Elmar Vəliyevin oğlu başqasının torpağını zəbt edib: - Özünə idman meydançası tikib
Tarix: 28-07-2021, 16:07 | Çap et
 Göygöl rayonunun Mixaylovka kəndində 10 sot torpaq sahəsinin mülkiyyətçisi olan Mehman Həsənovun əlində bunu təsdiqləyən bütün sənədlər var. Amma o, nəinki o mülkiyyətdən istifadə edir, heç həmin əraziyə yaxın da düşə bilmir. Bu üzdən də məhkəməyə üz tutub. “Dedilər ki, Elmar müəllimə lazımdır, etiraz etməyin yeri yox idi…” Təxminən yarım ildir ki, Göygöl Rayon Məhkəməsində bu məsələ ilə əlaqədar araşdırma gedir. Cavabdeh isə Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevdir. Mehman Həsənov iddia edir ki, 2012-ci ildə mülkiyyət hüququnu təsdiqləyən çıxarışla aldığı torpaq sahəsi bir il sonra zəbt edilib: “Ərazi Hacıkənd yaxınlığında, səfalı yerdə yerləşirdi. Almışdım, hasarını da çəkdirmişdim. 10 sot əraziyə təkcə 450 metr armatur getmişdi. Qum, sement… Nə qədər xərcim çıxmışdı. Heç bir il çəkmədi, səhv eləmirəmsə, 2013-cü ildə dedilər ki, Elmar müəllimə lazımdır, orada nəsə tikəcək, əvəzində nəsə verəcək. Etiraz eləməyin yeri yox idi…”
“Razılaşma məqamı gələndə dedilər ki, gözləyin” Mehman Həsənov deyir ki, onun çəkdiyi hasarı dərhal söküblər, əvəzində daha hündür, daha dəbdəbəlisini çəkiblər. Eşitdiyinə görə, mülkiyyət hüququyla ona məxsus olan, amma hündür divarlardan görünməyən ərazidə idman meydançası tikilib: “Mən də kənardan görmüşəm, yaxına getmək mümkün deyil, hər yer kameradır. Mənə dedilər ki, əvəzində torpaq veriləcək. Hətta bir neçə yerdə torpaq da göstərdilər. Razılaşdım, dedim ki, verin. Bir neçə yerə də baxdım, razılaşma məqamı gələndə, dedilər ki, gözləyin, hələ baxarıq. Bir dəfə də 10 sot yerin əvəzinə 4 sot yer təklif elədilər, dedilər ki, qalanına sonra baxarıq. Yəni belə söhbətlər olub”. Torpaq sahələrinin harada təklif olunmasına gəlincə, Mehman Həsənov bildirib ki, elə Hacıkənddə də ərazilərə baxıb. Onun sözlərinə görə, Gəncə Şəhər İcra Hakimiyyətində Elmar Vəliyevin Mahmud adlı işçisi vardı, bu məsələ ilə məşğul olmaqdan ötrü onu göndərirdi: “Torpaq sahələrini o aparıb göstərirdi. Hətta 2018-ci ildə məlum hadisələrdən (Elmar Vəliyevə qarşı sui-qəsd olayı nəzərdə tutulur-red.) sonra da yenə aparıb torpaq sahələri göstərirdilər. Bir dəfə Hacıkənddəki 4 sotu göstərib dedi ki, müəllim deyir, bunu götürsün, qalanına sonra baxarıq. Mən də razılaşmadım, götürmədim. Sonra Mahmudun yerində işləyən bir yoldaş Mixaylovkanın girişində bir torpaq sahəsi aparıb göstərdi. Onunla da razılaşdım. Amma onu sonra vermədilər. Mən demişdim ki, nə verirsiniz, verin, təki, mülkiyyətimin əvəzində nəsə verin. Axırıncı dəfə dedilər ki, 4 sot buradan, 4 sot oradan, 2 sot da bir başqa yerdən veririk. Yəni ayrı-ayrı yerlərdən. Buna da razılaşdım. Sonra gəldilər ki, müəllim deyir, yox, bu 4 sotu götürsün, sənədləri versin, yerimiz var, iş məhkəmədədir, qurtarsın, baxarıq. Bu məsələ də Gəncə hadisələrindən sonra olub”.
“Özlərinə də dedim ki, siz mərdi qova-qova namərd eləyirsiniz” Mehman Həsənov əlavə edib ki, Mixaylovka kəndində onunla eyni problemi yaşayan başqa vətəndaşlar da olub. O, illərlə gözləyib, problemi danışıqlar yoluyla həll etməyə çalışdığı vaxtda digərləri dövlət orqanlarına, məhkəmələrə şikayət ediblər. O isə 2020-ci ilin sonuna qədər gözləyib: “Mən şikayət vermirdim, gözləyirdim ki, xoşluqla həll olunar. Amma məhkəməyə verənlər olmuşdu, heç bilmirəm ki, onların da axırı necə oldu. Qonşular şikayət yazanda mənə də xəbər göndərmişdilər. Demişdim ki, yox, mən şikayət eləmək istəmirəm. Özümə sığışdırmırdım. Fikirləşirdim ki, mənimlə söhbət eləyiblər, verdikləri sözə əməl edərlər. Özlərinə də dedim ki, inciməyin, siz mərdi qova-qova namərd eləyirsiz. Mən on ilə yaxındı sizi gözləyirəm. Nə qədər “bu gün-sabah” olar?
Elmar Vəliyevin oğlu məhkəməyə gəlmir Təxminən yarım ildir ki, Göygöl Rayon Məhkəməsində bu iş üzrə məhkəmə prosesi davam etsə də, cavabdeh Elmir Vəliyev məhkəməyə gəlmir. Hakim Qələmdar Abbasov əraziyə baxış keçirilməsi haqda qərar qəbul edib. Prosesə Dövlət Reyestr Xidmətinin əməkdaşları da cəlb olunub. Onlar vəkillə birlikdə hadisə yerinə getsələr də, mübahisə predmeti olan əraziyə daxil ola bilməyiblər.
Bu iş üzrə məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Meydan TV məsələ ilə əlaqədar sabiq icra başçısının oğlu ilə əlaqə saxlamağa cəhd göstərsə də, ondan deyilənlərə münasibət öyrənmək mümkün olmayıb. Göygöl Rayon Məhkəməsindən isə Meydan TV-yə bildirilib ki, mülki mübahisə ilə bağlı araşdırmalar davam etdiyinə görə heç bir açıqlama verilə bilməz.






|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Bu gün, 17:41 |
|
|
|
| • Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Bu gün, 17:40 |
|
|
|
| • Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Bu gün, 17:02 |
|
|
|
| • Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Bu gün, 16:59 |
|
|
|
| • ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Bu gün, 16:58 |
|
|
|
| • “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Bu gün, 16:56 |
|
|
|
| • 114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Bu gün, 16:51 |
|
|
|
| • Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Bu gün, 16:14 |
|
|
|
| • Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Bu gün, 16:07 |
|
|
|
| • 62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Bu gün, 16:06 |
|
|
|
| • Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Bu gün, 16:00 |
|
|
|
| • Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Bu gün, 15:57 |
|
|
|
| • Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Bu gün, 15:38 |
|
|
|
| • Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Bu gün, 15:21 |
|
|
|
| • Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Bu gün, 15:20 |
|
|
|
| • "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Bu gün, 15:06 |
|
|
|
| • Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Bu gün, 15:01 |
|
|
|
| • Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Bu gün, 14:59 |
|
|
|
| • Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Bu gün, 14:54 |
|
|
|
| • “Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Bu gün, 14:48 |
|
|
|
| • Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Bu gün, 14:44 |
|
|
|
| • Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Bu gün, 14:25 |
|
|
|
| • Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Bu gün, 13:11 |
|
|
|
| • TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04 |
|
|
|
| • İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Bu gün, 13:02 |
|
|
|
| • Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57 |
|
|
|
| • "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54 |
|
|
|
| • İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41 |
|
|
|
| • Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28 |
|
|
|
| • Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26 |
|
|
|
| • Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19 |
|
|
|
| • Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16 |
|
|
|
| • Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11 |
|
|
|
| • Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09 |
|
|
|
| • Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07 |
|
|
|
| • “Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03 |
|
|
|
| • Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58 |
|
|
|
| • Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56 |
|
|
|
| • “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51 |
|
|
|
| • Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49 |
|
|
|
| • Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
| • AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19 |
|
|
|
| • 74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17 |
|
|
|
| • Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15 |
|
|
|
| • Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03 |
|
|
|
| • Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01 |
|
|
|
| • İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59 |
|
|
|
| • Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56 |
|
|
|
| • Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44 |
|
|
|
|