İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib .....                     "İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər... .....                     “Bank Respublika”da təhlükəli dinamika .....                     Füzulidə direktor NİYƏ CƏZALANDI? .....                     NƏ DƏYİŞDİ Kİ: Süleyman Mikayılov rayonu indi də EVDƏN İDARƏ EDİR .....                     "Özümü yenidən kəşf etmişəm" .....                     Səhiyyə Nazirliyinin TENDER HOQQABAZLIĞI .....                     Torpaq sahibi əkdiyi ağacı kəsə bilmir .....                     Nazirlər Kabineti qazla bağlı YENİ QƏRAR VERDİ .....                     Paşinyan sammit qərarı: İrəvan Moskvanın orbitindən çıxır .....                     "SOLO SUN" MMC-nin iki milyon manat vergi borcu üzə çıxdı .....                     Vəzifədə əvəzedici olsa da... .....                     Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu .....                     Rubio Çini ABŞ-ın əsas geosiyasi rəqibi adlandırıb .....                     Qlobal bazarlar qaynayır .....                     Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi .....                     Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb .....                     Koçaryan erməniləri Paşinyanla qorxutdu .....                     Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi .....                     Müəllimlərin maaşı yeni qayda ilə .....                     Bankların şikayət indeksi .....                     Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək .....                     Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir .....                     Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB .....                     Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət .....                     "Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək .....                     Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib .....                     "İzzətin yanında mənə "Əməkdar artist" deməyin" .....                     Paşinyana qarşı qadağa tələbi .....                     Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr .....                     Məşhur generalın xanımı .....                     Nazim Pənahovdan yeni təyinat .....                     Putinə bu səlahiyyət verildi .....                     SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! .....                     Aqrar Universitetin tenderi niyə ləğv olunub? .....                     “Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib .....                     Pediatriya Mərkəzindən ayrılan sabiq direktor: .....                     Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır? .....                     Xırdalanda məktəbli qıza qarşı cinayət: “Videoları yaydı, görüşə çağırdı” .....                     Sərhədləri sülh müqaviləsi AÇACAQ .....                 

İki oğlu Suriyaya gedən atadan ilginc açıqlamalar “Anasının yeməklərinə “murdar” deyirdi”
Tarix: 24-01-2014, 10:35 | Çap et
İki oğlu Suriyaya gedən atadan ilginc açıqlamalar
DİA.AZ iki oğlu Suriyaya gedən Masallı rayonunun Həsənli kənd sakini Qurbanəli Vəlişovun Virtualaz.org saytına verdiyi müsahibəni təqdim edir. Atanın sözlərinə görə, böyük oğlu Seymurun bir gün Bakıda, Müşfiqabad qəsəbəsindəki vəhhabilərin bir dini icmasına ayaq açdığını öyrənir:

"Hər dəfə evə gələndə bizə “kafir” deyirdi. İş o yerə çatmışdı ki, ata-bala tutuşurduq, az qala bir-birimizi döyüb öldürmək həddinə çatmışdıq. Gördüm vəziyyət belədir, Daxili İşlər nazirliyinin “102” xidmətinə zəng elədim. Dedim ki, oğlum belə iş tutub, belə oyunlardan çıxır...”

Q.Vəlişov deyir, iki oğlu var - Seymur və Həbib. Hər ikisi vəhhabi qruplaşmalarına qoşularaq Azərbaycanı tərk ediblər. Ancaq hələ övladları bu addımı atmamışdan əvvəl ata onların qarşısını almaq üçün əlindən gələni edibmiş: “Mən “102” xidmətinə xəbər verəndən sonra Masallı Rayon Polis Şöbəsindən gəlib məni ora dəvət etdilər. Getdim, hər şeyi ətraflı yazıb qoydum ki, çağırıb Seymuru dindirsinlər. Dedim, sabah övladımın adı hansısa partlayışda, cinayətdə hallananda onsuz da məni bir valideyn kimi ora-bura çəkəcəksiniz. Mənsə sizə bu başdan gəlib agah edirəm ki, övladımı düz yola qaytarın, ətrafındakıları araşdırın, görün kimlərdir bunlar. Yerlərini də dedim - Müşfiqabadda vəhhabilərin toplaşdıqları məscid”.

Ata deyir şikayətindən sonra eşidib ki, Seymuru Binəqədi Rayon Polis İdarəsinə çağırıblar, bir-iki saat dindirib buraxıblar. Bir müddət sonra eşidib ki, Seymur Suriyadadır, orada müxalifətə qoşularaq Bəşər Əsəd qoşunlarına qarşı döyüşür.

“Ötən ilin sentyabr ayında getdi. Həmin o məsciddən bir qrup getdilər. Deməli, bunları aparıb Gəncə aeroportundan Türkiyəyə yola salıblar. Türkiyədən də Suriyaya keçiblər. Bəs polisin, MTN-in bundan xəbəri yoxdur? Bu boyda işlər gedir, qarşılayıb yola salırlar. Xüsusi xidmət orqanları bunu görmürmü?” - deyə Qurbanəli Vəlişov sual edir.

Onun sözlərinə görə, oğlu Seymur Suriyaya gedəndə ailəsini də yığıb özü ilə aparıb: “Gedəndən sonra internetlə qayınanasıgillə əlaqə saxlayıb. Qaynanasıgil biləndə ki Seymur Suriyada döyüşür, onunla əlaqəni kəsiblər. Ən pisi odur ki, Seymur arvadını, üç uşağını da özü ilə aparıb. Onun başına bir iş gəlsə, ailəsi Suriyanın düzündə nə edəcək - bunu bilmirik”.

Söhbət zamanı onu da öyrənirik ki, Seymur Vəlişov Suriyaya gedəndən sonra kiçik qardaşı Həbibi də öz dalınca çəkib aparıb. Ata bir də eşidib ki, Həbib Bakıda ona alınmış torpaq sahəsini və pula gedən nəyi varsa, hamısını dəyər-dəyməzinə sataraq ailəsini də götürüb və ölkədən çıxıb.

“Qardaşı Həbibi də yoldan çıxardı. Dedi, köç gəl, qoşul bizə, pul da var, yaşamaq imkanı da. Həbib onun üçün aldığım torpağı da satıb getdi. İndi hələlik Türkiyədədir. Həbibin bir uşağı vardı, bir-iki gün qabaq Türkiyədə bir qızı oldu. Yəqin ki, yaxın vaxtlarda o da Suriyaya keçəcək. Bəlkə də artıq keçib...” - deyə iki oğlu əlindən çıxıb məchulluğa qarışan naçar ata bildirir.

Qurbanəli Vəlişov yerli hüquq-mühafizə orqanlarını ölkədə yayılan kabusun qarşısını almağa çağırır: “Mənim kimi yüzlərlə valideyn polis şöbələrinə yaxınlaşıb məlumat verirlər ki, uşağımız bu işlə məşğuldur, amma qarşısını almırlar. Bu hökumət elə bilir ki, bunlar gedib Suriyada qırılacaqlar, geri qayıtmayacaqlar, beləliklə də ölkədə vəhhabi problemi həllini tapacaq. Daha düşünmürlər ki, Suriyada müxalifətlə hökumət arasında danışıqlar gedir. Razılığa gələn günü mənim uşağımı da, o birilərini də Suriyadan çıxaracaqlar. Onlar da qayıdıb orada kəsdikləri başdan burda kəsməyə başlayacaqlar. Mənim uşağ ağılda olanlar elə öz evlərinin içindən başlayacaqlar. Böyük bir faciə qarşısındayıq. Belə adamlar onların düşüncəsini qəbul etməyən bizlər üçün böyük təhkülədir”.

Qeyd edək ki, Qurbanəli Vəlişovun özü Qarabağ müharibəsi iştirakçısı olub. Övladlarına da pis baxmayıb. Onların rahat həyatı üçün əlindən gələni əsirgəməyib.

Atanın özünü dinləyək: “Seymurun 36 yaşı var. Əlində yaxşı işi vardı. “Halal nemət, min bərəkət” firmasında işləyirdi. Mağazalara mal paylayırdı. 1200 manat aylıq maaşı idi. Onun üçün Biləcəridə bir ev-eşik tikmişdim ki, gəl görəsən... Onu da vəhhabilərə peşkəş elədi. İndi vəhhabilər oranı özləri üçün görüş yeri ediblər. Həbibin 26 yaşı var. Ev ustası idi. Ruzisi də pis deyildi. Bakıda torpaq almışdım ki, onun üçün də ev tikim. O torpaq da beləcə əldən getdi”.

Atanın son sözü yenə hüquq-mühafizə orqanlarınadır: “Onlar cavandır, nə elədiklərini, hansı addımlar atdıqlarını anlamırlar. Onlara vəd olunmuş pullara aldadırlar, özlərini güllənin qabağına verirlər, gənc həyatlarına qıyırlar. Onlara çatası pullarla isə kimlərsə varlanır. Mənim balalarım kimi ağılsızların hesabına...”

...Ata sözünü burada da bitir. Daha deyəcəyi heç nə qalmayıb. Əlindən yalnız oğul yolu gözləmək gəlir. Seymurla Həbibi isə Masallının Həsənli kəndində valideynləri gözləyir - Qurbanəli dayı ilə Zənurə xala...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib - KİV
Bu gün, 06:44
"İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər... - söhbəti təhlükəsiz etmək..."
Bu gün, 06:42
“Bank Respublika”da təhlükəli dinamika - TƏFƏRRÜAT
Bu gün, 06:14
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
Bu gün, 06:11
NƏ DƏYİŞDİ Kİ: Süleyman Mikayılov rayonu indi də EVDƏN İDARƏ EDİR - İLGİNC İDDİALAR
Bu gün, 06:05
"Özümü yenidən kəşf etmişəm"
Bu gün, 05:58
Səhiyyə Nazirliyinin TENDER HOQQABAZLIĞI - qanun-manun hərləyənmi var?
Bu gün, 05:54
Torpaq sahibi əkdiyi ağacı kəsə bilmir - Deputatdan ETİRAZ
Bu gün, 05:49
Nazirlər Kabineti qazla bağlı YENİ QƏRAR VERDİ - Qiymət BAHALAŞACAQ?
Bu gün, 05:47
Paşinyan sammit qərarı: İrəvan Moskvanın orbitindən çıxır - NƏ BAŞ VERİR?
Bu gün, 05:42
"SOLO SUN" MMC-nin iki milyon manat vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:40
Vəzifədə əvəzedici olsa da... - ÖZBAŞINA QALIB...
Bu gün, 05:38
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu - Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar...
Bu gün, 05:22
Rubio Çini ABŞ-ın əsas geosiyasi rəqibi adlandırıb - "Fox News"
Bu gün, 05:05
Qlobal bazarlar qaynayır - Azərbaycan təsirdən kənarda qala biləcəkmi?
Dünən, 22:21
Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Dünən, 22:19
Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb - Əraqçi
Dünən, 22:17
Koçaryan erməniləri Paşinyanla qorxutdu - "Hakimiyyətdə qalsa..."
Dünən, 22:14
Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi
Dünən, 17:32
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Dünən, 17:28
Bankların şikayət indeksi - SİYAHI
Dünən, 17:26
Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək
Dünən, 17:23
Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir - Yücel Karauz
Dünən, 17:20
Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB - FOTO
Dünən, 17:18
Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət - YARADIBLAR
Dünən, 17:13
"Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək
Dünən, 17:09
Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib - SİYAHI
Dünən, 17:06
"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"
Dünən, 16:57
Paşinyana qarşı qadağa tələbi - Zelenskinin İrəvan çıxışı Moskvanı ayağa qaldırdı
Dünən, 16:48
Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr - Şok siyahı
Dünən, 16:44
Məşhur generalın xanımı vəkilliyə BAŞLADI
Dünən, 16:42
Nazim Pənahovdan yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:41
Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək
Dünən, 16:33
SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
Dünən, 16:23
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Dünən, 16:01
“Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib
Dünən, 15:59
Pediatriya Mərkəzindən ayrılan sabiq direktor: - "İşlərimizi saymaqla bitməz"
Dünən, 15:45
Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır? – Amerikalı politoloq kartları açır
Dünən, 15:40
Xırdalanda məktəbli qıza qarşı cinayət: “Videoları yaydı, görüşə çağırdı” - TƏFƏRRÜAT
Dünən, 15:36
Sərhədləri sülh müqaviləsi AÇACAQ - AKTUAL
Dünən, 15:33
Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edilib - BUNDAN SONRA...
Dünən, 15:30
Gömrük “brokeri” üçün lisenziya tələbinin ləğvi bazara necə təsir edəcək? – AÇIQLAMA
Dünən, 15:27
Parkinq cərimələri ilə bağlı çox ciddi şikayətlər var - Eyyub Hüseynov
Dünən, 15:26
Daimi yaşamaq üçün Azərbaycana ən çox hansı ölkələrdən gəliblər? - TƏFƏRRÜAT
Dünən, 15:14
Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı
Dünən, 15:13
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Dünən, 15:05
Keçmiş xüsusi nümayəndə HƏBS OLUNUB? - İDDİA
Dünən, 15:02
Zamanı sözlə danışdıran yazıçı – Elçinin xatirəsi anılıb
Dünən, 14:56
Məşhur müğənnidən illər sonra gələn etiraf: - "Hamı sözü bir yerə qoymuşdu ki..."
Dünən, 14:34
Fransa Ermənistanı Rusiyanın əlindən SİLAHLA QOPARIR
Dünən, 14:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru