“Azsığorta” Qarabağ əlilini aldadır NARAZILIQ VAR
Tarix: 27-01-2014, 11:23 | Çap et
 Qarabağ uğrunda döyüşlərdə yaralanaraq əlil olmuş Asif Yusifli “Azsığorta” şirkətindən şikayətçidir. O bildirir ki, şirkət haqsız və ədalətsizcəsinə ona birinci qrup əlilliyə görə 4000 manat yox, ağır xəsarətə görə 1500 manat ödəniş təklif edir, ümumiyyətlə, onu süni bürokratiya ilə incidir. “1993-cü ildən 2-ci qrup ömürlük Qarabağ əlili idim.
14 iyun 2012-ci ildə avtoqəza nəticəsində dəhşətli xəsarətlər aldım. Sol ayağımın bud və baldır hissədən qəlpəli sınığı, 7 qabırğa sınığı, ciyər və diafraqma cırılması ilə müşayiət olunan xəsarətlər aldım. 6 ay ancaq arxası üstə yataqda oldum. Növbəti 6 ayı isə iki kastellə çətinliklə hərəkət edirdim. Indi də səhhətimdə çox ciddi problemlər var. Sol ayağımda bud hissədə metal çubuq və məftillə 3 yerdən bərkitmə, baldır sümüyündə metal lövhə 8 boltla sümüyə bərkidilib. Qəzadan az sonra Tibbi Sosial Ekspert Komissiyasına müraciət etdim. Bildirdilər ki, qanunvericiliyə görə, alınan xəsarətdən altı ay sonra komissiyadan keçməliyəm. Altı ay sonra TSEK-dən keçdim. Ikinci qrup Qarabağ əlilliyimi gücləndirərək, 13 yanvar 2014-cü ildə iki illik 1-ci qrupla əvəz etdilər. Icbari sığortalar haqqında qanuna əsasən (24 iyul 2011), avtoqəza nəticəsində 1-ci qrup əlil olanlar 4000 manat sığorta ödənişi almalıdır. Sənədlərimi götürüb “Azsığorta” şirkətinə təqdim etdim. Bütün problemlər də ondan sonra başladı", - deyə Asif Yusifli baş verənləri danışır.
Qarabağ əlilinin sözlərinə görə, “Azsığorta”dan ona əvvəlcə deyiblər ki, 1-ci qrup əlilliyi təsdiq edən sənəddə əlilliyin səbəbi kimi, “Azərbaycan Respublikasının müdafiəsi zamanı” göstərilib. Asif Yusifli isə izah edib ki, 2-ci qrup ömürlük əlilliyi qəzadan sonra 1-ci qrupla əvəz ediblər: “Hər şey gözlə görünən səviyyədədir. Üstəlik, xəstəxanadan xeyli arayışlar, ağır xəsarət almağım haqda ekspert rəyi, hətta məhkəmə hökm və qətnamələri var, hamısında da dediklərim təsdiq olunur. Xeyri olmadı, tələb etdilər ki, TSEK-dən xüsusi arayış gətirim. Həmin arayışı da gətirdim və orada qeyd olunurdu ki, ”Azərbaycan Respublikasının müdafiəsi zamanı ikinci qrup ömürlük əlil olmuşam, avtoqəzada aldığım xəsarətlər nəticəsində əlillik dərəcəm gücləndirilərək 1-ci qrupla əvəz olunub". Ötən həftə bildirdilər ki, onda ekspert rəyini əsas götürüb ağır xəsarət aldığım üçün 1500 manat ödəniş edəcəklər. Qanunsuz olaraq, səbəb kimi göstərirlər ki, ekspert rəyində əlil olmağım əksini tapmayıb".
Asif Yusifli onu da qeyd edir ki, 14 iyun 2012-ci ildə qəza keçirsə də, 2 iyulda artıq ekspert rəyi verilib: “Həmin vaxt TSEK-dən keçməyim mümkün deyildi. Həm qanuna görə, 6 ay keçməlidir, həm də həmin vaxt reanimasiyada olmuşam, ölüm-qalım arasında idim və bu heç mənim yadıma da düşməzdi. Icbari sığortalar haqqında qanuna görə, şəxs 3 il ərzində əlil olursa, ona müvafiq olaraq sığorta ödənişi alır. Digər tərəfdən, 2 iyulda verilən ekspert rəyindən sonra 4 iyul və 27 iyulda iki dəfə əməliyyat olunmuşam. Həmin əməliyyatdan sağ çıxmasaydım, o halda hansı kriteriya ilə ödəniş edəcəkdilər? Ölümə görəmi, yoxsa ağır xəsarətə görə?”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Neçə gündür ki, içməli su küçəyə axıdılır... - et
Bu gün, 07:37 |
|
|
|
| • Rusiya gizlicə Belarus sərhədindən kütləvi hücum edib - "Ukraynanın qərbinə keçməyə çalışıblar..."
Bu gün, 07:14 |
|
|
|
| • Talıbovun aktivləşməsinin pərdəarxası - “Gizli mübarizəyə başlayıblar”
Bu gün, 07:12 |
|
|
|
| • Hakimiyyətin içində YEYƏN MİKİ... - DARAŞIBLAR DÖVLƏTİMİZİN BÜDCƏSİNƏ...
Bu gün, 07:05 |
|
|
|
| • Onu TƏFTİŞ EDİRLƏR? - belə deyirlər...
Bu gün, 06:53 |
|
|
|
| • Əhmədzadənin həbsi onu bir başqa cür fəallaşdırdı - GƏLİŞMƏ
Bu gün, 06:49 |
|
|
|
| • İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib - KİV
Bu gün, 06:44 |
|
|
|
| • "İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər... - söhbəti təhlükəsiz etmək..."
Bu gün, 06:42 |
|
|
|
| • “Bank Respublika”da təhlükəli dinamika - TƏFƏRRÜAT
Bu gün, 06:14 |
|
|
|
| • Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
Bu gün, 06:11 |
|
|
|
| • NƏ DƏYİŞDİ Kİ: Süleyman Mikayılov rayonu indi də EVDƏN İDARƏ EDİR - İLGİNC İDDİALAR
Bu gün, 06:05 |
|
|
|
| • "Özümü yenidən kəşf etmişəm"
Bu gün, 05:58 |
|
|
|
| • Səhiyyə Nazirliyinin TENDER HOQQABAZLIĞI - qanun-manun hərləyənmi var?
Bu gün, 05:54 |
|
|
|
| • Torpaq sahibi əkdiyi ağacı kəsə bilmir - Deputatdan ETİRAZ
Bu gün, 05:49 |
|
|
|
| • Nazirlər Kabineti qazla bağlı YENİ QƏRAR VERDİ - Qiymət BAHALAŞACAQ?
Bu gün, 05:47 |
|
|
|
| • Paşinyan sammit qərarı: İrəvan Moskvanın orbitindən çıxır - NƏ BAŞ VERİR?
Bu gün, 05:42 |
|
|
|
| • "SOLO SUN" MMC-nin iki milyon manat vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:40 |
|
|
|
| • Vəzifədə əvəzedici olsa da... - ÖZBAŞINA QALIB...
Bu gün, 05:38 |
|
|
|
| • Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu - Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar...
Bu gün, 05:22 |
|
|
|
| • Rubio Çini ABŞ-ın əsas geosiyasi rəqibi adlandırıb - "Fox News"
Bu gün, 05:05 |
|
|
|
| • Qlobal bazarlar qaynayır - Azərbaycan təsirdən kənarda qala biləcəkmi?
Dünən, 22:21 |
|
|
|
| • Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Dünən, 22:19 |
|
|
|
| • Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb - Əraqçi
Dünən, 22:17 |
|
|
|
| • Koçaryan erməniləri Paşinyanla qorxutdu - "Hakimiyyətdə qalsa..."
Dünən, 22:14 |
|
|
|
| • Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi
Dünən, 17:32 |
|
|
|
| • Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Dünən, 17:28 |
|
|
|
| • Bankların şikayət indeksi - SİYAHI
Dünən, 17:26 |
|
|
|
| • Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək
Dünən, 17:23 |
|
|
|
| • Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir - Yücel Karauz
Dünən, 17:20 |
|
|
|
| • Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB - FOTO
Dünən, 17:18 |
|
|
|
| • Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət - YARADIBLAR
Dünən, 17:13 |
|
|
|
| • "Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək
Dünən, 17:09 |
|
|
|
| • Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib - SİYAHI
Dünən, 17:06 |
|
|
|
| • "İzzətin yanında mənə "Əməkdar artist" deməyin"
Dünən, 16:57 |
|
|
|
| • Paşinyana qarşı qadağa tələbi - Zelenskinin İrəvan çıxışı Moskvanı ayağa qaldırdı
Dünən, 16:48 |
|
|
|
| • Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr - Şok siyahı
Dünən, 16:44 |
|
|
|
| • Məşhur generalın xanımı vəkilliyə BAŞLADI
Dünən, 16:42 |
|
|
|
| • Nazim Pənahovdan yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:41 |
|
|
|
| • Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək
Dünən, 16:33 |
|
|
|
| • SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
Dünən, 16:23 |
|
|
|
| • Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Dünən, 16:01 |
|
|
|
| • “Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib
Dünən, 15:59 |
|
|
|
| • Pediatriya Mərkəzindən ayrılan sabiq direktor: - "İşlərimizi saymaqla bitməz"
Dünən, 15:45 |
|
|
|
| • Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır? – Amerikalı politoloq kartları açır
Dünən, 15:40 |
|
|
|
| • Xırdalanda məktəbli qıza qarşı cinayət: “Videoları yaydı, görüşə çağırdı” - TƏFƏRRÜAT
Dünən, 15:36 |
|
|
|
| • Sərhədləri sülh müqaviləsi AÇACAQ - AKTUAL
Dünən, 15:33 |
|
|
|
| • Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edilib - BUNDAN SONRA...
Dünən, 15:30 |
|
|
|
| • Gömrük “brokeri” üçün lisenziya tələbinin ləğvi bazara necə təsir edəcək? – AÇIQLAMA
Dünən, 15:27 |
|
|
|
| • Parkinq cərimələri ilə bağlı çox ciddi şikayətlər var - Eyyub Hüseynov
Dünən, 15:26 |
|
|
|
| • Daimi yaşamaq üçün Azərbaycana ən çox hansı ölkələrdən gəliblər? - TƏFƏRRÜAT
Dünən, 15:14 |
|
|
|
|