məmurların sadə vətəndaşları incitməsi, onların hüquqlarının tapdalanması ilə bağlı faktlar qalmaqdadır. Əsasən bu proses mərkəzdən uzaqda, ucqar ərazilərdə daha çox baş verir. Redaksiyamıza müraciət edən Qazax rayonunun Quşçu Ayrım kənd sakini, şəhid anası Gülsəhər Məmmədova da bu cür özbaşınalıqlarla üzləşdiyini iddia edir. Xanım şikayətçi deyir ki, oğlu Şiddət Məmmədov Azərbaycan torpaqlarının ermənilərdən müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Hazırda həmin kənddə, ermənilərin ən çox atəşkəsi pozduğu ərazidə-Quşçu Ayrım kəndində yaşayır, əgər buna yaşamaq demək olarsa. Şəhid ailəsi oğlu ilə birlikdə neçə illərdir ki dağılmaqda olan evlərində bərbad vəziyyətdə yaşayır. 2007-ci ildə ailənin yaşadığı ev tamam yararsız vəziyyətə düşüb. Bununla bağlı o Qazax rayon İcra Hakimiyyətinə müraciət edib. Amma, bu günə qədər şəhid ailəsinin problemi ilə maraqlanan olmayıb.

İcra başçısı və icra nümayəndəsi təmir pulunu yeyib

Gülsəhər Məmmədova deyir ki, ölkə başçısının 2007-ci il 14 dekabr tarixli qərarı ilə Qazaxda əlillərə və şəhid ailələrinə mənzil problemlərinin həllində kömək göstərilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə vəsait ayrılıb və həmin vəsaitlə həmin ailələrin mənzil təminatının yaxşılaşdırılması tapşırılıb. Amma, vəsaitin ayrılmasına baxmayaraq şəhid ailəsinin mənzil problemi həll edilməyib. Şəhid anası həmin vəsaitin Qazax rayon İcra Hakimiyyəti və yaşadığı Quşçu Ayrım kənd icra nümayəndəsi Elman Əliyev tərəfindən mənimsənildiyini iddia edir: “Bütün şəhid ailələrinin evinin bərpasına kömək olundu. Bircə mənim evim bu qərardan kənarda qaldı. Həyat yoldaşım dünyasını dəyişib. Bir oğlum qalıb, gözümün ağı-qarası. İcraçı orqanlar da onun sözünə önəm vermirlər. Bir qohum-qardaşım yoxdur ki, qabağa düşüb haqqımızı araya. Özümdə qoca arvadam, ağzı üstə yeriyirəm. Bir neçə aya qədər yataq xəstəsiydim. İndi şükür Allaha ki, bir balaca dirçəlmişəm, çıxıb həyət-bacanı süpürə bilirəm heç olmasa”.
Ağır durumda və fiziki cəhətdən də agır vəziyyətdə olan şəhid ailəsi hazırda imdad diləyir. Deyir ki, ev hər an uçmaq təhlükəsindədir. Dəfələrlə icra hakimiyyətinə və digər əlaqədar qurumlara müraciət etsə də, nə kənd icra nümayəndəsi, nə də rayon rəhbərliyi onun yaşayış vəziyyətilə maraqlanmır: “Heç kəs gəlib bizə kömək etmək istəmir. Vətən yolunda gənc oğlumu qurban vermişəm, bunlar isə bizi ələ salır. Oğlum şəhid olub, bizi də qırmaq istəyirlər. Bizim məmurlar şəhidlərə beləmi qiymət verir? Gərək bir dəfə ev başımıza uça qalaq altında ölək, ondan sonra reaksiya versinlər. Bunlar belə istəyirlər. Neçə dəfə dəvət etmişəm ki, evimizə baxsınlar, yaşayış şəraitimizi görsünlər. Amma hələ heç kim gəlməyib. Yuxarılara şikayət etməyə adamım yoxdu. Bunlar da ondan arxayındılar ki, səs yuxarılara çatmayacaq, ona görə də bildiklərini edirlər. Hətta iş o həddə çatıb ki, artıq şəhid ailəsi üçün ayrılan vəsaiti də mənimsəyirlər”.



75 yaşlı şəhid anasının evi başına uçur

Gülhəsər xanım ailəsinin yaşadığı durum barədə də məlumat verib: “Mən və bir oğlum bir mətbəxdə yaşayırıq, suvağı yox, döşəməsi yox, damı yox.Vallah burada heç kim yaşamaz. Hörmətli prezidentimiz İlham Əliyevə dəfələrlə məktub ünvanlamışam, dəfələrlə Mehriban xanıma yazdım, teleqram vurdum. Bütün məktublarıma, teleqramlarıma cavab gəldi. Ancaq heç bir kömək olunmadı yenə də. Bir şəhid anası kimi mənim tələbim və xahişim odur ki, komissiya göndərilsin, yaşayışımıza baxış keçirilsin. Gəlsinlər görsünlər ki, mən hansı vəziyyətdə yaşayıram".
Şəhid anası deyir ki, şəraitsizlik üzündən heç kiçik oğlu Paşanı da evləndirə bilmir: “Kiçik oğlum Paşanın 35 yaşı var. Amma vəziyyətimiz ürək açan olmadığından, evimiz şəraitsiz olduğundan evləndirə bilməmişəm onu. Mən də bu gün sabahlığam. 75 yaşım var. Məndən sonra bu balama bir hayan lazımdı, ya yox? Qazaxda dağların ətəyində, erməni gülləsi altında kiçik bir kənddə hər şeydən təcrid olunmuşuq. Heç kim bizi görmək istəmir”.

Məmurlar qadına şəxsiyyət vəsiqəsi də verməyib

Gülsəhər xanım daha bir məmur məsuliyyətsizliyindən gileylənir. Bildirir ki, o hələ də şəxsiyyət vəsiqəsi ala bilməyib: “Bütün ölkə vətəndaşların SSRİ-dən qalan pasportları Azərbaycanın şəxsiyyət vəsiqəsi ilə əvəz olundu, amma mənim hələ şəxsiyyət vəsiqəm də yoxdur. Sonuncu dəfə 1967-ci ildə pasport almışam. O zaman kənddə camaata şəxsiyyət vəsiqəsi verəndə Qazax rayon icra hakimiyyətindən səlahiyyətli şəxslər gəlmişdilər. Mən idarəyə getmək istəyirdim ki, pasportumu dəyişdirim. Oğluma dedilər ki, qoca arvaddı, neynir vəsiqəni? Sabah nə bilirsən, nə olacaq? Qoy, oturduğu yerdə otursun. Mən də savadsız bir adamam, nə bilirəm elə şeyləri. Bir-iki dəfə deyib susdum. Ancaq indi görürəm ki, vəsiqə hökmən lazımmış. İndi kimin üstünə gedirəm, heç kim şəxsiyyəti təsdiq edən sənəd kimi qəbul etmir sovet dövründə qalma sənədi. Yuxarı dairələrə sual verirəm, budurmu, şəhid anasına, şəhid ailəsinə göstərilən diqqət və qayğı? Bir ana övladını ona görəmi şəhid verib ki, bu gün bu əziyyəti çəksin?”

Hazırda şəhid ailəsinin vəziyyəti həddindən artıq ağırdır. Nə normal dolanacaqları var, nə də normal yaşayış yerləri. Məmur özbaşınalığının əməlli-başlı qurbanına çevrilən şəhid ailəsi artıq “Azərbaycan vətəndaşı”, “Şəhid ailəsiyəm” deməyə utanır. Çünki rayonun məmur təbəqəsi şəhid ailəsini buna vadar edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neçə gündür ki, içməli su küçəyə axıdılır... - et
Bu gün, 07:37
Rusiya gizlicə Belarus sərhədindən kütləvi hücum edib - "Ukraynanın qərbinə keçməyə çalışıblar..."
Bu gün, 07:14
Talıbovun aktivləşməsinin pərdəarxası - “Gizli mübarizəyə başlayıblar”
Bu gün, 07:12
Hakimiyyətin içində YEYƏN MİKİ... - DARAŞIBLAR DÖVLƏTİMİZİN BÜDCƏSİNƏ...
Bu gün, 07:05
Onu TƏFTİŞ EDİRLƏR? - belə deyirlər...
Bu gün, 06:53
Əhmədzadənin həbsi onu bir başqa cür fəallaşdırdı - GƏLİŞMƏ
Bu gün, 06:49
İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib - KİV
Bu gün, 06:44
"İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər... - söhbəti təhlükəsiz etmək..."
Bu gün, 06:42
“Bank Respublika”da təhlükəli dinamika - TƏFƏRRÜAT
Bu gün, 06:14
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
Bu gün, 06:11
NƏ DƏYİŞDİ Kİ: Süleyman Mikayılov rayonu indi də EVDƏN İDARƏ EDİR - İLGİNC İDDİALAR
Bu gün, 06:05
"Özümü yenidən kəşf etmişəm"
Bu gün, 05:58
Səhiyyə Nazirliyinin TENDER HOQQABAZLIĞI - qanun-manun hərləyənmi var?
Bu gün, 05:54
Torpaq sahibi əkdiyi ağacı kəsə bilmir - Deputatdan ETİRAZ
Bu gün, 05:49
Nazirlər Kabineti qazla bağlı YENİ QƏRAR VERDİ - Qiymət BAHALAŞACAQ?
Bu gün, 05:47
Paşinyan sammit qərarı: İrəvan Moskvanın orbitindən çıxır - NƏ BAŞ VERİR?
Bu gün, 05:42
"SOLO SUN" MMC-nin iki milyon manat vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:40
Vəzifədə əvəzedici olsa da... - ÖZBAŞINA QALIB...
Bu gün, 05:38
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu - Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar...
Bu gün, 05:22
Rubio Çini ABŞ-ın əsas geosiyasi rəqibi adlandırıb - "Fox News"
Bu gün, 05:05
Qlobal bazarlar qaynayır - Azərbaycan təsirdən kənarda qala biləcəkmi?
Dünən, 22:21
Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Dünən, 22:19
Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb - Əraqçi
Dünən, 22:17
Koçaryan erməniləri Paşinyanla qorxutdu - "Hakimiyyətdə qalsa..."
Dünən, 22:14
Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi
Dünən, 17:32
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Dünən, 17:28
Bankların şikayət indeksi - SİYAHI
Dünən, 17:26
Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək
Dünən, 17:23
Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir - Yücel Karauz
Dünən, 17:20
Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB - FOTO
Dünən, 17:18
Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət - YARADIBLAR
Dünən, 17:13
"Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək
Dünən, 17:09
Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib - SİYAHI
Dünən, 17:06
"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"
Dünən, 16:57
Paşinyana qarşı qadağa tələbi - Zelenskinin İrəvan çıxışı Moskvanı ayağa qaldırdı
Dünən, 16:48
Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr - Şok siyahı
Dünən, 16:44
Məşhur generalın xanımı vəkilliyə BAŞLADI
Dünən, 16:42
Nazim Pənahovdan yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:41
Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək
Dünən, 16:33
SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
Dünən, 16:23
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Dünən, 16:01
“Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib
Dünən, 15:59
Pediatriya Mərkəzindən ayrılan sabiq direktor: - "İşlərimizi saymaqla bitməz"
Dünən, 15:45
Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır? – Amerikalı politoloq kartları açır
Dünən, 15:40
Xırdalanda məktəbli qıza qarşı cinayət: “Videoları yaydı, görüşə çağırdı” - TƏFƏRRÜAT
Dünən, 15:36
Sərhədləri sülh müqaviləsi AÇACAQ - AKTUAL
Dünən, 15:33
Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edilib - BUNDAN SONRA...
Dünən, 15:30
Gömrük “brokeri” üçün lisenziya tələbinin ləğvi bazara necə təsir edəcək? – AÇIQLAMA
Dünən, 15:27
Parkinq cərimələri ilə bağlı çox ciddi şikayətlər var - Eyyub Hüseynov
Dünən, 15:26
Daimi yaşamaq üçün Azərbaycana ən çox hansı ölkələrdən gəliblər? - TƏFƏRRÜAT
Dünən, 15:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru