Səlim Müslümov cənazə maşını sürən adamın adına şirkətlər yaradıbmış - MƏHKƏMƏ
Tarix: 19-09-2022, 17:52 | Çap et
 Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Ülviyyə Məmmədova bildirib ki, 2012-2019-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iqtisdiyyat şöbəsində baş mühasib işləyib. İşə götürüldüyü gündən şöbənin müdiri Şəlalə Cəfərovanın tapşırıqlarını yerinə yetirib.
“İlk gündən dedi ki, mənim tapşırıqlarımı yerinə yetirəcəksən. Şirkətlər nazirliyin müəssisələriylə müqavilələr bağlayırdı, bu işlərə nəzarət edirdim. Müəssisələrdən yığılan pulları Şəlalə Cəfərovaya çatdırırdım. Pulları ona iş otağında verirdim", - şahid bildirib.
Prosesə çağırılan digər şahid, Əlillərin Bərpa Mərkəzinin keçmiş baş mühasibi Nəzakət Kərimova istintaqa ifadəsini təsdiqləyib. Məlum olub ki, Nəzakət Kərimova 2007-2019-cu illərdə baş mühasib işləyib. O, Bərpa Mərkəzinə avadanlıqların alınması zamanı aparılan əməliyyatlardan danışıb. Bildirib ki, şirkətlərə ödənilən pulların 30-40 faizi geri alınır və toplanaraq Mərkəzin rəhbərinə verilirmiş.
Prosesdə ifadə verən digər şahid, Nəzakət Kərimovanın qızı Könül Xudiyeva bildirib ki, Əlillərin Bərpa Mərkəzinin avadanlıqların alınması üçün müqavilə bağladığı “Röya 2014”, “Buğday 2014”, “İnci” MMC-lər onun adına təsis olunub. Şahid bildirib ki, tenderdə qalib elan edilən şirkətlər onun adına rəsmiləşdirilsə də, prosesdən xəbəri olmayıb: "Hazırda gözəllik salonunda işləyirəm. Şirkətləri ailəmizin dolanışığı üçün yaratmışdıq. Amma əməliyyatlardan xəbərim olmayıb".
Məhkəmədə məlum olub ki, Könül Xudiyevanın adından bütün əməliyyatları baş etibarnamə ilə Əlillərin Bərpa Mərkəzinin baş mühasibi olan anası Nəzakət Kərimova həyata keçirib.
Sonra şahid kimi dindirilən Ənvər Məhərrəmov da istintaqdakı ifadəsini təsdiqləyib. Sualları cavablandırarkən məlum olub ki, Əlillərin Bərpa Mərkəzi üçün avadanlıqların alınmasına görə saxta şirkətlərdən bir neçəsi onun adına təsis edilibmiş. Həmin şirkətlərin hesabına köçürülmüş pul vəsaitlərinin 30-40 faizi Əlillərin Bərpa Mərkəzinə qayıdıb və toplanaraq baş mühasib tərəfindən müdriyyətə çatdırılıb. Bütün bunlardan xəbəri olmayan şirkətlər təsisçisi Ənvər Məhərrəmov deyib ki, onu bu məsələlərə bir dostu qoşub. Sonralar nə baş verməsindən, onun adından həyata keçirilmiş əməliyyatlardan xəbəri olmayıb.
"Mənim heç bir əməliyyatlardan xəbərim olmayıb. Mən cənazə maşını sürürəm, onunla dolanıram. Aparılan əməliyyatlardan xəbərim yoxdur. Sürücülüklə ailəmi dolandıran adamam. İstintaqa çağırılanda bilmişəm ki, mənim adıma şirkətlər yaradılıb və əməliyyatlar aparılıb", - deyə şahid bildirib.
Məhkəmə iclası şahid dindirmələriylə sentyabrın 26-da davam edəcək.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
Səlim Müslümov ibtidai istintaq zamanı cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub. //trend//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tahir Budaqovdan kadr təyinatı - ƏMR
Bu gün, 09:45 |
|
|
|
• Dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu - MƏQALƏ
Bu gün, 09:43 |
|
|
|
• Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış - İsrafil Kərimovun yazısı...
Bu gün, 09:42 |
|
|
|
• “Sumqayıt Tibb Mərkəzi” camaşırları tikinti şirkətinə yuduzdurur - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:34 |
|
|
|
• Talıbovdan qalma İMƏCLİK MƏRƏZİ... bu dəfə Ağstafaya sıçradı... - FOTOFAKT
Bu gün, 09:29 |
|
|
|
• Dollar və manatın məzənnəsi haqda proqnoz: dəyişiklik olacaq – TARİX
Bu gün, 09:23 |
|
|
|
• ABŞ-ın Əhməd əş-Şaaraya inamı sarsılıb... - AÇIQLAMA
Bu gün, 09:18 |
|
|
|
• Emin Milli Şuşa Media Forumuna qatılıb
Bu gün, 09:11 |
|
|
|
• Məktəblərdə MÜƏLLİM BÖHRANI gözlənilir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:03 |
|
|
|
• Masallıda ağacyeyənlər MEYDAN SULAYIR... - İTTİHAM VAR...
Bu gün, 08:52 |
|
|
|
• Qudalarını başına yığan Mikayılova ÇAĞIRIŞ... - "İstirahətinizi pozmayım..."
Bu gün, 08:45 |
|
|
|
• İranın başına düşən AZƏRBAYCAN BOYDA DAŞ... - GƏLİŞMƏ...
Bu gün, 08:30 |
|
|
|
• Naxçıvan sakinləri İranda GİROV TUTULUR - NƏ BAŞ VERİR?
Bu gün, 08:22 |
|
|
|
• Çin Aİ-nin 18-ci sanksiyalar paketinə cavab tədbirləri hazırlayır
Bu gün, 08:08 |
|
|
|
• Bakıda mühüm gəlişmə: Moskva və Tehran sıradan çıxır – Ankara meydanda
Bu gün, 06:35 |
|
|
|
• ABŞ Azərbaycanı itirsə, Qafqazda təsirini itirə bilər - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• “Tapançalı direktor”un məktəbindən şikayət - Müəllimlər etiraz edir
Bu gün, 06:17 |
|
|
|
• Bakıda daha bir MTK ÖZBAŞINALIĞI - BU NƏDİ BELƏ?
Bu gün, 06:11 |
|
|
|
• Türk düşməni yenə Azərbaycanı hədəf aldı - NƏ ETMƏLİ?
Bu gün, 06:01 |
|
|
|
• Qarabağ modeli Ukrayna üçün yol xəritəsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:59 |
|
|
|
• Pul qazanmaq üçün... GERİYƏ... KƏNDƏ! - ARAŞDIRMA
Bu gün, 05:57 |
|
|
|
• Azərbaycanda test üsulu ləğv olunur? - Görünəni odur ki...
Bu gün, 05:53 |
|
|
|
• Əgər Ermənistan və Azərbaycan öz aralarında artıq sülh bağlayırsa... - ŞƏRH
Bu gün, 05:49 |
|
|
|
• "Özümü yaşlı adam hiss etmirəm"
Bu gün, 02:22 |
|
|
|
• Göyçay sakinləri niyə narazılıq edir - MÜRACİƏT
Bu gün, 02:16 |
|
|
|
• Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür - FOTO
Dünən, 14:03 |
|
|
|
• Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! - GƏLİŞMƏ
Dünən, 13:39 |
|
|
|
• Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. - ANIM
Dünən, 13:26 |
|
|
|
• Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... - REAKSİYA
Dünən, 13:23 |
|
|
|
• “Hazır olun, bunu birlikdə edəcəyik” - Baş nazir müraciət etdi
Dünən, 12:02 |
|
|
|
• Paşinyandan ilginc paylaşım... - II Qaregini elə birinə bənzətdi ki…
Dünən, 11:59 |
|
|
|
• Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır - GƏLİŞMƏ
Dünən, 11:56 |
|
|
|
• Bakıda faciənin qapısından dönüldü - TƏFƏRRÜAT
Dünən, 11:00 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı planı: - Eyni anda 2 min PUA...
Dünən, 10:58 |
|
|
|
• Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur - Ukrayna kəşfiyyatının əməliyyatını azərbaycanlılara bağlayırlar
Dünən, 10:56 |
|
|
|
• İlham Əliyevdən YENİ İSMARICLAR - Hər şey açıq və net idi...
Dünən, 10:52 |
|
|
|
• Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI - komandada daha kimlər var...
Dünən, 10:50 |
|
|
|
• İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ - TƏFƏRRÜAT
Dünən, 09:55 |
|
|
|
• Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər - KİV
Dünən, 09:51 |
|
|
|
• İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb - Dəhliz açılacaq
Dünən, 09:49 |
|
|
|
• AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 09:46 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 06:01 |
|
|
|
• İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Dünən, 05:51 |
|
|
|
• Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Dünən, 05:49 |
|
|
|
• "Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Dünən, 05:46 |
|
|
|
• Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Dünən, 05:44 |
|
|
|
• "Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." - FOTO
Dünən, 05:37 |
|
|
|
• Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
19-07-2025, 18:30 |
|
|
|
• Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
19-07-2025, 13:00 |
|
|
|
• Kərim məhkəmədən narazıdır
19-07-2025, 12:51 |
|
|
|
|