“Azəriqaz”dan hökumətə və əhaliyə “surpriz” - Büdcədən 500 milyon xərclənən sayğaclar niyə əvəzlənir?
Tarix: 23-09-2020, 12:53 | Çap et
 "Azəriqaz” İstehsalat Birliyi bir müddətdir ölkə üzrə istifadəyə verilən smart tipli sayğacları mexaniki sayğaclarla əvəzləməyə başlayıb.
Artıq bir sıra rayon və qəsəbələrdə mexaniki sayğaclar əhalinin istifadəsinə verilib.
Cebhe.info xəbər verir ki, "Azəriqaz” İstehsalat Birliyi yenidən mexaniki sayğac sisteminə keçidini isə bu cür izah edib:
“Azəriqaz” vəsaitlərinə qənaətlə yanaşmaq, gəlirlərini daha səmərəli istifadə etmək məqsədilə belə bir addım atıb. Bir smart-kart tipli sayğacın qiymətinə 3 mexaniki sayğac almaq mümkündür:
“Hazırda istifadə edilən Itron Gallus Pay.G4 NGPP (smart) sayğaclarının komplektinin (sayğac, qutu, əymə, kran və s.) qiyməti 220-240 manat, G-4T (mexaniki) sayğaclarının komplektinin (sayğac, qutu, əymə, kran və s.) qiyməti isə 70-90 manat arasında dəyişir. Rəqəmlərdən də göründüyü kimi mexaniki sayğacların alınması dəyər baxımından daha sərfəlidir. Bundan başqa mexaniki sayğaclardan istifadə edən abonentlərin əvvəlki illərdən fərqli olaraq ödənişlərində hər hansı problem yaşanmır, bu da bu qurğuların tətbiqi işini optimallaşdırır. Bəzən abonentlər mexaniki sayğacların köhnə olduğunu irəli sürərək narahatlıqlarını ifadə edirlər. Bu heç də belə deyil, bu tip sayğaclar bu gün də məşhur alman şirkəti tərəfindən istehsal olunur. Smart-kart tipli sayğaclardan fərqli olaraq mexaniki tipli sayğaclarda daim qaz axını mövcuddur, onlayn ödəniş imkanlarından istifadə etmək olar. Digər tərəfdən istifadə olunan qaza görə ödəniş barədə bildiriş aldıqdan sonra həmin vəsaiti 30 gün ərzində ödəməyə vaxt verilir. Yəni 30 gün ərzində bu məbləğ abonent üçün borc hesab edilmir.
Amma məsələyə bir də fərqli rakursdan, əslində daha vacib olan prizmadan, büdcə vəsaitlərinin xərclənməsi baxımından yanaşmada fayda var. Qeyd edək ki, hazırda ölkədə qazdan istifadədə əhali sektoru üzrə abonentlərin sayı 2 milyon 225 mindən çoxdur. Bu isə elə ən az bu qədər, 2 milyon 225 min sayğac deməkdir. Yəni “Azəriqaz” İB-i smart-sayğacların tətbiq edildiyi zaman ən az bu qədər sayğac alıb. Qurumun özünün açıqladığı qiymətlərə istinad etsək, 1 ədəd smart tipli sayğac ölkəyə 220-240 manata başa gəlib. Bu isə o deməkdir ki, smart tipli sayğacların gətirilməsi üçün 489 milyon 500 min və ya 534 milyon manat vəsait xərclənib. Nəzərə alsaq ki, bu proses 2000-ci ildən başladılıb, vəsaitin necə dəfələrlə artığını hesablamaq elə də çətin deyil. Qeyd edək ki, sözügedən sayğaclar Fransanın "İtron-Gallus” şirkətindən alınırdı.
Bəs bu qədər vəsait xərclənən layihə niyə köhnə qaydaya qaytarılır? Mexaniki sayğaclar indi təqdim edildiyi (Əvvəl, yəni smart tipli sayğaclar gətirilən zaman mexaniki sayğaclar yeni dövrün tələblərinə cavab vermir deyilirdi – V.M) kimi üstün parametrlərə, keyfiyyətə və ucuz qiymətə malik idisə, niyə milyonlarla vəsait xərclənib smart tipli sayğaclarla əvəzləndi?
Yenə də “Azəriqaz” İB-nin rəsmi məlumatına istinad etsək, mexaniki sayğaclar 70-90 manata başa gəlir. Yəni smart tipli sayğaclardan 3 dəfə az vəsait xərcləməklə, zamanında da bu işi görmək olardı. Daha bir maraqlı məqam ondan ibarətdir ki, ötən il “Azəriqaz” İB Almaniyanın "Zenner” şirkətinin istehsalı olan smart kart tipli müasir sayğaclar alıb. Bunun səbəbi isə çoxmərtəbəli binalarda yalnız smart kart tipli sayğacların quraşdırılmasıdır. Qurum bildirib ki, mexaniki sayğacların quraşdırılması isə əsasən rayon, kənd və yeni yaşayış massivlərindəki fərdi yaşayış evlərində həyata keçirilir. Amma hazırda Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən 9 mərtəbəli binalarda smart tipli sayğaclar mexaniki sayğaclarla əvəzlənir. “Azəriqaz”ın bu yanaşmasında da bir qədər anlaşılmazlıq var. Belə görünür ki, qurum fərqli təqimat edir, amma layihəni başqa cür aparır. Hər halda zamanında milyonlarla büdcə vəsaiti xərclənən layihə yeni layihə ilə vəzələnirsə, qurum qaranlıq qalan bütün məqamlara aydınlıq gətirməlidir. Layihənin icrasına (əvvəl və sonra) xərclənən vəsaitlərin həcmi, bunun müqabilində əldə olunan gəlir, “smart sayğac” və indiki “mexaniki sayğac” layihələrinin xeyir və zərərləri açıq formada ictimaiyyətə təqdim olunmalıdır. Çünki bütün hallarda xərclənən vəsaitlər də əhalinindi (büdcə vəsaitləri), sayğaclardan da əhali istifadə edəcək.
Büdcəyə milyonlar hesabına başa gələn layihələr sonradan niyə effeksiz olur? Bu suala bütün qurumlar, xüsusilə də komunal xidmət göstərənlər cavab versə, ictimaiyyət üçün də baş verəcəklər “surpriz” olmaz.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14 |
|
|
|
| • BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53 |
|
|
|
| • İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44 |
|
|
|
| • "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30 |
|
|
|
| • ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26 |
|
|
|
| • Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24 |
|
|
|
| • Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19 |
|
|
|
| • ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17 |
|
|
|
| • Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12 |
|
|
|
| • Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09 |
|
|
|
| • 3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59 |
|
|
|
| • “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53 |
|
|
|
| • “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41 |
|
|
|
| • Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30 |
|
|
|
| • Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26 |
|
|
|
| • İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11 |
|
|
|
| • Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09 |
|
|
|
| • Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55 |
|
|
|
| • Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48 |
|
|
|
| • Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33 |
|
|
|
| • “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18 |
|
|
|
| • “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13 |
|
|
|
| • Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05 |
|
|
|
| • Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00 |
|
|
|
| • Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59 |
|
|
|
| • 16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Dünən, 14:58 |
|
|
|
| • Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Dünən, 13:47 |
|
|
|
| • Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Dünən, 13:45 |
|
|
|
| • Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:42 |
|
|
|
| • “Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Dünən, 13:27 |
|
|
|
| • Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Dünən, 13:19 |
|
|
|
| • Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Dünən, 13:11 |
|
|
|
| • “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Dünən, 13:04 |
|
|
|
| • Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Dünən, 12:57 |
|
|
|
| • Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:38 |
|
|
|
| • ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Dünən, 12:31 |
|
|
|
| • Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Dünən, 12:27 |
|
|
|
| • “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Dünən, 12:22 |
|
|
|
| • Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Dünən, 12:19 |
|
|
|
| • Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:17 |
|
|
|
| • Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Dünən, 12:16 |
|
|
|
| • Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Dünən, 12:14 |
|
|
|
| • “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Dünən, 12:06 |
|
|
|
| • Paşinyan Putinə 200 dəfə zəng edib
Dünən, 12:02 |
|
|
|
| • İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Dünən, 11:51 |
|
|
|
| • Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Dünən, 11:48 |
|
|
|
| • Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Dünən, 11:38 |
|
|
|
| • “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Dünən, 11:36 |
|
|
|
| • Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Dünən, 11:28 |
|
|
|
| • “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Dünən, 11:25 |
|
|
|
|