Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib .....                     “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” .....                     “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək .....                     Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? .....                     "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" .....                     Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək .....                     “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür .....                     Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? .....                     "Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" .....                     Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında .....                     “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi .....                     Ermənistanın İKİ ən etibarlı qarantoru .....                     Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" .....                     Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR .....                     Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib .....                     AYNA Bakıda tıxacları həll edən qurum deyil .....                     Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı .....                     Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb .....                     Arzu Kazımovun adı keçən BORC QALMAQALI... .....                     Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər .....                     "İrşad" BOKT-un zərəri kəskin artıb .....                     AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib .....                     Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb .....                     Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” .....                     Neft 180 dollara çata bilər .....                     Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü .....                     “Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur .....                     “Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... .....                     Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi .....                     Bərdədə fermerlərin SIĞORTA DAVASI... .....                     Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... .....                     Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... .....                     Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb .....                     Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? .....                     “Mikrorayon” serialını sevənlərə üzücü xəbər .....                     Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... .....                     "Ürəyimin üç damarını dəyişiblər..." .....                     Bakı-Moskva arasında yeni dövr .....                     Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar .....                     Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... .....                 

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” - İLGİNC FAKTLAR
Tarix: 15-07-2022, 14:56 | Çap et
Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası”
Naxçıvanın muxtariyyət statusundan istifadə edən Vasif Talıbov illərdir ki, Azərbaycanın bu bölgəsini ayrıca dövlət kimi idarə edir. Heç bir qanun, hüquq tanımayan, naxçıvanlıların xeyli müddətdir ki, “qibleyi-aləm”, “əmirəlmöminin” adlandırdıqları Vasif Talıbov mərkəzdənqaçma siyasəti yürüdür, Azərbaycan hakimiyyətinə tabe olmaq istəmir, dövlət ərkanına açıq-aşkar sayğısızlıq nümayiş etdirir.

Naxçıvan rəhbəri indiyədək Azərbaycanda qəbul edilən əksər qərarları muxtar respublikada ya icra etməyib, ya da öz bildiyi kimi kimi icra edib. Məsələn, pandemiyanın ağır dövründə ölkə Prezidenti İlham Əliyevin maska taxmaqla bağlı çağırışına, dövlət başçısının özünün də tədbirlərdə maka taxmasına baxmayaraq, Vasif Talıbov Naxçıvanda heç vaxt maska taxmadı. Milli Məclisin maska taxmayanların cərimələnməsi ilə bağlı qəbul etdiyi qərarı heçə saydı. Bu qərarı Naxçıvanda icra etmədi, hətta muxtar respublikada maska taxılmaması barədə qeyri-rəsmi göstəriş də verdi.

Başqa bir misal. Azərbaycan Nazirlər Kabinetinin ölkənin quru sərhədlərinin bağlanması ilə bağlı qərarı olduğu halda Vasif Talıbov Naxçıvanın Türkiyə və İranla olan sərhəd-keçid məntəqələrini son vaxtlara qədər bağlamamışdı. Belə faktlar onlarla yox, yüzlərlədir. Maraqlıdır ki, “qibleyi-aləm”in bu hərəkətlərinə Azərbaycan hakimiyyəti nədənsə hələ də dözümlü yanaşır.

Hakimiyyətin bu dözümlü yanaşmasından və cəzasızlıq mühitindən istifadə edən Vasif Talıbov daha da irəli gedir, “Burda mənəm, Bağdadda kor xəlifə” (Halbuki, hazırda Bağdadda nə kor xəlifə qalıb, nə də Səddam Hüseyn) deyib Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” tətbiq etməkdən belə çəkinmir.

Bəli, bəli, yanlış oxumadınız. Xan həzrətləri o qədər arxayınlaşıb ki, Prezidentə açıq-aşkar hörmətsizlik nümayiş etdirir, o görüntünü yaratmağa çalışır ki, bəs “xan” hər yerdə “xan”dır və yeri gələndə heç kimi saymaya bilər. Axı, Naxçıvan Azərbaycanın daxilində olsa belə, bir dövlətdir və bu dövlətin başçısı da elə onun özüdür. Bu yazıda qeyd etdiyimiz faktlarla tanış olduqdan sonra hörmətli oxucularımız bizim bu fikirlərimizi təsdiqləyəcəklər.

Bir neçə il bundan əvvələ qədər Naxçıvanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadə etdiyi “Məktəbli kitabçası” (Gündəlik) Bakı şəhərindəki nəşriyyatlarda çap olunurdu. 2020-ci ildə isə Vasif Talıbov həzrətləri Bakı şəhərindən “Məktəbli kitabçası” gətirilməsini qadağan etdi və bu kitabçaların Naxçıvan Ali Məclisinin “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunmasına tapşırıq verdi. İlk baxışdan bu, normal təsir bağışlayır. Əgər Naxçıvanda nəşriyyat varsa, belə nəşrləri niyə həyata keçirməməlidir? Ancaq sən demə, “xan”ın məqsədi təkcə naxçıvanlı şagirdləri “yerli kitabça”larla təmin etmək deyilmiş. Vasif Talıbovu narahat edən əsas məsələ Bakıda nəşr olunan kitabçalarda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanın Əliyevanın fotoşəkillərinin olması imiş. Vasif Talıbov hesab edirmiş ki, bu kitabçalarda ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev və Mehriban xanımla bərabər onun da fotosu olmalıdır. Amma nədənsə bu fikrindən daşınıb və kitabçalardan Prezidentin və Birinci vitse-prezidentin fotolarının çıxarılması barədə tapşırıq verib. Beləliklə, Bakı şəhərində nəşr olunan gündəliklərdən fərqli olaraq, naxçıvanlı şagirdlərin istifadə etdikləri “Məktəbli kitabçası”nda yalnız Heydər Əliyevin fotosu saxlanılıb.

Naxçıvanın gündəliyi

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası”
Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası”
Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası”
Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası”

Bu da Azərbaycanın materik hissəsinin gündəliyi

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası”
Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası”
Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası”

Məlumata görə, muxtar respublikanın bütün məktəblərinə göstəriş verilib ki, təhsil ocaqlarında yalnız “Əcəmi” nəşriyyatında çıxan kitabçalardan istifadə oluna bilər. İndi bunun adı ölkə rəhbərliyinə sayğısızlıq deyilsə, bəs nədir? Prezidentin və Birinci vitse-prezidentin fotoşəkillərinin gündəlikdən çıxarılması nə deməkdir? İlham Əliyev və Mehriban Əliyevanın fotoşəkillərinin bu kitabçalarda olması Vasif Talıbovu niyə narahat edib? Bu açıq-aşkar meydan oxumaq, sizi saymıram demək deyilmi?.

Bu, hələ harasıdır. Vasif Talıbov İlham Əliyevi təkcə məktəbli kitabçalarından silməyib. Muxtar respublikada dövlət və özəl müəssisələrin iş otaqlarında İlham Əliyevin böyük ölçüdə portretini asmaq qadağandır. İş otaqlarında divara yalnız Heydər Əliyevin portreti vurula, İlham Əliyevin fotosu isə stolun üstünə qoyula bilər. Vasif Talıbov Naxçıvan Ali Məclisinin binasında da bu qaydanı tətbiq edib. İndi siz təsəvvürünüzə gətirin ki, Vasif Talıbov Ali Məclisdə xaricdən gələn qonaqları, Bakıdan gedən bir sıra səlahiyyət sahiblərini qəbul edir. Bu mənzərəni görən adamlar ölkə rəhbərliyi və Vasif Talıbov haqqında nə fikirləşir?

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası”

Şəkildə: Vasif Talıbovun xarici qonaqları

Halbuki Azərbaycanın heç bir bölgəsində belə bir yanaşma yoxdur. Həm paytax Bakıda, həm də bütün rayonların icra hakimiyyətlərində Heydər Əliyevlə İlham Əliyevin portreti qoşa asılıb. Müqayisəli fotoları təqdim edirik.

Naxçıvan MR Ali Məclisi

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası”
Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası”

Babək Rayon İcra Hakimiyyəti başçısının iş otağı

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası”

Ordubad Rayon İcra Hakimiyyəti başçısının iş otağı

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası”

Şahbuz Rayon İcra Hakimiyyəti başçısının iş otağı

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası”

İndi isə Azərbaycanın materik hissəsi

İsmayıllı Rayon İcra Hakikiyyəti

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası”

Naftalan Şəhər İcra hakimiyyəti

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası”

Mingəçevir Şəhər İcra hakimiyyəti

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası”

Şirvan Şəhər İcra hakimiyyəti

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası”

Heç kimin ona güldən ağır bir söz deməyəcəyini bilən “qibleyi-aləm” bu hərəkətlərini davam etdirir, Naxçıvanda bildiyini edir. Naxçıvan əhalisi isə əzab-əziyyət, səfalət içərisində yaşayır. Vasif Talıbov tam arxayınlaşdığından və ölkə rəhbərliyindən çəkinmədiyindən muxtar respublika əhalisi zülm altında yaşayıb. Amma buna “Dur!” deməyin vaxtı çoxdan gəlib çatıb.

Mirzə Səfər
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
"Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32
Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08
Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58
Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50
Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47
AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45
Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41
Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb
Bu gün, 10:40
Arzu Kazımovun adı keçən BORC QALMAQALI... - Prezidentə MÜRACİƏT OLUNUB VƏ...
Bu gün, 10:31
Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər – SƏBƏB
Bu gün, 10:15
"İrşad" BOKT-un zərəri kəskin artıb
Bu gün, 10:05
AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib - FOTOLAR
Bu gün, 10:01
Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb - transatlantik və Qərbi Avropa hekayələrinə sədaqət barometrinə çevrilib
Bu gün, 09:56
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46
Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40
Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37
“Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27
“Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43
Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31
Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07
Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02
Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42
Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
“Mikrorayon” serialını sevənlərə üzücü xəbər – Həmin kadrlara görə…
Bu gün, 07:39
Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Bu gün, 07:19
"Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53
Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50
Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48
Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35
Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29
"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22
Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18
Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR - görün, harda imiş...
Bu gün, 06:07
İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb - KİV
Bu gün, 06:00
Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23
Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13
1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07
Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59
"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru